Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1247/2023 24.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-1563/2023 saylı qətnaməsindən (hakim R.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə işdən çıxarılmağını Konstitusion hüququnun pozulması hesab etməklə, 2019-cu il 6 dekabr tarixdə onun müddətsiz müqavilənin 9 aylıq müqavilə ilə əvəz olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinə zidd olması, Həmin Məcəllənin 16-cı maddəsinin 1-ci hissəsinin şərtlərinin pozulması, qanunlara uyğun olaraq konstitusion hüququnu bərpa etməklə, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İİ hissəsini nəzərə almaqla, onun vəzifəsinə təyinatla əlaqədar qanun pozuntuları, Vel kənd tam orta məktəbində məcburi işəburaxma müddətinə görə əmək haqların ödənilmək şərti ilə işə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin institutun filologiya fakültəsini bitirərək Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasını almışdır. Rayonun Gərmətük, Vel, Şürük kəndlərində ixtisası üzrə işləmişdir. 1982-1986-cı illərdə azad komsomol təşkilatı katibi, 1986-cı ilin noyabr ayında Vel kənd orta məktəbinə tərbiyəvi təşkilatçı tərbiyəvi işlər üzrə direktor müavini təyin olunmuşdur. 06 dekabr 2019-cu ildə onun 65 yaşı tamam olmuşdur. Vel kənd tam orta məktəbin direktor əvəzi Zamin Abdullayevin, Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə Əliyevanın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkəran-Astara regional maliyyə hesablaşma idarəsinin rəisi Seyran Novruzovun razılığı və təkidləri əsasında onun müddətsiz müqavilə müddəti 1 illik müqavilə əvəz edildi. Onunla hətta 1 il əvəzinə 9 ay müddətinə müqavilə bağlanıldı. Yəni Konstitusiyaya zidd hesab etdiyi qanunun tələbləri (çalışmanın son yaş həddi) belə pozuldu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsində yazılmışdır: Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 9 ay müddəti bitəndən sonra daha onun müqavilə müddəti uzadılmadı. Çalışmanın son yaş həddi qanununu antikonstitusion qanun hesab edir və bu qanuna öz etirazını bildirir. Çünki bu qanunla tək onun yox, ümumiyyətlə Azərbaycan vətəndaşının hüquq və azadlıqları pozulur. O 2 ildən çoxdur qanunsuz işdən çıxarılmağına görə konstitusion hüquqlarını tələb edir. Azərbaycan Respublikasının Prezidentinə, Baş Nazirə, Milli Məclisə çoxsaylı müraciətlər etmişdir. Milli Məclisə göndərdiyi şikayət məktubuna 11 mart 2022-ci il tarixdə cavab almış, cavabda Konstitusiya Məhkəməsinə qədər şikayət etmək hüququ olduğu bildirilmişdir. Həmçinin cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, siyasi baxışlarma, irqinə, dininə, yaşayış yerinə, əmlak vəziyyətinə, əqidəsinə, ictimai-siyasi mənşəyinə, yaşama və s. əməyin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin rəsmi şərhində Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndində və Azərbaycan Respublikasının qoşulduğu BƏT-in «Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında» 111 №-li Konvensiyasında əks etdirilən prinsiplər göstərilmişdir. Əmək sahəsində fundamental prinsiplər və hüquqlar barədə BƏT-in 1998-ci ilin iyununda Cenevrədə qəbul etdiyi Bəyannaməsinin 2-ci bəndində əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin yolverilməzliyi xüsusi qeyd olunur və üzv ölkələrdən onun vicdanla yerinə yetirilməsi tələb olunur. Azərbaycan Respublikasında BƏT-in üzvüdür. Məhz göstərilən prinsipləri nəzərə alaraq Azərbaycan qanunvericisi 16-cı maddənin 1-ci hissəsində əmək münasibətlərində yolverilməz hesab edilən amilləri sadalayır və bu amillər içərisində yaş amili də qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasının əlaqədar müddəaları və Əmək Məcəlləsinin müvafiq maddələri, həmçinin BƏT-in 1958-ci il Konvensiyası və 1998-ci il Bəyannaməsi “Çalışmanın son yaş həddi” qanununu inkar edir. Bütün bunlara baxmayaraq onunla Lənkəran ŞTŞ-nə rəhbərlik edənlərin qeyri obyektivliyi sayəsində hətta həmin bu antikonstitusion hesab etdiyi qanunun yol verdiyi 1 il, 1 il 5 illik müddətli müqavilə bağlamaqdan belə imtina olunmuşdur. Səbəbi yerinə diplomunun həqiqiliyi belə şübhə doğuran X2 təyin olunması idi. Yəni əsas səbəb onu işdən çıxarıb yerini boşaltmaq, həmin yerə diplomunun həqiqi və ya saxta olub- olmamasna əhəmiyyət vermədən kimi gəldi təyin etmək olmuşdur. Bundan ötrü də Lənkəran ŞTŞ-nə rəhbərlik edənlər "Çalışmanın son yaş həddi” qanununu hüquqi əsas kimi göstərirlər. Ona görə də Azərbaycan Respublikasının vətəndaşı kimi "Çalışmanın son yaş həddi” qanununa etirazını bildirməklə konstitusion Azərbaycan Respublikamın Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin rəsmi şərhində Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndində və Azərbaycan Respublikasının qoşulduğu BƏT-in "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqınfda 111 №-li Konvensiyasında əks etdirilən prinsiplər göstərilmişdir. Əmək sahəsində fundamental prinsiplər və hüquqlar barədə BƏTin 1998-ci ilin iyununda Cenevrədə qəbul etdiyi Bəyannaməsinin 2-ci bəndində əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin yolverilməzliyi xüsusi qeyd olunur və üzv ölkələrdən onun vicdanla yerinə yetirilməsi tələb olunur. Azərbaycan Respublikasında BƏT-in üzvüdür. Məhz göstərilən prinsipləri nəzərə alaraq Azərbaycan qanunvericisi 16-cı maddənin 1-ci hissəsində əmək münasibətlərində yolverilməz hesab edilən amilləri sadalayır və bu amillər içərisində yaş amili də qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasın m əlaqədar müddəaları və ƏM-nin müvafiq maddələri, həmçinin BƏT-in 1958-ci il Konvensiyası və 1998-ci il Bəyannaməsi "Çalışmanın son yaş həddi” qanununu inkar edir. Bütün bunlara baxmayaraq onunla Lənkəran ŞTŞ-nə rəhbərlik edənlərin qeyri obyektivliyi sayəsində hətta həmin bu antikonstitusion hesab etdiyi qanunun yol verdiyi 1 il, 1 il 5 illik müddətli müqavilə bağlamaqdan belə imtina olunmuşdur. Səbəbi yerinə diplomunun həqiqiliyi belə şübhə doğuran X2 təyin olunması idi. Yəni əsas səbəb onun işdən çıxarıb yerini boşaltmaq, həmin yerə diplomunun həqiqi və ya saxta olub- olmamasına əhəmiyyət vermədən kimi gəldi təyin etmək olmuşdur. Bundan ötrü də Lənkəran ŞTŞ-nə rəhbərlik edənlər "Çalışmanın son yaş həddi” qanununu hüquqi əsas kimi göstərirlər. Ona görə də o Azərbaycan Respublikasının vətəndaşı kimi "Çalışmanın son yaş həddi” qanununua etirazını bildirməklə konstitusion hüququnu tələb edir. Onun belə bir qanunla işdən çıxarılmağına Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndi, (əmək hüququ) 71 -ci maddənin 2,5,6 və 10-cu bəndləri, 147-ci maddənin 1,2,3-cü bəndləri, habelə bu Konstitusiyanın 152 və 155-ci maddələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1 -ci hissəsi və 45-ci maddənin 3-cü hissəsi, BƏT-nin 1958-ci il konvensiyası və 1998-ci il Bəyannaməsi yol vermir. Azərbaycan Respublikasının Konstitusiyasının 155-ci maddəsinin əlaqədar hissəsini qeyd edir. Maddə 155. Bu Konstitusiyanın İİİ fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. O işdən çıxarılarkən antikonstitusion hesab etdiyi "Çalışmanın son yaş həddi” qanunun tələbləri belə pozulmuşdur. Onun işdən çıxarılmağına əsas verən həmin antikonstitusion qanuna görə müqavilə 9 aylıq yox, bir illik bağlanılmalı idi. Ondan əlavə həmin dövrdə Koronavirusla əlaqədar karantin dövrü idi. Azərbaycan Respublikasının Nazirlər Kabineti 65 yaşh insanların iş yerinə müvəqqəti buraxılmaması barədə qərar qəbul etmişdi. İşçi müxtəlif üzürlü səbəblər üzündən iş yerində olmadıqda onu işdən azad etmək olmaz. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən müddətli müqavilə ilə işləyən işçi özündən asılı olmayan səbəblər üzündən iş yerində olmadıqda əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqavilə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Ancaq həmin dövrdə xx.xx.2020-ci il tarixdə məlum qərarla əlaqədar iş yerində olmadığı halda onun işdən azad olunmağı haqqında əmr verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci bəndinə görə onun işdən çıxarılmağı 65 yaşlıların işə buraxılması təmin olunana qədər uzadılmalı idi. Bayaq qeyd etdiyi onun yerinə təyinat məsələsinə aydınlıq gətirmək istəyir. Həm Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə Əliyevanın, həm də Vel kənd tam orta məktəbin direktor əvəzi Zamin Abdullayevin bu zaman xüsusi məqsədləri və hətta maraqları olmuşdur. Bu məqsədi doğuran səbəbin məhkəmə tərəfindən araşdırılmasını xahiş edir. Çünki onun yerinə təyin olunan X2 diplomunun saxta olması haqqında böyük şübhələr vardır. O bu barədə Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə Əliyevaya məlumat da vermişdir. Məktəbin direktor əvəzi Z.Abdullayev isə bu barədə daha məlumatlı idi. X3 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetin Mingəçevir filialının tarix fakültəsinə «daxil olur». 2002-ci ildə Beynəlxalq Universitetin Mingəçevir filialı ləğv olunur. Həmin il X3 o dövrdə Vel kənd tam orta məktəbinin direktoru işləmiş Beytulla Cəfərov tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialını tarix ixtisası üzrə bitirmiş məzun kimi məktəbə tarix müəllimi vəzifəsinə təyin olunur. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir fililı 2000-ci ildə Heydər Əliyev cənablarının fərmanı ilə yaradılmışdır. 2015-ci ildə bu filial ləğv edilərək Mingəçevir Dövlət Universitetinin tərkibinə verilmişdir. Sözügedən şəxs bu institutun 4-cü kursunu 2002-ci ildə «bitirmişdir». İkinci bir fakta görə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında nə tarix fakültəsi, nə də tarix ixtisası olmamışdır. Ancaq həmin dövrdə xx.xx.2020-ci il tarixdə məlum qərarla əlaqədar iş yerində olmadığı halda onun işdən azad olunmağı haqqında əmr verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci bəndinə görə onun işdən çıxarılmağı 65 yaşlıların işə buraxılması təmin olunana qədər uzadılmalı idi. 2022-ci ilin aprel ayında Cavabdeh yaradılmış, idarənin müdiri Elxan Nəcəfova bu barədə həm yazılı, həm də şifahi məlumat vermişdir. Elxan Nəcəfov ona yazdığı cavab məktubunda bildirir ki, onun yerinə nümunəvi tarix müəllimi Səlimova Sevinc təyin olunmuşdur. Elxan Nəcəfova görə nümunəvi tarix müəllimi Səlimova Sevinc diaqnostik imtahanda ondan iki dəfə az bal yığmışdır. Bu 5 ballı qiyməti cədvəli ilə qiymətləndirilsə onun aldığı qiymət «2» -dir. X1 diplomunun saxta olması haqqında böyük şübhələr vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Yazılı etirazda və Cavabdeh nümayəndəsi Nümayəndə izahatlarında iddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, real vəziyyətə görə İddiaçı 2019-cu ildə 65 yaşı tamam olması ilə əlaqədar işəgötürən tərəfindən onun müddətsiz əmək müqaviləsini Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 11, 68.2-ci maddəsinin «b» bəndi, 70-ci maddənin «e» bəndini, 73.1-ci maddəsini rəhbər tutaraq xx.xx.2020-ci il tarixdən xitam vermişdir. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bunu rəhbər tutaraq həmən tarixdən işəgötürən tərəfindən qeyd edilən maddəni rəhbər tutaraq 2019-2020-ci tədris ili üçün İddiaçı çalışma müddətini xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək uzatmış və xx.xx.2020-ci il tarixdən xitam vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır Hər kəs qanımla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Konstitusiyanın 35.4-cü maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Konstitusiyanın 38.3-cü maddəsinə əasən "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısmı itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 2 bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə ilk olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Prosesual müddəti pozmasma baxmayaraq müddətin bərpası ilə əlaqədar ərizə ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 47.1. maddəsinə əsasən "İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar". Lakin bütün bunlara baxmayaraq İddiaçı Əmək Məcəlləsinin tələblərini nəzərə almayaraq hec bir hüquqi əsası olmayan, qanunazid ittihamlar irəli sürərək işə bərpa olunmasını iddia edir. Eyni zamanda iddianın mahiyyətinə aid olmayan, digər şəxsləri ittiham etməklə iddia ərizəsini məhkəməyə təqdim etmişdir, (məktəbin direktor müavini X2 fərziyələrə əsaslanaraq, hec bir təsdiqedici sənəd təqdim etmədən diplomunun saxta olmasmı bildirir) İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə riayət etmədən prosesual normaları da pozmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin iddia predmetinin mahiyətinə aid olmayan maddələrini sadalamaqla hec bir tutarlı əsas və sübut əlavə etmədən iddia ərizəsini tərtib etmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə ərizə verərək bildirmişdir ki, İddiaçı əmək münasibətləri ilə əlaqədar 2(049)-1563/2023 nömrəli iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 bəndinə əsasən iddia müddəti 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2020-ci il tarixdə əmək müqavilədinə xitam verilsə də iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia müddəti keçdiyi üçün icraata xitam verilməsini xahiş edir. Lənkəran Rayon Məhkəməsinin Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-1563/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının 06 dekabr 2019-cu il tarixdə 65 yaşı tamam olmuş, həmin tarixdə onunla bağlanmış müddətsiz müqavilə çalışmanın yaş həddinə görə ləğv edilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə görə onunla 1 il müddətinə müqavilə bağlamaq əvəzinə, 9 ay müddətinə müqavilə bağlamışlar. Həmin müqavilənin müddəti 15 sentyabr 2020-ci il tarixdə bitmişdir. Qanunvericiliyin tələbinə görə qeyd etdiyi kimi onunla 1 il müddətinə müqavilə bağlanmalı idi və həmin müqavilənin müddəti 06 dekabr 2020-ci il tarixdə bitməli idi. Lakin onunla 9 ay müddətinə qanunsuz bağlanmış müqavilənin müddəti 15 sentyabr 2020-ci il tarixdə bitməsinə baxmayaraq, onunla yeni müddətli müqavilə bağlamamışlar. Baxmayaraq ki, o, təcrübəli bir müəllim olmaqla yanaşı məktəbin direktor müavini olmuşdur və onun yerinə vakansiya yaranmamışdır. Çünki, təhsilə rəhbərlik edənlər tərəfindən onun yerinə təyin olunan X2 diaqnostik balı onun balından 2 dəfər az olmuşdur. Bu faktda onun yerinə vakansiya yaranmasına imkan vermir. Bu fərq eyni zamanda müəssisə rəhbərinin diskresion hüququnu həyata keçirməsinə də, şərait yaratmır. Konkret desək işəgötürən üçün belə bir şəraitdə diskresion hüquq əsla yaranmır. Bu zaman onun müddətli müqaviləsi davam etdirilməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı kollegiyanın iclasında apellyasiya şikayətini müdafiə etmiş və hesab etmişdir ki, apellyasiya şikayəti əsaslıdır. Buna görə də apellyasiya şikayətinin təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edib onun təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Əmək Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəllənin 70-ci maddəsinin e) bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən;
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən;
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı çalışmanın yaş həddi çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən xitam verilmişdir. İşdə olan A.F.Xəlilov adına Vel kənd tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli, 101/1 saylı əmrdən görünür ki, məktəbin tərbiyyə işləri üzrə direktor müavini İddiaçı çalışmanın son yaş həddinə çatdığı üçün məktəbin zəruri ehtiyacını və onun xahişini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. İşdə olan Əmək müqaviləsinin bağlanması barədə xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanmış və Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən Vel kənd orta məktəbinin ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bitir. İşdə olan A.F.Xəlilov adına Vel kənd tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli 126 saylı xitam verilməsi əmrdən görünür ki, məktəbin tərbiyyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 73 maddəsinin 1ci bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixində xitam verməklə daşıdığı vəzifədən azad edilmiş və ona son haqq-hesab verilmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış müqavilə müddəti bitdiyi üçün əmək müqaviləsinə Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən xitam verilmişdir. İşdə olan Lənkəran ŞİHB-nın Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda Lənkəran rayonu Xolmili kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı məktubdan görünür ki, çalışmanının son yaş həddinə çatdığı üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər əmək müqaviləsinin uzadılması barədə Vel kənd tam orta məktəbi üzrə 06 dekabr 2019-cu il tarixli, 101/1 saylı əmr verilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə uyğun olaraq 15 sentyabr 2020-ci il tarixdə xitam verilmiş və onunla son haqq hesab aparılmışdır. Vel kənd tam orta məktəbində vakant olan sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə məktəbin ali təhsilli və nümunəvi tarix müəllimi X4 təyin edilmişdir. O, müəllim işlədiyi müddətdə nümunəvi sinif rəhbəri olmuş və məktəb rəhbərliyi tərəfindən heç bir intizam tənbehi almamışdır. X4 2022-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialını tarix ixtisası üzrə bitirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı çalışmanın son yaş həddinə çatdığı üçün onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı ilə müddətli əmək müqüaviləsi bağlanmış və İddiaçı ilə Vel kənd orta məktəbinin ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bitmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respubliaksının Əmək Məcəlləsinin tələblərinin pozulması ilə həyata keçirilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materillarını və tərəflərin izahatarlarını nəzərdən keçiriərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-1563/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-1563/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.