Məhkəmə qərarları › İş №2(106)-1251/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1251/2023

07.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1251/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Həsənov Ramin Rizvan oğlunun katibliyi ilə, Ərizəçi "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi kimi müəyyən olunması və cəmiyyətə məxsus əmlaklar üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnun olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)3055/2016 saylı, 24 iyun 2016-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunması və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan binanın həyətyanı sahəsi ilə birlikdə "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq ona verilməsi və onun bu əmlak üzərində istifadə və sərəncam vermə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" X5 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxs olmuşdur. Bank 1993-cü il tarixində təsis olunmuş və 2009-cu ildə ləğv edilmişdir. "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Qaradonlu İstehlak Cəmiyyəti arasında bağlanılmış 10 iyul 1995-ci il tarixli 65 saylı Kredit müqaviləsinə əsasən "xxxx" KB tərəfindən Qaradonlu İstehlak Cəmiyyətinə 6 ay müddətinə 24.000.000 AZM kredit ayrılmışdır. Kredit məbləğinin vaxtında geri qaytarılmamasına görə "xxxx" Kommersiya Bankı tərəfindən məhkəməyə müraciət edilmişdir. 22 oktyabr 1998-ci ildə Azərbaycan Respublikası İqtisad Məhkəməsi Qaradonlu İstehlak Cəmiyyətinın hesabından hesablanmış faizlərlə birgə 80284203 manat borcun "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarmışdır. Lakin İmişli Rayon ASBnin 333 saylı xx.xx.1998-ci il arayışına əsasən cavabdehin hesabında bu vəsaitin olamaması aydın olmuş və "xxxx" Kommersiya Bankı qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İqtisad Məhkəməsi xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli qətnamənin icra üsulunun dəyişdirilməsi barədə qərardad qəbul etmiş, İmişli Rayon Ədliyyə polisinə xx.xx.1998-ci il tarixli qətnamənin icrası ilə əlaqədar Qaradonlu İstehlak Cəmiyyətinin "xxxx" Kommersiya Bankına olan borcu məbləğində əmlakına həbs qoyulması və hərrac yolu ilə satılaraq "xxxx" Kommersiya Bankına borcunun ödənilməsi barədə əmr vermişdir. xx.xx.1999-cu il tarixində İmişli Rayon Ədliyyə polisinin, Qaradonlu İstehlak Cəmiyyətinin və "xxxx" Kommersiya Bankının əməkdaşlarının iştirakı ilə akt tortib olunmuşdur. X2 Cəmiyyətinə məxsus həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş binaya həyətyanı sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq tələbkar tərəfə təqdim olunması qeyd edilmişdir. Cəmiyyət ləğv olunan zaman ondan başqa digər təsisçilər nizamnamə kapitalında onlara məxsus olan təsis paylarını geri almışlar. Buna görə də "xxxx" X5 Səhmdar Cəmiyyəti ləğv olunarkən yeganə hüquq varisi o, olmuşdur. 2009-cu il tarixli "xxxx" X5 Səhmdar Cəmiyyətinin təsisçilərinin Ümumi Yığıncağının protokoluna əsasən o, "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunmuş və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88olan, 8 otaqdan ibarət, eni 12 metr uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq onun mülkiyyətinə verilmişdir. Hazırda müəyyən sənədləşmə işləri ilə əlaqədar olaraq bu faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Cəmiyyət ləğv olunan zaman ondan başqa digər təsisçilər nizamnamə kapitalında onlara məxsus olan təsis paylarını geri götürdüklərindən o, X3 Açıq Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunmalı və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100 88 olan, 8 otaqdan ibarət eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq onun mülkiyyətinə verilməsi faktı məhkəmə tərəfindən tanınmalıdır. Ona görə də onun "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunması və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan binanın həyətyanı sahəsi ilə birlikdə "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq ona verilməsi və onun bu əmlak üzərində istifadə və sərəncam vermə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı ərizəçinin nümayəndəsi X1 məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İmişli Rayon Məhkəməsinin 2(036)3055/2016 saylı, 24 iyun 2016-cı il tarixli qətnaməsi ilə (Hakim Q.Hacıyev), ərizənin təmin edilməsi, Ərizəçi 1993-cü ildə təsis olunmuş və 2009-cu ildə ləğv edilmiş "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi müəyyən edilməsi, "xxxx" X5 Səhmdar Cəmiyyətinin İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşınmaz əmlakı üzərində Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçinin ərizəsinin mahiyyətindən müəyyən edilir ki, "xxxx" X5 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxs olmuşdur. Bank 1993-cü il tarixində təsis olunmuş və 2009-cu ildə ləğv edilmişdir. "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Qaradonlu İstehlak Cəmiyyəti arasında bağlanılmış 10 iyul 1995-ci il tarixli 65 saylı Kredit müqaviləsinə əsasən "xxxx" KB tərəfindən Qaradonlu İstehlak Cəmiyyətinə 6 ay müddətinə 24.000.000 AZM kredit ayrılmışdır. Kredit məbləğinin vaxtında geri qaytarılmamasına görə "xxxx" Kommersiya Bankı tərəfindən məhkəməyə müraciət edilmişdir. 22 oktyabr 1998-ci ildə Azərbaycan Respublikası İqtisad Məhkəməsi Qaradonlu İstehlak Cəmiyyətinın hesabından hesablanmış faizlərlə birgə 80284203 manat borcun "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarmışdır. Lakin İmişli Rayon ASBnin 333 saylı xx.xx.1998-ci il arayışına əsasən cavabdehin hesabında bu vəsaitin olmaması aydın olmuş və "xxxx" Kommersiya Bankı qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İqtisad Məhkəməsi xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli qətnamənin icra üsulunun dəyişdirilməsi barədə qərardad qəbul etmiş, İmişli Rayon Ədliyyə polisinə xx.xx.1998-ci il tarixli qətnamənin icrası ilə əlaqədar Qaradonlu İstehlak Cəmiyyətinin "xxxx" Kommersiya Bankına olan borcu məbləğində əmlakına həbs qoyulması və hərrac yolu ilə satılaraq "xxxx" Kommersiya Bankına borcunun ödənilməsi barədə əmr vermişdir. xx.xx.1999-cu il tarixində İmişli Rayon Ədliyyə polisinin, Qaradonlu İstehlak Cəmiyyətinin və "xxxx" Kommersiya Bankının əməkdaşlarının iştirakı ilə akt tərtib olunmuşdur. X2 Cəmiyyətinə məxsus həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş binaya həyətyanı sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq tələbkar tərəfə təqdim olunması qeyd edilmişdir. Cəmiyyət ləğv olunan zaman ondan başqa digər təsisçilər nizamnamə kapitalında onlara məxsus olan təsis paylarını geri almışlar. Buna görə də "xxxx" X5 Səhmdar Cəmiyyəti ləğv olunarkən yeganə hüquq varisi o, olmuşdur. 2009-cu il tarixli "xxxx" X5 Səhmdar Cəmiyyətinin təsisçilərinin Ümumi Yığıncağının protokoluna əsasən o, "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunmuş və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88olan, 8 otaqdan ibarət, eni 12 metr uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq onun mülkiyyətinə verilmişdir. Hazırda müəyyən sənədləşmə işləri ilə əlaqədar olaraq bu faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Cəmiyyət ləğv olunan zaman ondan başqa digər təsisçilər nizamnamə kapitalında onlara məxsus olan təsis paylarını geri götürdüklərindən o, "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunmalı və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100 88 olan, 8 otaqdan ibarət eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq onun mülkiyyətinə verilməsi faktı məhkəmə tərəfindən tanınmalıdır. Bir sözlə yeddi ildən artıq heç bir etiraz olmadan sözügedən əmlak və onun yerləşdiyi torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Göründüyü kimi ərizəçi bu faktın müəyyən edilməsini həmin əmlak və əmlakın yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınması üçün lazım olması ilə əlaqələndirir. Kollegiya bununla bağlı qeyd edir ki, Ərizəçi "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi kimi müəyyən olunması və cəmiyyətə məxsus əmlaklar üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnun olması faktı məhkəmə qaydasında müəyyən edilə bilməz. Çünki bu fakt yəni "xxxx" X5 Səhmdar Cəmiyyəti ləğv olunarkən yeganə hüquq varisi o, olmuşdur. 2009-cu il tarixli "xxxx" X5 Səhmdar Cəmiyyətinin təsisçilərinin Ümumi Yığıncağının protokoluna əsasən o, "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunmuş və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə onun istifadəsinə verilməsi qərar alınmışdır. Hazırda ərizəçi qeyd olunan əmlaka sahiblik, istifadə və sərancam vermək hüququnun müəyyən edilməsini xahiş edir. Maraqlarına toxunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi haqlı olaraq verdiyi apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, "xxxx" X5 Səhmdar Cəmiyyəti ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə Ərizəçinın istifadəsinə verilməsi yaxud məxsus olması faktının müəyyən edilməsi, həmin əmlakın dövlət qeydiyyatına alınması üçün əsas ola bilməz, ərizəçi ilk növbədə mübahisəli torpaq sahəsini qanunla müəyyən olunmuş qaydada alğı-satqı müqaviləsi əsasında alınması, daha sonra isə torpaq sahəsi və onun üzərində yerləşən binanın dövlət qeydiyyatına alınması mümkün ola bilər. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 13.7-ci maddəsinə əsasən Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin: 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Yuxarıda qeyd olunan prosessual hüquq normaların mənasından da görünür ki, Ərizəçi mülkiyyət hüquqi yalnız daşınmaz əşyanın yerləşdiyi sahənin yəni, İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi onun tərəfindən qanuna müvafiq əldə edildikdən sonra ərizəçinin torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə mülkiyyət hüququ yaranır. Qeyd edildiyi kimi, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Belə olan halda hazırkı tələb üzrə məhkəmə qaydasında hər hansı bir faktın müəyyən edilməsi mümkün deyildir. Belə ki, tələb olunan faktın müəyyən edilməsi artıq mövcuddur. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, bu tələb xüsusi icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə İmişli Rayon Məhkəməsinin 2(036)3055/2016 saylı, 24 iyun 2016-ci il tarixli qətnaməsi prosessual hüquq normaları pozulmaqla çıxarıldığından ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)3055/2016 saylı, 24 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi "xxxx" X5 Səhmdar Cəmiyyətinin hüquqi varisi kimi müəyyən olunması və cəmiyyətə məxsus əmlaklar üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnun olması faktının müəyyən edilməsi tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar