Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1287/2022 17.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və Cavabdeh Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin ev və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsindən (hakim T.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 Cavabdeh ilə birgə mülkiyyətlərində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri, həmin evdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdeh tərəfindən törədilən qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxx 1950-ci ildə, İddiaçı2 xx xxxx 1978-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 mərhum atasına məxsus olmuşdur. Bütün övladlar həmin fərdi yaşayış evində dünyaya göz açıb, orada boya-başa çatmışlar. Atası İddiaçı2muxtar Qasım oğlu 02 iyul 1994-cü ildə vəfat etdikdən sonra, həmin fərdi yaşayış evi vərəsəlik qaydasında onların adlarına qeydə alınmışdır. Belə ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırda İddiaçı1 və Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi onların birgə mülkiyyətlərində olsa da, cavabdeh onları birgə mülkiyyətlərində olan fərdi yaşayış evinə buraxmaq istəmir, öz mülkiyyət hüquqlarından istifadə etməyə imkan vermir. Baxmayaraq ki, cavabdeh həmin evdə deyil, həmin torpaq sahəsində yerləşən özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçılar iddia tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin ədalətli həlli naminə qarşılıqlı razılıq əsasında evin iddiaçıya aid 1/4 hissəsinə qanuna müvafiq olaraq dəfələrlə kompensasiya qismində pul təklif edilsə də, iddiaçı məsələnin sülh yolu ilə həll edilməsinə razılıq verməmiş, əksinə hazırki qondarma iddia tələbi ilə təkrarən məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsənin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsinin 3-cü vərəqəsində qeyd olunur ki, onların atası İddiaçı2muxtar 02 iyul 1994cü il tarixdə öldükdən sonra mübahisəli yaşayış evi cavabdehin adına rəsmiləşdirilmiş, iddiaçılar ailə üzvləri kimi həmin ünvanda qeydiyyatda olsalar da, cavabdeh onları həmin fərdi yaşayış evinə buraxmır. Qeyd edilən hallar mübahisəsiz hallardır, bu hallar cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu hissə qətnamədə qərəzli olaraq qeyri-dəqiq qeyd olunmuş, iddiaçıların öz paylı mülkiyyətləri var, onlar sərbəst olaraq 1/4 öz hissələrinə sahiblik edir, sərbəst şəkildə istifadə edir. İddiaçı özünə aid olan hissədə qanunsuz olaraq stomatoloji fəaliyyətlə məşğul olmaqla bütün sosial və kommunal imtiyazlardan istifadə edir. İddiaçı1 ”Azərsu ASC” 3 saylı Regional Lənkəran sukanal sahəsi ilə, Su təchizatı və tullantı suların axıdılması xidmətinə dair 01 aprel 2015-ci il tarixli müqavilə bağlamış, müqavilə bu günə kimi qüvvədədir. Oğlu İddiaçı2 da, özlərinə aid hissəyə daxil olub sərbəst surətdə istifadə edir və hər iksinin onlara məxsus hissəyə və ümumi evə köçürülməsinə heç bir hüquqi əsas yoxdur. Belə ki, öz mülkiyyətlərində olan hissəyə sərbəst sahiblik edir və müqavilələr bağlayırlar. Belə olan halda hansı hüquqi əsaslara görə onlar qeyd olunan evə bütövlükdə köçürülə bilər. Bu paylı mülkiyyətdir və bu qərar bir başa onun və onunla yaşayan ailə üzvlərimin konstitusion mülkiyyət və mənzil hüquqlarının pozulması deməkdir. İş materiallarına əsasən, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 Əlimüxtar oğlu, İddiaçı2, İddiaçı2muxtar Əli oğlu, X5, X6 hal-hazirda Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında qeydiyyatda olsalar da, ünvan 2açı İddiaçı2 2004-cü ildə ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən atası Qasım qeydiyyatda olduğu ünvana yaşayış yeri üzrə daimi qeydiyyata alınması üzrə hər hansı bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmənin bu kimi aşkar saxta sübuta istinad etməsi qəbul edilməzdir. Belə ki, İddiaçı2 evə qeydiyyata düşərkən yaşayış sahəsi paylı mülkiyyət kimi hələ rəsmiləşdirilməmişdir və həmin zaman evin mülkiyyətçisinin və qeydiyyatda olan digər şəxslərin razılığı olmadan qeydiyyata düşməsi mümkün deyildir. Bu səbəbdən məhkəmənin İddiaçı2 yaşayış sahəsindən istifadə hüququ görünüşünü yaratmaq məqsədi ilə Azərbaycan Respublikasi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarna istinad etməsi düzgün və əsaslı deyildir. (54-cü maddə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə başqa şəxsləri evə köçürmək ixtiyarına malikdir). Digər tərəfdən ziddiyyətli məqam ondan ibarətdir ki, İddiaçı2 26 yaşında, 2004-cü ildə ilk dəfə şəxsiyyət vəsiqəsi alır(iş materiallarına əsasən o, 1978-ci ildə doğulmuşdur). Qətnamədə qeyd olunan, iddiaçılar ailə üzvləri kimi həmin ünvanda qeydiyyatda olsalar da, cavabdeh onları həmin fərdi yaşayış evinə buraxmır. Qeyd edilən hallar mübahisəsiz hallardır, şifahi verilmiş vəsatətlərə baxmayaraq məhkəmə mübahisəli evə baxış keçirməmiş, ekspertlərin rəylərini yerində tədqiq etməmiş, işin halını və tələblərin uyqunluğunu yoxlamamışdır. İddiaçıların fərdi yaşayış evində yaşamaq niyyəti yoxdur. Məhkəməyə sübut təqdim etsinlər ki, evdə yaşamaq niyyətləri var. Evə buraxılmırlarsa, heç olmazsa bir dəfə polisə müraciət etməlidirlər. Yoxdur belə hallar. Qeyd olunduğu kimi iddiaçılar özlərinə aid olan hissəni sərbəst və maneəsiz istifadə edirlər. Onların iddiaları əsassız və qanunsuzdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılardan İddiaçı1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Əgər onlar mübahisəli evin özlərinə aid hissəsindən istifadə edirlərsə, hansı səbəbdən cavabdeh apellyasiya şikayəti verir. Necə olur ki, onlar birgə mülkiyyətlərində olan evə buraxılmırlar, mülkiyyət hüquqları pozulur və məhkəmə tərəfindən pozulmuş hüquqları bərpa olunur və cavabdeh bundan narazı qalır. Əgər cavabdeh belə qənaətdədirsə, indiyə qədər birgə mülkiyyətlərində olan evdən cavabdeh istifadə etmişdir, indi isə açarları versin onlara və onlar həmin evdən istifadə etsinlər. Cavabdeh tərəfindən mülkiyyət hüquqları pozularaq mübahisəli evdən istifadə etmələrinə icazə verilmədiyi üçün, hazırki iddianı qaldırmışlar. Əgər cavabdehin apellyasiya şikayətində qeyd olunanlar həqiqətdirsə və onlar özlərinə aid hissədən istifadə edirlərsə, hansı səbəbdən cavabdeh vəkil tutur, məhkəməyə müraciət edir. Cavabdeh özü də apellyasiya şikayətində qeyd edir ki, evin naturada bölgüsü, paylara uyğun istifadə qaydalarının müəyyən edilməsi ekspert rəyinə əsasən mümkün deyildir. Belə olan halda evin hansı hissəsindən istifadə edir, əgər razılıqları əsasında öz aralarında ev bölünməmişdirsə. Cavabdehin apellyasiya şikayət qətnamənin icrasını yubatmaq məqsədini güdür. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı1 işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, digər iddiaçı isə məhkəmədə iştirak etməmişdir, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehə münasibətdə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli ÇİXARİŞ-ın surətindən görünür ki, 0.049 ha. torpaq sahəsi üzərində, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70-də yerləşən ümumi sahəsi 401.8 kv.m olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri Liter A ilə göstərilən fərdi yaşayış evinin ¾ hissəsi və Liter A ilə göstərilən fərdi yaşayış evinə tam mülkiyyət hüququ Cavabdeh, A Literli fərdi yaşayış evinin ¼ hissəsi İddiaçı1 adınadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran ərazi idarəsinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında yerləşən A Literli fərdi yaşayış evinin ¼ hissəsi İddiaçı1 adına 831 inventar nömrəsilə qeydə alınmışdır. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsinin xx.xx.2019-cu il tarixli arayışının surətindan görünür ki, Zeynalov X2 şəhəri, Mirmustafaxan küçəsi, ev 70- də qeydiyyatdadır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 mart 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı2muxtar Əli oğlu, X5 və X6 halhazırda Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında qeydiyyatda olsalar da, ünvan 3stansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə tikinti-texniki ekspertizasının 31 yanvar 2022-ci il tarixli 10/6274 saylı rəyindən görünür ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən 3/4 hissəsi üzərində Cavabdeh və 1/4 hissəsi üzərində İddiaçı1 birgə mülkiyyətində olan yaşayış sahəsi 44.3 kv.metr yaşayış, 38.4kv.metr köməkçi, 82.7 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin real olaraq paylara uyğun təcrid şəkildə istifadə qaydasının müəyyən olunması texniki cəhətdən mümkün deyildir. Beləliklə işin müəyyən olunan mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında 0.049 ha torpaq sahəsində Liter A və Liter A1 tikililərindən ibarət olmaqla iki fərdi yaşayış evi vardır, həmin evlərdən 44.3 kv.metr yaşayış, 38.4kv.metr köməkçi, 82.7 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı Liter A tikilisinin ¾ hissəsi Cavabdeh, ¼ hissəsi isə İddiaçı1 mülkiyyətində olmaqla paylı mülkiyyətdədir və hazırki mübahisənin obyektini təşkil edir, digər Liter A1 tikilisi isə 2 mərtəbəli olaraq tam şəkildə Cavabdeh mülkiyyətindədir. Tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin (Liter A tikilisi) paylara mütənasib şəkildə naturada bölünməsi, yaxud paylara mütənasib şəkildə təcrid olunmuş formada istifadə qaydalarının müəyyən olunması müvafiq ekspertiza rəylərinə əsasən mümkün olmamışdır. Hazırda mübahisəli fərdi yaşayış evində ¼ hissədə pay hüququna malik iddiaçı öz oğlu olan digər iddiaçı ilə birlikdə həmin evə köçürülmələri, həmin ev və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən olunması tələbini irəli sürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Sadalanan qanunverigilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılardan İddiaçı1 bir mülkiyyətçi olaraq mübahisəli evdən istifadə və sahiblik etmək, qanunla müəyyən olunan qaydada üzərində sərəncam vermək (Mülki Məcəllənin 218-ci madd. qaydasında) hüququna malik olduğundan, onun bu hüquqları əmlakda pay sahibi olan digər mülkiyyətçi tərəfindən pozula, məhdudlaşdırıla bilməz, hətta iddiaçının əmlak üzərində payı cüzi miqdarda olmuş olsa belə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1287/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1287/2022
17.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver