Məhkəmə qərarları › İş №2(106)-1235/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1235/2023

23.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1235/2023 23.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı İbrahımli İlkin Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xüsusi mülkiyyətində Masallı rayonu, İsi kəndində 0.1378 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və bu barədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydə alınmışdır. Hazırkı tələbində İddiaçı Masallı rayonu İsi kənd sakini X1 zəbt etdiyi mülkiyyətində olan torpaq sahəsinin 1 sot hissəsindən, Masallı rayonu Qəriblər kənd sakini Cavabdeh2 zəbt etdiyi mülkiyyətində olan torpaq sahəsinin 4.5 sot hissəsindən çıxarılaraq torpağının sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılması, torpaqdan istifadə hüquqlarının bərpa edilməsi, cavabdehlərin ona mane olmalarına qadağa qoyulması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona verilməsini xahiş etmişdir. İşə iddiaçının apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan və Masallı rayonu, İsi kəndində yerləşən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən: X1- faktiki istifadə etdiyi 0,01 ha hissəsindən, Cavabdeh2- faktiki istifadə etdiyi 0,045 ha hissəsindən çıxarılması və mülkiyyətində olan torpaq sahəsindən İddiaçı istifadəsinə edilən maneçiliklərin onlara qadağan edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cəmi 150 manatın müştərək qayadada X4 və Cavabdeh2 müştərək qayadada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə cavabdehlərin kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(106)-220/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçı tərəf məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim edərək, hazırkı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-802/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini, imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər, məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını MPM-in 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)-802/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəf ərizə təqdim etmiş və şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)-802/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)- 802/2022 saylı qətnaməsindən iddiaçı İbrahımli İlkin Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar