Məhkəmə qərarları › İş №2(106)-13/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-13/2025

08.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-13/2025 08.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X28 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(049)- 852/2020 saylı qətnaməsindən (hakim T.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən mülkiyyətində olan və DƏDRX-də qeyd olunmuş 050941 saylı torpaq sahəsinin 2,8 ha hissəsinin boşaldılması və daş çəpərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(049)-1498/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair yuxarıda qeyd edilən mülki işə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar mövcud olduğuna görə işin icraatına xitam verilmişdir. İddiaçı yuxarıda bəhs olunan qərardaddan narazı qalmış və şikayət vermişdir. İddiaçı Lənkəran Rayon 02 dekabr 2019-cu il tarixli, 2(049)-1498/2019 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(106)-543/2020 saylı qərardadına əsasən Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(049)- 1498/2019 saylı qərardadı ləğv edilmiş, mülki iş materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburi olmasına görə hazırkı işi icraatına götürərək baxmışdır. Birinci instansiya məhkəməsinin baxışında İddiaçı nümayəndəsi X9 iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı 1960-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra ailə həyatı qurmuş və bu münasibətdən səkkiz övladı dünyaya gəlmişdir. Bildirir ki, cavabdeh X7 onun qaynıdır və mülkiyyətində olan, 2,8 ha torpaq sahəsini zəbt etməklə onu daş-hasara almışdır. Buna görə də o dəfələrlə Lənkəran Şəhər Hakimiyyətin başçısı T.Qaraşova məktub məktub göndərmiş və torpağın ölçülməsinə dair mütəxəssis göndərilməsini xahiş etmişdir. Buna gora DƏDRX-nin mütəxəssisləri yaşadığı Girdəni kəndinə gələrək kəndin Bələdiyyə sədri Girdəni Ərazi nümayəndəsi, sahə müvəkkili iştirak edib mülkiyyətində olan 2,8 ha torpaq sahəsinin doğurdan da cavabdeh tərəfindən zəbt olunmasına dair akt tərtib etmişlər. Buna görə də cavabdeh X7 tərəfindən mülkiyyətində olan və DƏDRX-də qeyd olunmuş 050941 saylı torpaq sahəsində 2,8 ha, eləcə də iddia ərizəsinə əlavə etdiyi, aidiyyatı şəxslər tərəfindən tərtib edilmiş akta əsasən torpaq sahəsinin boşaldılması və daş çəpərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh nümayəndəsi (vəkili) X14 iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini tutmamışdır. İş üzrə əvvəllər ekspertiza keçirilmiş və cavabdehin torpaq sahəsini tutmadığı müəyyən edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-852/2021 nömrəli, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Reyestr nömrəsi **********82, RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,029 ha hissəsindən Cavabdeh çıxarılması və onun tərəfindən İddiaçı ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi, ekspertiza xərcinin cavabdehdən tutulması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi həmin işi tam və hərtərəfli araşdırmadan qərəzli, qeyri-obyektiv və əsassız bir qətnamə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: İ.Əsədov, S.Mayılov, N.Mirzəyev) 14 sentyabr 2021-ci il tarixli, 2(106)-125/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(049)-852/2020 saylı qətnaməsinin Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər. A.Abbasov, E.Vəliyeva və E.Şamayev) 04 aprel 2022-ci il tarixli, 2(102)-1411/2022 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-125/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin göstərişləri aşağıdakılardan ibarət olmuşdur.

1. Ali Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin cavabdeh tərəfindən tutulması barədə torpaq mülkiyyətçilərinin, o cümlədən hazırki iddiaçının iddiaları olmuş və bu barədə həm iddianın rədd edilməsi barədə qətnamə və işin icraatına xitam verilməsi barədə qərardadlar qəbul edilmişdir. MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Lakin apellyasiya məhkəməsi işin bu halı ilə bağlı da hər hansı qiymətləndirmə aparmayıb, hazırki iddianın əvvəlki iddia ilə eyni əsas və predmet üzrə olmasına aydınlıq gətirməyib.

2. Ali Məhkəmə daha sonra qeyd etmişdir ki, bir halda ki, apellyasiya məhkəməsi tərəfindən işin konkret halını müəyyən etmək üçün iş üzrə təkrar ekspertiza keçirilməsi zəruri bilinib və ekspertiza təyin edilib, belə olan halda, işin həmin halının təkrar ekspert rəyi alınmadan, birinci instansiya məhkəməsi tərəfindən alınan rəylə müəyyən edilməsi əsası sayıla bilməz. Üstəlik, birinci instansiya məhkəməsi tərəfindən alınan rəyi də apellyasiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməyib. Hər bir halda ekspert rəyləri arasındakı ziddiyyət təyin edilmiş təkrar ekspertiza rəyi ilə aradan qaldırıla bilərdi, həm də apellyasiya məhkəməsinin təyin etdiyi ekspertizada ekspert qarşısında cavabdehə məxsus torpağın da ölçülərinin müəyyən edilməsi barədə əvvəlkindən fərqli olaraq iş üçün əhəmiyyət kəsb edən yeni sual qoyulmuşdu və həmin sual üzrə ekspert rəyi olmadan işdəki rəyin qeyd edilən formada qiymətləndirilməsi əsaslı sayıla bilməz.

3. Həmçinin qeyd edilmişdir ki, apellyasiya məhkəməsi ekspertizanın baş tutmama səbəbi ilə bağlı hala MPM-in 97.5-ci maddəsi baxımından da qiymət verməmişdir. Bəhs olunan mülki iş 08 aprel 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin (hakim. Z.Zeynalov) icraatına daxil olmuş və 02 iyun 2022-ci il tarixdə iş üzrə tikinti-texniki ekspertiza təyin edilərək işin icraatı dayandırılmışdır. Mütəxəssizlər tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə iddiaçı tərəfindən maneçilik yaradıldığından obyektə baxış keçirilə bilinməmiş, buna görə də işin icraatı xx.xx.2025-ci il tarixli qərardadı ilə təzələnmiş, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, elə həmin tarixli qərardadla iş üzrə torpaqların elektron baza məlumatları əsasında (TEKUİS və ya AzCard) tikinti-texniki ekspertiza təyin edilərək işin icraatı dayandırılmış, həmçinin iddiaçıya xəbərdarlıq edilməsi məqsədilə MPM-nin 97.5-ci maddəsindən çıxarış göndərilmişdir. İddiaçı MPM-nin 97.5-ci maddəsindən çıxarışı almasına, həmçinin iddiaçı və onun nümayəndəsi ilə tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılması dəfələrlə xahiş olunmaqla danışıqlar aparılmasına baxmayaraq iddiaçı tərəf tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmamışdır. Bununla bağlı DƏRK və RPHŞ 10 saylı Lənkəran Əİnin mütəxəssizlərinin xx.xx.2025-ci il tarixli (İİ cild, səh.75) və həmin İdarənin xx.xx.2025-ci il tarixli (İİ cild, səh. 84) Aktları məhkəməyə daxil olmuşdur. Apellyasiya baxışının əvvəlki iclasında iştirak edən Cavabdeh iş üzrə icraata xitam verilməli olmasını qeyd etmiş, həmçinin iş üzrə keçiriləcək tikinti-texniki ekspertizasının təyin edilməsinə etiraz etməmişdir. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil göstərmişdir ki, İddiaçı ilə iddiaçının hazırkı iş üzrə nümayəndəsi X10 ər-arvaddırlar. Bildirmişdir ki, X10 2014-cü ildə qardaşı Cavabdeh qarşı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia qaldırmış, həmin iddia rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. X1 iddiası təmin edilmədikdən sonra onun arvadı İddiaçı yenidən məhkəmədə eyni tərəf, eyni əsas və eyni predmet üzrə hazırkı bəhs olunan iddianı qaldırmış, həmin iddia üzrə işə bir neçə dəfə xitam verilsə də sonda həmin qərardad Şirvan Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(106)-543/2020 saylı qərardadına əsasən ləğv edilmiş, mülki iş materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhz bundan sonra Lənkəran rayon məhkəməsi işi icraatına götürərək baxmışdır. Hesab edir ki, hazırda baxılan iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə X10 ər-arvad olduqlarından hazırkı mülki iş eyni tərəf, eyni əsas və eyni predmet üzrə olan iddiadır və bununla bağlı Lənkəran Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli, 2(049)-43/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(102)-1411/2022 nömrəli qərarındakı göstərişlərdən də biri MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq apellyasiya məhkəməsi tərəfindən işin bu halı ilə bağlı hər hansı qiymətləndirmə aparılmamasıdır. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq iddiaçı və onun nümayəndəsi (əri) Apellyasiya baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli, 2(049)-43/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X3 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(049)-478/2018 saylı qərardadından görünür ki, iddiaçı X2, X6, X4, X11, X15, X8, X16, X12, X5 Cavabdeh qarşı qanunsuz zəbt edilən torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(049)-3810/2018 saylı qərardadından görünür ki, iddiaçı X2 Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(106)-3710/2018 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(049)-3710/2018 saylı qərardadından iddiaçı X10 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin saylı 10 oktyabr 2018-ci il tarixli və 25 oktyabr 2018-ci il tarixli, 2(049)-3710/2018 qərardadları dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(049)-1498/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair hazırkı baxılan mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı yuxarıda bəhs olunan qərardaddan narazı qalmış və şikayət vermişdir. İş materiallarında olan İddiaçı Lənkəran Rayon 02 dekabr 2019-cu il tarixli, 2(049)- 1498/2019 saylı qərardadından şikayəti təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(106)-543/2020 saylı qərardadına əsasən Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(049)- 1498/2019 saylı qərardadı ləğv edilmiş, mülki iş materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, müəyyən edilir ki, X13 2014-cü ildə Cavabdeh qarşı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia qaldırmış, həmin iddia Lənkəran Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli, 2(049)-43/2014 saylı qətnaməsi ilə təmin edilməmiş və iddiaçı həmin qətnamədən şikayət vermədiyindən qətnamə qanuni qüvvəsini almışdır. X1 qeyd edilən iddiası təmin edilmədiyindən arvadı İddiaçı yenidən məhkəmədə eyni tərəf, eyni əsas və eyni predmet üzrə hazırkı bəhs olunan iddianı qaldırmışdır. İşdə olan İİ JQ 335710 nömrəli Nikah haqqında Şəhadətnamədən (səh.131) görünür ki, X13 ilə Baxşiyeva (Əliyeva) Gülnarə İslam qızı arasında nikah bağlanmışdır. Göründüyü kimi X13 ilə Baxşiyeva (Əliyeva) Gülnarə İslam qızı ər-arvaddırlar və X10 tərəfindən cavabdehə qarşı 2014-cü ildə qaldırılmış iddia mahiyyəti üzrə eyni torpaqdan (0.06 ha) eyni predmet üzrə çıxarılma ilə bağlı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli, 2(049)-43/2014 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh X3 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra iddiaçı X10, X17 və digər ailə üzvləri eyni iddia tələbi ilə cavabdehə qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış, lakin Lənkəran Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(049)-478/2018 saylı qərardadı ilə X1, İddiaçı, X4, X11, X15, X8, X16, X12, X5 Cavabdeh qarşı qanunsuz zəbt edilən torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraata (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar mövcud olduğuna görə) xitam verilmişdir. Bundan sonra X13 yenidən eyni əsasla məhkəmədə iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(049)-3810/2018 saylı qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraata (MPM-in 261.0.2-ci maddəsi üzrə) xitam verilmişdir. X13 bəhs olunan qərardaddan şikayət vermiş, lakin Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(106)-3710/2018 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(049)- 3710/2018 saylı qərardadından iddiaçı X13 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin saylı 10 oktyabr 2018-ci il tarixli və 25 oktyabr 2018-ci il tarixli, 2(049)-3710/2018 qərardadları dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X17 cavabdehə qarşı məhkəmədə eyni iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(049)-1498/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair hazırkı baxılan mülki iş üzrə icraata (MPM-in 261.0.2-ci maddəsi üzrə) xitam verilmişdir. İddiaçı yuxarıda bəhs olunan qərardaddan narazı qalmış və şikayət vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(106)-543/2020 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(049)- 1498/2019 saylı qərardadı ləğv edilmiş, mülki iş materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(106)-543/2020 saylı qərardadı ilə iddianın eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olmaması qənaətinə gəlinmişdir. Buna görə məhkəmə MPM-in 399-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburi olmasına görə hazırkı işi icraatına götürərək baxmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(106)-543/2020 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(049)- 1498/2019 saylı qərardadının ləğv edilərək mülki iş materiallarının baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsinin qərara alınması hazırkı iş üzrə icraata xitam verilməsinə maneə ola bilməz. Çünki Kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərindən biri də MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi oldğu halda apellyasiya məhkəməsinin işin bu halı ilə bağlı da hər hansı qiymətləndirmə aparmaması ilə bağlıdır. Belə ki, MPM-nin 420-ci maddəsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi iddiaçı eyni tərəfə qarşı eyni əsasla və eyni predmetlə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apelyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(049)-852/2020 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

Qəraraaldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(049)-852/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən mülkiyyətində olan və DƏDRX-də qeyd olunmuş 050941 saylı torpaq sahəsinin 2,8 ha hissəsinin boşaldılması və daş çəpərin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar