Məhkəmə qərarları › İş №2(106)-1261/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1261/2024

24.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1261/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5n, Cavabdeh6 və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbi barədə birləşdirilmiş 1-ci iddia ərizəsinə dair, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 26 dekabr 2019-cu il tarixli AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli 5983 inventar nömrəli **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli **********31-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə birləşdirilmiş 2-ci iddia ərizəsinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-196/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Birləşdirilmiş 1-ci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılaraq əmlakın ona təhvil verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 26 dekabr 2019-cu il tarixdə Lənkəran rayonu Sütəmurdov kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oglu ilə aramızda Lənkəran Rayon 1 Saylı Notariat Ofisində AN-İ Nə ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən ƏMDK-nin yartında DƏDRX-nin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 355.6 kv.m fərdi yaşayış evini və ƏMDK-nin yanında DƏDRX-nin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.04 ha torpaq sahəsini satıcıya ümimilikdə 50.100 manat ödəmək şərti ilə tam hissə olaraq almışdır. Ümumi ödədiyi 50.100 manat məbləğin 35.100 manat hissəsini alqı-satqı müqaviləsi əsasında bank vasitəsi ilə, digər 15.000 manatı isə Cavabdeh2 nağd şəkildə vermişdir. Bu barədə Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsi də mövcuddur. Həmin ərizəni iddiaya qoşma olaraq əlavə etmişdir. Aralarında bağlanılan alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra o, ümumilikdə 50.100 manat ödəyərək tam hissəsini aldığı daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixdə **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Alqı-satqı prosesinin həyata keçməsindən uzun müddət keçdiyinə baxmayaraq cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568ci və 646-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdurlar. Belə ki, əmlakı ona satdıqdan sonra evdən çıxacaqlarını və əmlaklarını evdən çıxaracağını bildirmişdirlər. Lakin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 ona satılan əmlakdan əşyalarını çıxaracağını bildirsə də, bu günə qədər əşyalarını ona məxsus olan əmlakdan çıxarmır. Bununla da müqavilə üzrə öhdəlikləri icra etməyərək eyni zamanda onun da mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Bu əməllər tamamilə qanunsuzdur. Sözügedən 26 dekabr 2019-cu il tarixli AN-İ No ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” Lənkəran Rayon 1 Saylı Notariat Ofisində bağlanmış və notarius tərəfindən təsdiq olunmuşdur. Bu səbəbdən də notarius bunun təminatı ilə bağlı icra qeydi verməli idi. Bunları əsas götürərək hesab edir ki, Lənkəran Rayon 1 Saylı Notariat Ofisi işə cavabdeh olaraq cəlb edilməlidir. Daşınmaz əmlakı aldığı zaman pulun bir hissəsini yəni 35.100 manatı isə müqavilə əsasında bank vasitəsi ilə verdiyi səbəbindən cavabdehlərin hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Bununla bağlı polisə də müraciətləri olmasına baxmayaraq Cavabdeh2 ona satmış olduğu və hazırda ona məxsus olan əmlakı qanunsuz olaraq sahiblənir. Birləşdirilmiş 2-ci iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 cavabdehlər İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərzai İdarəsinə qarşı iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ilə cavabdeh İddiaçı arasında bağlanılmış 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin yalan əqd olduğundan həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırımışdır ki, 2019-cu ilin dekabr ayında müəyyən səbəblərdən pula ehtiyac olduğu üçün Lənkəran rayon, Sütəmurdov kəndində yerləşən yaşadıqları evi (355 kv.m 2 mərtəbəli) satmağa qərar vermişdir. Səhəri gün alqısatqı məntəqəsinə, Nazim adlı şəxsə müraciət etmişdir. Həmin gün evə baxış keçirilmiş 70.000 (yetmiş min) manat qiymət qoyulmuşdur. O, Nazimə demişdir ki, təcili satmaq üçün 70.000 manat yox 65.000 manata satılsın, çünki ona təcili pul lazımdır. 2 gün keçdikdən sonra “makler” Nazim ona zəng vuraraq evi almaq istəyənin olduğunu bildirmişdir. Evə Nazimlə gələn şəxs İddiaçı həyat yoldaşı ilə birlikdə evə baxdıqdan sonra 60.000 (altmış min) manata razılaşmışlar. Səhəri gün "makler” Nazim və İddiaçıla çayxanada oturub məsləhətləşmişlər. İddiaçı onlara demişdir ki, onun 60.000 (altmiş min) manat pulu düzəlmir, cəmi 35.000 (otuz beş min) manat pulu vardır. Bu zaman o özü İddiaçı demişdir ki, sonuncu ona 35.000 (otuz beş min) manatı borc kimi versin, o da 35.000 manatı qaytaranda üstündə əlavə pul verəcəkdir. Bu zaman İddiaçı təklif etmişdir ki, alqı-satqı müqaviləsi bağlansın, 35.000 manatı qaytaranda üstündə 5.000 (beş min) manat əlavə pul alacaqdır. O, Yusubun təklifi ilə "makler”Nazimin iştirakı ilə razılaşmışdır. Onlar notariusa gələndə bildirmişlər ki banka pulu ödəyib yenidən notariusa gəlsinlər. Nazim, o özü və Yusub banka gedib 35000 min manatı banka qoymuşlar. Səhəri gün təkrarən Nazim, Yusub və özü, gedib bankdan pulu çıxarıb notariusa gəlmişlər. Notarius Səfər müəllim onlara demişdir ki, qaytaranda çətin olmaması üçün ancaq alqı-satqı müqaviləsi bağlasınlar. Onlar alqı-satqı müqaviləsi bağlayıb ayrılmışlar. Bütün xərcləri o özü "makler” Nazim və evi alan İddiaçı iştirakı ilə etmişdir. O, evin satılmasını "makler” Nazimə tapşırıb ayrılmışdır. Bir gün keçmiş, evin giriş qapısına “ev satılır” elanı yerləşdirmiş, qiyməti isə 65.000 (altmiş beş min) manat yazmışdır. Özünə məxsus telefon nömrəsini və "makler" Nazimin telefon nömrəsini qeyd etmişdir. 2-3 gün keçmiş, evi almaq istəyən başqa Həsən adlı şəxs evə baxış keçirmiş, 60.000 (altmış min) manata razılaşmışlar. Evi alan Həsən adlı şəxs qalmağa yerinin olmadığını bildirib alqı-satqı edənə qədər onun evində qalmaq istəmiş o da razılaşmışdır. Həsən ona 1.000 (bir min) manat beh vermişdir. O, behi götürdükdən sonra "makler" Nazimi götürüb İddiaçı yaşadığı evinə gəlmişdir. Evi almaq istəyən olduğunu bildirib, evin satılmasını və ona söz verdiyi kimi 35.000 (otuz beş min) manata qarşı 40.000 (qırx min) manat pulu verməyi bildirmişdir. İddiaçı beh aldığını bildirmişdir. Yusub isə ona evi satacağı halda özü evi kürəkəni Rafiqə alacağını, Həsəndən aldığı behi qaytarmasını və həmin şəxslərin evdən çıxmasını bildirmişdir. O da Yusuba inanıb 1.000 manat beni aparıb Həsənə qaytarmışdır. Ondan sonra İddiaçı öz kürəkəni Rafiq ilə aralarında mübahisəyə başlamış, daha sonra Rafiq Yusubun qızından boşanmışdır. Sonra 2021-ci ilin iyul ayında İddiaçı ona notariusa getməyi təklif etmişdir. Həmin vaxt makler Nazim də onlarla birgə getmişdir. Yusub demişdir ki, mən sənə 35.000 (otuz beş min) manat, üstünə gəl 15.000 (on beş min) manat faiz olmaqla 50.000 (əlli min) manat pul vermişəm. O, səbəbini soruşanda, Yusub vaxtın uzandığını bildirmişdir, 50.000 (əlli min) manatı təsdiq edək, mən sənə 2 aya 10.000 (on min) manatı verim. Orada "makler” Nazim demişdir ki, Yusubla razılaşma, o sənə pul verənə oxşamır. O yenə də İddiaçı inanmışdır. Çünki 35.000 (otuz beş min) manatı alanda sənədlər İddiaçı adına yazılmışdı. 2 ay müddət keçəndən yəni 2021-ci ilin sentyabr ayında 10000 manat pulu ondan tələb edəndə Yusub bildirmişdir ki, istədiyi qədər evdə yaşaya bilər və narahat olmağına bir səbəb yoxdur. Onun dediyinə görə nə vaxt imkanı olarsa ona borclu olduğu pulu qaytaracaqdır. İmkan edib borcu qaytara bilmədiyi təqdirdə isə onda 10000 manat verəcək və ev onun adına sənədləşdiriləcəkdir. Yəni, 2021-ci il sentyabr ayında özü bu sözləri deyib. 2023-cü ilin təxminən yanvar ayına kimi o və ailəsi həmin evdə mübahisəsiz yaşamışdır. Çünki aralarında şifahi razılıq var olmuşdur. 2023-cü ilin yanvar ayında Orxan adli şəxs zəng vuraraq evi almaq barəsində müraciət etdi. O da "makler” Nazimlə birgə Orxanla görüşmüş, evə baxış keçirib 60.000 manata razılaşmışdır. Orxan ona 500 manat beh vermiş, hətta qapıya yazılmış 65.000 manatlıq elanı götürmüşdür. 2-3 gün keçdikdən sonra Orxan ona bildirmişdir pul düzəlmir. Sonra bəlli olmuşdur ki, İddiaçı Orxan adlı şəxsə etibarnamə verib. O, Orxana bildirəndə ki, 500 manat behin var. Orxan da ona demişdir ki, istəmir, halal xoşun olsun. Sonra bilmişdir ki, Orxanla İddiaçı arasında mübahisə olub. Yəni artıq 2023-cü ilin yanvar ayında bilmişdir ki, o, Yusub tərəfindən aldadılır və o, evi ələ keçirmək istəyir. Çünki, aralarında olan alqı-satqı müqaviləsi də məhz əslində onun verdiyi 35000 manat borc pulun rəsmiləşdirilməsini nəzərdə tuturdu. Yəni, bir sözlə başqa razılaşmanı pərdələyirdi. Vəziyyətin bu yerdə olduğunu görüb dəfələrlə ona olan borcunu danışdığı kimi qaytarmaq istəsə də o, həmin borcu danışdığı kimi ondan qəbul etməmiş və və alqı-satqı müqaviləsinin ləğv olunmasına razı olmamışdır. Ondan belə olduğu təqdirdə 10000 manat pulunu istədikdə və evin onun adına rəsmiləşdirilməsini dedikdə də, ona heç bir borcu olmadığını və və həmin evdən çıxmağını tələb etdi. Yəni, şərt qoydu ki, ya evdən çıxmalı, ya da ki, 60000 manat ona pul verməlidir ki, o müqavilənin ləğvinə razılıq versin. O, hal-hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. İddiaçı ona öz evimdə yaşamağına imkan vermir, nə də ki, evi satıb ona ödəməli olduğu 40.000 manatı qaytarsın. Bütün əşyaları Lənkəran rayon, Sütəmurdov kəndindəki ona məxsus evindədir. O, İddiaçı götürdüyü 35.000 (otuz beş min) manatı, söz verdiyi kimi üstəlik faiz pulu olaraq 5.000 (bes min) manat, cəmi 40.000 (qirx min) manatı qaytarmağa hazırdır. xx.xx.2019-cu il tarixli, AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən o və ailə üzvləri satıcı qismində, cavabdeh İddiaçı isə alıcı qismində alqı-satqı müqaviləsinin predmeti olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsi və ümüumi sahəsi 355.6 kv.m olan daşınmaz əmlakı cavabdehə 35100 manat məbləğində satmışlar. Lakin həmin müqavilənin hansı məqsədlə aralarında bağlandığı yuxarıda qeyd olunub. Həmçinin 2019-cu ildə həmin əmlakın müqavilədə qeyd olunan qiymətə satılması absurddur. Sözügedən əmlakın qiyməti ən azı 65000 manatdır. Necə ola bilər ki, o, həmin əmlakı 35100 manata satsın. Bu bir daha həmin müqavilənin hansı məqsədlə bağlanıldığının əyani göstəricisidir. Daha sonra birləşdirilmiş 2-ci iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki yanlışlığa yol verildiyini bildirərək göstərmişlər ki, mübahisəli evi və torpaq sahəsini onlar İddiaçı 70.000 (yetmiş min) manata satmaq barədə razılaşmışlar. Hazırda həmin pulun 37.000 manatını ödənilib, 33.000 manatı qalıb. Belə ki, Cavabdeh2 2019-cu ilin dekabr ayında pula ehtiyacı olduğundan evini satmaq qərarına gəlib. Makler Nazimin vasitəsi ilə evin alıcısı kimi İddiaçı gəlib evə baxıb. Evin qiymətin soruşduqda 70.000 manata olduğunu bildirmişdir. Bundan sonra İddiaçı ondan evini nədən ötrü satdığını soruşduqda ona təcili pula ehtiyacının olduğunu bildirmişdir. İddiaçı ona özünün faiz müqabilində pul verdiyini bildirmişdir. Ona da təklif etmişdir ki, hazırda əlində 35.000 manatı var. Ona faizə verə bilər. O da İddiaçı təklif etmişdir ki, 35.000 manatı faizlə deyil konkret pul məbləği ilə ona versin, ev satılan kimi pulu ona qaytarsın. İddiaçı bildirmişdir ki, 35.000 manat verəcək, lakin əvəzinə 40.000 manat ondan alacaq. Əlavə olaraq pulun təminatı kimi mubahisəli əmlakını onun adına keçirməyi, əgər evə müştəri tapılarsa onun adından müştəriyə satacağını bildirmişdir. Onun da təcilə pula ehtiyacı olduğundan onunla razılaşmış və evi onun adına keçirmişdir. Bundan sonra dəfələrlə müştəri tapmış, lakin İddiaçı müxtəlif bəhanələr gətirərək alqı-satqıya maneə törətmişdir. Sonda ona demişdir ki, onun evini 70.000 manata özü alacaq. 35.000 manat vermişdir, onun bu günə olan faizi 15.000 manat hesablamışdır. Qalan 20.000 manatı da yaxın müddətdə verib onunla olan pul haqq-hesabı bitəcək. O da İddiaçı soruşmuşdur “axı biz faiz məbləği 5.000 manata razılaşmışdıq, indi niyə 15.000 manat hesablayırsan?”. Cavabında İddiaçı ona bildirmişdir ki, verdiyi 35.000 manat pulun müddəti çox keçib ona görə də faiz 15.000 manat təşkil edir. Evi İddiaçı adında olduğundan o, məcbur qalıb onunla razılaşmışdır. Fikri o olmuşdur ki, əlində qalan pul məbləği ilə mubahisəli əraziyə bitişik olan onlara məxsus boş ərazidə xırda ev tikib orda yaşayarlar. Nəhayət ki, 2021-ci ildə İddiaçıla ondan faiz kimi istədiyi 15.000 manatı notariusda rəsmiləşdirmişlər. Sonradan İddiaçı onun hesabı ilə qalan 20.000 manat pulunu istədikdə həmin pulun onlara verməyəcəyini, evi 50.000 manata aldığını bildirmişdir. O, İddiaçı demişdir ki, “axı biz evi 70.000 manata razılaşmışıq”. İddiaçı cavab verib ki, “mənim pulum yoxdu, 50.000 manatı sənə ödəmişəm”. “Bu qədər bəsinizdir”. Bu günə kimi də İddiaçı onlara olan 33.000 manat borcunu ödəmir. Məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən də görünür ki, 2019-cu ildə evlərinin qiyməti 71.120 manat təşkil edir. Tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsi əslində digər müqaviləni pərdələməkdən ötrü olub. Yəni İddiaçı Cavabdeh2 5.000 manat faiz müqabilində verdiyi 35.000 manat pulun girovu kimi bağlanılıb. Sadəcə olaraq həmin vaxtı İddiaçı vergidən yayınmaqdan ötrü girov müqaviləsinin bağlanmasını yox, alqı-satqı müqaviləsinin bağlanmasını tələb etdiyindən, onların da pula ehtiyacı olduğundan onunla razılaşıblar. Əlavə olaraq bildirirlər ki, onların hazırda məhkəməyə müraciət etməkdə səbəbi sonda İddiaçı əslində onlara aldatmaq niyyətində olduğunu açıq-aydın bildirməsi olub. Əvvəllər İddiaçı onlara evin qalan pulunu qaytaracağını bildirdiyindən 2019-cu ildən bu günə kimi bu mübahisə məhkəmə müstəvisinə çıxarılmamışdır. Evi özünün almaq niyyətində olduğunu bildirəndən sonra qalan pulu da yaxın müddətdə ödəyəcəyini bildirsə də sonralar muxtəlif bəhanələrlə pulu verməmişdir. Nəhayət sonda onlara bildirmişdir ki, aralarında alqı-satqı müqaviləsi olub, sənədlər onun xeyrinədir və onlara heç bir manat belə ödəməyəcək, ev onundur. Daha sonra birləşdirilmiş 2-ci iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(049)-222/2024 saylı qərardadı ilə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlunun cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi barədə 2(049)-222/2024 nömrəli və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı, Cavabdeh6 Əhmədağa oğlu və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbi barədə 2(049)-196/2024 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və mülki işə 2(049)-196/2024 nömrəsinin verilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-196/2024 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) birləşdirilmiş 1-ci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbinə dair iddiasının rədd edilməsi və birləşdirilmiş 2-ci iş üzrə iddianın təmin edilməsi, 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31- 10301 reyestr nömrəli Texniki Pasport və xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun tam ləğv edilməsi, birləşdirilmiş 1-ci iş üzrə iddia tələbinin təmin edilməsi və birləşdirilmiş 2-ci iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birləşdirilmiş 1-ci iş üzrə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, 26 dekabr 2019-cu il tarixdə Lənkəran rayonu Sütəmurdov kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oglu ilə aralarında Lənkəran Rayon 1 Saylı Notariat Ofisində AN-İ ******* saylı “Daşınmazəmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən ƏMDK-nin yartında DƏDRX-nin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 355.6 kv.m fərdi yaşayış evini və ƏMDK-nin yanında DƏDRX-nin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.04 ha torpaq sahəsini satıcıya ümumilikdə 50.100 manat ödəmək şərti ilə tam hissə olaraq almışdır. Ümumi ödədiyi 50.100 manat məbləğin 35.100 manat hissəsini alqı-satqı müqaviləsi əsasında bank vasitəsi ilə, digər 15.000 manatı isə Cavabdeh2 nağd şəkildə vermişdir. Bu barədə Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsi də mövcuddur. Həmin ərizəni iddiaya qoşma olaraq əlavə etmişdir. Aralarında bağlanılan alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra ümumilikdə 50.100 manat ödəyərək tam hissəsini aldığı daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixdə **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Alqı-satqı prosesinin həyata keçməsindən uzun müddət keçdiyinə baxmayaraq cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək Mülki Məcəllənin 568-ci və 646-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdurlar. Belə ki, əmlakı ona satdıqdan sonra evdən çıxacaqlarını və əmlaklarını evdən çıxaracağını bildirmişdirlər. Lakin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 ona satılan əmlakdan əşyalarını çıxaracağını bildirsə də, bu günə qədər əşyalarını ona məxsus olan əmlakdan çıxarmır. Bununla da müqavilə üzrə öhdəlikləri icra etməyərək eyni zamanda onun da mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Bununla bağlı polisə də müraciətləri olmasına baxmayaraq Cavabdeh2 ona satmış olduğu və hazırda ona məxsus olan əmlakı qanunsuz olaraq sahiblənir. Belə ki, işə baxan məhkəmə birləşdirilmiş 2-ci iş üzrə iddia tələbi üzrə iddianı təmin edərkən guya tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin iddiaçılar təfindən həmin evi satmaq niyyəti ilə deyil, onlara borca pul verilməsi ilə əsaslandırmış, həmin faktı da təsdiq edə biləcək heç bir sübuta istinad edə bilmədikdə isə maklerliklə məşğul olan Nazim adlı şəxsin şifahi ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. O, həmin daşınmaz əmlakı 50100 dəyərində almış və alqı- satqı müqaviləsi bağlanan zaman 35000 manat pulu ilkin olaraq ödəmiş, daha sonra isə iddiaçılara yenidən xx.xx.2021-ci ildə 15000 manat, xx.xx.2020-ci ildə 1500 manat, xx.xx.2020-ci il tarixdə isə 500 manat pul ödəmişdir. Burada belə bir sual meydana çıxır ki, əgər o, qarşı tərəflər müqaviləni borca vermiş olsaydı, həmin 35000 manat pulu ona qaytarmamış, əlavə olaraq nəyə görə 17000 manat pulu yenidən onlara verərdi? Bundan başqa, iddiaçılar onların özləri ilə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasından ötrü həmin müqavilə bağlanıldıqdan sonra 4 ildən artıq vaxt keçdikdən sonra iddia qaldırmışlar, lakin məhkəmə bu kəsici müddətin isə qanunvericilik tərəfindən 1 il müddət təyin etdiyinə də heç bir münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə həmin müqavilənin qanunvericiliyin birbaşa olaraq etibarsız hesab etdiyi əqdin hansı əsaslarla etibarlı əqd olmaqla iddia tələbinin təmin edilməsi qənaətinə gəlməsini də qətnamədə əsaslandırmamış və buna hansı səbəbdən zərurətin yaranmamasına dair qətnamədə heç bir qeyd aparmamışdır. Baxmayaraq ki, qətnamənin təsviri hissəsində həmin əqdin etibarsız əqdlər kateqoriyasına aid olması qənaətinə gəlmiş, qətnamənin əsaslandırıcı hissəsində həmin hala məhkəmə tərəfindən qiymət verilməmişdir. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara qiymət verməmiş, işin heç bir faktiki halı ilə uyğun gəlməyən yalnız şahid ifadəsinə istinad etmişdir. Eyni zamanda həmin müqavilə notariat ofislərindən birində rəsmiləşdirilməklə hazırki iş üzrə iddiaçılara bütün hüquq və vəzifələri izah edilmiş və iddiaçılar da həmin vəzifələrindən məlumatlı olmuşdur. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsəd isə əsassız olaraq varlanma ilə bağlıdır. İddia tələbində qeyd edilənlərə gəldikdə isə iddiaçıların özlərinin uydurmasıdır. Lakin iddia ərizəsində yazılanlara aid məhkəmə heç bir sübut təqdim edə bilməmişlər. Birinci instansiya məhkəməsi yalnız bir şahidin ifadəsi ilə həmin şahid də iddiaçının özünün adamı olduğundan qabaqcadan onu təlimatlandırmaqla məhkəməyə şahid qismində çağırmış və məhkəmə də iddiaçının təqdim etdiyi şahid ifadəsi əsasında iddia tələbini heç bir sübuta əsaslanmadan formal mülahizələr əsasında təmin etmişdir. Eyni zamanda məhkəmə kəsici müddətə münasibətdə də prosessual pozuntuya yol verməklə iddia müddətinin iddiaçılar ilə cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsinə münasibətdə hesablamaqla tətbiq etməli olduğu halda bunu etməmişdir. Lakin hansı səbəbdən məhkəmə qətnaməsində, məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq olunmuş həm apelyasiya şikayətində qeyd etdiyi hallara, əsaslı münasibət bildirilməmiş, belə bir mütləq sübut növünə hüquqi qiymət verilməmiş, nəticədə sübutların tədqiq olunmadan və onlara qiymət verilmədən açıq qalmışdır. Halbuki, həmin sübutlar işin həlli üçün müstəsna əhəmiyyətə malik idi. İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2019-cu il tarixdə alqı-satqı əsasında mübahisəli evi almışdır. Evin qiymətini qarşı tərəflə 50000 manata razılaşmışlar. Qarşı tərəflə ilkin razılıqları zamanı ona 35000 manat məbləğində pulunun olduğunu demişdir. O isə razılığını bildirmiş və notariusa getməyi təklif etmişdir. Orada belə bir razılığa gəlmişlər ki, evin çıxarışını alandan sonra ona 15000 manat məbləğində pul vəsaiti də əlavə olaraq ödəyəcəkdir. Bundan sonra Sərhəddin ondan borc istəmiş, o də Sərhəddinə 500 manat, daha sonra 1500 manat olmaqla borc pul vermişdir. İddiaçı hazırkı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli evi Sərhəddinlə 35000 manat məbləğində alqı-satqı ilə razılaşmışlar və həmin məbləği sonuncuya bank vasitəsi ilə ödəmişdir. Qalan 17000 manatı isə 15000+2000 manat təşkildə əlbəəl Sərhəddinə vermişdir. Sərhəddin Bakıya getmiş, övladlarının həbsdə olmasını əsas gətirərək ondan təcili şəkildə pul istəmişdir. O da sonuncuya 2000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Həmin pulu Sərhəddinə borc şəklində yox, torpaq sahəsinə görə vermişdir. Belə ki, həmin pulu 0.05 ha torpaq sahəsinə görə vermiş, sonra 15000 manat da yenidən ödəniş etmişdir. O vaxtı üstündə pulu yox idi deyə torpaq sahəsinin pulunu bir az gec vermişdir. Alqı-satqı zamanı o və arvadı, Sərhəddin və onun arvadı Nazim adlı maklerlə birlikdə notariusda olmuşdur. Sərhəddinlə heç bir tanışlığı olmamış, ev elanından sonra görüşmüşlər. Sərhəddin evi hazırda kirayə verib və orada başqa şəxslər yaşayır. İndi orada kimin yaşadığı haqqında məlumatı yoxdur. Sərhəddin əgər evi istəyirdisə onun pulu qaytaraydı, sonra evi sataydı. Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda faktiki olaraq mübahisəli evdə yaşayır. Evi 70000 manata satmağı düşünürdü. Makler Nazim də gəlib evə baxmışdır. İddiaçı Makler Nazim vasitəsi ilə tanımışdır. Onunla görüşdükdən sonra evin satılmasını 70000 manat məbləğinə razılaşmışlar. Yusub və onun arvadı gəlib evə baxmışlar. Səhəri gün Yusub ona 35000 manatının olduğunu bildirmiş, o da evi girov qoymağı təklif etmişdir. 35000 manat məbləğindəki alqı-satqını girov niyyəti ilə bağlamışlar. Qeyd edir ki, iş materiallarına olan ərizəni o, İddiaçı inanıb yazmışdır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, birinci məhkəmə iclasından sonra Yusubla aralarında razılıq əldə edilməsinə cəhd etmiş, lakin bu baş tutmamışdır. Belə ki, ona 35000 manat + 5000 manat + 1500 manat +500 manat olmaqla pulları qaytaracağımı bildirsə də, İddiaçı buna razı olmamış və ancaq evi istədiyini bildirmişdir. Notariusda 15000 manat pul vəsaitini alması barədə ərizəni özü yazmış, ancaq pul ona verilməmişdir. Mübahisəli evi İddiaçıla 70000 manat məbləğə razılaşmışlar. Səhəri gün Yusub onda 35000 manat nağd pulunun olduğunu, qalan məbləğin düzəlmədiyini bildirmişdir. Bundan sonra o, Yusuba 35000 manatın onu qane etdiyini bildirmiş, Yusub nəyi girov qoya biləcəyini soruşduqda, evi girov qoya biləcəyini qeyd etmişdir. Yusub ona 5000 manat faiz alacağını bildirmiş, lakin aralarında hər hansı müddət müəyyən edilməmişdir. Aldığı pul vəsaitini ona qaytarmaq istəyir, lakin Yusub buna razı deyildir. Cavabdeh3 hazırkı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yusub onun ərinə 35000 manat məbləğində pul vermişdir. Pul onun yanında yox, ayrı verilmişdir. Yusuba inanıb etibar etmişlər deyə, əri notariusda həmin ərizəni yazmışdır. Lənkəran Regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-196/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, birləşdirilmiş 1-ci iddia üzrə iddia təmin edilməli və birləşdirilmiş 2-ci iddia üzrə iddia tələbi rədd edilməlidir. İ Ş İ N H A L L A R İ: Sübutlar: Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyət hüququ kimi, Lənkəran rayonu Sütəmurdov kəndində 0,04 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızının və Cavabdeh6 Əhmədağa oğlunun hüquqları dövlət qeydiyyatına alınmışdır. AN-İ № ******* nömrəli xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evini, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlu birgə mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsini 35100 manata İddiaçı satmışlar. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan və **********31- 10301 reyestr nömrəli, xx.xx.2019-cü il tarixli Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0,04 ha torpaq sahəsi, onun üzərində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. **********411 saylı xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizədən görünür ki, Cavabdeh2 İddiaçı 15000 manat məbləğində pul almışdır. xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 1500 manat məbləğində pul vəsaiti poçt vasitəsi ilə köçürülmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh3 plastik kart hesabına 500 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəydən görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evinin dekabr 2019-cu il vəziyyətinə görə bazar dəyəri ƏDV nəzərə alınmadan 71120 manat, likvid dəyəri isə 67564 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli hökümət ödəniş portalından görünür ki, Cavabdeh2 məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli hökumət ödəniş portalından görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində iş üzrə tərəfləri bir-biri ilə tanış etdiyini, tərəflər arasında olan bütün danışıqlarda iştirak etdiyini, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin əslində İddiaçı tərəfindən Cavabdeh2 5000 manat faiz müqabilində verilən 35000 manat pulun girovu kimi bağlandığını, sonradan verilmiş 15.000 manat pulun da İddiaçı tərəfindən Cavabdeh2 verildiyini görmədiyini, həmin pulun 35.000 manatın faiz pulu kimi İddiaçı tərəfindən hesablanıldığını bildirmişdir. İşin apellyasiya baxışı zamanı təkrar dindirilmiş şahid X5 ifadə verərək bildirmişdir ki, tərəfləri tanımır və onlarla qohumluq münasibətləri və ya hər hansı ədavət, düşmənçiliyi yoxdur. Sərhəddin evi 70000 manata satılması üçün elan vermişdir. Ev 2 mərtəbəli, 340 kv.metr, 0.06 ha torpaq sahəsindən ibarətdir. Sərhəddin ona təcili pul lazım olduğu üçün evi satmaq məcburiyyətində qalmışdır. O da bu işdə vasitəçi kimi Sərhəddinə köməklik etmişdir. Elan qoyulduqdan təxminən 10-15 gün sonra Yusub ona yaxınlaşmış, bundan sonra onlar evə baxmaq üçün getmişlər. Evin qiyməti axşam 70000 manata razılaşdırılmışdır. Səhəri gün çayxanada olduqları zaman Yusub maddi imkanın yaxşı olmadığını və 35000 manat nağd pulu olduğunu bildirmişdir. Sərhəddin isə həmin məbləğin ona verilməsini, üstündə 5000 manat pulla Yusuba qaytaracağını bildirmiş, evi girov şəklində onun adına keçirəcəyini qeyd etmişdir. Girov məsələsi onun yanında danışılmışdır. Sərhəddinin 2021-ci ilin fevral ayında notariusda verdiyi ərizədən xəbəri olmuşdur. Ona hər hansı bir məbləğdə pul verilməmiş və 35000 manat pulu Sərhəddin qaytarmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilib-edilməməsi baxımından, məhkəmə tərəfindən iş üzrə tərəflər arasında mövcud razılaşmanın onların həqiqi iradə ifadəsini tamamilə əks etdirib-etdirməməsini düzgün qiymətləndirməmişdir. Belə ki, birinci instansiya məhkəməsi birləşdirilmiş 1-ci iddia üzrə iddianı rədd edilməsi, birləşdirilmiş 2-ci iş üzrə iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, məhkəmə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiasını təsdiq edən sübut növü kimi şahid X1 ifadəsinə qiymət verərək hesab edir ki, həmin şahid ifadəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 təqdim etdikləri şahid X5 ifadəsində hazırki, iş üzrə tərəfləri bir-biri ilə tanış etdiyini, tərəflər arasında olan bütün danışıqlarda iştirak etdiyini, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin əslində İddiaçı tərəfindən Cavabdeh2 5000 manat faiz müqabilində verilən 35000 manat pulun girovu kimi bağlandığını, sonradan verilmiş 15000 manat pulun da İddiaçı tərəfindən Cavabdeh2 verildiyini görmədiyini, həmin pulun 35000 manatın faiz pulu kimi İddiaçı tərəfindən hesablanıldığını bildirmişdir. Məhkəmə X1 tərəflər arasında olan danışıqlarda tərəfsiz şəxs kimi iştirak edən şəxs olduğundan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 təqdim etdikləri şahid X1 ifadəsini mötəbər sübut növü kimi qəbul edir. Mövcud mübahisə üzrə alqı-satqı müqaviləsinin məzmunu baxımından işin halları təhlil edildikdə görünür ki, müqavilənin tərəfləri olmuş şəxslərin niyyəti alqı-satqı müqaviləsinə yönəlməmişdir. Yəni onlar müqavilənin məqsədinə xidmət edən hüquq və vəzifələr daşımamışlar. Çünki məhkəmə iclasında müəyyən olunan işin halları alqı-satqı müqviləsinin real olmasına dəlalət etmir. Başlıca dəlil odur ki, alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmasına baxmayaraq hazırkı zamana qədər birinci iddia üzrə cavabdehlər mübahisəli mənzildə yaşamışlar. Birinci iddia üzrə iddiaçı onları bu zaman kəsiyində nə üçün evdən çıxarmadığını izah edə bilməmişdir. Hansı ki, birinci iddia üzrə cavabdehlər ona hər hansı kirayə haqqı verməmiş və aralarında bu formada razılıq olmamışdır. Digər tərəfdən birinci iddia üzrə iddiaçının məhkəmədə iddia qaldıran zamana qədər evdən çıxarma ilə bağlı hər hansı tədbir görməsi də işdən görünmür. Bu kimi hallar alqı-satqı müqaviləsinin zahirən mövcud olsa da, əslində niyyətin bundan ibarət olmamasına dəlalət edir. Habelə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəyində Lənkəran rayonu Sütəmurdov kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evinin dekabr 2019-cu il vəziyyətinə görə bazar dəyəri ƏDV nəzərə alınmadan 71.120 manat, likvid dəyəri isə 67564 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda mübahisəli əmlakın 35100 manat dəyərində satılması reallığı əks etdirmir. **********411 saylı xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizə əsasında İddiaçı Cavabdeh2 15000 manat pulun verilməsi halı da məhkəmədə sübuta yetirilməmişdir. Eyni zamanda İddiaçı və Cavabdeh2 izahatlarından görünür ki, məhkəməyə şahid kimi təqdim olunan və ifadəsi alınan X5 tərəflər arasında olan danışıqlarda tərəfsiz şəxs kimi iştirak edən şəxsdir. Şahid ifadəsindən də görünür ki, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin əslində İddiaçı tərəfindən Cavabdeh2 5000 manat faiz müqabilində verilən 35000 manat pulun girovu kimi bağlanılıb. Sadalanan xüsusatlara görə məhkəmə hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi yalan əqddir və Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. MM-in 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd edilməlidir ki, müqavilənin anlayışını müəyyən edən Mülki Məcəllənin 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddələri). Bu baxımdan, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən şahid X1 ifadəsi və rəyinin mötəbərliliyi şübhə doğuran "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyində mübahisəli fərdi yaşayış evinin dekabr 2019-cu ilə bazar dəyərinin ƏDV nəzərə alınmadan 71120 manat, likvid dəyərinin isə 67564 manat məbləğində müəyyən edilməsinə əsasən adıçəkilən əmlakın 35100 manat dəyərində satılmasının reallığı əks etdirməməsi əsasında mübahisələndirilən alqı-satqı müqaviləsi yalan əqd hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət verməmişdir. İlk öncə, kollegiya şahid X1 ifadəsini mötəbər hesab etmir. Çünki həmin şahid əvvəllər və yenidən dindirilərkən verdiyi ifadələrində neytral mövqe nümayiş etdirməmişdir. Belə ki, o, ifadələrində əsasən Cavabdeh2 mövqeyini müdafiə etmiş, tərəfləri təsadüfən tanımadığı aşkar görünmüş, habelə işin mübahisəsiz hallarına görə tərəflərdən hər hansı xidmət haqqı almadığına rəğmən onlar arasında illər öncə olan hadisə və hazırkı durum (Cavabdeh2 tərəfindən İddiaçı pulun qaytarılmaması və s.) barədə tam məlumatlı şəxs kimi dəqiq ifadə verməyə çalışır. Bu da makler işləyən şəxsin hər hansı maddi marağı olmadığı halda hazırkı mübahisə ilə bu qədər dərindən maraqlanması artıq onun tərəfsiz olmasına haqlı olaraq əsaslı şübhə yaradır. Bundan əlavə, digər əsas - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin bazar və likvid dəyərinin daha artıq müəyyən edilməsi alqısatqı müqaviləsinin yalan əqd hesab edilməsi üçün mütləq əsas sayıla bilməz. Bu ilk öncə müqavilə azadlığı prinsipinə ziddir. Habelə işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh2 həmin dövrdə təcili pula ehtiyacının olması da, tərəflər arasında daha ucuz qiymət yaxud hissə-hissə ödəniş barədə razılaşmanı real göstərir. Bu məbləğin hissə-hissə öpdənilməsi işçdən görünür. Belə ki, alqı-satqı müqaviləsi və notarial qaydada ərizədən də göründüyü kimi məbləğlər iki dəfəyə verilmişdir. Digər məbləğləri (1500 manat +500 manat) isə İddiaçı etibarlı münasibət əsnasında Cavabdeh2 borc verdiyini göstərmişdir. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiya xüsusilə diqqətə çatdırır ki, MM-in 140-ci maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (habelə “N.Hacıyevanın şikayəti üzrə” 10 mart 2020-ci il və “X.Mirzəliyevin şikayəti üzrə” 17 sentyabr 2021-ci il tarixli qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyildir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin yalan əqd olmasını sübut edəcək və nəticə etibarı ilə əldə edilmiş çıxarışın mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bunlarla bərabər nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-196/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddiası təmin edilməli və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Əhmədov X3 rayonu Sütəmurdov kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılaraq həmin fərdi yaşayış evi İddiaçı təhvil verilməli, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 26 dekabr 2019-cu il tarixli AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli 5983 inventar nömrəli **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli **********31-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddiası təmin edilməməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-196/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Əhmədov X3 rayonu Sütəmurdov kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılsın və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 26 dekabr 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli 5983 inventar nömrəli **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli **********31-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar