Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1230/2024 15.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X* ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-328/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta Cavabdeh*ə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqı və işə bərpa tələbinə dair” iddiası təmin edilməmişdir. 0* aprel 2024-cü ildə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona rəsmi qaydada təqdim olunmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, qətnamənin surəti dəfələrlə müraciət etməsinə baxmayaraq, ona verilməmiş, o, həmin qətnamədən apellyasiya şikayəti vermək hüququndan məhrum olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli göndəriş məktubu ilə iddiaçının ərizəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 2(073)-328/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi iddiaçıya göndərilmişdir. İş materiallarının *30-cu vərəqində olan poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti İddiaçı 05 aprel 2024-cü ildə təqdim olunmuşdur. Bundan sonra İddiaçı 30 aprel 2024-cü ildə Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 328/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Qalib Paşayev) Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 328/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti elektron imza ilə imzalanmamış və elektron kabinet vasitəsilə verilməmişdir. Bundan başqa, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş və prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadının ləğv olunmasını və onun tərəfindən verilmiş apellyasiya şikayətinin icraata götürülməklə mülki işin baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılan zaman o, məhkəmə tərəfindən tərəf olaraq elektron kabinetə əlavə olunmamış və asan imzası olmamışdır. Mübahisələndirilən qətnamənin surəti isə Cəlilabad Rayon Məhkəməsi tərəfindən ona rəsmi qaydada vaxtında göndərilməmiş və bu səbəbdən də qətnamənin surətinin ona təqdim edilməsi üçün məhkəməyə bir neçə dəfə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Sonuncu müraciətindən sonra qətnamənin surəti ona məhkəmə tərəfindən poçt vasitəsilə 05 aprel 2024-cü ildə göndərilmiş və iddiaçı qanunda nəzərdə tutulan müddətdə apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Osman Vəliyev) Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadından göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini 2 əsasla (apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi və apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməməsi) geri qaytarmışdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini onun verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarına Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra onun iddiaçıya göndərilməsinə dair hər hansı göndəriş məktubu və qətnamənin iddiaçıya təqdim edilməsinə dair qəbz əlavə olunmamışdır. Məhkəmə kollegiyası bildirir ki, məhkəmə aktının iş üzrə tərəflərə təqdim olunması vaxtı ilə əlaqədar halın sübut olunması məhkəmənin üzərinə düşən öhdəlik olsa da, iş materiallarında iddiaçıya məhkəmə aktının təqdim edilməsi ilə bağlı hər hansı sübut artırılmamışdır. Buna görə də yalnız qətnamənin qəbul edilməsi tarixinə əsaslanmaqla iddiaçının apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürməsi nəticəsinə gəlmək olmaz. İddiaçı isə özünün də bildirdiyi kimi, bir neçə dəfə qətnamənin surətinin ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, sonuncu müraciət 0* aprel 2024-cü ildə edilmiş, bundan sonra məhkəmə tərəfindən 02 aprel 2024-cü il tarixli göndəriş məktubu ilə qətnamənin surəti iddiaçıya göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 328/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsinin surəti iş materiallarının *30-cu vərəqində olan poçt xəbərnaməsindən də göründüyü kimi iddiaçıya 05 aprel 2024-cü il tarixində təqdim olunmuşdur. İddiaçı isə qətnamənin ona təqdim edilməsindən 25 gün keçdikdən sonra ondan apellyasiya şikayəti vermiş, beləliklə də, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * ay müddətində verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməsi ilə bağlı bildirdikləri düzgün olmamışdır. Bununla belə, hazırda həqiqətən də iddiaçının apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vermədiyi və elektron imza ilə imzalamadığı müəyyən olunur. Mülki Prosessual Məcəllənin *0-*.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in *0-*.5-ci maddəsinə əsasən, bu Məcəllənin *0-*.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin *0-*.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. Hazırda qətnaməsindən apellyasiya şikayətinin verildiyi Cəlilabad Rayon Məhkəməsində də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Qeyd edilən normaların tələblərindən isə göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydada riayət olunmadan verilmiş, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, elektron imza ilə imzalanmamışdır. İddiaçı özünün işə baxılarkən asan imzasının olmadığını qeyd etsə də, “Elektron məhkəmə” informasiya sistemindən aydın olur ki, o, 26.0*.2023-cü ildə qeydiyyatdan keçməklə şəxsi elektron kabinet açmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi əsası ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmasa da, apellyasiya şikayətini onun elektron kabinet vasitəsilə verilməməsi və elektron imza ilə imzalanmaması əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 363.*.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin *0-*.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətini onun verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmədən verməsi iş materialları ilə öz təsdiqini tapsa da, apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməməsi və onun elektron imza ilə imzalanmaması apellyasiya şikayətinin geri qaytarılması üçün müstəqil əsas kimi çıxış edir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticənin ləğvi üçün əsas yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 397, 398.0.*, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(073)-328/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1230/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1230/2024
15.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver