Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1236/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-337/2024 saylı, 15 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX yanında DƏDKR PHŞ tərəfindən çıxarışla mülkiyyətinə verilmiş fərdi yaşayış evindən Cavabdeh övladları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Saatlı rayonunun Varxankənd kəndində yaşayır və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi mülkiyyətinə verilmişdir. Göründüyü kimi, Saatlı rayonunun Varxankənd kəndində ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin kənddə yaşayan Cavabdeh övladları 2008-ci il təvəllüdlü X9 və 2010-cu il təvəllüdlü X12 ilə birlikdə qanunsuz olaraq ona aid olan evdə qalırlar. Evdən çıxması barədə cavabdehə dəfələrlə xəbərdarlıq etmişdir. Lakin cavabdeh evdən çıxmır. Cavabdeh ilə arasında notariat qaydasında alğı-satqı olmamışdır. Cavabdeh iddiaçıya məxsus evi qanunsuz mənimsəmişdir. İddiaçı hesab edir ki, ona məxsus olan evdən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı və cavabdeh həmin evdən məcburi qaydada çıxarılmalıdır. Odur ki, cavabdehin evdən məcburi qaydada çıxarılması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Saatlı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(055)-337/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) iddia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 115,50 kvadrat metr olan fərdi yaşayış evindən Cavabdeh övladları ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(055)-337/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evini atası Vahid Osmanov 2011-ci il tarixdə Qardaşəli adlı şəxsdən 9000 manata almışdır. Artıq 13 ilə yaxın müddətdir ki, həmin qeyd edilən evdə övladları ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi qeyd edilən fərdi yaşayış evinin İddiaçı tərəfindən necə əldə edilməsini araşdırmamışdır. Belə ki, cavabdeh illərdir ki, mübahisəli evdə yaşayır. Necə olur ki, İddiaçı evə baxmadan, evdə kimlərin yaşamasını dəqiqləşdirmədən mübahisəli evi almışdır? Lakin birinci instansiya məhkəməsi qeyd edilən məsələləri araşdırmamışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının mübahisəli evi necə əldə etməsini, Qardaşəli adlı şəxsin evi 13 il əvvəl atası Vahid Osmanova satmasını aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı X10 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evini rəsmi qaydada alğı-satqı əsasında almış və daha sonra həmin ev onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona görə də iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxs X10 teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, Saatlı rayonu, Varxankənd kəndində mülkiyyətində olmuş 115,5 kv.m olan fərdi yaşayış evini və altındakı 0,25 hektar torpaq sahəsini 29 sentyabr 2023-cü ildə daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən arvadının da razılığı ilə İddiaçı satmışdır və hazırda həmin evlə və torpaqla bağlı heç bir mübahisəsi yoxdur. Digər üçüncü şəxs X7 da teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, 04 sentyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcək və o, Cavabdeh ilə ev alğı-satqısı etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan ƏMDK yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən 15 aprel 2011-ci ildə tərtib edilmiş Saatlı rayonunun Varxan kəndində yerləşən **********35-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həmin ev üzərində hüquq subyekti kimi X10 göstərilmişdir. İşdə surəti olan AN-İ ******* seriya nömrəli, 09 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X2 rayonu, Varxankənd kəndi ünvanında yerləşən, ümumi sahəsi 115,5 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0,25 ha olan torpaq sahəsini alıcı İddiaçı 7000 manat qiymətinə satmışdır. Müqavilədən görünür ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi 15 aprel 2011-ci il tarixli, **********35-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X8 məxsus olmuşdur. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********35- 10301 olan çıxarışdan görünür ki, Saatlı rayonunun Varxankənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi 23 oktyabr 2023-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlakla bağlı ƏMDK DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 20 oktyabr 2023-cü ildə texniki pasport tərtib edilmişdir. İşdəki Saatlı RİHB-nin Varxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 53 nömrəli, 30 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Saatlı rayon Varxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Varxankənd kəndində qeydiyyatdadır və onun aşağıdakı kimi ailə tərkibi var: 1) 2008-ci il təvəllüdlü qızı X9 və 2) 2010-cu il təvəllüdlü oğlu X12. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə müəyyən olunur ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur və mübahisəli evi və onun yerləşdiyi torpaq sahəsini 09 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X1 almışdır. İddiaçının həmin torpaq sahəsi və ev üzərində xüsusi mülkiyyət hüququ 23 oktyabr 2023cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan iddiaçı ona məxsus olan həmin fərdi yaşayış evindən cavabdehin övladları ilə birlikdə çıxarılmasına dair iddia qaldırmış, Saatlı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(055)- 337/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnaməni tam mübahisələndirmiş, apellyasiya şikayətinin əsas dəlili kimi mübahisəli evin hələ 2011-ci ildə mərhum atası Vahid Osmanov tərəfindən Qardaşəli adlı şəxsdən 9000 manata satın alınmasına istinad etmişdir. İş materiallarının 36-cı vərəqinə əlavə edilmiş aktda qeyd edilmişdir ki, “30 oktyabr 2011-ci il tarixdə tərtib edirik həmən aktı ondan ötrü ki, Saatlı rayonu, Varxan kəndində X5 məxsus evin texniki pasport reyestr №**********35-10301 9.000 (doqquz min) manata razılaşdıq, lakin bunun 5.000 (beş min) manatın nağd pula, yerdə qalan 4.000 (dörd min) manat pulu isə sentyabr 2012-ci il tarixdə Osmanov Vahid yoldaşa”. Daha sonra akt şahidlər tərəfindən imzalanaraq təsdiqlənmişdir. İş materiallarının 35-ci vərəqində olan aktda qeyd edilmişdir ki, “18 sentyabr 2012-ci il tarixdə tərtib edirik həmən aktı ondan ötrü ki, Saatlı rayon Varxan kəndində X14 Vahidə satdığı evinin pulunun 9000 manatını aldı. Bu aktla həqiqətən Osmanov Vahidin borcu qalmamışdır. Aktın doğruluğunu Nağıyev Qardaşəli və Osmanov Vahid imzalarla təsdiq etmişdir. İşdəki AZ-İİ 150196 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vahid Osmanov 12 mart 2021-ci ildə ölmüşdür. Cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırarkən məhkəmə kollegiyası müəyyən edir ki, cavabdehin iddia etdiyi kimi mərhum atası Vahid Osmanov tərəfindən reyestr nömrəsi **********35-10301 olan evin alınması üçün 9000 manat ödənildiyi və həmin evin atası tərəfindən 30 oktyabr 2011-ci ildə alındığı qəbul olunsa belə, mübahisəli ev həmin vaxt X3 mülkiyyətində olmamışdır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli ev əvvəlcə 15 aprel 2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən X6 mülkiyyətində olmuş, daha sonra sonuncu tərəfindən əmlak alğı-satqı qaydasında iddiaçıya satılaraq, 23 oktyabr 2023-cü ildə iddiaçının adına çıxarış verilmişdir. Bu isə o deməkdir ki, cavabdehin evin alınmasını təsdiq etmək üçün təqdim olunan 30 oktyabr 2011-ci il tarixli aktın imzalanması vaxtı mübahisəli evin mülkiyyətçisi ümumiyyətlə X7 olmamışdır. Ona görə də hazırkı iddiaya qarşı cavabdehin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi etirazları əsassızdır. İddiaçı isə mübahisəli fərdi yaşayış evini Babək Quliyevdən alarkən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanmış, Babək Quliyevin adına qeydə alınması səbəbindən evi və torpaq sahəsini məhz ondan qanunvericiliklə müəyyən edilmiş qaydada alaraq əmlak üzərində mülkiyyət hüququ qazanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-in 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, Saatlı rayonunun Varxankənd kəndində yerləşən və ümumi sahəsi 115,50 kv.m olan mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin İddiaçı olduğu müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (Q.İbadovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarı). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası bildirir ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi İddiaçı Cavabdeh qarşı hazırkı iddiası əsaslıdır və o, mübahisəli evə cavabdehin sahibliyinə yol verməmək ixtiyarına malikdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik olmuş, birinci instansiya məhkəməsi isə cavabdehin mübahisəli fərdi yaşayış evinə dair qeydə alınmış hər hansı hüququnun olmamasına görə haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi təmin edildiyinə görə onun yetkinlik yaşına çatmayan uşaqlarının da onunla birlikdə yaşamalı olması səbəbindən mübahisəli evdən çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(055)-337/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(055)-337/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1236/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1236/2024
04.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver