Məhkəmə qərarları › İş №2(106)-1278/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1278/2025

03.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1278/2025 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavadeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ####### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı rəyindən məlum olur ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-***/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-191A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuş və buna görə də həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və ölçüsünün 0,24 ha olması məlum olmuşdur. Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-018A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Əliyev Sabir Mikayıl oğlu və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda cavabdeh Cavabdeh və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və ölçüsünün 0,56 ha olması məlum olmuşdur. Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-191A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilibedilməməsini də müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, iddiaçı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ ##.##.2016-cı ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış, torpaq sahəsi isə İddiaçı istifadəsinə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır. Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-191A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin 0,25 ha həyətyanı torpaq sahəsi ilə Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-018A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Əliyev Sabir Mikayıl oğlu və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı, Əliyev Sabir Mikayıl oğlu və onun ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi (JN-***A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, mülkiyyət növü isə bələdiyyə) eyni sərhəd daxilində təsvir edilməsi müəyyən edilmişdir. Iş materialına əlavə edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-191A (KOD ********) nömrəli Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında 0,25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Iş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Astara rayonu Vaqo kəndində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı faktiki istifadəsində olmaqla xüsusi mülkiyyət hüququ ona məxsusdur, lakin torpaq sahəsi İddiaçı istifadəsinə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır. Iş materialına əlavə edilmiş Astara rayonu Siyaku bələdiyyəsi və Astara rayonu IHBnın Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yerləşən 0,25 ha həyətyanı torpağı vardır. Iş materialına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-018A (KOD ********) nömrəli Şəhadətnamədən görünür ki, Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında Əliyev Sabir Mikayıl oğlu və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş mütəxssis rəyi ilə müəyyən edilmişdir ki, 1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və 801012000620-***** reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,2311 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmçinin iddiaçı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və ölçüsünün 0,24 ha olması məlum olmuşdur. Araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluqların mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). 2. Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-018A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Əliyev Sabir Mikayıl oğlu və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmçinin cavabdeh Cavabdeh və onun ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və ölçüsünün 0,56 ha olması məlum olmuşdur. Araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluqların mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). 3. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və 801012000620- ***** reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,2311 ha torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,05 ha hissəsinin Astara rayonu Vaqo kənd sakini Cavabdeh zəbtindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı iddia tələbinini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı fərdi ev Astara rayonu Vaqo kəndində ata babasından ona miras qalmış 0,25 hektar torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə görə ona Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı “JN-191A, Kod 80108038” mülkiyyət hüququna dair sənəd verilmişdir. Vəfat etmiş böyük qardaşı öz ailəsi üçün fərdi evi də atası həyatda ikən ayırdığı topaq sahəsində tikmiş, hazırda həmin evdə qardaşının övladı, cavabdeh Cavabdeh öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh Cavabdeh onun həyətinə gediş-gəliş yolu da daxil olmaqla təqribən 0,05 hektar ərazini zəbt edərək istifadə edir. Onun xahiş və müraciətlərinə məhəl qoymayan cavabdeh və ailəsi öz gedişgəliş yolunu da bu ərazidən həyata keçirir. Hətta yerli icra və bələdiyyə orqanları da bu problemin dinc yolla həll ediləməsinə köməklik edə bilməmişlər. Buna görə də Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixlı ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,25 hektar torpaq sahəsinin 0,05 hektarını Astara rayonu Vaqo kənd sakini Cavabdeh zəbtindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (Hakim: Bəxtiyar Məmmədov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.5-ci, Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə, həmin maddənin 2-ci bəndinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 76.1, 2-ci bəndinə, 4.1, 14.2, 77.1., 217.3, 217.4, 218.1.ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış, iddiaçı İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilibedilməməsini, həmçinin torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlar ekspert rəyində də öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, ekspertiza aparılmasının prosessual qaydaları pozulmamış, ekspertin əsaslandığı sübutlar etibarsız hesab edilməmişdir. Ekspertin rəyi kifayət qədər əsaslı olduğundan və şübhə doğurmadığından eləcə də, ekspertin rəyi kifayət qədər aydın və tam olduğundan təkrar və əlavə ekspertizanın təyin edilməsi əsasları yoxdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini aşağıdaki kimi əsaslandırmışdır ki: “1920-ci ildən hazırkı vaxtadək, dədə-babadan mənə miras qalmış 0.25 ha. həyətyanı torpaq sahəsi Astara rayon Vaqo kəndində yerləşir. Həmin mülkiyyətə dair Astara rayon X2 ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə 0.25 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” adıma JN-191A (kod ********) nömrəli Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sözügedən torpağın koordinatları, yerləşdiyi yer və çertiyoju göstərilmış olduğundan ilikin sənəd kimi DƏDRKnin ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən qəbul edilmiş, əraziyə mütəxəssis göndərilməklə həmin 0.25 ha. sahənin 0.01181 ha. hissəsinə aid adına ##.##.2016-cı il tarixli, RX ******* saylı çıxarış da verilmişdir. Sözügedən torpaq sahəsinin digər hissəsini ikinci oğlumun adına (birdəfəlik) rəsmləşdirmək, çıxarış almaq məqsədilə (çəpərimin daxilində) saxlamışdım. Bir müddət ailəmlə birğə Rusiyada yaşamağımı fürsət bilən (hazırki mülki iş üzrə) cavabdeh Cavabdeh vəziyyətdən sui-istifadə edib mülkiyyətimin qalan hissəsini öz çəpəri daxilinə salmaqla zəbt edilmışdir. Razılıq əldə edilmədiyi üçün, Astara rayon Məhkəməsinə müraciət etdim. Astara rayon Məhkəməsi isə əsassız mülahizələr sayəsində cavabdehin lehinə davranmaqla iddiamı təmin etmədi. Belə ki, məhkəmə tərəfindən mənə bildirmişdir ki, “cavabdeh Cavabdehı adında hər hansısa torpaq mülkiyyəti olmadığından mülkiyyətimi zəbt edilməsi təsdiqlənə və ya ondan tələb edilə bilməz”. Nə vaxtsa cavabdeh sözügedən ərazini öz adına rəsmləşdirərsə o zaman öz mülkiyyətinizi cavabdehdən tələb edə bilərsiz” kimi fərziyyələri əsas götürməklə iddiamı təmin etməmişdir. Iş materialında olan, Astara rayon Siyaku IƏD-sinin nümayəndəliyi və Siyaku Bələdiyyəsi tərəfindən (təsərrüffat başı kitabından çıxarış edilməklə) verilən arayışlardan aydın görünür ki, sözügedən mülkiyyət mənim adımdadır və sahəsi 0.25 ha-dır. Şəhadətnamə əsasında mənə verilmiş 0.25 ha. həyətyani torpaq sahəm əhəmiyyətli dərəcədə azaldığından və adıma verilmiş çıxarışda uzlaşmadığından, mülkiyyətimin diğər hissəsi də əhatə olunmaqla yeni çıxarışın hazırlanıb adıma verilməsi tələbi ilə Daşınmaz Əmlakın ** saylı Lənkəran Ərazi Idarəsinə etdiyim müraciətimə əsassız olaraq imtina verilmişdir. Bu cür hallarda sual yaranır: - “Torpağın mülkiyyətə verilməsinə dair” adıma verilmiş JN-191A (kod ********) nömrəli Şəhadətnamə hansı xüsusi mülkiyyətə aiddir?Və ya kimin istifadəsindədir? Bu suaların cavabını ala bilmədim.. Çünki məhkəmə cavabdehin müdafiəsinə qalxmışdır. ##.##.2024-cü il tarixli məhkəmə qərardadı əsasında mübahisəli əraziyə ekspert baxış keçirilmiş və absurt rəyi vermişdir. Ekspertə ünvanlanan suallar cavablandırılmamış saxlanılmağına baxmayaraq məhkəmə tərəfindəm mötəbər sənəd kimi qəbul edilmişdir.. Məhkəmə iclasında ekspertin rəyinə şifahi münasibətimə isə əhəmiyyət belə verilməmişdir. Lakin mübahisə predmeti olan mülki iş üzrə müayinə aparan ekspert sözügedən əraziyə aid torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda mənimlə bağlı məlumatlar aşkar olunmaması göstərilmiş və bu səbəbdən torpağın sərhədləri və döngə nöqtələrinin koordinatlarının müəyyən etmək mümkün olmadığını bildirilir. Göründüyü kimi, ekspertin fikiri absurtdur. Əgər adıma həyətyanı torpaq sahəsi olmamışsa, ekspertizanı keçirən və çıxarış verən dövlət qurumu görəsən hansı əsasla bilavasıtə həmin 0.25 ha. həyətyani torpaq sahəsinə aid adıma çıxarış vermişdir? Yalnız ekspertin absurt rəyinə istinadən qət edilmiş qətnamə əsassiz hesab edilməklə ləğv edilməlidir. Belə halda cavabdehin atasının adına verilmiş 0.28 ha torpağın koordinatları da məlum olmalı idi. Məhkəmənin tələbinə baxmayaraq ekspert koordinatları müəyyən etməmişdir. Ekspert rəyinə əsasən cavabdehin faktiki istifadəsində isə 0.56 ha. torpaq sahəsinin mövcudluğu təsdiqlənir. Lakin koordinatlarını və döngə nöqtələrini hansı səbəbdən müəyyənləşdirilmədiyi açıqlanmamışdır. Əgər 0.56 ha. torpaq sahəsinin koordinatları müəyyənləşdırilsəydi, birmənalıdır ki, mənə (şəhadətnamə əsasında) verilmiş 0.25 ha. torpaq sahəsinin zəbt altına alınması təsdiqlənmiş olacaqdı. Belə ki, cavabdehin faktiki istifadəsində olan 0.56 ha. torpaq sahəsi hər tərəfdən magistral maşın yolu ilə əhatəlidir. Yalnız bir tərəfi mənim həmsərhəddir. Buradadan da tam aydın olur ki, cavabdeh tərəfində zəbt edilmiş əlavə 0.28 ha torpaq sahəsinin bir hissəsi mənə aid torpaqdır. Iş hərtərəfli, tam, qərəzsiz araşdırılmadığından, Astara rayon Məhkəməsi əsassız qətnaməsı ləğv edilməlidir.” Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasıını xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh iddiaçı İddiaçı apelyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il, *(***)-**/**** saylı qətnaməsinin qimən ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. 25. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3.-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində isə hər kəsin mülkiyyət hüququnun olduğu təsbit edilmişdir. Mülkiyyət hüququnun müdafiəsi dövlətin əsas vəzifələrindən biri olmaqla yanaşı, həmin hüququn məhkəmə müdafiəsi də qanunvericiliklə təmin edilir. Mülkiyyət hüququnun müdafiəsinə dair müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində daha ətraflı şəkildə tənzimlənmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin hüquqların pozulması hallarında mülkiyyətçi qanunla müəyyən edilmiş müdafiə vasitələrindən istifadə edə bilər. Mülkiyyət hüququnun müdafiəsinin mühüm üsullarından biri Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş vindikasiya tələbidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Lakin bu növ tələbin təmin edilməsi üçün yalnız mülkiyyət hüququnun mövcudluğu kifayət etmir. Məhkəmə təcrübəsində və hüquq nəzəriyyəsində qəbul olunmuş yanaşmaya görə belə tələblərin təmin edilməsi üçün aşağıdakı hallar birlikdə sübuta yetirilməlidir: -iddiaçının mübahisəli əmlak üzərində hüququnun mövcudluğu; -əmlakın fərdiləşdirilə bilməsi; -əmlakın faktiki olaraq cavabdehin sahibliyində və ya istifadəsində olması; -həmin istifadənin hüquqi əsasının olmaması. Bu elementlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın təmin edilməsini istisna edir. Kollegiya hesab edir ki, hazırkı işdə əsas mübahisə iddiaçının mülkiyyət hüququnun mövcudluğu deyil, məhz cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt edib-etməməsi məsələsidir. Başqa sözlə, iş üzrə həll edilməli olan hüquqi məsələ iddiaçıya müəyyən torpaq sahəsinin verilib-verilməməsi deyil, həmin torpaq sahəsinin konkret hissəsinin cavabdeh tərəfindən tutulmasının sübut olunub-olunmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq mübahisələri üzrə iddianın təmin olunması üçün torpaq sahəsinin hüquqi sərhədlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Torpaq sahəsinin hüquqi sərhədləri müəyyən edilmədən onun hansı hissəsinin başqa şəxs tərəfindən istifadə olunması və ya zəbt edilməsi barədə hüquqi nəticəyə gəlmək mümkün deyildir. Bu səbəbdən torpaq mübahisələri üzrə ekspert və mütəxəssis rəyləri xüsusi sübut növü kimi çıxış edir. Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmasa da, işin xüsusi bilik tələb edən hallarının müəyyənləşdirilməsi baxımından mühüm sübut hesab olunur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə görə də məhkəmə ekspert rəyini qəbul etmədikdə bunun səbəblərini əsaslandırmalı, qəbul etdikdə isə onun digər sübutlarla uyğunluğunu yoxlamalıdır. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin təmininə əsas verən halların heç biri sübut olunmamışdır. Ekspertiza nəticələri cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə hər hansı qanunsuz müdaxilə və ya zəbt faktını istisna edir. Buna görə də, iddiaçı tərəfindən seçilmiş mülkiyyət hüququnun müdafiə vasitəsi — torpaq sahəsinin zəbtdən azad olunması cavabdeh tərəfindən pozuntu faktı sübuta yetirilmədiyindən, iddia tələbi rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə ekspertizası nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya verilmiş JN-***A nömrəli şəhadətnamə üzrə torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Nəticədə həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyənləşdirmək də mümkün olmamışdır. Kollegiya hesab edir ki, ekspert tərəfindən gəlinmiş bu nəticə iddiaçının hüquqlarının mövcudluğunu inkar edən nəticə deyildir. Ekspert yalnız mövcud texniki və kadastr məlumatları əsasında torpaq sahəsinin hüquqi sərhədlərini müəyyən edə bilmədiyini qeyd etmişdir. Buna görə də ekspert rəyindən cavabdehin torpaq sahəsini zəbt etməsi müəyyən edilmir. Bundan əlavə, apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyi də iş üzrə xüsusi əhəmiyyət kəsb edir. Həmin rəydə iddiaçının istifadəsində olan torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, faktiki vəziyyət araşdırılmış və nəticədə həmin torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilmədiyi göstərilmişdir. Kollegiya hesab edir ki, bu hal birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünü təsdiq edən əlavə sübutdur. Apellyasiya şikayətində ekspert və mütəxəssislərin qərəzli davranması, sənədlərin dəyişdirilməsi, torpaq sahəsinin qəsdən başqa şəxslərin istifadəsinə verilməsi və digər hallara istinad edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatında ehtimallar, fərziyyələr və subyektiv qənaətlər sübut hesab edilə bilməz. MPM-in 77.1-ci maddəsinin tələbinə görə tərəf istinad etdiyi halları sübut etməlidir. Iddiaçı tərəfindən isə göstərilən halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, apellyasiya şikayətində cavabdehin istifadəsində olan torpaq sahəsinin 0,56 ha təşkil etməsinə xüsusi diqqət yetirilmişdir. Lakin cavabdehin istifadəsində olan torpaq sahəsinin ölçüsünün müəyyən edilməsi həmin sahənin hansı hissəsinin hansı hüquqi əsaslarla istifadə olunduğunu avtomatik müəyyən etmir. Həmin sahənin bir hissəsinin iddiaçıya məxsus olmasının qəbul edilməsi üçün torpaq sahələrinin hüquqi sərhədlərinin üst-üstə düşməsi etibarlı şəkildə sübuta yetirilməlidir. Iş materiallarında belə nəticəyə gəlməyə imkan verən sübutlar mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt olunmasını sübuta yetirə bilməmişdir. Sübut olunmamış hal isə məhkəmə tərəfindən mövcud fakt kimi qəbul edilə bilməz. Mülki prosesin çəkişmə prinsipinin mahiyyəti də məhz ondan ibarətdir ki, məhkəmə tərəfin təqdim etmədiyi və ya sübuta yetirmədiyi halları onun əvəzinə müəyyən edə bilməz. Bütün sadalanan halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, müəyyən edilmiş faktiki hallara uyğun hüquqi nəticəyə gəlmiş və qanuni, əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya vurğulayır ki, həmçinin sübut edilməmiş hallar əsasında qətnamənin ləğvi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, digər məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Iddiaçı İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, digər məhkəmə xərcləri onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar