Məhkəmə qərarları › İş №2(106)-1316/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1316/2023

09.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1316/2023 09.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İlk İddiaçı və ilkin iddia üzrə cavabdeh "xxxx" nin nümayəndəsi X5 iştirakları ilə, İlk İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx"nə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” ilk və qarşılıqlı iddiaçı "xxxx"nin İddiaçı qarşı “kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təslimi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MTK-na qarşı işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 09 Aprel 2015- ci il tarixində ********** sayla dövlət qeydiyyatımı alınmışdır. Cavabdeh Cəbrayılova (Muradlı) Aytəkin Seyidağa qızı, X11, X12, X18, Məmmədli (Həsəli) Zeynəb İlqar qızı və X19 tərəfindən təsis edilmiş, İddiaçı Cavabdeh təsis edildiyi gündən etibarən kooperativin direktoru vəzifəsində çalışmışdır. Bu müqavilə ilə İddiaçı hər ay 200 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Daha sonra əmək muqaviləsinə edilən dəyişikliklə 320 manat müəyyən edilmişdir. Minimum əmək haqqının artırılması ilə əlaqədar son olaraq isə 360 manat olmuşdur. Lakin xx.xx.2022-ci il tarixində təsisçilərin ümumi yığıncağı tərəfindən İddiaçı oglu tutduğu vəzifədən azad edilmişdir. Bununla bağlı İddiaçı heç bir məlumat verilməmiş, hansı əsasla işdən çıxarıldığı məlum olmamışdır. Belə ki, iddiaçıya işdən çıxarılma əmri təqdim edilməmiş, İddiaçı bu barədə xx.xx.2023-cü il tarixində, Azərbaycan Respublikasının İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyiciləri üzrə kommersiya hüquqi şəxslərin reyestr məlumatları vasitəsi ilə xəbər tutmuşdur. Bildirmək istəyir ki, X30 ’‘Cənub Mənzil Tikinti Koperativi”nə qarşı mənzilin təhvil verilməsi və cavabdeh tərəfindən onun mənzillərə daxil olmasına görə yaradılan qanunsuz maneələrin cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra direktor İddiaçı şəxsində "xxxx" MTK tərəfindən «Cənub MTK»-nın üzvlərinin ümumi iclasının 60, 61 və 62 saylı protokollarının, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reysterindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi verilərək sözügedən müqavilələrin “Cənub" MTK-ya har hansı aidiyyəti olmadığı və orada olan möhür və imzaların saxta olduğu bildirilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekpertizası məhkəmə- xətşünaslıq ekspertizası və sənədlərin məhkəmə-texmki ekspertizası təyin edilməsi qərara alınmış və məhkəmə ekspertizasının rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Həmin iş Lənkəran Rayon Məhkəməsində 2(049)-119/2023 nömrəsi X37 Aslanovun icraatındadır. Bundan sonra "xxxx" MTK-nin təsisçiləri tərəfindən saxta imza və möhürlərin aydınlaşdırılmaması məqsədi ilə təsisçilərin ümumi yığıncağı keçirilmiş və İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilmişdir. Lakin nə bu qərarın, nə də işdən çıxarılma barədə işəgötürənin müvafiq əmrinin surəti İddiaçı təqdim edilməmişdir. Daha sonra "xxxx" MTK-nın direktoru X3 təyin edilmişdir. Burada əsas məqsəd təsisçilər tərərfindən həyata keçirilən qanunsuzluğun aşkar edilməsinə mane olmaqdır. Belə ki, Cəbrayılova Aytəkin tərəfindən Lənkəran Rayon Məhkəməsinə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədə iş üzrə icraatın dayanlırılmasına əsas olan məhkəmətexniki ekspertizasının keçirilmədən geri çağırılması və işin məhkəmə baxışına təyin olunması xahiş edilmişdir. Təsisçilər tərəfindən İddiaçı işdən çıxarılmasında və yeni direktorun təyin edilməsində əsas məqsəd iş üzrə obyektiv araşdırma aparılmasının qarşısını almaqdır. Təsisçilər tərəfindən heç bir məlumat verilmədən MTK təsis edildiyi gündən direktor olaraq fəaliyyət göstərən İddiaçı vəzifəsindən qanunsuz olaraq azad edilmişdir. Çünki təsisçilərin məqsədi yeni direktor Aytəkin Cəbrayılovanın vasitəçiliyi ilə qarşılıqlı iddianı geri götürmək və bununla da müqavilədə olan saxta imza və möhürün müəyyən edilməsinin qarşısını almaqdır. Cəbrayılova Aytəkin tərəfindən məhkəməyə təqdim edilən sözügedən ərizə də bunun sübutudur. Belə ki, təsisçilərin əsas məqsədi Emin Rəsulov tərəfidən verilmiş iddianın təmin edilməsidir. Bununla onlar baş vermiş qanunsuzluqların araşdırılmamasını təmin etmək niyyətindədirlər. İddiaçı vəzifəsini icra eldiyi müddət ərzində əsas məqsədi qanunsuzluqların qarşısını almaq olmuşdur. Tərəfindən müvəqqəti təminat tədbirinin təmin edilməsi ilə əlaqədar Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilən 16(121)- 6/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadla X7, X8,X20, X6, Cəbrayılova (Muradlı) Aytəkİn Seyidağa qızına və Cavabdehnə təsisçilərinin növbəti və növbədənkənar, o cümlədən kooperativ sədrinin dəyişdirilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi qadağan edilmişdir. Bununla bərabər “Cənub Mənzil Tikinti" Kooperativinin sədri X3 tərəfindən Bakı şəhəri 10 Saylı vəkil bürosunun müdirinə məktub ünvanlanaraq bildirilmişdir ki, “Bakı şəhəri 10 saylı vəkil bürosu” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022 -ci il tarixli, 506 saylı müqaviləyə birtərəfli qaydada xilam verilmişdir. Həmçinin müqaviləyə xitam verilməsi və Nümayəndə Şücaət oğluna verilmiş xx.xx.2022-d 11 tarixli vəkil orderinin etibarsız hesab olunması barədə Lənkəran Rayon Məhkəməsinə də məktub təqdim edilmişdir. Odur ki, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı üçün onun işə bərpa edilməsi barədə iddia ərizəsi ilə Lənkəran Ravon Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Onu da qeyd edək ki, iddiaçı onun əmək hüquqlarının kobud şəkildə pozulması səbəbilə cavabdeh "Cənub Mənzil Tikinti” Kooperativi ilə mübahisənin məhkəmədən kənar həllinə də cəhd edib. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mübahisənin tənzimlənməsi üçün səy göstərib, ancaq, bu səylər heç bir səmərə verməyib. Lənkəran 1 saylı Mediasiya Təşkilatının mediator qismində təyin etdiyi mediatoru X13 xx.xx.2023-cü il tarixli, MŞL-00112 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışında qeyd edilir ki, cavabdeh "Cənub” MTK-nın nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməyib. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı işdən çıxarılması ilə əlaqədar işəgötürən, "xxxx" MTK-nın əmrinin, "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının İddiaçı direktor vəzifəsinə xilam verilməsi ilə bağlı qərarının ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və işdən çıxarıldığı gündən hesablanmaqla işə bərpa ediləcəyi günə qədər olan məcburi işburaxma dövrünə görə aylıq əmək haqqı olan 360 manat məbləğində əmək haqqının "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir «Cənub Mənzil Tikinti Kooperativi”MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək "xxxx" MTK-ə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin və Kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin İddiaçı alınıb Ümumi yığıncağın sədrinə və ya Kooperativin icra orqanına təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarıxındə təsis olunmuşdur. Kooperativin hazırkı payçıları aşağıdakı vətəndaşlarıdır: 1. X9 ş/v AA 0014198, pay fondundakı payı 10 pay, 25% 2. X14 ş/v AZE № 17490164, pay fondundakı payı 8 pay, 20% 3. X19 ş/v AA 0343094, pay fondundakı payı 8 pay, 20% 4. Cəbrayılova (Muradlı) Aytəkin Seyidağa qızış/vAZE №17915176, pay fondundakı payı 8 pay, 20% 5. X18 ş/v AA № 3993054, pay fondundakı payı 4 pay, 10% 6. Məmmədli (Həsənli) Zeynəb İlqar qızı, ş/v AA № 1542443, pay fondundakı payı 2 pay, 5% Kooperativin payçıları xx.xx.2022-ci il tarixində növbədənkənar yığıncağ keçirmişdir. Kooperativin payçılarına əvvəlcədən tələbnamələr göndərilərək yığıncağ keçiriləcəyi barədə məlumat verilmişdir. Kooperativin 6 payçısından 5 nəfəri yığıncaqda iştirak etmiş 1 nəfər - paycı X19 yığıncağa gəlməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.1 maddəsində qeyd olunur ki, Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.3.2. maddəsi ilə kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.7 maddəsinə görə kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Baş tutan növbədənkənar yığıncağının qərarı ilə kooperativin sədri (direktoru) İddiaçı tutduğu vəzifəsindən kənarlaşdırılmışdır. X3 yetərsay həddində yekdilliklə Cavabdeh sədri və qanuni təmsilçisi seçilmişdir. Dəyişikliyin dövlət qeydiyatına alınması üçün Dövlət Vergi Xidmətinə müraciət olunması da qərarla X2 həvalə edilmişdir. Yığıncaqda Kooperativin son 3 illik fəaliyyətinin yoxlanılmasına dair qərar da qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində qeydiyyat üçün sənədlər Lənkəran Ərazi Vergilər Baş İdarəsinə təqdim olunmuş, xx.xx.2022-ci il tarixində X33 Reyestri tərəfindən sözü gedən dəyişiklik qeydiyyata alınmışdır. Təhvil-təslim üçün, eləcə də işçiyə aid olan son haqq-hesabının dəqiqləşdirilməsi üçün dəvət olunmasına baxmayaraq İddiaçı kooperativə aid sənədləri təhvil verməyəcəyini bildirmiş və görüşməkdən imtina etmişdir. Məhkəməyə müraciət etmək qərarı alaraq iddia ərizəsi məhkəməyə verilənədək müvəqqəti təminat tədbiri qismində özünün, yəni İddiaçı "Cənub Mənzil Tikinti˝ Kooperativinin qanuni təmsilçisi vəzifəsinə bərpa edilməsi, onun qanuni təmsilçilikdən kənarlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi və bu barədə dövlət reyestrində müvafiq qeydin aparılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş edən ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 16(049)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İşə bərpa tələbi ilə məhkəməyə müraciət etməklə və eləcə də kooperativə məxsus sənədləri gizlətməklə İddiaçı ümumi yığıncağın qərarı ilə nəzərdə tutulan müəssisədaxili audit yoxlamasının aparılmasına mane olmağa və onun tərəfindən yol verilmiş ciddi qanun pozuntularının üzə çıxmasının qarşısını almağa cəhd edir. Onu da qeyd etmək istərlər ki, Cinayət Məcəlləsinin 326.1 maddəsi ilə “rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə zədələmə və ya gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının qanunlarını və eləcədə qanunun aliliyini rəhbər tutaraq, xahiş edirlərki, Cavabdehnə məxsus möhürlərin, seyf açarlarının və eləcə də Kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərin və Kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin İddiaçı alınaraq umumi yığıncağın sədrinə və ya Kooperativin icra orqanına təslim olunması barədə qətnamə qəbul edəsiniz. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi (Hakim M.Qasımov) ilə, İlk İddiaçı cavabdeh "xxxx"nə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” ilk iddianın təmin edilməməsi, Qarşılıqlı iddiaçı "xxxx"nin İddiaçı qarşı “kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təslimi tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdehnə məxsus möhürlərin, seyf açarlarının, kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərinin və kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin İddiaçı alınaraq umumi yığıncağın sədrinə və ya kooperativin icra orqanına təhvil verilməsi, İddiaçı 100 manat dövlət rüsumunun tutularaq dövlət hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9.1, 68-70, 73-75, 296 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-2.1ci, 111.1-ci 354.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianının rədd edilməsi, İddiaçı ilkin iddiasının təmin edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Qarşılıqlı iddiaçı "xxxx" tərəfindən ilk iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlk İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianının rədd edilməsi, İddiaçı ilkin iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı "xxxx" nin nümayəndəsi X15 apellyasiya icraatı zamanı verdiyi izahatında ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2-ci maddənin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddənin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Azərbaycan Respublikası MülkiMəcəlləsinin; 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavəpay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. "xxxx"nin Nizamnaməsinin 3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul, üzvlük kitabçasının məzmunu, üzvə veriləcək ödənişlər, üzvlükdən çıxarma, üzvlərin siyahısının rəsmiləşdirlməsi qaydaları ümumi yığıncağın qərarı ilə müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “Əmək Müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanaraq sonuncu "xxxx"nin direktoru vəzifəsinə qəbul edilmiş və onun aylıq əmək haqqı 200 manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilənin 9.1-ci maddəsinə əsasən Əmək müqaviləsi Əmək Məcəlləsinin 68-70, 73-75-cimaddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 9.2-ci maddəsinə əsasən isə işəgötürən tərəfinfən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericiliklə nəzərdə tutulan hallarda xəbərdar edilir. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixində sistemə daxil edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı aylıq əmək haqqı 320 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx"nin Nizamnaməsinin 3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul, üzvlük kitabçasının məzmunu, üzvə veriləcək ödənişlər, üzvlükdən çıxarma, üzvlərin siyahısının rəsmiləşdirlməsi qaydaları ümumi yığıncağın qərarı ilə müəyyən edilir. 4.1-ci bəndinə əsasən Kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır. Növbəti və növbədənkənar yığıncaqların keçirilməsi qaydası ümumi yığıncağın qərarları ilə müəyyən olunur. İş materiallarında olan Lənkəran 1 saylı Mediasıya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞL-00112 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "Cənub” MTK-ya qarşı işə bərpa edilməsi ilə bağlı mübahisənin ilkin həlli üçün Mediasiya Şurasına müraciət etmiş, mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, "xxxx" MTK-nın nümayəndəsi ilkin mediasıya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının 01 saylı xx.xx.2022-ciil tarixli 01 nömrəli protokolun surətindən görünür ki, umumi yığıncağ yetərsay həddində yekdilliklə Kooperativin sədri (direktoru) və qanunitəmsilçisi İddiaçı tutduğu vəzifəsindən azad olunması və X1 Cavabdeh sədri və qanuni təmsilçisi seçilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cüil tarixli 001/2023 nömrəli əmrdən görünür ki, “Cənub Mənzil Tikinti» Kooperativində direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklkərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildəpozduqda- bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında bağlanmış nikah xx.xx.1989-cu il tarixdə rəsmiləşdirilmiş və sonuncuya “Quliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, 40 nömrəli mənzil mülkiyyət hüququ əsasındailk iddia üzrə iddiaçının arvadı X4 adına dövlətqeydiyyatına alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən müəyyən olunur ki, İddiaçı hesab edir ki, o, qanunsuz olaraq işdən çıxarılmış işə bərpa olunmalı və ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməlidir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İlkin iddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, İddiaçı 01 yanvar 2016-cı il tarixdən yəni əmək müqaviləsi bağlandığı andan “Cənub Mənzil Tikinti» Kooperativində barəsində mübahisələndirilən qərar verilənə kimi direktor vəzifəsində çalışmış, "xxxx" MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının 01 saylı xx.xx.2022-ciil tarixli 01 nömrəli qərarı ilə Kooperativin sədri (direktoru) və qanunitəmsilçisi İddiaçı tutduğu vəzifəsindən azad olunması və X1 Cavabdeh sədri və qanuni təmsilçisi seçilməsi qərara alınmışdır. Hazırda da, iddiaçının tələbi məhz həmin qərarın ləğv edilməsi onun məhz həmin vəzifəsinə bərpa olunmasından ibarətdir. Qarşılıqlı iddiaçı Cavabdeh iddiasının mahiyyətindən müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdehnə məxsus möhürlərin, seyf açarlarının, kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərinin və kooperativin fəaliyyətini əks etdirən digər sənədləri İddiaçı səlhiyyəti olmadığı halda qanunsuz saxlamaqla müəsissənin fəaliyyət göstərməsinə maneə yaradır. Odur ki, Cənub Mənzil Tikinti» Kooperativinə məxsus möhürlərin, seyf açarlarının, kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərinin və kooperativin fəaliyyətini əks etdirən digər sənədlər alınaraq umumi yığıncağın sədrinə və ya kooperativin icra orqanına təhvil verilməsi tələbi təmin olunmalıdır. Kollegiya qeyd olunan tələblərlə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavəpay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. "xxxx"nin Nizamnaməsinin 3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul, üzvlük kitabçasının məzmunu, üzvə veriləcək ödənişlər, üzvlükdən çıxarma, üzvlərin siyahısının rəsmiləşdirlməsi qaydaları ümumi yığıncağın qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normaları və Nizamnamənin 3-cü bəndini müqayisəli tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı onunla əmək müqaviləsi bağalndığı və işdən azad olunduğu dövrdə kooperativin üzvü olmamış, qeyd olunan maddi hüquq normaların və Nizamnamənin tələblərinə zidd olaraq kooperativin direktoru vəzifəsinə təyin olunmuşdur. Halbuki Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Burdan belə nəticə hasil olur ki, kooperativin sədri kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə seçildikdən sonra onunla əmək müqaviləsi bağlana bilərdi. O, ki qaldı iddiaçının arvadının mülkiyyətində "xxxx" tərəfindən inşa edilmiş mənzilin olması, həmin mənzilin onunla arvadının birgə nikahları dövründə alınması və həmin mənzildə onun da payının olması, onun və ya onun arvadının kooperativin üzvü olmaları anlamına gəlmir. O, kooperativin üzvü olmadığından, kooperativin direktoru təyin oluna bilməzdi. Baxmayaraq ki, "xxxx" ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi qanunvericilyin tələblərinin pozulması ilə (burada nəzərdə tutulur ki, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi Əmək məcəlləsi və həmin məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.) bağlanmışdır. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən həmçinin müəyyən olunur ki, əmək müqaviləsinin 1.1-ci bəndində işəgötürən tərəfi kimi "xxxx" yazılsa da, həmin müqaviləni bağlamaq üçün (təmsil edən şəxsin) səlahiyyətli şəxsin kim olduğu qeyd olunmamış, həmin müqavilənin 1.2-ci bəndində isə işçi kimi İddiaçı qeyd olunmuş, əmək müqaviləsinin sonunda işəgötürən və işçinin imzasının qarşısında olan imzalar işçi İddiaçı tərəfindən (bu faktı İddiaçı apellyasiya icraatı zamanı izahat verərkən əmək müqaviləsində olan imzalara baxaraq imzaların ona məxsus olmasını təsdiq etmişdir.) imzalanmış, Cənub Mənzil Tikinti Kooperativinə məxsus möhür vurulmuşdur. Halbuki bağlanmış əmək müqaviləsi həm işçi həm də, işəgötürən yaxud onun təmsil edən şəxs tərəfindən imzalanmalıdır. Əmək Məcəlləsinə görə işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürəntam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs hesab olunur. (Əmək Məcəlləsi maddə 2,3). Kollegiya yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlir ki, qanunsuz işə götürülmüş İddiaçı işdən çıxarıldıqdan sonra yenidən həmin işə bərpa olunması qanuni sayıla bilməz. Çünki bu həm yuxarıda qeyd olunan Mülki Məcəllənin 111.1-ci maddəsinin tələblərinin pozulmasına, həm də, əmək məcəlləsi ilə müəyyən olunmuş, əmək münasibətlərində tərəflərin, hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi İddiaçı Cənub” MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının 01 saylı xx.xx.2022-ciil tarixli 01 nömrəli qərarı ilə işdən azad olunmasının qanuni və ya qanunsuz olması halı üzrə araşdırma aparılmasına zərurət görməmiş, hesab etmişdir ki, "xxxx" MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının 01 saylı xx.xx.2022-ciil tarixli 01 nömrəli qərarında İddiaçı direktor vəzifəsindən azad olunmasının əsası kimi vəzifəsinin öhdəsindən gələ bilmədiyinin qeyd olunması, iddiaçının işdən azad edilməsi barədə həmin qərarın qanuni və əsaslılığının şübhə altına alınması üçün əsas ola bilməz. Əksinə iddiaçının işdən azad olunmasının səbəblərindən asılı olmayaraq onun yenidən həmin vəzifəyə bərpa olunması, Mülki Məcəlləsinin 111.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, ilkin İddiaçı tərəfindən "xxxx"nə məxsus möhürlərin, seyf açarlarının, kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərinin və kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin özündə saxlaması qanunsuz olmuş və müəssisənin normal fəaliyyət göstərməsinə imkan vermir. Bu isə qarşılıqlı iddiaçın iddia tələbinin təmin olunması üçün kifayət qədər əsaslar yaratmış olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə İlk İddiaçı cavabdeh "xxxx"nə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” ilk iddianın təmin edilməməsi, Qarşılıqlı iddiaçı "xxxx"nin İddiaçı qarşı “kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təslimi tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdehnə məxsus möhürlərin, seyf açarlarının, kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərinin və kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin İddiaçı alınaraq umumi yığıncağın sədrinə və ya kooperativin icra orqanına təhvil verilməsi, İddiaçı 100 manat dövlət rüsumunun tutularaq dövlət hesabına köçürülməsi qənətinə gəlməsi, mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)991/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar