Məhkəmə qərarları › İş №2(106)-131/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-131/2023

16.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-131/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və X1 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(036)138/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehin qanunsuz zəbt etdiyi İmişli rayonu, Xəlfəli kəndində yerləşən mülkiyyətdə olan 5,81 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(036)138/2020 saylı qətnaməsi (hakim Ü.Qənbərov) ilə, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən və məruzəçi, S.İ.Mayılov və N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102) 3555/2022 saylı qərarı ilə, ddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(106)- 16/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməməsini iddia tələbinin əsaslı olmaması və sübut olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(036)138/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı 16 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı apellyasiya şikayətindən imtina barədə məhkəmə kollegiyası ərizə təqdim edərək, İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(036)138/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-cu maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli, İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(036)138/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(036)138/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar