Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1313/2023 28.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 Hüseyin qızının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 Hüseyin qızına qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən onun və aillə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına olaraq zəbt etməkdə davam edən cavabdeh- Cavabdeh1 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Beyləqan rayonun Şərq qəsəbəsi ərazisindən 7,61 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 3,0165 hissəsi bir ərazidə, digər 4,5907 ha hissəsi isə başqa ərazidə yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsini əvvəllər X5 torpağı zəbr edərək istifadə etmişdir. Sonradan isə Nəsimi Maqsudov rəhmətə getmiş və həmin vaxtdan da həmin torpaq sahəsindən onun bacısı Cavabdeh1 özbaşına olaraq zəbt edərək istifadə edir. Torpaq sahəsinin boşaldılması üçün Cavabdeh1 etdiyi müraciətlərin və, təkliflərin heç bir nəticəsi olmamışdur. Belə ki, cavabdeh- Cavabdeh1 torpaq sahəsindən könüllü olaraq çıxmır və torpaq sahəsindən sərbəst surətdə istifadə etmələrinə imkan vermir. Buna görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən onun və aillə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini yəni 1,30 ha torpaq sahəsini özbaşına olaraq zəbt etməkdə davam edən cavabdeh- Cavabdeh1 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh teleqram göndərərək xəstə olduğuna görə işin başqa vaxta təxirə salınmasını xahiş etmiş, işin baxılması 22 may 2023-cü il tarixə təxirə salınaraq məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat vedrilmiş, cavabdeh məhkəmə bildirişini almasına baxmayaraq yenə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, eləcə də xəstəliyi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: R.Nurullayev), iddianın təmin edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən İddiaçı və aillə üzvlərinin mülkiyyətində olan 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,30 ha hissəsindən çıxarılması, Cavabdeh1 dövlət rüsumuna görə 100 ( bir yüz) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 Hüseyin qızının nümayəndəsi və vəkili X2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 Hüseyin qızın məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan JN203 KOD60714018 nömrəli Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Beyləqan rayonun Şərq qəsəbəsi ərazisindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 7,61 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, Reyestr nömrəsi **********95 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin 3,0165 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin 4.5907 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 29993 saylı rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X4 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 1,30 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini əvvəllər X5 istifadə etmişdir. Nəsimi Maqsudov rəhmətə gedəndən sonra mübahisəli torpaq sahəsindən onun bacısı Cavabdeh1 istifadə edir. İddiaçının müraciətlərinə baxmayaraq Cavabdeh1 həmin torpaq sahəsindən çıxmamışdır Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməsini iş materiallarında olan ekspert rəyinə istinad edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 29993 saylı rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X4 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 1,30 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə olunur. Nəsimi Maqsudov rəhmətə gedəndən sonra mübahisəli torpaq sahəsindən onun bacısı Cavabdeh1 Hüseyin qızı istifadə edir. İddiaçının müraciətlərinə baxmayaraq Cavabdeh1 həmin torpaq sahəsindən çıxmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iddiaçın torpaq sahəsindən cavabdehin istifadə etməsi barədə qənaətə gəlməsi heç bir əsas və sübutla öz əksini tapmır. Daha sonra qeyd edir ki, “mən və digər ailə üzvlərim hal-hazırda Şirvan İnzibati Məhkəməsinə DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı İddiaçı və onun ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişik. Məhkəməyə müraciət etməyimizə səbəb isə 04 fevral 2022-ci il tarixli 10/5270 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.1997-ci il tarixli 5-0-73 qeydiyyat nömrəli "Torpaqdan istifadə hüququna aid" Dövlət Aktında "Sadiq" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsi hal-hazırda faktiki olaraq "Sadiq" kəndli fermer təsərrüfatının üzvlərinin istifadəsindədir. B.Hüseynov adına İstehsal Kooperativində yerli aqrar islahat komissiyasının 12 avqust 1998-ci il tarixli 24 saylı iclas protokolundan çıxarışdan görünür ki, "Sadiq" kəndli fermer təsərrüfatının istifadəsində olmuş torpaq sahəsinin təsərrüfatın üzvləri arasında bölünməsi və yeni dövlət aktlarının verilməsi qeyd edilmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, "Sadiq" kəndli fermer təsərrüfatının üzvləri mən və ailə üzvlərim, yəni qardaşlarımdır.”. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd olunan apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 29993 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X4 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 1,30 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə olunur. İşin hallarından müəyyən olunur ki, Nəsimi Maqsudov vəfat etdikdən sonra həmin torpaq sahəsi onun bacısı yəni Cavabdeh1 tərəfindən istifadə olunur. Cavabdeh istifadə etdiyi torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyən edən sənəd təqdim etmir. Hətta apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkilinin məhkəmənin “sizin mübahisəli torpaq sahəsinə iddianızın əsasını təşkil edən hüquqverici sənədiniz varmı” sualına təmsil etdiyi şəxsin istifadə etdiyi torpaq sahəsinə hüquqverici sənədin olmadığını bildirməsi, ona dəlalət edir ki, cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsi qanunsuzdur və bu iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmaqla, onun qanunla qorunan hüquqlarını və mənafeyi pozur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayəti heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Apellyasiya icraatı zamanı İddiaçı cavabdehlərin ailəliklə onun mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi, hətta bundan əvvəl cavabdehin qardaşı Dildarın da, onun mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olunması barədə iddiasına Şirvan Apellyasiya Məhkəməsində baxıldığı və bu barədə qətnamə qəbul edildiyni bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən İddiaçı və aillə üzvlərinin mülkiyyətinə verilmiş 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi hissəsindən Cavabdeh1 çıxarılmalıdır” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 Hüseyin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)693/2023 saylı, 22 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1313/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1313/2023
28.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver