Məhkəmə qərarları › İş №2(106)-1315/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1315/2023

04.09.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1315/2023 04.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabdehlər X1, Cavabdeh2, X2, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)168/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvanşəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Saatlı Rayon Məhkəməsinin 2(055)168/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Apellyasiya icraatı zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə ərizə təqdim edərək İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair mülki işlə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh2, X5, Cavabdeh3 və Cavabdeh5 cavabdehlər İddiaçı2, X4, İddiaçı4 Oqtay oğlu və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsindən cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin çıxarılması və cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair mülki işin birləşdirilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçılar Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh2, X5, Cavabdeh3 və Cavabdeh5 cavabdehlər İddiaçı2, X4, İddiaçı4 Oqtay oğlu və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsindən cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin çıxarılması və cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi İş üzrə icraat, İddiaçı2, X4, İddiaçı3, İddiaçı4 Oqtay oğlu, İddiaçı1 (Saatlı Rayon Məhkəməsinin icraatında olan 2(055)-168/2023 saylı mülki iş), cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş (2(055)-168/2023) üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı 2-(106)-382/2023 saylı mülki işin icraatı dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsindən görünür ki, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi üçün və məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin olduğunu, həmin işlərin bir biri ilə bağlı olduğunu, əsassız vaxt itkisinin qarşısının alınması üçün cavabdehlər tərəfindən verilmiş ərizə təmin edilməli, həmin mülki işlər birləşdirilməli və bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair 2(106)1315/20123 saylı mülki iş İddiaçılar Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh2, X5, Cavabdeh3 və Cavabdeh5 cavabdehlər İddiaçı2, X4, İddiaçı4 Oqtay oğlu və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsindən cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin çıxarılması və cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair 2(106)-382/2023 saylı mülki işə birləşdirilsin. Mülki iş 2(106)-382/2023 saylı nömrə ilə məhkəmə baxışı davam etdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar