Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1300/2023 10.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Lerik Rayon Məhkəməsinin 2(048)-712/2022 saylı, 25 may 2023-cü il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Lerik rayonu, Camal Şahiyev küçəsi, ev 9, mənzil 2-də iki otaqlı evə ona mülkiyyət hüququ almaq üçün istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsinə əsasən Ərizəçi 1-ci növbə vərəsə kimi Lerik şəhəri, Camal Şahiyev küçəsi, ev 9 mənzil 2-də istifadə hüququ tanınmış, Qərarın icrası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Ərazi İdarəsinin Lerik rayon şöbəsinə həvalə edilmişdir. Mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Lerik Rayon Məhkəməsinə daxil olmuşdur. Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(048)-712/2022 saylı qərardadına əsasən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin Lerik Rayon Məhkəməsinin 2(048)-712/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğu üçün və Mülki-Prosessual Məcəlləsinin 363.1.3cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Xəbərnamədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsini xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Lakin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Lerik Rayon Məhkəməsinə daxil olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(048)-712/2022 saylı qərardadına əsasən şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(106)-792/2023 saylı qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadı ləğv edilmiş mülki iş materialları ilə birlikdə baxılması üçün yenidən hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılmışdır. Lerik Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(048)-712/2023 saylı qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin vəsatəti təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsi Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-712/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, məhkəmənin 25 may 2023-cü il tarixli 2(048)-712/2023 saylı qərardadının ləğv edilməsini və mülki işin materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli məhkəmə qətnaməsi ərazi idarəsinə məlumat üçün daxil olmuş və qanunvericiliyin tələbinə əsasən sözü gedən ünvan 1 ünvanında yerləşən, bütövlükdə 9 saylı yaşayış binasının tikintisinə icazə, habelə qanunvericiliyin tələbinə uyğun hazırki iş üzrə ərizəçinin, onun mərhum həyat yoldaşının və binanın digər sakinlərinin adına hüquqmüəyyənedici sənəd qismində qeydiyyata alınması barədə müvafiq icra hakimiyyətinin hər-hansı bir sərəncamının, qərarının mövcud olmadığını bildirmişdir. Lerik Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(048)-712/2023 saylı qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin şikayəti təmin edilməmiş, şikayətə baxılması ilə əlaqədar 2(053)-712/2022 nömrəli mülki iş 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)- 712/2022 saylı, 25 may 2023-cü il tarixli qərardadı ləğv edilməli və Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Belə ki, Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsində gəldiyi nəticə etibarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə vəzifə qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası bildirir ki, bundan əvvəl də 10 saylı Ərazı İdarəsi şikayət ərizəsi ilə apellyasiya məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(106)-792/2023 saylı qərardadına əsasən 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadı ləğv edilmiş mülki iş materialları ilə birlikdə baxılması üçün yenidən hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin işə baxan məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin 01 may 2023cü il tarixli qərardadında göstərilən göstərişləri tam şəkildə yerinə yetirməmiş, işin 33-cü səhifəsində göstərilən xəbərnamənin 10 saylı Ərazı İdarəsi tərəfindən alınmasını araşdırmamışdır. Məhkəmə kollegiyası tərəflərin ədalət mühakiməsinin obyektiv, qərəzsiz və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinə inamını artırmaq üçün hesab edir ki, hazırkı şikayət təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-712/2022 saylı, 25 may 2023-cü il tarixli qərardadı ləğv edilməli və Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-712/2022 saylı, 25 may 2023-cü il tarixli və 16 iyun 2023-cü il tarixli, 2(048)-712/2022 saylı qərardadları ləğv edilsin. Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1300/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1300/2023
10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver