Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1250/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “miras əmlakın qəbulu” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)1648/2019 saylı, 09 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia təmin edilmiş, miras əmlakın iddiaçılar İddiaçı1 və X2 tərəfindən qəbul edilməsi faktının tanınması və Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X1 ½ hissədə pay hüquqları müəyyən olunması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-1648/2019 saylı Qərardadı ilə (hakim Anar Pənahov) Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət Cavabdeh münasibətdə buraxılmamış hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman Lənkəran Rayon Məhkəməsi tərəfindən 22 may 2023-cü il tarixli məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edilərək hazırki mübahisə üzrə İddiaçı1 Lənkəran Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(049)1648/2019 saylı qərardadından vermiş olduğu şikayətə baxılması üçün mülki işin Lənkəran Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(106)797/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “miras əmlakın qəbulu” tələbinə dair mülki iş baxışdan çıxarılaraq Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı qərardaddan vermiş olduğu şikayəti onunla əsaslandırmışdır ki, müddətin bərpasına dair ərizəyə onun iştirakı olmadan baxılmış və həmin qərardad ona çatdırılmamışdır. Həmin qərardadı əldə etmək üçün xx.xx.2023-cü il tarixli ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və qərardadın surətinin ərizədə göstərilən ünvana göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən ona göndərilmiş məktubda qeyd olunmuşdur ki, mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərildiyindən həmin qərardadın ona göndərilməsi imkan xaricindədir. Sonradan dövlət orqanlarına müraciətindən sonra xx.xx.2023-cü i tarixdə ona çatmışdır. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsindən xəbəri olmuş, lakin o, 4 il müddət ərzində həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Mübahisə predmeti olan əmlakı dövlət əhəmiyyətli sosial binaların tikintisi üçün satdığı səbəbindən hazırda Cavabdeh bununla bağlı qərəzli mövqe sərgiləyərək bu prosesə mane olmaq məqsədilə apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)1648/2023 saylı, xx.xx.2023-cü il tarixli müddətin buraxılmamış hesab edilməsinə dair qərardadın ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(049)-1648/2019 saylı qərardadı ilə İddiaçı1 Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)- 1648/2019 saylı qərardadından vermiş olduğu şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Lənkəran Rayon Məhkəməsinin 25 iyun 2023cü il tarixli, 2(049)-1648/2019 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-1648/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, o, sözü gedən mülki işin məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd etmişdir ki, o, iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçılar məhkəməni aldadaraq onun yaşayış yerini bilə-bilə düzgün göstərməmişlər. Bu səbəbdən məhkəmə bildirişləri ünvan 3 ünvanda yaşamadığına görə məhkəmə proseslərindən xəbərsiz olmuşdur. 2023-cü ildə ona məlum olmuşdir ki, atasının evi sökülmüşdür. Maraqlandıqda ona demişlər ki, iddiaçılar məhkəmə yolu ilə torpağı satıblar, xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə sözü gedən qətnamənin alınması üçün ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə qətnamə məhkəmə tərəfindən Lənkəran rayonu, Qumbaşı kəndinə göndərilməklə ona təqdim edilmişdir. Bu vaxtadək qətnamə ona verilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, o, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsində Cavabdeh ünvanı kimi “ünvan 4ə Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnaməsində mübahisəli miras mülkün ünvanı kimi “Lənkəran şəhəri, X7 küçəsi ev 26” göstərilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, xx.xx.1945-ci il təvəllüdlü (Şəxsiyyət vəsiqəsi Lənkəran ŞRPŞ tərəfindən xx.xx.2005-ci ildə verilmişdir. AZE *******) Cavabdeh hazırda ünvan 6 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Cavabdeh ünvanlanan məhkəmə bildirişlərində onun ünvanı “ünvan 7in Cavabdeh çatdırılması (poçt rabitəsi operatoru və s. vasitəsilə) barədə iş materiallarına sübut əlavə edilməmişdir. İş mateiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh şifahi əldə etdiyi məlumata əsasən məhkəmə qətnaməsinin ona verilməsi barədə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir və həmin ərizədə ünvanını “Lənkəran rayonu, Qumbaşı kəndi” kimi qeyd etmişdir. İş materiallarına əlavə edilmiş məktubdan görünürür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnamə Cavabdeh onun ərizəsində qeyd etdiyi ünvan üzrə göndərilmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh Bəşirova X6 Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnaməsindən üzrlü səbəbdən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verəməməsini üzrlü səbəb kimi nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi Cavabdeh müraciətinə əsasən Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnaməsinin surəti 13 fevral 2023-cü il tarixdə ona təqdim edilmişdir. Cavabdeh daha sonra qətnamədən apellyasiya şikayəti və eyni zamanda qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə ilə 24 fevral 2023-cü il tarixdə Lənkəran Rayon Məhkməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5. Bu Məcəllənin 135.2-ci,135.3-cü,135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan prosessual müddətin üzürlü hesab edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə əsaslı olduğundan Lənkəran Rayon Məhkəməsinin (049)1648/2019 saylı, 09 mart 2023-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizənin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X3 şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1648/2019 saylı, 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, İddiaçı1 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2- 402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Lənkəran Rayon Məhkəməsinin 2(049)1648/2019 saylı, 09 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)1648/2019 saylı, 09 mart 2023-cü il tarixli qərardadı İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1250/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1250/2023
08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver