Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1298/2025 01.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayil oğlunun katibliyi, Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümaynəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 sentyabr 2025-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı «Əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə tərəfindən qəbul edilmiş 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı xahişini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdnində olan orta məktəblərdə müəllim kimi fəaliyyətə başlamışdır. Daha sonra xx.xx.2010-cu il tarixdən etibarən Sabirabad rayonu Təhsil Şöbəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. İşinə daim məsuliyyətlə yanaşıb, vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə tərəfindən 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd edilən əmrlə razı deyildir. Bu səbəbdən əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış günlərin əmək haqqı ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Təhsil sahəsində dövlətin vəzifələri kimi dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru Sertifikatlaşdırma aparılmalıdır. O, X4 ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri Sabirabad rayon məhkəməsinin 2(056)-1526/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Nikah münasibətləri pozularkən birgə nikahdan doğulmuş övladları onun himayəsində qalmışdır. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.3-cü maddəsinə əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətinin olmaması barədə tibb müəssiaəsi tərəfindən ******* nömrəli müvəqqəti işdən azad edilməsi barədə vərəqə təhsil müəssisəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi səhhəti ilə əlaqədar üzürlü səbəbdən sertifikatlaşdırmada iştirak edə bilməmişdir. Beləliklə, bütün qeyd edilən normativ hüquqi faktlara əsasən və yuxarıda şərh olunan işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, cavabdeh tərəfindən verilmiş əsasız əmr ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı məhkəməyə verdiyi izahatında ərizədə göstərilənləri təkrar edərək və azyaşlı övladlarını təkbaşına böyüdən kişi olmasının xüsusi nəzərə alınmalı olmasını vurğulayaraq tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh qismində dindirilmiş Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə izahatında göstərdi ki, Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru vəzifəsində işləyir. Belə ki, İddiaçı sertifikatlaşdırmada iştirak etmədiyi üçün Sabirabad rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən ona göstəriş verilərək İddiaçı işinə xitam verilməsini bildirmişlər. O, məhkəmə qətnaməsi olduğunu, həmin qətnamədə İddiaçı himayəsində azyaşlı uşaqlar olmasının əksini tapdığını, azyaşlı uşaqlarını təkbaşına böyüdən ata olduğuna görə Kazımın sertifikatlaşdırmadan azad olunduğunu, buna görə onun işdən azad edilməsinin qanunsuz olduğunu bildirsə də, ondan müvafiq əmrin verilməsini tələb etmişlər. Bundan sonra o, məcbur olub İddiaçı işdən azad edilməsi ilə bağlı müvafiq əmr imzalamışdır. Hazırda da bildirir ki, qəbul etdiyi əmr əsassız və qanunsuzdur. Ona görə də o, hazırda iddianın təmin olunmasına etiraz etmir və İddiaçı işə bərpasına razıdır İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (X9) iddia tələbinin təmin edilməsi, İddiaçı "Azərbaycan dili və Ədəbiyyatı müəllimi" vəzifəsindən azad olunması barədə olan Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2024-cü il tarixli 43 № -li əmrin ləğv edilməsi, İddiaçı həmin məktəbin “Azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümaynəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-281/2025 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Əhmədov Pərviz (sədrlik edən və məruzəçi), Kərimov Tale və İmanov Cahid) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikyəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X5 (məruzəçi), X13 və X10 ibarət tərkibdə) qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(106)-281/2025 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümaynəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, məhkəmə öz qərarını iddiaçının arvadı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə itinad əsaslandırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin Əmək Məcəlləsinin 79-cu maddəsinə əhəmiyyət verilməməsi ilə əlaqələndirmişdir. İddiaçının azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 İddiaçı qalması barədə həmin sazişi məhkəmə xx.xx.2024-cü il tarixli 2(056)-1526/2024 nömrəli iş üzrə təsdiqləmişdir. Əlavə olaraq, “Mediasiya haqqında” Qanunun 31.4-cü maddəsinə görə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. İddiaçı arvadı X4 ilə xx.xx.2024-cü il tarixli barışıq sazişi Sabirabad Rayon Məhkəməsində baxılaraq 2(056)- 1526/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixində təsdiqlənsə də, həmin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yəni Sabirabad rayon Nizamikənd kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 43 nömrəli əmri rəsmiləşdirilərkən həmin qətnamə qüvvədə olmamışdır. Yəni məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsinin icrasının məcburiliyi nəzərdə tutulmamışdır. Sabirabad Rayon Məhkəməsi 2(056)1526/2024 nömrəli işi üzrə çıxarılmış qətnamə MPM-in 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə minmədiyi üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə azyaşlı uşaqlarını təkbaşına böyüdən kişilər üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlar iddiaçıya şamil olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydaları”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma prosesində iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 28 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1526/2024 nömrəli iş üzrə qanuni qüvvəsini almamış qətnamənin icrası mümkünsüzdür. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehin nümaynəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respubliasının Əmək Məcəlləsi Maddə 67-2.2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. Maddə 70, “c” bəndi. peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 84. 1-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 300. Əgər, işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 28.1-ci maddə. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 28.2.1. hamilə qadınlar; 28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.4-cü bənd aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(106)-281/2025 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşaiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2024-cü il tarixli, 43 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "Sabirabad rayonu üzrə təhsil sektoru/Nizamikənd kənd M Məmmədov adına tam orta məktəb" bölməsində "Azərbaycan dili və Ədəbiyyatı müəllimi" vəzifəsində işləyən KAZİM CƏBRAYİLOV AGAMİKAYİL OĞLU ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, ƏM-nin 70."c“ - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbule edildikdə» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2022 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 2(056)-1526/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, qətnamənin əsaslandırıcı hissəsində əksini tapmış MŞS/MT023/2024-00204 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilmişdir ki, tərəflər nikahın pozulması barədə razılığa gələrək öhdəlik götürdülər, ikinci tərəf X4 həmin nikahdan dünyaya gəlmiş iki azyaşlı övladlarının birinci tərəf İddiaçı himayəsində qalmasına razılıq verərək öhdəlik götürdü, birinci tərəf İddiaçı ikinci tərəf X1 nə indi, nə də bundan sonra uşaqların saxlanması üçün aliment tələb etməməyi öhdəlik götürdü, birinci tərəf İddiaçı ikinci tərəf X2 hər ayın istənilən günləri iki azyaşlı övladları ilə görüşüb ünsiyyət qurmalarına razılıq verərək öhdəlik götürdü. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)- 1526/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında Şamaxı rayonu Quşçu KİN tərəfindən xx.xx.2006-cı il tarixdə qeydə alınmış 30 saylı nikah qeydinin pozulması qət edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.3-cü maddəsi təşkil edir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İ İddiaçının təlblərinin əsası kimi göstərdiyi hallar, təqdim etdiyi sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddia tələbinin əsasını xx.xx.2024-cü il tarixli 43 № -li əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təşkil edir. İddiaçı iddia edir ki, o, xx.xx.2006-cı il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdnində olan orta məktəblərdə müəllim kimi fəaliyyətə başlamışdır. Daha sonra xx.xx.2010-cu il tarixdən etibarən Sabirabad rayonu Təhsil Şöbəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. İşinə daim məsuliyyətlə yanaşıb, vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə tərəfindən 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd edilən əmrlə razı deyildir. Bu səbəbdən əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış günlərin əmək haqqı ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Təhsil sahəsində dövlətin vəzifələri kimi dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru Sertifikatlaşdırma aparılmalıdır. O, X4 ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri Sabirabad rayon məhkəməsinin 2(056)-1526/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Nikah münasibətləri pozularkən birgə nikahdan doğulmuş övladları onun himayəsində qalmışdır. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.3-cü maddəsinə əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətinin olmaması barədə tibb müəssiaəsi tərəfindən ******* nömrəli müvəqqəti işdən azad edilməsi barədə vərəqə təhsil müəssisəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi səhhəti ilə əlaqədar üzürlü səbəbdən sertifikatlaşdırmada iştirak edə bilməmişdir. Beləliklə, bütün qeyd edilən normativ hüquqi faktlara əsasən və yuxarıda şərh olunan işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, cavabdeh tərəfindən verilmiş əsasız əmr ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmr “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi ilə ziddiyyət təşkil etmişdir. Belə ki, qeyd edilən normanın tələbinə görə, uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. Məhkəmə qətnaməsinin məzmunundan da görünür ki, hazırkı iddiaçı ilə arvadı arasında olan nikah müvafiq əmrin verilməsindən əvvəl məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin razılaşması ilə onların yetkinlik yaşına çatmayan uşaqları iddiaçının (İddiaçı) himayəsində qalmışdır. Qanuna əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər.Göründüyü kimi, mübahisəli əmrdə həmin əmrin verilməsi üçün əsas kimi göstərilmiş iddiaçıpnın serfikatlaşdırmadan keçməməsi əsassızdır. İddiaçı onun işdən azad edilməsi barədə olan əmrin ləğv edilməsi ilə yanaşı, onun işə bərpa edilməklə bərabər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, həm “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsi, həm “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndində uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar qanuna əsasən sertifikasiyadan azad edilmiş və qeyd edilən normalarda eyni vəziyyətdə olan, yəni 3 yaşınadək uşağı olan və uşağını təkbaşına böyüdən kişilərin də bu hüquqa malik olduğu nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə qeyd edilən qanunvericilik normalarının tətbiqi baxımından müəyyən edilməli olan məsələ sertifikasiyaya qədər iddiaçının uşağını təkbaşına böyüdən kişi statusu qazanıb-qazanmaması və himayəsində olan uşaqların 3 yaşınadək olubolmadığıdır. İş materiallarından da görünür ki, iddiaçının himayəsində xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki övladı vardır. İlk dəfə sertifikasiya qədər uşaqların hər ikisinin də yaşı 3 dən çox olduğundan iddiaçı yuxarıda qeyd edilən normaların tələbi baxımından sertifikasiyadan azad edilmiş işçi statusuna malik olmamışdır. İddiaçı həmçinin iddia tələbində qeyd edir ki, sertifikasiya imtahanı keçirildiyi tarixdə üzürlü səbəbdən iştirak edə bilməmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstə olması barədə sübut təqdim etmişdir. “Təhsil haqqında” Qanununun 36-2.5-ci maddəsində qeyd edilir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qeyd edilən normanın tələbinə əsasən sertifikasiya imtahanında iştirak etməkdən üzürlü səbəbə görə azad edilmə yalnız ilk sertifikasiya imtahanında mümkündür. Həmin normanın ikinci cümləsində təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin sertifikatlaşdırmadan keçməmiş hesab olunduğu qeyd edildiyindən müəyyən olunur ki, təkrar sertifikasiya imtahanında iştirakdan üzürlü səbəblərə görə azad olma nəzərdə tutulmamışdır. Təhsil haqqında” Qanununun 36-2.5-ci maddəsinə əsasən iddiaçının sertifikatlaşdırma imtahanında üzürlü səbəbdən iştirak etməmək hüququnun olubolmadığına hüquqi qiymət verilməsi üçün məhkəmə iştirak etməmə səbəbinin üzürlü olubolmadığı araşdırmazdan əvvəl, ilk növbədə iddiaçının iştirak etmədiyi imtahanın ilk və ya təkrar sertifikatlaşdırma imtahanı olduğunu araşdırmalıdır. Apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatından müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstə olması əsası ilə iştirak etmədiyi sertifikasiya imtahanı təkrar keçirilən sertifikasiya imtahanı olmuşdur. Belə olan halda təkrar sertifikasiya imtahanında iştirakdan üzürlü səbəblərə görə azad olma nəzərdə tutulmadığından iddiaçının iştirak etməməsi qanunsuz olmuşdur. Belə ki, iddiaçı eyni əsasla (Tərəflər arasında nikah münasibətləri Sabirabad rayon məhkəməsinin 2(056)-1526/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Nikah münasibətləri pozularkən birgə nikahdan doğulmuş övladları onun himayəsində qalmışdır. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.3-cü maddəsinə əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər) 2023-cü ildə keçirilən sertifikasiya imtahanında iştirak etməmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iş üçün mühüm əhəmiyyəti olan işin faktiki halları aydınlaşdırılmamış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Belə olan halda iddiaçının ƏM-nin 70."c“ – “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbuledildikdə”maddəsinə əsasən əmək müqavilə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 43 № -li əmr qanuni və əsaslı olmuş, işçinin Konstitusiya və qanunlardan irəli gələn əmək hüquqlarının pozuntusuna yol verilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdehin nümaynəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2317/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1298/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1298/2025
01.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver