Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1323/2025 25.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadından maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Meyniman kənd X6 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən JN-176, KOD 91004018 saylı və JN-178, KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Həmid Əzizov) iddia təmin edilmiş, Meyniman kənd X6 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən JN-176, KOD 91004018 saylı və JN- 178, KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)- 1167/2017 nömrəli qətnaməsinə düzəliş edilməsi və qətnamənin təsviri və nəticə hissəsində “JN-178, KOD 91004018 saylı şəhadətnamənin L və K hissələri bütöv, JN-176, KOD 91004018 saylı şəhadətnamənin L hissəsi tam, K hissəsindən isə 1,2 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınsın” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Bundan sonra, 03 may 2023-cü il tarixində maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ciil tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X2 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(106)- 1201/2023 saylı qərardadı ilə qətnamə hüquq və maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması tələbinə dair” işə mülki məhkəmə icraatında baxılmalı olmadığından xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(106)- 1201/2023 saylı qərardadının ləğv edilməsini, iş üzrə yenidən araşdırma aparılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılmasını və ya yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)-4389/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(106)-1201/2023 saylı qərardadı ləğv edilmiş və işin Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən, qətnamə hüquq və maraqlarına toxunan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(106)- 450/2024 saylı qərardadı ilə Hacıqabul rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs kimi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Hacıqabul rayon Məhkəməsinə qaytarılmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)- 1167/2017 nömrəli qətnaməsindən X3 nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2025-ci il tarixində apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə məhkəmənin poçt ünvanına daxil olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadı ilə, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti geri qaytarılmışdır Yenidən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2025-ci il tarixində apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə poçt vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olmuş, məhkəmənin dur xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadından narazı qalan X2 nümayəndəsi və vəkili Vəkil1 şikayət edərək, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadının ləğv edilməsi və və müddətin bərpasına dair ərizəyə və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən maraqlarına toxunan şəxs kimi X2 nümayəndəsi və vəkili olaraq məhkəmənin elektron poçt ünvanına göndərdiyi müddətin bərpası və apellyasiya şikayəti Hacıqabul Raypon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(071)-1167/2017 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Qərardad rəsmi qaydada xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Qərardaddan narazıdır. Hesab edir ki, ləğv edilməli və müddəti bərpa ərizəsinə və apellyasiya şikayəti mümkünlüyü məsələsinə mahiyyəti üzrə baxılmalıdır. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadından maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 363.1.5-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. MPM-in 10-1.3-cü maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 364.1-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-ci bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Hazırda qərardadından şikayətin verildiyi Hacıqabul Rayon Məhkəməsində də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Qeyd edilən normaların tələblərindən isə göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda, təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. Qeyd edilməlidir ki, şikayət edən tərəfin prosessual müddətlərə riayət etməklə prosessual qanunveriliciyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermək hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X1rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadından verdiyi şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)- 1167/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlarına toxunulan şəxs kimi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1167/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1323/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1323/2025
25.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver