Məhkəmə qərarları › İş №2(106)-1316/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1316/2025

16.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(106)-1316/2025 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Iddiaçılar X1, X4, Cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlu, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçılar X1, X2, X4 və X5 cavabdeh Imaməliyev Zöhrab Məzahir oğluna qarşı “tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Iddiaçılar X1, X2, X4 və X5 cavabdeh Imaməliyev Zöhrab Məzahir oğluna qarşı “tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsində olan tikilinin cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlunun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadələrinə qaytarılması, həmçinin iş üzrə ödənilmiş 100 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia tələbi təmin edilmiş, cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlu tərəfindən zəbt edilmiş Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsində olan və cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlu tərəfindən tikilmiş özbaşına tikilinin cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlunun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni sahibləri olan iddiaçılar X1, X2, X4 və X5 qaytarılması qət edilmişdir. Cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin işin faktiki hallarına uyğun olmadığından ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(106)- ****/**** saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş və ekspertizanın aparılmasının nəticələrinə dair rəy verilənədək iş üzrə icrааt dаyаndırılmışdır. ##.##.2026-cı il tarixdə iddiaçılar X1, X2, X4 və X5 cavabdeh Imaməliyev Zöhrab Məzahir oğluna qarşı “tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(106)- ****/**** saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar X1 apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlu apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Digər iddiaçılar X2 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin “torpaq sahəsinin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» ## ###### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin torpaq sahəsinin boşaldılması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2019-cu il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiaçılar X1 cavabdeh Imaməliyev Zöhrab Məzahir oğluna qarşı mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgəsinin qanunsuz sahibliyindən əmlakının geri tələb edilməsinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin təmin edilməsi, Imaməliyev Zöhrab Məzahir oğlunun torpağa mülkiyyət hüququna dair JN-**** nömrəli, #.##.1999-cu il tarixli Dövlət Aktına əsasən X1 və onun ailə üzvlərinə məxsus olan Astara rayonu, Xıçaso kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.2103 ha hissəsindən çıxarılması qət edilmişdir. Iddiaçı hazırkı iddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasında aparılan torpaq islahatı ilə əlaqədar Astara rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarına əsasən X1 və ailə üzvlərinə Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.52 ha pay torpaq sahəsi 3 hissədə olmaqla, 0.1868 ha, 0.2103 ha və 0.1259 ha verilmişdir. Hazırda mübahisəli torpaq sahəsi 0.2103 ha hissədən ibarətdir. 0.2103 ha hissəyə sonradan mülkiyyəti təsdiq edən ********** qeydiyyat nömrəli çıxar verilmişdir. Lakin, iddiaçıların xüsusi mülkiyyətində olan Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.21 ha torpaq sahəsi X6 tərəfindən heç bir hüquqi əsas olmadan özbaşınalıq yolu ilə zəbt edilmişdir. Cavabdeh torpaq sahəsini çəpərə aldırmaqla orada 2 mərtəbəli ev tikmişdir. Cavabdeh ona edilən tələblərə məhəl qoymamış və torpaq sahəsindən çıxmamışdır. Bundan sonra məhkəməyə müraciət edilmişdir. Astara rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(018) ***/**** saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh X7 qarşı mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə Astara rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək Imaməliyev Zöhrab Məzahir oğlunun torpağa mülkiyyət hüququna dair JN-**** nömrəli, 2#.##.1999-cu il tarixli Dövlət Aktına əsasən X1 və onun ailə üzvlərinə məxsus olan Astara rayonu Xıçaso kəndi ərazisində yerləşən torpaq sahəsinin zəbt edilmiş 0.2103 ha hissəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin icra mərhələsində torpaq sahəsinin sərhədləri dəqiq müəyyən olunsa da, torpaq sahəsinin ortasında iki mərtəbəli tikilinin mövcud olduğu və tikilinin Imaməliyev Zöhrab Məzahir oğlu tərəfindən tikildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin ortasında iki mərtəbəli tikili mövcud olduğundan və qətnamədə tikilinin sökülməsi nəzərdə tutulmadığından qətnamənin icra olunmasından imtina olunmuş, bu barədə yerində akt tərtib edilmişdir (akt ərizəyə əlavə edilir). Göründüyü kimi, iddiaçılara məxsus Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsi cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlu tərəfindən qanunsuz zəbt edilməklə orada iki mərtəbəli ev tikilmiş və hazırda həmin sahə cavabdehin istifadəsindədir. Bu səbəbdən məhkəməyə müraciət edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Göründüyü kimi iddiaçılar eyni tərəfə qarşı eyni əsasla və eyni predmetlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Iş üzrə qanuni qüvvəyə minmiş qətnamə, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına iddia tələbinin “torpaq sahəsinin boşaldılması” hissəsində xitam verilməlidir. Iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar X1, X2, X4 və X5 cavabdeh Imaməliyev Zöhrab Məzahir oğluna qarşı “tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsində olan tikilinin cavabdeh Imaməliyev Zöhrab Məzahir oğlunun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadələrinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən müəyyən edilir ki, Imaməliyev Zöhrab Məzahir oğlunun torpağa mülkiyyət hüququna dair JN-**** nömrəli, #.##.1999-cu il tarixli Dövlət Aktına əsasən X1 və onun ailə üzvlərinə məxsus olan Astara rayonu, Xıçaso kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.2103 ha hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmə tərkibinin qənaətinə görə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi artıq hüquqi qüvvəyə minmiş və torpaq sahəsinin mülkiyyətçiləri müəyyən edilmişdir. Iddiaçılar tərəfindən yeni (torpaq sahəsinin boşaldılması hissəsində) iddia ərizəsi, eyni tərəflər və eyni predmet üzrə olduğuna görə, yeni bir hüquqi vəziyyət yarada bilməz. Beləliklə, məhkəmə tərkibi, mövcud məhkəmə qətnamələrinin hüquqi qüvvəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrini əsas gətirərək, "torpaq sahəsinin boşaldılması" ilə bağlı tələbin təmin edilməsinin mümkün olmadığını, çünki bu məsələnin artıq hüquqi baxımdan həll olunduğunu və iş üzrə icraata xitam verilməli olduğu nəticəsinə gəlir. Bundan əlavə, qeyd etmək lazımdır ki, indiki iddiada iddiaçıların sayının artırılması, yəni yeni birgə iddiaçıların işə daxil edilməsi hüquqi baxımdan yeni tərəf anlayışının yaranmasına səbəb olmur. Çünki, artıq ##.##.2021-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində, torpaq sahəsinin mülkiyyəti bütün iddiaçılara, yəni X1 və onun ailə üzvlərinə məxsus olaraq təsdiq edilmişdir. Bu qətnamə əsasında, torpaq sahəsinin boşaldılması və qaytarılması tələbi birgə olaraq irəli sürülmüş və müvafiq hüquqi əsaslara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə tərkibi hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata torpaq sahəsinin boşaldılması hissəsində xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin “torpaq sahəsinin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Cavabdeh Imaməliyev Zöhrab Məzahir tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. Iddia tələbinin “torpaq sahəsinin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar