Məhkəmə qərarları › İş №2(106)-130/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-130/2023

26.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-130/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı və cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, onların vəkili Vəkil2, sıradan çıxcmış iddiaçı və cavabdeh X6 hüquqi varisləri X10 və X2 vəkili və eyni zamanda səlahiyyətli nümayəndələri Vəkil1 iştirakları ilə, ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X9 qarşı “torpaqdan çıxarma”, qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “pul” tələblərinə dair iddiaları üzrə Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixzli 2(020)- 602/2022 saylı qətnaməsindən hər iki tərəfin vermiş olduğu apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X9 qarşı “torpaqdan çıxarma” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 saylı qərarı ilə ayrılmış 2.10 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin onların istifadələrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, yaşadıqları Beyləqan rayonunun Bünyadlı kəndinin ərazisində yerləşən torpaq sahəsi islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 saylı qərarı ilə 2.10 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi onlara JN-440 KOD 60705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmişdir. Həmin torpaq sahəsi 2012-ci ilədək onların istifadəsində olmuşdur. Lakin, 2012-ci ildən bu günədək onların torpağı yaxın qohumu olan X11 istifadə edir. 2012-ci ildə onların maddi vəziyyətləri aşağı olduğu üçün X5 3000 manat pul almış, torpağı müvəqqəti istifadə üçün ona vermişlər. Cavabdeh X11 verdiyi 3000 manat pul qarşılığında 10 ildən artıq müddətdir ki, ailə üzvülərinə məxsus olan 2.10 hektar pay torpağını istifadə edir. Onlar torpağı verərkən cavabdehlə aralarında heç bir rəsmi müqavilə olmayıb və şifahi qaydada razılaşmışlar. Hazırda həmin torpaq sahəsini geri qaytarmaq istəyirlər. Belə ki, hazırda onların heç bir yerdən gəliri yoxdur. Hamısı bir ailədə yaşayırlar. Ailənin ehtiyaclarını ödəyə bilmirlər və buna görə də həmin torpaq sahəsinin özləri tərəfindən istifadəsinə çox ehtiyacları var. Hal-hazırda onlar öz pay torpaqlarından istifadə edə bilmirlər. X1 ona və ailə üzvülərinə məxsus olan 2.10 hektar torpaq sahəsindən çıxmasını bildirsələr də, heç bir razılığa gəlmək və torpaqdan çıxmaq istəmir. Qarşılıqlı iddia üzrə iddiaçı X11 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi və ya cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 56118.0 (əlli altı min yüz on səkkiz) manat ziyanın və torpaq sahəsini alarkən ödədiyi 4000 manat pulun, ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-yə ödənilən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 258.35 manatın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci ıl tarixli 51 saylı qərarı ilə qardaşı İddiaçı1 və ailə üzvlərinə JN-440 KOD 60705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ayrılan 2.10 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini İddiaçı1 4000 manata almışdır. Lakin cavabdeh İddiaçı1 torpaq sahəsini 3000 manata satdığını qeyd etmişdir. O, Bayramdan başqa bütün bacı qardaşının da torpaq sahələrini almış və həmin torpaqları adına sənədləşdirmişdir. Qardaşı Bayram isə oğlu gələndən sonra torpağı sənədləşdirəcəyini bildirsə də, sonradan bəhanələr edərək alqı-satqı üçün notariusa getməmişdir. Torpaq sahəsini Bayramdan aldıqdan sonra Bayram özü ona köməklik edərək pul müqabilində traktoru ilə torpaq sahəsinə peyin daşımışdır. Dəfələrrlə İddiaçı1 natariusa getməyini tələb etsə də o, hər dəfə də müxtəlif bəhanələrlə topağı onun adına sənədləşriməyə mane olmuşdur. Torpağı Bayramdan alanda aralarında heç bir rəsmi yazışma olmayıb və şifahi danışıq yolu ilə almışdır. Bayram onu inandırmışdır ki, torpağı adına sənədləşdirəcək. Bayram onun qardaşı olduğundan inanmışdır. Torpq sahəsini cavabdehlərdən aldıqdan sonra torpağa bütün aqrotexniki qulluq edərək orada bioloji aktiv ərik bağı salmıdır. Torpağa ərik tingləri əkərək onlara qulluq etmiş və hazırda bol məhsul verən bağ halına salmışdır. O, tingləri satın almış və hər bir ərik tinginə xeyli xərc çəkərək bağa qulluq etmişdir. 2.10 hektar ərazidə yerləşən sözügedən torpaq sahəsini bağ halına salmaq üçün orada 597 ədəd ərik ağacı əkmişdir. Cavabdehlər onun bu qədər zəhmət hesabına saldığı bağa heç bir əziyyət çəkmədən sahib olmaq istəyirlər. İddiaçı1 torpaq sahəsini ona müvəqqəti istifadə etmək üçün verdiyini bildirir. Burdan isə belə bir sual ortaya çıxır ki, əgər torpaq sahəsini müvvəqəti istifadə etmək üçün vermişdirsə, nə üçün orada bağ saldırır və nə üçün torpağa küllü miqdarda sərmayə qoyurdu. O, torpağı cavabdehlərdən birdəfəlik almışdı ki, bu qədər xərc çəkərək orada bağ saldırmışdı. Torpaq sahəsinin sənədləşdirmədiklərindən qardaşı torpağı ondan geri tələb edir. Belə olan halda onun həmin torpaqda saldığı bağ və əkdiyi ağaclara çəkdiyi xərc alınıb ona verilməlidir. O, bağa çəkdiy xərci hesablatmaq üçün "xxxx" MMC-yə müraciət etmişdir. Həmin MMC-nin qiymətləndiriri-mütəxəssisləri 2.10 hektar ərazidə yerləşən 597 ədəd ərik ağacının bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirmişlər və rəy tərtib etmişlər. Həmin rəydən müəyyən olunur ki, bioloji aktivlərin mövcud vəziyyəti, xərcləri, analoq aktivlərlə müqayisəli satışı, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Beyləqan rayonunun Bünyadlı kəndi yaxınlığında 2.10 hektar ərazidə yerləşən 597 ədəd ərik ağacının bazar dəyəri 05 aprel 2022-d il tarixinə 56118.0 (əlli altı min yüz on səkkiz) manat təşkil edir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehlərin hərəkəti nəticəsində ona küllü miqdarda ziyan dəymişdir. Cavabdehlər həmin ziyanı ona ödəməlidirlər ki, o da yeni torpaq sahəsi alıb həmin torpaqda bağ sala bilsin. Həmçinin torpaq sahəsini alarkən onlara ödədiyi 4000 manat pulu da ona geri qaytarmalıdırlar. Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(020)-602/2022 saylı qətnaməsi ilə ilk iddia tam, qarşılıqlı iddia isə qismən təmin olunaraq, X6 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 saylı qərarı ilə JN- 440 KOD 60705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətnə verilmiş 2.10 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı1, İddiaçı3 və İddiaçı2 istifadəsinə verilməsi, İddiaçı1, İddiaçı3 və İddiaçı2 müştərək qaydada 4000 (dörd min) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun X9 verilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Məhkəmədə tərəflər mübahisə predmeti üzrə qarşılıqlı razılığa gəldiklərini, barışıq sazişi tərtib etdiklərini bildirərək, barışıq sazişinin təsdiq olunmasını xahiş etdilər. Barışıq sazişinin təsdiqinin doğuracağı hüquqi nəticələri başa düşdüklərini bəyan edərək, könüllü şəkildə, hər hansı bir təsir altında hərəkət etmədiklərini və sazişin şərtlərinin həqiqətən iradələrini ifadə etdiyini bildirdilər. İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mübahisəli torpaq sahəsinə görə razılaşdıqları 11000 (on bir min) manat pulun cavabdeh X6 hüquqi varisləri tərəfindən artıq onlara ödənildiyini əlavə olaraq bildirdilər. Məhkəmə qaydasında təsdiq olunması üçün təqdim olunan barışıq sazişinin şərtləri aşağıdakı kimidir ; 1.İlkin iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 : 2014-cü ildə Beyləqan Rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 saylı qərarı ilə JN-440 KOD 60705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1 və onun ailə üzvlərinə verilmiş 2,10 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən X6 çıxarılmasına dair iddia tələbindən imtina edir; İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquqi varislərindən qəbul etdiyi 11.000 manat müqabilində həmin torpaq sahəsinə Çıxarışı aldıqdan sonra dərhal ilkin iddia üzrə cavabdehin hüquqi varisləri olan X10 və X2 xeyrinə özgəninkiləşdirməyi; Bununla əlaqədar öz adlarına Çıxarış alınması üçün müvafiq dövlət orqanına müraciət etməyi, bununla bağlı zəruri hərəkətlər etməyi, öz adına Çıxarış aldıqdan sonra X10 və X3 torpağın satılması məqsədi ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyini götürür. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquqi varisləri X10 və X8 : 11.000 manat pulu ilkin iddia üzrə iddiaçılara təqdim etməyi; qarşılıqlı iddia üzrə iddiadan imtina etməyi öhdəsinə götürür. Qeyd: 11.000 manat pul xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasına qədər tam məbləğdə ilkin iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 əlbəəl təqdim olunmuşdur. Tərəflər bu müqaviləni imzalamaqla pulun ödənildiyini təsdiq edirlər.

2. Bu müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən sonra eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslarla yenidən məhkəmədə iddia irəli sürülə bilməz.

3. Bu barışıq sazişi xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında məhkəmə iclas zalında məhkəmə iclası zamanı tərəflər tərəfindən imzalanmışdır. Bu barışıq sazişi 06 nüsxədə tərtib edilir, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələr isə tərəflərdə qalır. Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(020)-602/2022 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X9 qarşı “torpaqdan çıxarma”, qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “pul” təlbinə dair iş üzrə tərəflərin təqdim etmiş olduğu barışıq sazişi aşağıdakı : 1.İlkin iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 : 2014-cü ildə Beyləqan Rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 saylı qərarı ilə JN-440 KOD 60705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1 və onun ailə üzvlərinə verilmiş 2,10 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən X6 çıxarılmasına dair iddia tələbindən imtina edir; İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquqi varislərindən qəbul etdiyi 11.000 manat müqabilində həmin torpaq sahəsinə Çıxarışı aldıqdan sonra dərhal ilkin iddia üzrə cavabdehin hüquqi varisləri olan X10 və X2 xeyrinə özgəninkiləşdirməyi; Bununla əlaqədar öz adlarına Çıxarış alınması üçün müvafiq dövlət orqanına müraciət etməyi, bununla bağlı zəruri hərəkətlər etməyi, öz adına Çıxarış aldıqdan sonra X10 və X3 torpağın satılması məqsədi ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyini götürür. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquqi varisləri X10 və X8 : 11.000 manat pulu ilkin iddia üzrə iddiaçılara təqdim etməyi; qarşılıqlı iddia üzrə iddiadan imtina etməyi öhdəsinə götürür. Qeyd: 11.000 manat pul xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasına qədər tam məbləğdə ilkin iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 əlbəəl təqdim olunmuşdur. Tərəflər bu müqaviləni imzalamaqla pulun ödənildiyini təsdiq edirlər.

2. Bu müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən sonra eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslarla yenidən məhkəmədə iddia irəli sürülə bilməz.

3. Bu barışıq sazişi xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında məhkəmə iclas zalında məhkəmə iclası zamanı tərəflər tərəfindən imzalanmışdır. Bu barışıq sazişi 06 nüsxədə tərtib edilir, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələr isə tərəflərdə qalır şərtləri ilə təsdiq edilsin. İş üzrə icraata xitam verilməklə Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(020)-602/2022 saylı qətnaməsi ləğv edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar