Məhkəmə qərarları › İş №2(106)-1288/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1288/2023

09.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1288/2023 09.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh Fərman oğlunun vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan evin, kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatlı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi (N.Mirzəyev) ilə, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarış ilə X10, Cavabdeh, X4, X1 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1 /5 hissədə payı müəyyən edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatlı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1-də qeydiyyatdadır və həmin evdə ailəsi ilə bərabər yaşamışdır.Onlar ailədə 9 uşaq olmuşlar. O, 2013-ci il tarixə kimi ünvan 1 də valideyinlərilə birlikdə ata evində yaşamışdır. O, ata evindən çıxaraq Biləsuvar rayon ərazisində yaşamaqa başlamış, mütəmadi ata evnə getmək istəsə də, qardaşı Cavabdeh onunla yola getməyərək evdən çıxararaq, onu evinə buraxmamışdır. Bundan sonra ona çatası bütün payların müəyyən edilməsini istəsə də sonradan ancaq həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi barədə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, Biləsuvar rayon məhkəməsində onun iddia ərizəsinə baxılaraq iddia təmin edilməklə 2(022)-415/2022 saylı 20 iyul 2022-ci il tarixdə qətnamə qəbul edilmişdir.Bundan sonra o, qərara gəlmişdir ki, həmin torpaq sahəsinin üzərində tikilmiş evdən və əkin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə məhkəməyə müraciət etsin. Onlar ayrılandan sonra onunla yola getməyərək onu, mülkiyyətlərində olan ev, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsinə qoymurlar. Həmçinin onların ünvan 1 ünvanında yerləşən 0,17 həyətyanı torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı,bir kuxna,bir hamamdan ibarət yaşayış evi yerləşir. Bu da o deməkdir ki, ata və anasının mülkiyyətində olan ev həm də onun mülkiyyətidir. Həttda kənd təsərrüfatı təynatlı torpaq sahəsində 1.2148 kənd təsərrüfatı təynatlı əkin pay torpaq sahələri vardır. Bu o deməkdir ki, mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həm də onun mülkiyyətidir. Digər tərəfdən ata və anası rəhmətə getmişdir. Qeyd olunan ev isə atası X6 və anası X12 ilə birgə nikahda olduqları müddətdə tikilmişdir. Bundan başqa o, özü uzun müddət fərdi əməklə məşğul olmuş, qazandığı vəsait evin təmirinə və həyətdə olan digər tikililərin tikintisinə sərf edilmişdir. Bundan başqa o, bərabər yaşadıqları müddətdə əldə olunan mülkiyyətdir. Həmçinin Biləsuvar rayon X7 1997-ci il 34 saylı qərarı ilə ailəvi birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair şəhadətnamədə 0,17 sot həyətyanı torpaq sahəsi verilmişdir.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin sıralamasında onun da adı vardır.Hazırda həmin torpaq sahəsində üzərində tikilmiş ev və kənd təsərrüfatı təynatlı pay torpağı sahəsində onun payı olmasına baxmayaraq qeyd olunan torpaq sahəsində istifadə edə bilmir. Odur ki, Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60- 10301 çıxarışa əsasən ümumi birgə ailəvi mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili X8 vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti vermiş və Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60- 10301 çıxarışa əsasən ümumi birgə ailəvi mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən ibarət olan hissədə vərəsə payının müəyyən edilməməsi hissəsində ləğv olunması və həmin hissədə də iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Fərman oğlunun vəkili və nümayəndəsi X9 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçı tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin qismən təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək, qətnamənin qismən iddianın təmin edilməyən hissəsində, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60- 10301 çıxarışa əsasən ümumi birgə ailəvi mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən ibarət olan hissədə vərəsə payının müəyyən edilməməsi hissəsində ləğv olunması və həmin hissədə də iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1-də qeydiyyatdadır və həmin evdə ailəsi ilə bərabər yaşamışdır. Onlar ailədə 9 uşaq olmuşlar. O, 2013-ci il tarixə kimi ünvan 1 də valideyinlərilə birlikdə ata evində yaşamışdır. O, ata evindən çıxaraq Biləsuvar rayon ərazisində yaşamaqa başlamış, mütəmadi ata evinə getmək istəsə də, qardaşı Cavabdeh onunla yola getməyərək evdən çıxararaq, onu evinə buraxmamışdır. Bundan sonra ona çatası bütün payların müəyyən edilməsini istəsə də sonradan ancaq həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi barədə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, Biləsuvar rayon məhkəməsində onun iddia ərizəsinə baxılaraq iddia təmin edilməklə 2(022)-415/2022 saylı 20 iyul 2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. Bundan sonra o, qərara gəlmişdir ki, həmin torpaq sahəsinin üzərində tikilmiş evdən və əkin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə məhkəməyə müraciət etsin. Onlar ayrılandan sonra onunla yola getməyərək onu, mülkiyyətlərində olan ev, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsinə qoymurlar. Həmçinin onların ünvan 1 ünvanında yerləşən 0,17 həyətyanı torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı,bir kuxna,bir hamamdan ibarət yaşayış evi yerləşir. Bu da o deməkdir ki, ata və anasının mülkiyyətində olan ev həm də onun mülkiyyətidir. Həttda kənd təsərrüfatı təynatlı torpaq sahəsində 1.2148 kənd təsərrüfatı təynatlı əkin pay torpaq sahələri vardır. Bu o deməkdir ki, mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həm də onun mülkiyyətidir. Digər tərəfdən ata və anası rəhmətə getmişdir. Qeyd olunan ev isə atası X6 və anası X12 ilə birgə nikahda olduqları müddətdə tikilmişdir. Bundan başqa o, özü uzun müddət fərdi əməklə məşğul olmuş, qazandığı vəsait evin təmirinə və həyətdə olan digər tikililərin tikintisinə sərf edilmişdir. Bundan başqa o, bərabər yaşadıqları müddətdə əldə olunan mülkiyyətdir. Həmçinin Biləsuvar rayon X7 1997-ci il 34 saylı qərarı ilə ailəvi birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair şəhadətnamədə 0,17 sot həyətyanı torpaq sahəsi verilmişdir.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin sıralamasında onun da adı vardır.Hazırda həmin torpaq sahəsində üzərində tikilmiş ev və kənd təsərrüfatı təynatlı pay torpağı sahəsində onun payı olmasına baxmayaraq qeyd olunan torpaq sahəsində istifadə edə bilmir. Odur ki, Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60- 10301 çıxarışa əsasən ümumi birgə ailəvi mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək qətnaməni iddia ərizəsinin təmin edilməyən hissəsini mübahisələndirmişdir. Odur ki, kollegiya Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasınınh 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzalanmalı həmçinin mübahisənin məhkəmədən qabaq həll edilməsi qaydalarına riayət edilməsi) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsinin tələb edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsinin təmin edilməməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ərizəçinin tələbi üzrə işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki məhkəmə ilk öncə müəyyən etməliydi ki, əgər iddiaçı miras əmlakın bölgüsü qaydalarına uyğun olaraq öz payının müəyyən edilməsini istəyirsə, ilk öncə o mirasın açıldığı yer üzrə notariat orqanına müraciət edərək vərəsəlik şəhadətnaməsi tələb etməlidir. Bundan imtina edildiyi təqdirdə isə buna müvafiq olaraq növbəti prosessual hərəkətlərin edilməliydi. Belə ki, qanunvericiliyin tələbləri baxımından miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Mülki Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Hal hazırda isə iddiaçı məhkəmədən qabaq həlli qaydalarına əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki məhkəmə ilk öncə müəyyən etməliydi ki, əgər iddiaçı miras əmlakın bölgüsü qaydalarına uyğun olaraq öz payının müəyyən edilməsini istəyirsə ilk öncə o mirasın açıldığı yer üzrə notariat orqanına müraciət edərək vərəsəlik şəhadətnaməsi tələb etməlidir. Bundan imtina etdiyi təqdirdə isə buna müvafiq olaraq növbəti prosessual hərəkətlərin edilməliydi, lakin işdə olan sübutlardan müəyyən edilir ki, iddiaçının iddia ərizəsi Biləsuvar Rayon Məhkəməsinə 30 yanvar 2023-cü il tarixində daxil olduqdan sonra yəni Biləsuvar Rayon Notariat ofisinin 31 may 2023-cü il tarixli məktubu ilə İddiaçı mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi iddiaçı ilk öncə miras qalmış əmlakda payının müəyyən olunması barədə notariat ofisinə müraciət etməli, notariat orqanı tərəfində vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina olunduqda isə, iddiaçı imtinanı aldıqdan sonra məhkəməyə müraciət etməli olduğu halda, müraciət etməmiş, bununlada işin məhkəmədən qabaq həlli qaydalarına riayət etməmişdir. Sadalanan prosessual normaların mənasına görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş ərizəni baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin; 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə bu hlda ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260.1, 260.4, 372.1, 372.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikаyət vеrilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar