Məhkəmə qərarları › İş №2(106)-1299/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1299/2025

28.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1299/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “S.S.S-TTAS" MMC-yə qarşı ( AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsinə əsasən işləmiş və onunla bağlanmış əmək müqaviləsinə 10 oktyabr 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işlədiyi "xxxx" MMC-dən 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyini, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini bildirmiş və bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı 11 sentyabr 2023-cü il tarixdə təkrarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilmədiyini və son haqqhesabının ödənilmədiyini bildirmişdir. İddiaçı tərəfindən Xətai Rayon Prokurorluğuna ünvanlanmış şikayətdən görünür ki, o, 30 aprel 2022-ci il tarixdə Cavabdeh MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində işə başladığını, işlədiyi Cavabdeh MMC-də mütəmadi olaraq son 3 ayın əmək haqqını ala bilmədiyini, əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müəssisəyə yazılı ərizə ilə müraciət etsə də, əmək müqaviləmə xitam verilmədiyini, 26 avqust 2023-cü ildə yenidən yazılı ərizə ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməyinə baxmayaraq heç bir nəticə olmadığını, əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə yazılı müraciət etdiyi gündən işə giriş kartı ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini, işlədiyi Cavabdeh MMC əmək müqaviləsinə rəsmi qaydada xitam vermədiyi üçün yeni işə başlamağının da hal-hazırda mümkün olmadığını, 28 avqust 2023-cü il tarixdə və 11 sentyabr 2023-cü il tarixdə X7 əmək müqaviləsinə xitam verilməsi və son haqqhesabın ödənilməsi üçün müraciət etsə də, ünvanladığı hər iki müraciətin cavablandırılmadığını göstərərək, Cavabdeh MMC-nin qanunsuz əməllərinə son qoyulmasını, əmək müqaviləsinə xitam verilməsinə və son haqq-hesabın ona (iddiaçıya) ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. X6 tərəfindən İddiaçı ünvanlanmış 06 oktyabr 2023-cü il tarixli teleqramla, əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiyinə görə Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq İddiaçı işdən azad edilməsi və şirkətə vurduğu zərərin (370 saat) onun hesabından tutulacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X9 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətin araşdırılması ilə əlaqədar ətraflı məlumat verilməsi məqsədilə iddiaçının ünvanına (ünvan 4 33232/2023 nömrəli, 02 sentyabr 2023-cü il tarixli məktub göndərilmiş və müvafiq qaydada 4 saylı Bakı DOST Mərkəzində izahat və ödəniş kartı üzrə çıxarış təqdim edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 54) 3-17-5/2-33417/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən 19 sentyabr 2023-cü il tarixdə çatdırılsa da, tələb olunan sənədlər təqdim olunmadığından müraciətin araşdırılması mümkün olmamışdır. Ərizəçiyə aid tələb olunan müvafiq sənədlər Cavabdeh MMC tərəfindən təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq “ altsisteminə baxış keçirilərkən, İddiaçı ilə Cavabdeh MMC arasında 13 may 2022-ci il tarixindən 31 dekabr 2023-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 10 oktyabr 2023-cü il tarixdə xitam verildiyinə dair bildirişin mövcud olduğu müəyyən edilmişdir. Bununla yanaşı İddiaçı əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilməsi barədə ərizənin Cavabdeh MMC-nin rəhbərliyinə təqdim edilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələlərə münasibət bildirmək mümkün olmadığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların| dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-lVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 01 yanvar 2024-cü il tarixədək dayandırıldığından göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan 10 oktyabr 2023-cü tarixli əmrin ləğv edilməsi, əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının öz xahişi ilə xitam verilməsi, iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqlarının ödənilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunanadək işləmədiyi günlərə görə aylıq əmək haqqının, son haqq-hesabın hesablanıb ödənilməsi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 50 manat, nümayəndəyə etibarnamə verilməsi üçün 17,25 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 30 aprel 2022-ci il tarixdən cavabdeh MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamış, işlədiyi müəssisədə son aylar əmək haqları gecikdirilməyə başlanmış və buna görə işçilər ilə müdiriyyət arasında haqlı narazılıqlar başlamışdır. Müdiriyyət narazılıq edən şəxsləri çağıraraq, işçilərə öz xahişləri ilə ərizə yazıb işdən çıxmalı olduqlarını bildirmişdir. İddiaçı da 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoru X4 şəxsən təqdim etmişdir. Direktor iddiaçıya şirkətdən heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etməsini demişdir. İddiaçı direktorla razılaşmamış, işə giriş-çıxış kartı iddiaçıdan alınmış və bundan sonra iş yerinə daxil ola bilməmişdir. Lakin əmr, son haqq-hesab və əmək kitabçası ona verilməmişdir. Bundan dərhal sonra, 28 avqust 2023-cü il və 11 sentyabr 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 şikayət ərizəsi (3 aylıq əmək haqqını ala bilməmək, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilməməyi və s.) ilə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən araşdırma başlandıqdan sonra qeydiyyatda olduğu ünvana 19 sentyabr 2023cü il tarixdə cavabdeh şirkətin direktoru X2 teleqram gəlmişdir. Teleqramın mətnində qeyd edilmişdir ki, “Hörmətli Nərmin xanım özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda özbaşına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcək”. Bundan sonra ünvanına (iddiaçının) ikinci teleqramı gəlmişdir. Həmin teleqramın mətnində qeyd edilir ki, “Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasının Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaq”. Sonradan əmək müfəttişliyi tərəfindən iddiaçıya şifahi bildirilmişdir ki, əmək müqaviləsinə 10 oktyabr 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 24 avqust 2023-cü il tarixdən öz xahişi ilə işdən azad olma barədə ərizə ilə müraciət etməyinə baxmayaraq, təxminən 45 gün sonra əmək müqaviləsinə qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə Cavabdeh MMC-nin 10 oktyabr 2023-cü tarixli əmrinin ləğv edilməsi; həmin əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı ərizəsinə əsasən xitam verilmiş hesab edilməsi; Cavabdeh MMC tərəfindən iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqlarının, son haqqhesabın, məhkəmə qətnaməsi icra olunanadək işləmədiyi günlərə görə əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbləğinin hesablanaraq İddiaçı ödənilməsi, notariat xidməti üçün ödənilmiş 17,25 manat pul və 50 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 76-cı maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1 və 2-ci hissələrinə, 172-ci maddəsinə, 292-ci maddəsinin 1-ci hissəsinə, 294-cü maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yanvar ayından əmək müqaviləsi ləğv edilənə qədər, yəni 10 oktyabr 2023-cü il tarixədək işə vaxtında gəlməmiş, işdən üzrsüz səbəblərdən erkən ayrılmışdır. Həmçinin 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamış, əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Əgər bu hallar davam edərsə, işdən azad olunacağı barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, iddiaçı üzrsüz səbəblərdən işə gəlməməyə davam etdiyi üçün iddiaçıya ikinci xəbərdarlıq da edilərək işdən azad olunmağı barədə ona məlumat verilmişdir. Qanunvericiliyə əsasən işçinin üzrlü səbəbi olmadan bütün günü işdə olmaması əmək vəzifələrinin kobud surətdə pozulması hesab olunur. İddiaçı təxminən 10 ay ərzində bir dəfə də olsun işə vaxtında gəlib-getməmişdir. Beləliklə, iddiaçı əmək müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi və əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İşçinin səhlənkarlığı nəticəsində vəzifə borcunu yerinə yetirmədiyinə görə həm əmək intizamının normal ahəngi pozulmuş, həm də işəgötürənin və əmək kollektivinin hüquqlarına və qanunla qorunan maraqlarına zərər dəymişdir. İddiaçı üzrsüz səbəbdən işə gəlməyərək, həmçinin bu barədə heç bir məlumat verməyərək və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə davam etmiş, beləliklə də müəssisədaxili intizam qaydalarına bilərəkdən tabe olmamış və əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Digər tərəfdən, məhkəmə mübahisəyə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə istinad edərək işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyini göstərilmişdir. Halbuki, məhkəmənin 11 iyun 2024-cü il tarixli məktubu ilə məhkəmə qətnaməsi təkrarən cavabdehə göndərilmiş, həmin məktubda da göstərilmişdir ki, iddia ərizəsində iddiaçının göstərdiyi ünvan düzgün qeyd olunmadığı üçün məhkəmə qətnaməsinin göndərildiyi zərf 20 aprel 2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bu isə o deməkdir ki, iddia ərizəsi və məhkəmə bildirişləri də cavabdehə çatdırılmamış və verilməmişdir. Bu halda, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlumatı ola bilməzdi. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2025-ci il tarixli, 2(106)-431/2025 nömrəli qətnaməsi ilə (hakim C.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Əliyev və T.Kərimov) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127, 129-cu maddələri, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi, 10-cu maddəsi, 68-ci maddəsi, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsi, 76-cü maddəsinin 1 və 2-ci hissələri, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 83, 84-cü maddələri, 296-cı maddəsinin 2-ci hissəsi, 300-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2025-ci il tarixli, 2(106)-431/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndi, 70-ci maddəsi, 83- cü maddəsinin 1 və 2-ci hissələri, 154, 172, 300-cü maddələri, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələri pozulmuşdur. Belə ki, iş materialları ilə sübut olunur ki, İddiaçı cavabdeh tərəfindən iyun, iyul, avqust ayları üzrə əmək haqqı ödənilmədiyinə (Kapital bankdan əmək haqqından çıxarışa əsasən) görə narazılıq yaranmış və buna görə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmişdir. İddiaçı tərəfindən bu məzmunlu ərizənin verilməsi cavabdehin səlahiyyətli şəxsi direktor X6 ilə iddiaçı arasında aparılan “Whatsapp” yazışmalarının mətni açıq-aydın sübut edir. Bundan əlavə, əgər iddiaçı “öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə” ərizə verməyibsə, o zaman niyə görə bu barədə 2 dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidmətinə və Xətai Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edirdi? İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr nə iddiaçının özünə, nə də məhkəməyə təqdim edilməmişdir. İşəgötürən müəssisə tərəfindən iddiaçının əmək kitabçası ona verilməmiş və ya ünvanına rəsmi poçt vasitəsilə göndərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)- 1643/2025 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2025-ci il tarixli, 2(106)-431/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, iddiaçının işi ilə bağlı MMC iddiaçıdan asılı halda olmuşdur. Belə ki, iddiaçı sənədlər üzrə mütəxəssis vəzifəsində çalışmışdır. MMC-nin müqavilə bağladığı, işlədiyi qarşı tərəflə olan müqavilələr iddiaçı tərəfindən yoxlanılır, təsdiq edilir, sonra bağlanılırdı. Bu halla bağlı tərəfin iş buraxmaları MMC tərəfindən güzəşt edilmiş, işçi isə vəzifəsindən sui-istifadə etmişdir. İşəgötürən işçinin işdən çıxarılması ilə bağlı hər hansı qanun pozuntusuna yol verməyib. İşçi tərəfindən davamiyyət mütəmadi pozulmuşdur. İddiaçıya şiddətli töhmət verilmişdir. Son olaraq işdən çıxarılmışdır. İddiaçı "xxxx" MMC şirkətindən çıxarıldıqdan sonra iki şirkətdə işləmişdir. İşdən çıxma barədə ərizə təqdim edilməyib, çünki həmin ərizə mövcud deyildir. İddiaçıdan giriş-çıxış kartının alınması ilə bağlı irəli sürülmüş arqument qəbul edilmir. Ödənişlərin həyata keçirilməsini təsdiq edən müvafiq maliyyə sənədləri məhkəməyə təqdim olunmamışdır. Yalnız bir ay üzrə əmək haqqısının ödənildiyini göstərən sənəd təqdim edilmiş, digər aylar üzrə isə iş buraxmaların mövcudluğu əsas gətirilərək hər hansı ödəniş sənədi təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, apellyasiya şikayətində göstərilənlərlə bağlı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində heç bir sübut təqdim edilməmişdir. İddiaçı işdən ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır, lakin nə əmr, nə də əmək kitabçasının surəti, son haqqı hesaba dair hər hansı sənəd təqdim edilməmişdir. Apellyasiya şikayətində qeyd olunub ki, işçini ferval, mart aylarında turniketdən gec çıxışı müəyyən olunur. Halbuki, həmin ayların birində işçi məzuniyyətdə olmuş, digərində ayağı sındığı üçün xəstəxanadan sənəd alaraq təqdim etmişdir. Hətta iş yerindən gəlib ziyarət edilmiş, işçinin əmək haqqısı, məzuniyyət pulu ödənilmiş, kompüter və digər avadanlıqlar işçinin evinə aparılmış oradan işləməsi, kömək etməsi xahiş edilmişdir. Əgər işçi fevral ayında işə çıxmamışdısa, həmin tarixlərdə əmr verilərdi, noyabr ayınadək gözlənilməzdi. İşçinin əmək haqqı kartından çıxarılmış bank çıxarışından da görünür ki, işçinin son 4- 5 aylıq əmək haqqısı ödənilmir. İşçilər bununla bağlı etiraz etmişlər, müraciət edirlər. İşçilərə bildirilir ki, kimin etirazı varsa könüllü olaraq öz ərizələrini yazıb işdən çıxsınlar. İddiaçı da işdən çıxma barədə ərizə yazıb. İş materiallarında işəgötürənlə yazışmalar da var, iddiaçıya səbrli olmağlı, gözləməyi, həm də “sabah gəl son-haqq hesabı və əmək kitabçasını götür” bildirmişlər. Yazışmalar 26 avqustda həyata keçirilmişdir. İddiaçı iş yerinə gələndə görmüşdür ki, onu iş yerinə qəbul etmirlər, turniketdən keçə bilmir, əmək kitabçası və son haqq hesab verilmir. İşəgötürənin qeydiyyat yerinə görə Xətai rayon prokurorluğuna şikayət edir. DOST xidməti vasitəsilə X9 Xidmətinə müraciət edir. İddiaçının müraciətləri iş materiallarına əlavə edilmişdir. Yazışmalardan açıq-aşkar görünür ki, iddiaçıya əmr təqdim olunmamışdır. 14 yanvar 2026-cı il tarixli apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 Sərxan oğlu apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı işə gəlməmişdir. İddiaçının işə gəlib-getmə məlumatları, giriş çıxış məlumatları məhkəməyə təqdim edilmişdir. İddiaçı 3 aylıq əmək haqqı tələb edir. Həmin ayların birində 2 gün işdə olub. Digər 2 ayda isə 14 gün işdə olub. İddiaçı işə gəlməməklə, səhlənkarlıq etməklə onlara xeyli miqdarda ziyan verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən Məhkəmə kollegiyası qətnamənin bütövlükdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verməkdir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarı: “Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş üzrə toplanmış sübutları, o cümlədən tərəflərin izahatlarını hərtərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı artıq formalaşdırdığı hüquqi mövqeyinə istinadla bir daha vurğulayır ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı). Qərarda qeyd olunur ki, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. İşi yenidən apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: Nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunması ilə bağlı işəgötürənə ərizə ilə müraciət etdiyi halda, həmin ərizənin sübut kimi ondan tələb edilməsi məntiqə uyğun deyildir. Onun bu dəlili dolayı sübutlarla təsdiq oluna bilər. İddiaçı belə sübutlar qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlərə dair 23 avqust 2023-cü il və 11 sentyabr 2023-cü il tarixli Müraciət vərəqələrini təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı işlədiyi müəssisədə, son 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi gündən işə giriş kartının alındığı üçün iş yerinə daxil ola bilmədiyi, əmək müqaviləsinə xitam verilmədiyini və son haqq-hesabının ödənilmədiyini bildirmişdir Oxşar məzmunlu şikayətlə iddiaçı həmçinin Xətai Rayon Prokurorluğuna 21 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin rəisinin iddiaçıya ünvanladığı 13 oktyabr 2023-cü il tarixli məktubun məzmunundan müəyyən olunur ki, həmin idarə cavabdehə 04 sentyabr 2023-cü il tarixdə sorğu verərək, iddiaçıya aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən 19 sentyabr 2023-cü il tarixdə çatdırılsa da, tələb olunan sənədlər təqdim olunmamışdır Göründüyü kimi, cavabdeh MMC azı 19 sentyabr 2023-cü il tarixdən iddiaçının şikayətlərinin məzmunundan məlumatlı olmuş, lakin göstərilənlərə heç bir etiraz etməmiş, əksinə həmin tarixdə iddiaçıya işə gəlməməsi barədə xəbərdarlıq xarakterli birinci teleqramı ünvanlamış və yalnız 10 oktyabr 2023-cü il tarixdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam vermişdir. Nəzərə alınmalıdır ki, iddianın mahiyyətinə görə iddiaçı ödənilməyən əmək haqqını cavabdehdən tələb etdiyi üçün sonuncu əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu deyil, qərəzli olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bu baxımdan, cavabdehin hərəkətləri iddiaçının onun barəsində səlahiyyətli dövlət orqanlarına şikayət verilməsi barədə məlumat alan kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu üçün mənfi nəticələrə səbəb olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaradan, yəni qərəzli hərəkətlər kimi qiymətləndirilə bilər. Digər tərəfdən, iddiaçının dəlillərinin əsaslılığı ona ərizənin verdiyi iddia olunan tarixdən əvvəlki 3 ayının əmək haqqısının ödənilib-ödənilməməsinin yoxlanılması ilə müəyyən oluna bilərdi. Apellyasiya şikayəti verən cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmamasını göstərməklə, iddianın əsassız olduğu üçün apellyasiya qaydasında ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətində irəli sürdüyü dəlilin sübutu kimi yalnız “Müəssisəyə giriş-çıxış məlumatı” adlı sənədi əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi də, həmin sənədə istinad etməklə, iddiaçının 2023-cü ilin fevral, mart, aprel, iyul aylarında bir neçə gün işdə olmamasını müəyyən etmiş və onun barəsində verilmiş əmrin qanuni olması qənaətinə gəlmişdir. İddiaçı tərəfindən mübahisələndirilən əmrin iş materiallarına əlavə olunmamasını nəzərə alınmamış, həmin əmri və onun əsaslandıran sənədləri cavabdehdən tələb etməmiş (iddiaçı əmrin ona verilməməsini həm məhkəməyə ünvanladığı iddiada, həm də digər dövlət orqanlarına etdiyi şikayətlərdə dəfələrlə qeyd etmişdir), bu əsasların həqiqiliyini, o cümlədən iddiaçının həqiqətən qeyd olunan tarixlərdə iş yerində olmaması müəyyən olunsa belə, bunun üzrlü səbəblərdən baş veribverməməsini araşdırmamış, faktiki olaraq cavabdehin apellyasiya şikayətində göstərilənləri həqiqət kimi qəbul edərək, sonuncunun yerinə əmək müqaviləsinə xitam verilməsi barədə əmri əsaslandırmışdır. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi hallar, yəni iddiaçının 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7i, 14-ü, iyulun 13-ü və 21-də işdə üzrsüz səbəbdən olmaması müəyyən olunarsa belə, işəgötürənin mübahisələndirilən əmrinin qəbulu zamanı (10 oktyabr 2023-cü il tarixdə) Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulub-pozulmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının sonuncu dəfə üzrsüz səbəbdən işdə olmaması 21 iyul 2023- cü il tarixə təsadüf etdiyi halda, onun barəsində intizam tənbehlərindən biri hesab olunan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi, 21 avqust 2023-cü il tarixdən sonra maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, iddiaya görə iddiaçı 24 avqust 2023-cü il tarixdə işdən azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və bu halın həqiqətə uyğunluğu yuxarıda qeyd olunan göstərişlərin icrası nəticəsində sübut olunduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə görə həmin gündən bir təqvim ayı bitdikdən sonra iddiaçının işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququ, cavabdehin isə iddiaçının bu tələblərini yerinə yetirmək vəzifəsi yaranmışdır Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin işi yenidən apellyasiya baxışına göndərərkən verdiyi göstərişləri rəhbər tutaraq, onların mahiyyətini, hüquqi məzmununu və bu iş üzrə həlledici əhəmiyyətini nəzərə almaqla işin faktiki və hüquqi hallarını yenidən, hərtərəfli araşdırmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, hər bir tələb üzrə əsaslandırma aparmamış, sübutları qarşılıqlı tədqiq etməmiş, bəzi sübutlar iş materiallarına əlavə edilsə də, həmin sübutlara münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Əvvəla Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əmək mübahisələrinin spesifikası ondan ibarətdir ki, tərəflər hüquqi və faktiki baxımdan bərabər mövqedə deyillər. İşəgötürən təşkilatisərəncamverici səlahiyyətlərə, sənədlərə çıxış imkanına və idarəetmə üstünlüyünə malik olduğu halda, işçi bu imkanlardan məhrumdur. Bu səbəbdən əmək hüququnda sübutetmə yükünün avtomatik şəkildə işçinin üzərinə qoyulması nə qanunun ruhuna, nə də əmək hüququnun qoruyucu funksiyasına uyğun gəlir. İddiaçının 23 avqust 2023 və 11 sentyabr 2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətləri, 21 sentyabr 2023-cü il tarixli Xətai Rayon Prokurorluğuna şikayəti, həmin müraciətlərdə ardıcıl şəkildə eyni halların göstərilməsi əmək haqqının ödənilməməsi, işdən çıxma barədə müraciət edildikdən sonra giriş kartının alınması, iş yerinə buraxılmama, əmək müqaviləsinə xitam verilməməsi və son haqq-hesabın aparılmaması iddiaçının iradəsinin real, davamlı və ziddiyyətsiz olduğunu göstərir. Bu sübutların heç biri təkbaşına qiymətləndirilməmiş, əksinə, onların qarşılıqlı əlaqəsi və məntiqi ardıcıllığı nəzərə alınmışdır. Məhkəmə kollegiyası tərəflər arasında mövcud olan yazışmalara xüsusi sübut əhəmiyyəti verilməsini zəruri hesab edir. Çünki həmin yazışmalar təkcə faktiki məlumat xarakteri daşımır, eyni zamanda tərəflərin real iradəsini, davranış motivlərini və əmək münasibətlərinin faktiki gedişatını əks etdirir. İş materiallarında olan yazışmalardan müəyyən olunur ki, İddiaçı işəgötürənə müraciətlərində əmək haqqının ödənilməsi, şirkətə göndərilmiş məktubların taleyi, müfəttişlik orqanlarının prosesə cəlb edilməsi və əmək münasibətlərinin necə başa çatdırılacağı ilə bağlı suallar ünvanlamışdır. Bu yazışmaların məzmunu və ardıcıllığı iddiaçının əmək münasibətlərindən yayınmaq niyyətində olmadığını, əksinə, mövcud vəziyyətə hüquqi aydınlıq gətirilməsini və əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsini tələb etdiyini göstərir. “Whatsapp” ani mesajlaşma tətbiqində olan yazışmalarda cavabdeh müəssisənin direktoru X6 tərəfindən verilmiş cavablar isə xüsusi diqqətə alınmalıdır. Həmin cavablardan görünür ki, əmək münasibətlərinin faktiki idarə olunması birbaşa direktor tərəfindən deyil, digər şəxslərin – mühasibin və “Samir müəllim” kimi qeyd edilən şəxsin göstərişi ilə həyata keçirildiyi etiraf olunur. Bu hal cavabdehin öz mövqeyinin qeyri-müəyyənliyini və əmək münasibətlərinə dair qərarların sistemli və şəffaf qaydada qəbul edilmədiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, bu yazışmalar cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “iddiaçının işə gəlməməsi” və “intizam pozuntuları” barədə arqumentlərlə ziddiyyət təşkil edir. Əgər iddiaçı həqiqətən uzun müddət üzrsüz səbəbdən işə gəlməyən, əmək intizamını kobud şəkildə pozan işçi olmuş olsaydı, tərəflər arasında aparılan yazışmalarda əmək haqqının hesablanması, məktubların göndərilməsi və müfəttişliklə bağlı gözləmələr deyil, intizam tədbirləri və rəsmi prosedurlar müzakirə edilməli idi. Halbuki yazışmaların məzmunu iddiaçının əmək münasibətlərinin davam etməsi və ya qanuni qaydada başa çatdırılması ilə bağlı qeyri-müəyyənlik içində saxlanıldığını göstərir. Xüsusilə 10 oktyabr 2023-cü il tarixli yazışma diqqətəlayiqdir. Həmin yazışmada iddiaçı ödənilməyən əmək haqqını, gecikmə faizlərini və məzuniyyət haqqını hesabladığını bildirərək, ödəniş edilmədiyi halda hər gün məbləğin artacağını qeyd etmişdir. Cavabdeh isə bu müraciətə cavab olaraq əmək münasibətlərini mübahisə yolu ilə deyil, “qanunvericiliyə uyğun olaraq” xitam verəcəyini bildirmişdir. Bu ardıcıllıq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin səbəbinin intizam pozuntuları deyil, iddiaçının əmək haqqı tələbi ilə əlaqəli olduğunu və qərəzli olmasını açıq şəkildə üzə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı yazışmalar cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin hüquqi əsaslarını sarsıdır. Çünki həmin yazışmalar əmək müqaviləsinə xitam verilməsinin əvvəlcədən müəyyən edilmiş, ardıcıl və qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq edilmiş intizam tədbiri olmadığını, əksinə, iddiaçının əmək hüquqlarını, xüsusilə ödənilməmiş əmək haqqını və son haqq-hesabını tələb etməsinə cavab olaraq formalaşdığını açıq şəkildə göstərir. Bu cür davranış əmək hüququnun qoruyucu mahiyyəti, habelə işçinin hüquqlarını müdafiə etməyə yönəlmiş mexanizmlərlə uzlaşmır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yalnız o hallarda tətbiq oluna bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozsun. Halbuki iş üzrə müəyyən edilmiş faktiki hallar əksini göstərir. Belə ki, iddiaçı əmək funksiyasını yerinə yetirməkdən qəsdən yayınmamış, əksinə, əmək münasibətlərinə qanunvericiliyə uyğun şəkildə xitam verilməsi barədə öz iradəsini açıq şəkildə ifadə etmişdir. İddiaçının işdən çıxmaq istəyi ilə bağlı müraciətlərindən dərhal sonra işə giriş-çıxış kartının ondan alınması, iş yerinə buraxılmaması və əmək münasibətlərinin qeyri-müəyyən vəziyyətdə saxlanılması cavabdehin iddiaçının əmək funksiyasını yerinə yetirməsinə faktiki olaraq imkan vermədiyini göstərir. Bu baxımdan, iddiaçının davranışını əmək funksiyasının yerinə yetirilməməsi və ya əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirmək mümkün deyildir. Əksinə, cavabdehin iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə iradəsini reallaşdırmaması, prosesi süründürməsi və sonradan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə əmək müqaviləsinə xitam verməsi həmin normanın məqsədinə və tətbiq şərtlərinə ziddir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xitam əmri nə faktiki, nə də hüquqi baxımdan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün zəruri olan şərtlərə cavab verir və tərəflər arasındakı yazışmalar bu əmrin qərəzli və əsassız xarakter daşıdığını təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. Kassasiya instansiyasının diqqətə çatdırdığı digər mühüm məqam cavabdehin iddiaçının şikayətlərindən vaxtında xəbərdar olduğu halda bu şikayətlərə münasibət bildirməməsidir. X9 Xidmətinin 13 oktyabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, cavabdeh MMC-yə 04 sentyabr 2023-cü il tarixdə rəsmi sorğu göndərilmiş, bu sorğu 19 sentyabr 2023-cü il tarixdə cavabdehə çatdırılmışdır. Bu tarixdən etibarən cavabdeh iddiaçının tələblərindən və iradəsindən xəbərdar olmuşdur. Lakin cavabdeh bu mərhələdə əmək münasibətlərinə hüquqi aydınlıq gətirməmiş, nə əmək müqaviləsinə xitam vermiş, nə də son haqq-hesabı aparmışdır. Əksinə, cavabdehin sonrakı davranışı ziddiyyətli və qeyri-ardıcıl olmuşdur. Belə ki, cavabdeh iddiaçının işdən azad olunması barədə ərizə ilə müraciət etməsindən (ərizənin mövcudluğu cavabdeh tərəfindən inkar edilsə belə, iddiaçının iradə ifadəsindən, ardıcıl davranışından və tərəflər arasında aparılmış yazışmalardan cavabdeh tərəfin bu ərizədən məlumatlı olduğu aydın şəkildə müəyyən olunur) və habelə iddiaçının dövlət orqanlarına ünvanladığı şikayətlərdən xəbərdar olduğu halda, həmin tarixdə iddiaçıya işə gəlməməsi barədə xəbərdarlıq xarakterli teleqram göndərmiş, daha sonra isə 10 oktyabr 2023-cü il tarixdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam vermişdir. Göstərilən ardıcıllıq bir daha təsdiq edir ki, əmək müqaviləsinə xitam verilməsi iddiaçının əmək intizamını pozması ilə deyil, məhz onun ödənilməmiş əmək haqqını tələb etməsi və bu məqsədlə səlahiyyətli dövlət orqanlarına müraciət etməsi ilə səbəb-nəticə əlaqəsində olmuşdur. Kollegiya qeyd edir ki, iddianın mahiyyətinə görə iddiaçı ödənilməmiş əmək haqqını tələb etdiyi halda, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsi ilə deyil, işçi üçün daha ağır hüquqi nəticələr doğuran 70-ci maddənin “ç” bəndi ilə xitam vermişdir. Bu seçim hüquqi baxımdan neytral deyil və əmək münasibətlərinin obyektiv tənzimlənməsindən daha çox, iddiaçının hüquqlarını müdafiə etməsinə cavab reaksiyası kimi qiymətləndirilir. Kassasiya instansiyasının növbəti mühüm göstərişi ondan ibarət olmuşdur ki, əvvəlki apellyasiya baxışı zamanı mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsi barədə əmr və onu əsaslandıran sənədlər iş materiallarına əlavə edilməmiş, habelə həmin sənədlər cavabdehdən tələb olunmamışdır. Kassasiya instansiyasının bu göstərişinin icrası məqsədilə yeni apellyasiya baxışı zamanı müvafiq sorğular verilmiş, əmrin verilməsi üçün əsas olmuş sənədlər, eləcə də, əmək haqqının ödənilməsi barədə sübutların təmin olunması barədə qərardad çıxarılmaqla məcburi icraya göndərilmişdir. Həmin sorğulara cavab olaraq Dövlət Məşğulluq Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli məktub təqdim edilmiş, məktuba İddiaçı adına “Əmək və məşğulluq” altsisteminə cavabdeh "xxxx" MMC (VÖEN: **********) tərəfindən daxil edilmiş əmək müqaviləsinin bağlanması və xitam verilməsi barədə bildirişlər əlavə edilmişdir. (əmək müqaviləsinin və xx.xx.2023-cü il tarixli xitam əmrinin surətləri əlavə edilməsi göstərilsə də, bu sənədlər məktuba əlavə edilməmişdir). Bununla yanaşı, təqdim edilmiş cavabdan açıq şəkildə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə əsas olan ilkin sənədlər, o cümlədən intizam pozuntularını təsdiq edən aktlar, xəbərdarlıqlar və digər əsaslandırıcı materiallar Dövlət Məşğulluq Xidmətinin məlumat bazasında mövcud deyildir. Digər tərəfdən, cavabdeh tərəfindən tələb olunan sənədlər natamam təqdim olunmuş, işçiyə əmək haqqı və son haqqhesabın ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmamışdır. Göstərilən hal, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün göstərilən əsasların real və qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirilmədiyini, habelə mübahisələndirilən xitam əmrinın sübut bazasının olmadığını təsdiq edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü arqumentlər Məhkəmə kollegiyası tərəfindən tənqidi qiymətləndirilmiş və inandırıcı hesab edilməmişdir. Belə ki, cavabdeh iddiaçının 2023-cü ilin yanvar ayından etibarən mütəmadi olaraq işə gec gəlməsi, erkən ayrılması və fevral, mart, aprel və iyul aylarında bir sıra tarixlərdə ümumiyyətlə işdə olmaması hallarına istinad edir. Lakin bu iddialar ilə əmək müqaviləsinə xitam verilməsi arasında olan vaxt fərqi və cavabdehin sonrakı davranışı həmin arqumentlərin etibarlılığını ciddi şəkildə şübhə altına alır. Əvvəla, cavabdehin öz mövqeyinə əsasən iddia edilən pozuntuların böyük əksəriyyəti 2023-cü ilin fevral–iyul aylarına təsadüf edir. Buna baxmayaraq, əmək müqaviləsinə xitam yalnız 10 oktyabr 2023-cü il tarixdə verilmişdir. Bu isə göstərir ki, iddia edilən hallar işəgötürən tərəfindən vaxtında və ciddi intizam pozuntuları kimi qiymətləndirilməmiş, uzun müddət əmək münasibətləri davam etdirilmişdir. Əgər göstərilən hallar doğrudan da əmək vəzifələrinin kobud şəkildə pozulması xarakteri daşısaydı, işəgötürənin aylarla gözləməsi və yalnız sonradan xitam tətbiq etməsi hüquqi baxımdan ağlabatan və izaholunan deyildir. Bundan əlavə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə iradə ifadə etmişdir. Bu iradənin mövcudluğu cavabdeh tərəfindən formal olaraq inkar edilsə də, iddiaçının ardıcıl müraciətləri, dövlət orqanlarına etdiyi şikayətlər və tərəflər arasında aparılmış yazışmalar cavabdehin bu iradədən məlumatlı olduğunu təsdiq edir. Belə bir şəraitdə, iddiaçının öz xahişi ilə əmək münasibətlərini başa çatdırmaq istədiyi bir dövrdə, aylar əvvəl baş verdiyi iddia olunan hallara istinad etməklə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi inandırıcı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqdim etdiyi arqumentlər faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin real səbəblərini gizlətməyə yönəlmişdir. Belə ki, xitamın iddiaçının əmək haqqının ödənilməsini tələb etməsindən və səlahiyyətli dövlət orqanlarına müraciətlərindən sonra verilməsi, habelə cavabdehin iddia edilən pozuntulara uzun müddət dözümlü yanaşması göstərir ki, əmək müqaviləsinə xitam verilməsi iddia edilən intizam pozuntularının nəticəsi deyil, iddiaçının qanuni tələblərinə cavab olaraq sonradan seçilmiş vasitə olmuşdur. İş materiallarından görünür ki, cavabdehin iddia etdiyi sonuncu üzrsüz işə çıxmama halı 21 iyul 2023-cü il tarixinə təsadüf edir. Bu halda, əmək müqaviləsinə 10 oktyabr 2023-cü il tarixdə xitam verilməsi, intizam tənbehi üçün nəzərdə tutulmuş bir aylıq müddətin aşılması deməkdir. Bu isə artıq sübutların qiymətləndirilməsi deyil, maddi hüquq normasının birbaşa pozulmasıdır və belə bir şəraitdə intizam tənbehi hüquqi qüvvə doğura bilməz. Nəhayət, kassasiya instansiyası məhkəməsinin göstərdiyi kimi, iddiaçının 24 avqust 2023-cü il tarixdə işdən azad olunması barədə müraciət etdiyi hal sübuta yetirildiyi halda, əmək qanunvericiliyinə əsasən bir təqvim ayı bitdikdən sonra iddiaçının işə çıxmamaq və son haqqhesabın aparılmasını tələb etmək hüququ, cavabdehin isə bu tələbləri yerinə yetirmək vəzifəsi yaranmışdır. Yeni apellyasiya baxışı zamanı toplanmış sübutların məcmusu bu halın reallığını təsdiq etdiyindən, cavabdehin sonrakı davranışı əmək hüququnun qoruyucu mahiyyəti ilə uzlaşmır. İddiaçı əmək münasibətlərindən yayınmamış, əksinə, əmək müqaviləsinə qanunvericiliyə uyğun şəkildə öz xahişi ilə xitam verilməsi barədə açıq şəkildə iradəsini ifadə etmişdir. Cavabdeh isə bu iradənin reallaşdırılmasına imkan verməmiş, prosesi əsassız olaraq süründürmüş, iddiaçının ödənilməmiş əmək haqqını və son haqq-hesabını tələb etməsindən sonra əmək müqaviləsinə işçi üçün mənfi hüquqi nəticələr doğuran Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. İş üzrə müəyyən edilmiş faktiki hallar, xüsusilə tərəflər arasındakı yazışmalar, iddiaçının dövlət orqanlarına müraciətləri, cavabdehin bu müraciətlərdən vaxtında məlumatlı olduğu halda adekvat hüquqi addımlar atmaması, habelə əmək müqaviləsinə xitam verilməsinə əsas olan intizam pozuntularının mövcudluğunu, qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsini və iddiaçıya bildirilməsini təsdiq edən sübutların olmaması göstərir ki, mübahisələndirilən xitam əmri qanuni əsaslara söykənmir. Bununla yanaşı, iddia edilən intizam pozuntularının mövcudluğu qəbul edilsə belə, əmək müqaviləsinə xitam verilməsi zamanı intizam tənbehinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin aşılması faktı müəyyən edilmişdir ki, bu da Əmək Məcəlləsinin müvafiq normalarının pozulması kimi qiymətləndirilməlidir. Belə bir şəraitdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi mümkün deyildir. Belə ki, cavabdehin davranışı əmək hüququnun qoruyucu mahiyyətinə, işçinin hüquqlarını müdafiə mexanizmlərinə, habelə dürüstlük və vicdanlılıq prinsiplərinə zidd olmuş, əmək müqaviləsinə xitam verilməsi institutu intizam tədbiri kimi deyil, iddiaçının qanuni tələblərinə cavab olaraq represiv vasitə kimi istifadə edilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etsə də, mübahisələndirilən əmrin ləğv olunması üçün əsasları qiymətləndirməmiş, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-218/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, cavabdehin xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin 24 avqust 2023-cü il tarixdən etibarən iddiaçının öz xahişi ilə, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab olunması müəyyən edilməli, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə ödənilməmiş əmək haqları və son haqq-hesab ödənilməli, əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirildiyi nəzərə alınmaqla gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla ödənc yalnız iddia ərizəsinin verildiyi tarixədək hesablanmalı, həmçinin mediasiya və etibarnamə xərcləri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “S.S.S-TTAS" MMC-yə qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh “S.S.S-TTAS" MMC-nin İddiaçı barəsində vermiş olduğu xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında əmək münasibətləri 24 avqust 2023-cü il tarixdən etibarən iddiaçının öz xahişi ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə ödənilməmiş əmək haqları və son haqq-hesab tutularaq ödənilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla ödənc iddia ərizəsinin verildiyi tarix- xx.xx.2023-cü il tarixədək hesablanmaqla ödənilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə mediasiya xərci kimi 50 (əlli) manat və nümayəndəyə etibarnamə verilməsi üçün çəkilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində xərclər tutularaq ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar