Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1322/2023 04.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 sentyabr 2023-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən iddiaçıya və ailə üzvlərinə Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisindən 2,73 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktı verilmişdir. Cavabdeh iddiaçıya və onun ailəsinə məxsus 2,73 ha torpaq sahəsini qanunsuz olaraq tutub istifadə edərək ona öz torpağından sərbəst istifadə etməsinə maneələr yaradır. Torpaqdan çıxmasını cavabdehdən tələb etsələr də bu mümkün olmamışdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən sərbəst istifadə olunmasına maneə olur və bildirir ki, həmin torpaq sahəsi ona verilmişdir. Torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini əkib-becərməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsələr də bu mümkün olmamışdır. Bütün cəhdlərə baxmayaraq bu günə kimi cavabdehin törətdiyi maneələri ardan qaldırmaq mümkün olmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı ona verilmiş torpaq sahəsindən sərbəst istifadə etmək istəyir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh torpaq sahəsindən onların sərbəst istifadə etmələrinə maneçilik törədir. Ona görə də iddianın təmin edilərək cavabdehin iddiaçıya və ailə üzvlərinə məxsus 2,73 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: E.Quliyev), iddianın təmin edilməsi, Cavabdeh Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsindən çıxarılması, aparılmış tədqiqatın dəyərini təşkil edən 19 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilməsi, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 146, 152, 157 Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Hüseynov X2 Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin xəstəliyi ilə əlaqədar hər hansı bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 2,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 3 nəfərə, o cümlədən İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli, 10/196 nömrəli ekspert rəyindən görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 2,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 3 nəfərə, o cümlədən İddiaçı məxsusdur. Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin bütünlüklə Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Tərəflər arasında mübahisəli torpaq sahəsinə dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da qanunsuz və əsasız olaraq iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan, yəni 2,73 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmaqla, sonuncu mülkiyyətçinin mülkiyyət hüquqlarına qəsd etmiş və onun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməsini iş materiallarında olan ekspert rəyi və Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına istinad edilməsi ilə əsaslandırmışdır. Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 2,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 3 nəfərə, o cümlədən İddiaçı məxsusdur. Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının müraciətlərinə baxmayaraq Cavabdeh həmin torpaq sahəsindən çıxmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçının torpaq sahəsini zəbt etmədiyini, haqqını ödəyərək aldığını sadəcə rəsmiləşdirmə aparılmadığı həmçinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarının dəqiqləşdirilmədiyi bildirmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hüquq müəyyənedici sənəd olmadan cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak hüququnu özündə ehtiva edən torpaq sahəsinin alınmasını bildirməsi özü-özlüyündə əhəmiyyətsizdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçının iddia tələbinin yaranması üçün əsas olan mülkiyyət sənədini mübahisələndirmir, o, yalnız işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışlarını bildirir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin mübahisəli torpaq sahəsini iddiaçının haqqını ödəməklə alması, lakin adına sənədləşdirməməsini bildirməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxmamasının qanuni əsası deyil. Belə ki, xx.xx.2022-ci il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli, 10/196 nömrəli ekspert rəyindən görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmçinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi nüans yəni torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıdan haqqı ödənilməklə alınması sadəcə rəsmiləşdirilməməsi ona dəlalət edir ki, cavabdeh həqiqətən də iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsindən çıxarılsın” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1322/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1322/2023
04.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver