Məhkəmə qərarları › İş №2(106)-123/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-123/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-123/2025 08.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh5, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakıları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə Cavabdeh5 kredit üzrə cəmi borcu 31447.28 (otuz bir min dörd yüz qırx yeddi manat 28 qəpik) manat - bundan 17235.46 (on yeddi min iki yüz otuz beş manat 46 qəpik) manat əsas, 10468.21 (on min dörd yüz altmış səkkiz manat 21 qəpik) manat faiz borcu, 1855.51 (bir min səkkiz yüz əlli beş manat 51 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1888.10 (bir min səkkiz yüz səksən səkkiz manat 10 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 184.34 (yüz səksən dörd manat 34 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulması - tutmanın ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsini və fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı Əsas Kredit müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2017-ci il tarixli, LAN-141199/17 saylı Əlavə Kredit Müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, 15 (on beş) faiz dərəcəsi ilə 17600 (on yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh5 kredit verilərkən Bank arasında Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 ilə xx.xx.2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka qoyulması barədə Bank ilə borcalan Cavabdeh5 və ipotekaqoyan Cavabdeh4 və ipotekaqoyanlar Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022-ci il tarixli, **********422 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh5 kredit üzrə cəmi borcu 31447.28 (otuz bir min dörd yüz qırx yeddi manat 28 qəpik) manat təşkil edir. Bundan 17235.46 (on yeddi min iki yüz otuz beş manat 46 qəpik) manat əsas, 10468.21 (on min dörd yüz altmış səkkiz manat 21 qəpik) manat faiz borcu, 1855.51 (bir min səkkiz yüz əlli beş manat 51 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1888.10 (bir min səkkiz yüz səksən səkkiz manat 10 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixində 290 (iki yüz doxsan) manat məbləğində ödəniş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsi ilə (hakim: Nicat Ağabəyov) iddia qismən təmin edilmiş, Cavabdeh5 17235.46 manat əsas, 6510.03 manat faiz, 1500 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 1888.10 manat faiz borcu, 171,67 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manatın tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəlsin. İpoteka predmeti olan əmlakın likvid dəyərinin 44600 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh5 tutuması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi, iddianın cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə və qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 12,67 manat hissəsi iddiaçıya aid edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı Əsas Kredit müqaviləsindən görünür ki, Cavabdeh5 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı Əlavə Kredit Müqaviləsindən görünür ki, Cavabdeh5 36 (otuz altı) ay müddətinə, 15 (on beş) faiz dərəcəsi ilə 17600 (on yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış LAN-141199/17 saylı xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, sonuncular İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli İL-02979/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli İL02979/14 saylı kredit öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2017-ci il tarixli, LAN-141199/17 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh5 36 ay müddətində xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialına qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh5 ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 17235.46 manat əsas, 10468.21 manat faiz, 1855.51 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1888.10 manat faiz borcu, cəmi 31447.28 manat məbləğində kredit borcu hesablanmışdır. Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh4, Cavabdeh2, X3, borcalan Cavabdeh5, zaminlər Cavabdeh6 və Cavabdeh1 məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif edilmiş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi diqqətə çatdırılmışdır. “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” haqqında bildirişin qeydiyyata alınmasına dair ərizədən görünür ki, ipoteka saxlayan tərəfindən borcalana bildiriş göndərilmiş və bu bildiriş 03 noyabr 2022-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli, Seriya RX ******* №-li ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayonu, Ürgə kəndində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84 kv.m yaşayış, 58.7 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 142.7 kv.m olan fərdi yaşayış evi və 0.0233 ha torpaq sahəsi Cavabdeh4, 0.0233 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxslər Cavabdeh4 məxsus fərdi yaşayış evi və 0.0233 ha torpaq sahəsi, Cavabdeh2 və Cavabdeh3 məxsus 0.0233 ha torpaq sahəsi 13 mart 2014-cü il tarixli, İL-02979/14 №-li əsas kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən başlayaraq 120 ay müddətinə İddiaçı ASC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 15 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 184.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2014-cü il tarixli İL-02979/14 №-li ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, ipoteka predmeti qarşılıqlı razılığa əsasən 12000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladıqları ərizədən görünür ki, adları qeyd olunan cavabdehlər iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbinə dair iddia ərizəsinin iddia müddəti ötürülməklə verildiyini nəzərə alaraq, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş vəsatət təmin edilərək, kompleks məhkəmə-mühəndis və əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6005 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh5 tərəfindən xx.xx.2020-ci il tarixədək (müqavilə müddəti bitən tarixə) banka olan borcu əsas borc üzrə 17.492,04 manat, faiz borcu üzrə 6.510,03 manat müəyyən olunur. Cavabdeh5 tərəfindən xx.xx.2022-ci il tarixədək (son ödəniş tarixinə) banka olan borcu əsas borc üzrə 17.492,04 manat, faiz borcu üzrə 8.429,30 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə-mühəndis və əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7322-9/7391 nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus olan 1 mərtəbəli, ümumi sahəsi 142.7 kv.m olan, 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri təqribən 44600 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə, cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh5 kredit öhdəliyinin icrası müddətinin xx.xx.2020-ci il tarixdə başa çatmasını, iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsini, Cavabdeh5 kredit öhdəliyi üzrə son ödənişi xx.xx.2022-ci tarixdə etməsini, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etməsini və iddiaçının iddia tələbini 3 illik iddia müddətinin hüdudları çərçivəsində məhkəməyə ünvanlamasını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, iddia müddəti ötürülmədiyindən cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh5 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə digər cavabdehlər (zaminlər) Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə qeyd etmişdir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 31 iyul 2020-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 31 iyul 2021-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə məhkəmə hesab etmişdir ki, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə iddia tələbi əsassızdır Məhkəmə istinad olunanlara əsasən hesab etmişdir ki, işin hallarına görə xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı kredit müqaviləsi üzrə 1855,51 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlərdən 1500 manat həcmində tutulmasını daha ədalətli hesab etmişdir. Yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh5 17235.46 manat əsas, 6510.03 manat faiz, 1500 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 1888.10 manat faiz borcu, 171,67 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəlməli, əmlakın likvid dəyəri 44600 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəlməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh5 tutulmalı, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməli, iddia cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə və qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 12,67 manat hissəsi iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 317, 373.2, 385, 386.1, 442, 425, 445.2.1, 448.1, 462.1, 477.0.4-cü maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 34.1.2, 59.3, 59.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 317.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsi qismən (1500 manat cərimənin və ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun Cavabdeh5 tutulması, həmçinin Lənkəran rayonunun Ürgə kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin (ipoteka predmetinin) likvid dəyərinin 44600 manat məbləğində müəyyən edilməsi) qanunsuz və əsassızdır. Ona görə də həmin qətnamə qismən ləğv edilməlidir. Yəni qətnamədə cavabdehlərin mübahisələndirdiyi 3 hissə mövcuddur və əsasları aşağıdakılardır: 1. 1500 manat cərimənin qoyulması – kifayət qədər yüklü məbləğdə borc içində olan cavabdehlərin üzərinə əlavə olaraq cərimənin də ödənilməsi öhdəliyinin qoyulması Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə hesab edir ki, uyğun deyildir; 2. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun tutulması – iddianın qismən təmin edilməsinə və mühasibatlıq ekspertizası zamanı cavabdehlərin borcunun azaldılmasına baxmayaraq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun tam olaraq Cavabdeh5 tutulması Mülki-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə hesab edir ki, uyğun deyildir; 3. İpoteka predmetinin likvid dəyərinin 44600 manat məbləğində müəyyən edilməsi – Lənkəran rayonunun Ürgə kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.molan 3 otaqlı fərdi yaşayış evinin (ipoteka predmetinin) likvid dəyərinin 44600 manat məbləğində müəyyən edilməsi hesab edir ki, tam olaraq əsassızdır. Cavabdehlərin hazırkı qətnaməni mübahisələndirməsinin ən əsas səbəbi uzun illər yaşadıqları, Lənkəranın şəhər mərkəzinə avtomobillə 7-8 dəqiqəlik məsafədə və tam təmirli vəziyyətdə olan fərdi yaşayış evinin 44600 manata, yəni dəyər-dəyməzinə qiymətləndirilməsi olmuşdur. Hansı ki, tərəfindən təkrar əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi barədə vəsatət məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən həmin vəsatət əsassız olaraq təmin edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli e-2(049)- 17/2024saylı qətnaməsinin 8-ci səhifəsinin sonuncu abzasında göstərilir: “Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı kredit müqaviləsi üzrə 1855,51 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlərdən 1500 manat həcmində tutulmasını daha ədalətli hesab edir”. Bununla əlaqədar olaraq qeyd edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün 1888.10 manat faiz borcu müəyyən edərək onlardan tələb etmiş və birinci instansiya məhkəməsi həmin məbləği tam olaraq təmin etmişdir. Belə olan halda iddiaçının xeyrinə həm gecikdirilmiş vaxt üçün faiz, həm də 1500 manat cərimə ödənilməsini ədalətli hesab etmək olmaz. Maddi vəziyyətinin ağır olması, əlavə tətbiq ediləcək cərimələrin maddi vəziyyətlərini daha da ağırlaşdıracağının nəzərə alınmasını xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsinin 5-ci səhifəsinin 5-6-cı abzaslarında göstərilir: “Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6005 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh5 tərəfindən xx.xx.2020-ci il tarixədək (müqavilə müddəti bitən tarixə) banka olan borcu əsas borc üzrə 17.492,04 manat, faiz borcu üzrə 6.510,03 manat müəyyən olunur. Cavabdeh5 tərəfindən xx.xx.2022-ci il tarixədək (son ödəniş tarixinə) banka olan borcu əsas borc üzrə 17.492,04 manat, faiz borcu üzrə 8.429,30 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə-mühəndis və əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7322-9/7391 nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus olan 1 mərtəbəli, ümumi sahəsi 142.7 kv.m olan, 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri təqribən 44600 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir”. Göründüyü kimi, məhkəmə qətnaməsi məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun çıxarılmış və həmin məbləğ tərəfindən mübahisələndirilmir. Lakin cərimə məbləği tənasübsüz qaydada yuxarı olduğu üçün cərimə məbləğinin silinməsini məhkəmədən xahiş edir. Məhkəmə- Əmtəəşünaslıq Ekspertizasının 13 noyabr 2023-cü il tarixli 10/7322-9/7391 saylı ekspert rəyi belə əsaslandırılmışdır: “Baxış zamanı müəyyən olundu ki, təqdim olunan torpaq sahəsi bir tərəfdən yol ilə, digər tərəflərdən qonşu sahələr ilə həmsərhəddir. Torpaq sahəsi mişar daşı ilə hasara alınaraq üzərində fərdi yaşayış evi və tövlə tikililəri inşa edilmişdir. Fərdi yaşayış evi bir mərtəbəli olmaqla üç yaşayış otağından, bir mətbəx, bir sanitar qovşağı, açıq və bağlı eyvan tikililərindən və yardımçı otaqlardan ibarətdir. Yaşayış evi faktiki təmirli vəziyyətdədir, evin daxilində və həyətyanı sahədə sanitar qovşağı mövcuddur. Yaşayış evinin tikililərində döşəməyə taxta vurulmuş, divarlara divar kağızları yapışdırılmış, tavan alçipan lövhələrlə yığılaraq rənglənmiş, sanitar qovşaqda divarlar kafellə, döşəmə metlakla üzlənmişdir. Evin giriş qapısı və otaqlara keçid qapıları ağac konstruksiyalardan, pəncərə blokları plastik konstruksiyalardan düzəldilmişdir. Mənzil ümumilikdə su, qaz, kanalizasiya, elektrik və istilik xətləri ilə, otaqlar təyinatı üzrə avadanlıqlarla təchiz olunmuşdur. Ümumilikdə fərdi yaşayış evinin təmirinin yaxşı vəziyyətdə olduğu müşahidə edilmişdir. Evdə faktiki olaraq yaşayış vardır. Bu obyektin qiymətləndirilməsi zamanı gəlir və xərc yanaşmasından imtina edilmişdir. Hər iki yanaşmadan ona görə imtina edilmişdir ki, əmlak bazarında qiymətləndirilən əmlakların kifayət qədər analoqları mövcuddur. Qiymətləndirici hesab edir ki, qiymətləndirməyə təqdim edilmiş obyektin qiymətləndirilməsi üçün mövcud üç yanaşmadan yalnız müqayisə yanaşmasının tətbiq olunması daha məqsədəuyğundur. Belə ki, bu yanaşmanın məlumat təminatının inkişaf etdirilmiş sistemi daha obyektiv nəticələr əldə etməyə imkan yaradır. Müqayisə yanaşmasının tətbiq olunmasının əsaslandırılması о faktla bağlıdır ki, qiymətləndirilən obyektin dəyəri birbaşa olaraq analoji obyektlərin satış və ya satışa çıxarılmış obyekt (analoq) qiymətləndirmə obyekti ilə müqayisə edilir. Qeyd etmək lazımdır ki, istənilən yanaşmadan səmərəli istifadə etmək üçün obyektiv bazar informasiyaları olmalıdır. Müqayisə yanaşmasından istifadə etmək üçün isə indiki halda bazardan kifayət qədər obyektiv informasiyalar əldə etmək mümkündür. Müqayisə yanaşması ilə hesabat aparmaq üçün qiymətləndirilən obyektin yerləşdiyi ərazinin əmlak bazarında uyğun obyektlərin satışları ilə bağlı məlumatlar toplanmış, məlumatlar araşdırılmış və alınmış nəticələr əsasında müxtəlif variantlar nəzərdən keçirilmişdir. Bunun üçün qiymətləndirilmə anında qiymətləndirici tərəfindən qiymətləndirmə obyektinin yerləşdiyi yerə yaxın ərazilərdə yerləşən oxşar qeyri-yaşayış sahələrinin qiyməti araşdırılmış və müqayisələr aparılmışdır. Monitorinq bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Qiymətləndirmənin məqsədi əmlakın bazar dəyərinin müəyyən edilməsidir. Bazar dəyərinin təyini isə Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin müvafiq standartında olan mətn üzrə götürülmüşdür. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Lənkəran rayonunun Ürgə kəndinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evlərinin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 348 manat məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir)”. Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının 13 noyabr 2023-cü il tarixli 10/7322-9/7391 saylı ekspert rəyində qeyd olunanlara münasibətdə bildirir ki, Lənkəran rayonunun Ürgə kəndində 0,07 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 142,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi zamanı aşağıdakılar əsassız və qeyri-obyektiv rəyin verilməsinə səbəb olmuşdur: 1. Gəlir və xərc yanaşmasından imtina edilməsi; 2. Əmlak bazarında qiymətləndirilən analoji əmlakların (satış və ya satışa çıxarılmış obyektin - analoq) qiymətləndirmə obyekti ilə müqayisəsinin obyektiv aparılmaması; 3. Torpaq sahəsində tualetin (evdəkindən əlavə) və tövlənin olması və ətrafının hasarlanmasının nəzərə alınmaması; 4. Qiymətləndirmə obyektinin yerləşdiyi yerə yaxın ərazilərdə yerləşən oxşar yaşayış deyil, qeyri-yaşayış sahələrinin qiymətinin araşdırılaraq müqayisələrin aparılması;

5. Qiymətləndirmə zamanı əmlakın dəyərinə təsir göstəren faktorların (obyektin yerləşdiyi rayon və ərazi, tələb və təklif (alıcı qabiliyyəti), nəqliyyat magistrallarına münasibliyi, infrastrukturu, kommersiya və yaşayış cazibədarlığı, ekoloji vəziyyəti, əsas külək axınının istiqaməti, sanitar durumu və təsiri, mühəndis kommunikasiyaları ilə təminatı və aşınmasının olmaması (fiziki, mənəvi və funksional) nəzərə alınmaması. Rəyin tədqiqat hissəsində müəyyən edilmişdir ki, ümumilikdə fərdi yaşayış evinin təmiri yaxşı vəziyyətdədir. Yəni evi alacaq şəxs əlavə təmir və bərpa xərclərindən azad olacaqdır. Bundan başqa analoji evlər qiymətləndirilən zaman Ürgə kəndinin və yaşayış sahələrinin deyil, qonşu kəndlərin və qeyri-yaşayış sahələrinin qiymətləri nəzərə alınmış, həmçinin daha aşağı qiymətləndirilən evlərin internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilmişdir. Lənkəran rayonunun Ürgə kəndinə qonşuluqda yerləşən torpaq sahələri və evlərin qiymətləri ilə bağlı internet saytlarından götürülmüş elanlar vəsatətə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsində tualetin (evdəkindən əlavə) və tövlənin olması və torpaq sahəsinin ətrafının hasarlanması nəzərə alınmamışdır. Hazırda tikinti materiallarının artan qiyməti nəzərə alınmaqla tualetin inşası təxminən 3500-4000 manat, tövlənin inşası isə 4000-5000 manat arası xərc tələb edir. Ürgə kəndi Lənkəran şəhər mərkəzindən təxminən 8-10 km məsafədə, magistral yola yaxın, ekoloji cəhətdən təmiz və əlverişli nöqtədə yerləşir. Rəydə əmlakın dəyərinə təsir göstərən faktorların nəzəriyyə üzrə nəzərə alınmalı olması qeyd edilsə də, praktik olaraq bu hallar da qiymətləndirilmə zamanı nəzərə alınmamışdır. Bütün bu qeyd olunan hallar əsassız və qeyri-obyektiv rəyin verilməsini deməyə kifayət qədər əsas verir. Hesab edir ki, belə olan vəziyyətdə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilib keçirilmədən ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməsi mümkün olmayacaqdır. Ona görə də təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilib keçirilməsini xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli e-2(049)-17/2024saylı qətnaməsinin 9-cu səhifəsinin sonuncu abzasında göstərilir: “Eyni zamanda MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pul Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir”. İddianın qismən təmin edilməsini nəzərə almaqla hesab edir ki, MPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza xərci tam olaraq bizə aid edilə bilməzdi. “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Qeyd edir ki, üzərilərində əsas, faiz və gecikdirilmiş faiz borcu olaraq icra edilməmiş pul öhdəliklərinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə vəziyyətlərini daha da ağırlaşdırdığını, Cavabdeh5 (həyat yoldaşım) 1-ci qrup əlil olmasını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alıb cərimə məbləğinin silinməsini xahiş edir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsini qismən ləğv etməklə iddia tələbinin qismən təmin edilməsi - 1500 manat cərimənin silinməsi və ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 150 manat hissəsinin Cavabdeh5 tutulması, həmçinin Lənkəran rayonunun Ürgə kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbəli ümumi sahəsi 142,7 kv.molan 3 otaqlı fərdi yaşayış evinin (ipoteka predmetinin) likvid dəyərinin təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməklə həmin rəyə uyğun müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, rəylə cavabdehlər razıdır. Əvvəllər otaq sayı 4 olmuş, amma çıxarışda 3 yazılıb. Sonradan evin artırması olaraq 5 otaqlı etmişdirlər. Bununla bağlı birinci instansiya məhkəməsində də vəsatət vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh5 apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, hazırkı mülki işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:

“39.3.3-cü maddəsinə görə ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir;

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 01 iyul 2002-ci il tarixli Qərarı;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli e-2(049)-17/2024 saylı qətnaməsini qismən ləğv etməklə iddia tələbinin qismən təmin edilməsi - 1500 manat cərimənin silinməsi və ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 150 manat hissəsinin Cavabdeh5 tutulması, həmçinin Lənkəran rayonunun Ürgə kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbəli ümumi sahəsi 142,7 kv.molan 3 otaqlı fərdi yaşayış evinin (ipoteka predmetinin) likvid dəyərinin təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməklə həmin rəyə uyğun müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə- 1500 manat cərimənin tutulması, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 150 manat hissəsinin Cavabdeh5 tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyərinin müəyyənləşdirilməsi hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyərinin müəyyənləşdirilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini 3 hissədə mübahisələndirir.

1. 1500 manat cərimənin qoyulması;

2. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun tutulması;

3. İpoteka predmetinin likvid dəyərinin 44600 manat məbləğində müəyyən edilməsi. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə əlaqələndirirərək aşağıdakıları qeyd edir: Məhkəmə tərkibi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İL- 02979/14 saylı Əsas Kredit müqaviləsindən görünür ki, Cavabdeh5 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı Əlavə Kredit Müqaviləsinə əsasən Cavabdeh5 36 (otuz altı) ay müddətinə, 15 (on beş) faiz dərəcəsi ilə 17600 (on yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 LAN141199/17 saylı xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli İL- 02979/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı kredit öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2017-ci il tarixli, LAN-141199/17 saylı ödəniş cədvəlinə əsasən Cavabdeh5 36 ay müddətində xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialına qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş əsasında müəyyən edilmişdir ki, ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh4, Cavabdeh2, X3, borcalan Cavabdeh5, zaminlər Cavabdeh6 və Cavabdeh1 məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif edilmiş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi diqqətə çatdırılmışdır. “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” haqqında bildiriş 03 noyabr 2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, hüququ yüklü edilən şəxslər Cavabdeh4 məxsus fərdi yaşayış evi və 0.0233 ha torpaq sahəsi, Cavabdeh2 və Cavabdeh3 məxsus 0.0233 ha torpaq sahəsi 13 mart 2014-cü il tarixli, İL02979/14 №-li əsas kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən başlayaraq 120 ay müddətinə İddiaçı ASC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.xx.xx.2022-ci il tarixə İddiaçı ASC ilə Cavabdeh5 ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 17235.46 manat əsas, 10468.21 manat faiz, 1855.51 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1888.10 manat faiz borcu, cəmi 31447.28 manat məbləğində kredit borcu hesablanmışdır. Müvafiq ödəniş qəbzləri əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 15 manat xidmət haqqı və iddiaçı tərəfindən 184.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2014-cü il tarixli, İL-02979/14 №-li ipoteka müqaviləsində ipoteka predmeti qarşılıqlı razılığa əsasən 12000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə tərkibi hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh5 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Cavabdeh5 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mülki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləği hissəsində razılaşır və hesab edir ki, iddiaçı təşkilat tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin bu mövqeyi “Odur ki, birinci instansiya məhkəməsinin dəbbə pulunun cavabdehlərdən 1500 manat həcmində tutulmasını daha ədalətli hesab etməsi” ilə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Cavabdehin mübahisələndirdiyi digər hissə-ipoteka predmetinin likvid dəyərinin 44600 manat məbləğində müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Hazırkı mülki işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühəndis və əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7322-9/7391 nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus olan 1 mərtəbəli, ümumi sahəsi 142.7 kv.m olan, 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri təqribən 44600 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində həmin rəyi mübahisələndirmiş və evin dəyərinin daha yüksək olduğunu bildirmişdir. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə tədqiqatı nəticəsində əldə edilmiş rəydən görünür ki, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Lənkəran rayonu, Ürgə kəndində yerləşən ümumi sahəsi 0,07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşməklə Cavabdeh4tam mülkiyyətində olan ümumi sahəsi 142.7 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 49700 manat məbləğində müəyyən edilmişdir. Lakin rəy nəzərdən keçirilərkən müəyyən olmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evi faktiki olaraq 4 otaq, 1 zal və mətbəxdən ibarətdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəyə əsasən fərdi yaşayış evinin 3 otaqlı olduğu qeyd edilmiş, lakin hazırkı apellyasiya mərhələsində alınmış rəyə əsasən 4 otaqlı olduğu bildirilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, rəylərdə qeyd edilmiş otaqların sayında fərq olduğundan iş üzrə fərdi yaşayış evinin likvid dəyərinin obyektiv olaraq qiymətləndirilməsi mümkün deyil. Ona görə də apellyasiya mərhələsində yenidən qiymətləndirmə keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş rəydə ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyərinin 63000 olduğu müəyyən edilmişdir. Hazırda əldə edilmiş rəydə fərdi yaşayış evinin 5 otaqlı olduğu bildirilmişdir. Apellyasiya mərhələsində izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, xx.xx.2013-cü il tarixli, Seriya RX ******* №-li ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasən Lənkəran rayonu, Ürgə kəndində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli evin 3 otaqlı olduğu bildirilsə də, otaqların faktiki sayı 4 olmuşdur. Daha sonra cavabdehlər tərəfindən fərdi yaşayış evi genişləndirilmiş, otaqların sayı 5 olmuşdur. Məhkəmə tərkibi işin bu halı ilə bağlı araşdırma apararkən müəyyən etmişdir ki, sonuncu qiymətləndirmə rəyinə əsasən rəyə əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, həqiqəqən də həmin fərdi yaşayış evi 5 otaq, bir zal və mətbəxdən ibarətdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya mərhələsində "xxxx" MMC tərəfindən tərtib edilmiş sonuncu qiymətləndirmə rəyi iş üzrə daha mötəbər və etibarlı sübut kimi qəbul edilməlidir. Belə ki, əvvəlki ekspert rəyləri arasında ipoteka predmeti olan fərdi yaşayış evinin otaqlarının sayı ilə bağlı ciddi ziddiyyətlər mövcud olmuşdur. Birinci instansiya məhkəməsində alınmış rəyə əsasən evin 3 otaqlı olduğu göstərilmiş, apellyasiya mərhələsində əldə edilmiş növbəti rəyə əsasən isə evin 4 otaqlı olduğu qeyd edilmişdir. Bu ziddiyyətlər fərdi yaşayış evinin real fiziki xüsusiyyətlərinin düzgün müəyyən edilmədiyini göstərmiş və həmin rəylər əsasında obyektiv likvid dəyərin hesablanmasını mümkünsüz etmişdir. Məhz bu səbəbdən apellyasiya mərhələsində yenidən qiymətləndirmə tədqiqatının aparılması zərurəti yaranmışdır. "xxxx" MMC tərəfindən verilmiş sonuncu rəy işin faktiki hallarına uyğun olmaqla yanaşı, rəyə əlavə edilmiş fotoşəkillər və vizual materiallarla da təsdiqlənmişdir. Həmin materiallardan açıq şəkildə görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evi faktiki olaraq 5 otaq, bir zal və mətbəxdən ibarətdir. Bundan əlavə, iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, ilkin çıxarışda evin 3 otaqlı kimi göstərilməsi yalnız qeydiyyat zamanı mövcud olan vəziyyəti əks etdirmiş, sonradan cavabdehlər tərəfindən ev genişləndirilmiş və əlavə otaqlar inşa edilmişdir. Bu hal sonuncu ekspert rəyində obyektiv şəkildə nəzərə alınmışdır. Məhkəmə tərkibi hesab edir ki, sonuncu qiymətləndirmə rəyində ipoteka predmeti olan əmlakın faktiki vəziyyəti, real sahəsi və mövcud planlaşması düzgün müəyyən edildiyindən, həmin rəy “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadının tələblərinə uyğun olaraq ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi baxımından əsaslı və mötəbər hesab edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 01 iyul 2002-ci il tarixli Qərarında hüquqi mövqe aşağıdakı kimi olmuşdur; “İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.” Odur ki, məhkəmə tərkibi hesab edir ki, sonuncu qiymətləndirmə rəyi əsas götürülməklə ipoteka predmeti olan əmlakın likvid dəyəri 63000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərracda satılmalıdır. Məhkəmə tərkibi cavabdehin mübahisələndiriyi ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş üzrə ekspertiza tədqiqatlarının aparılması iddiaçının təşəbbüsü ilə deyil, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 verdikləri vəsatətlər əsasında həyata keçirilmişdir. Bu hal onu göstərir ki, ekspertiza tədqiqatlarının keçirilməsi iş üzrə mübahisəli halların aydınlaşdırılması üçün məhz cavabdehlərin iradələri və tələbləri nəticəsində zəruri olmuşdur. Belə olan halda, həmin ekspertiza tədqiqatlarının dəyərinin cavabdehlərin üzərinə qoyulması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair müddəalarına tam uyğundur. Eyni zamanda, cavabdehlərin öz təşəbbüsü ilə tələb etdikləri ekspertiza tədqiqatlarının nəticələrini sonradan mübahisələndirmələri və bu xərclərin iddiaçının üzərinə qoyulmasını tələb etmələri prosessual vicdanlılıq prinsipinə ziddir və qəbul edilə bilməz. Apellyasiya icraatı zamanı iş üzrə müxtəlif qiymətləndirmə subyektləri tərəfindən bir neçə qiymətləndirmə tədqiqatı aparılmışdır. Belə ki, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 250 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 50 manat, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri isə 400 manat təşkil etmişdir Eyni zamanda "xxxx" MMC tərəfindən təqdim edilmiş müşayiət məktubundan müəyyən olunur ki, həmin məbləğin 150 manatı artıq cavabdehlər tərəfindən ödənilmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, apellyasiya mərhələsində aparılmış qiymətləndirmə tədqiqatları iş üzrə mövcud ziddiyyətlərin aradan qaldırılması, ipoteka predmeti olan əmlakın faktiki vəziyyətinin və real likvid dəyərinin obyektiv müəyyən edilməsi məqsədi daşımışdır. Bu tədqiqatların aparılması nə tam şəkildə yalnız iddiaçının, nə də yalnız cavabdehlərin maraqlarına xidmət etmiş, əksinə, işin düzgün və ədalətli həlli üçün zəruri olmuşdur. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinin tələbləri nəzərə alınaraq, apellyasiya mərhələsində aparılmış qiymətləndirmə tədqiqatları üzrə çəkilmiş xərclərin tərəflər arasında yarı bölünməsi məhkəmə tərkibi tərəfindən ədalətli və əsaslı hesab edilir. Məhkəmə tərkibi onu da nəzərə alır ki, cavabdehlər tərəfindən artıq 150 manat məbləğində ödəniş edilmişdir və bu hal xərclərin bölüşdürülməsi zamanı nəzərə alınmalı, tərəflərin üzərinə düşən maliyyə yükü faktiki ödənişlər əsasında balanslaşdırılmalıdır. Bu baxımdan, apellyasiya mərhələsində aparılmış qiymətləndirmə tədqiqatları üzrə xərclərin tərəflər arasında yarı bölünməsi nəzərə alınaraq, aşağıdakı ödənişlərin həyata keçirilməsi müəyyən edilir: "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğin yarısı – 125 (yüz iyirmi beş) manat Cavabdeh5, qalan 125 (yüz iyirmi beş) manat isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla "xxxx" MMC-nin hesabına (VÖEN: **********, AZN hesabı: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC, Bravo-3 filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, filial kodu: 201296, SWİFT: AİİBAZ2XXXX) köçürülməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən a parılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğin yarısı – 25 (iyirmi beş) manat Cavabdeh5, qalan 25 (iyirmi beş) manat isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT/BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN-i ********** olmaqla AZ34CTRE******************** hesabına köçürülməlidir. "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının ümumi dəyəri olan 400 (dörd yüz) manat məbləğdən cavabdehlər tərəfindən artıq ödənilmiş 150 (yüz əlli) manat nəzərə alınmaqla, qalan məbləğin 50 (əlli) manatı Cavabdeh5, 200 (iki yüz) manatı isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla "xxxx" MMC-nin hesabına (Bank: "xxxx" ASC, bank kodu: 507280, VÖEN: **********, müxbir hesab: AZ61NABZ********************, SWİFT: RBTAAZ22, hesab: AZ74RBTA********************) ödənilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə tərkibi hesab edir ki, Cavabdeh4 verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, ipoteka predmeti olan əmlakın likvid dəyəri 63000 manat məbləğində müəyyən edilməli, Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğin yarısı – 125 (yüz iyirmi beş) manat Cavabdeh5, qalan 125 (yüz iyirmi beş) manat isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla "xxxx" MMC-nin hesabına (VÖEN: **********, AZN hesabı: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC, Bravo-3 filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, filial kodu: 201296, SWİFT: AİİBAZ2XXXX) köçürülməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğin yarısı – 25 (iyirmi beş) manat Cavabdeh5, qalan 25 (iyirmi beş) manat isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT/BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN-i ********** olmaqla AZ34CTRE******************** hesabına köçürülməlidir. "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının ümumi dəyəri olan 400 (dörd yüz) manat məbləğdən cavabdehlər tərəfindən ödənilmiş 150 (yüz əlli) manat nəzərə alınmaqla, qalan məbləğin 50 (əlli) manatı Cavabdeh5, 200 (iki yüz) manatı isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla "xxxx" MMC-nin hesabına (Bank: "xxxx" ASC, bank kodu: 507280, VÖEN: **********, müxbir hesab: AZ61NABZ********************, SWİFT: RBTAAZ22, hesab: AZ74RBTA********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qət etdi:

Cavabdeh4 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. İpoteka predmeti olan əmlakın likvid dəyəri 63000 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğin yarısı – 125 (yüz iyirmi beş) manat Cavabdeh5, qalan 125 (yüz iyirmi beş) manat isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla "xxxx" MMC-nin hesabına (VÖEN: **********, AZN hesabı: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC, Bravo-3 filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, filial kodu: 201296, SWİFT: AİİBAZ2XXXX) köçürülsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğin yarısı – 25 (iyirmi beş) manat Cavabdeh5, qalan 25 (iyirmi beş) manat isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT/BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN-i ********** olmaqla AZ34CTRE******************** hesabına köçürülsün. "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının ümumi dəyəri olan 400 (dörd yüz) manat məbləğdən cavabdehlər tərəfindən ödənilmiş 150 (yüz əlli) manat nəzərə alınmaqla, qalan məbləğin 50 (əlli) manatı Cavabdeh5, 200 (iki yüz) manatı isə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmaqla "xxxx" MMC-nin hesabına (Bank: "xxxx" ASC, bank kodu: 507280, VÖEN: **********, müxbir hesab: AZ61NABZ********************, SWİFT: RBTAAZ22, hesab: AZ74RBTA********************) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar