Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-128/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi X3, qarşılıqlı iddia üzrə cavabdeh X4 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh "Cənub Mənzil Tikinti” Kooperativinə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı "Cənub Mənzil Tikinti” Kooperativinin cavabdehlər X7, X5, X1, X8, X11 qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X7, X5, X1, X8, X11 qarşı “alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzilin təhvil-təslim aktı ilə İddiaçı təhvil verilməsi, "xxxx" MTK tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "xxxx" MTK-ya qadağan edilməsi, qarşılıqı iddianın baxılmamış saxlanılması, ilkin iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Cənub MTK-dan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Kollegiyanın iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, qeyd edilən qətnamə qarşılıqlı iddia üzrə cavabdeh X4 maraqlarına toxunur. Belə ki, Mehdi Muradovun hazırda Cənub MTK-nı təmsil edən X5 212.500 manat borcu olmuşdur. Həmin borcun əvəzində MTK-nın xəbəri olmadan Mehdi Muradov MTK-dan 3 ayrı-ayrı mənzili X5 vermiş, X9 da həmin mənzilləri baldızının yeznəsi İddiaçı adına rəsmləşdirmişlər. Mehdi Muradov hazırda bunlarla razı deyildir. Buna görə də qətnamədən apellyasiya şikayəti vermişdir. X10 da oxşar məzmunda izahat vermişdir. Cavabdeh nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, MTK olaraq Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsi ilə razıdırlar. Həmçinin qeyd edilən qətnamə X4 hər hansı hüquqlarına toxunmur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, X4 Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsindən şikayət vermək hüququ yoxdur. Belə ki, ona qarşı hər hansı iddia tələbi olmamış və ona qarşı hər hansı iddia təmin edilməmişdir. Buna görə də hesab edir ki, onun vermiş olduğu apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməmiş, şikayət MPM-in 361.1.4-cü maddəsinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində, Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilsə də, müəyyən edilir ki, hazırkı şikayət verən ilkin iddia üzrə tərəf deyildir. Ümumiyyətlə qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır, qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmasaydı belə, ona qarşı yönələn tələbin təmin edilməsini şikayət verən şəxsin tələb etməsi onun özünün mənafeyinə belə uyğun deyil. Bundan başqa hazırda apellyasiya şikayəti verən şəxs qarşılılqlı iddia üzrə cavabdeh X10 məhkəmə iclaslarında iştirak etmiş, lakin məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini qəbul etdiyini göstərməmiş və ya onun təmin edilməsi mövqeyindən çıxış etməmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsi Cənub MTK-nın əvvəlki direktoru tərəfindən verilmiş, qarşılıqlı iddia MTK-nın yeni direktoru tərəfindən məhkəmə iclasında müdafiə edilməmiş, həmçinin iş üzrə çıxarılmış qətnamədən onlar tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bildiyimiz kimi mülki qanunvericiliyə görə Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Göründüyü kimi Kooperativin icra orqanı olan onun sədri nə ilk iddianı nə də ki, qarşılıqlı iddianı mübahisələndirmir. Apellyasiya şikayəti verən qarşılıqlı iddia üzrə cavabdeh X4 hazırkı qətnamənin onun hansı hüquqlarına toxunması kollegiya üçün anlaşılan deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırkı halda apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə ziddi olaraq icraata qəbul edildiyi üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1-1 maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunvericilikdə hazırkı qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(106)-1737/2023 saylı qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-128/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-128/2024
11.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver