Məhkəmə qərarları › İş №2(106)-1328/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1328/2023

19.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1328/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "evə köçürülmə” tələbinə mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(053)-33/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən, qeydiyyat nömrəsi ********** saylı, reyestr nömrəsi **********83 olan 0.06 torpaq sahəsinə Cavabdeh məxsus olan hissədə 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, Cavabdeh məxsus birgə nikah dövründə əldə edilmis JN 883F olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən, 4 nəfər ailə üzvlərilə ümumi birgə mülkiyyətdə olan 0.06 torpaq sahəsi üzərində payların naturada müəyyən edilməsi və fərdi yaşayış evinə 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, ümumi birgə mülkiyyətlərində olan xx.xx.1998-ci il tarixli, JN 548 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Neftçala rayonu, Xol Qarabucaq kəndində yerləşən 1.49 ha torpaq sahəsi üzərində paylarının naturada müəyyən edilməsi, Cavabdeh məxsus birgə nikah dövründə əldə edilmiş Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Mərkəzi Rayon Xəstəxanasının qarşısında tikilmiş 0.03 ha torpaq sahəsində 120 kv.m sahədə tikilmiş təkər təmiri sexi Cavabdeh məxsus olan hissədə 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, X20 minik markalı, buraxılış ili 1993-cü il, tünd göy metal rəngli, ******* mühərrik nömrəsi, LN********** ban nömrəsi olan xx.xx.2013-cü il tarixli Qeydiyyat şəhadətnaməsi olan maşın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyi üçün xx.xx.2020-ci ildə Şirvan RQİİTBŞ-də Hüseynli Cavid Şakir oğlu ilə edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə dəyəri olan İ2500 (on iki min beş yüz) manat 1/2 hissəsi Cavabdeh alınaraq ona ödənilməsi, onun yetkinlik yaşına çatmayan qızı X9 ilə birlikdə ünvan 2 ünvanda yerləşən evə köçürülməyinin təmin edilməsi, Nişan üzüyü 583 əyarlı 3.9 qram 250 manat, Traktor sep 583 əyarlı 20.3 qram - 1300 manat, Traktor qolbaq 583 əyarlı 9.55 qram - 600 manat, Uşaq sırğası 583 əyarlı 1.9 qram -130 manat, Gül üzük 583 əyarlı 3.03 qram - 300 manat, Gül sırğa 583 əyarlı 5.5 qram - 400 manat, Paxlava üzük 583 əyarlı 4.08 qram - 280 manat, Paxlava üzük 583 əyarlı 3.43 qram - 230 manat, Zifir üzük 583 əyarlı 4.2 qram - 250 manat olmaqla, cəmi 3740 (üç min yeddi yüz qırx) manat dəyərində qızıl zinət əşyaları, onlar olmadıqda dəyərinin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi 23 fevral 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun icraatına qəbul edilmiş və iddiaçı işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 29 sentyabr 2022-ci il tarixdə, saat 14:15-də Şirvan İnzibati Məhkəməsinə dəvət olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh Hüseynağa oğluna qarşı əmlak, qızıl-zinət və evə köçürmə tələbinə dair iş üzrə icraat iddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmənin qərarı, qətnaməsi və ya qərardadı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Neftçala Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qərardadı ilə İddiaçı məhkəmənin 31 mart 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və mülki iş şikayətə baxılmasından ötrü 27 aprel 2022-ci il tarixli məktubla aidiyyatı üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(106)-1278/2022 saylı qərardadı ilə İddiaçı verdiyi şikayət qismən təmin edilmiş, məhkəmənin 31 mart 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qərardadı ləğv edilmiş, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılmş və mülki iş 18 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak, qızıl-zinət və evə köçürmə tələbinə dair 2(053)-23/2022 saylı mülki işdən evə köçürmə tələbinə dair 2(053)-925/2022 saylı mülki iş ayrıca icraata ayrılmışdır. Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(053)-925/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iş üzrə icraat iddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmənin qərarı, qətnaməsi və qərardadı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak və qızıl-zinət tələbinə dair iddiası qismən təmin edilməklə ünvan 3 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi payları bərabər olmaqla İddiaçı və Cavabdeh arasında bölünmüş və hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilmiş, Cavabdeh bir ədəd nişan üzüyü 583 əyarlı 3.9 qram -250 manat, bir ədəd traktor sep 583 əyarlı 20.3 qram -1300 manat, bir ədəd traktor qolbaq 583 əyarlı 9.55 qram - 600 manat, bir ədəd uşaq sırğası 583 əyarlı 1.9 qram -130 manat, bir ədəd gül üzük 583 əyarlı 3.03 qram -300 manat, bir ədəd gül sırğa 583 əyarlı 5.5 qram - 400 manat, bir ədəd paxlava üzük 583 əyarlı 4.08 qram -280 manat, bir ədəd paxlava üzük 583 əyarlı 3.43 qram - 230 manat və bir ədəd zifir üzük 583 əyarlı 4.2 qram -250 manat olan qızıl- zinət əşyaları naturada və ya dəyəri olan 3740 (üç min yeddi yüz qırx) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Əhmədova X6 Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti, həmin tarixli qərardadından isə şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(053)-925/2022 saylı qərardadı ilə İddiaçı verdiyi şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(106)-2102/2022 saylı qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(053)-925/2022 saylı qərardadı ləğv edilmiş, həmin məhkəmənin 03 noyabr 2022-ci il tarixli, 925 saylı qərardadı qüvvədən düşmüş hesab edilmiş və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin Neftçala Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(106)-2397/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilməklə Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(053)-23/2022 saylı qətnaməsi "X20” minik markalı, 1993-cü il buraxılışlı avtomobilin dəyəri olan 12500 manat pulun ikidə bir hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsinin təmin olunmaması hissədə ləğv edilmiş və həmin hissədə iddia qismən təmin olunmuşdur. "X20” minik markalı, 1993-cü il buraxılışlı avtomobilin dəyərinin yarısını təşkil edən 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi müəyyən olunmuş, qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Cavabdeh onun keçmiş əri olduğunu bildirmişdir. Sonuncu ilə 18 oktyabr 1999-cu il tarixdə nikah bağlamışlar. Birgə nikahdan 06 avqust 2000-ci il tarixdə Ülvi, 18 iyul 2003-cü il tarixdə isə Mələk adlı uşağları doğulmuşdur. Qeyd edir ki, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmşlar. Neftçala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 18 iyul 2003-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması müəyyən edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair seriya nömrəsi JN olan 883F nömrəli şəhadətnaməyə əsasən Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsindəki fərdi yaşayış evi birgə nikah dövründə alınmış və həmin evə qaz, işıq, su çəkilmiş, eyni zamanda qaz xəttinin olması barədə sənəd iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh birgə nikah dövründə əldə edilmiş JN 883F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən, 4 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin üzərində yerləşən evə qızı ilə birlikdə köçmək istəyir. O, ailə qurduqdan sonra Neftçala rayonu Xoltəzəkənd kəndinə cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüş, bir həftə sonra Neftçala şəhərinə köçərək 2002ci ilə qədər kirayələrdə yaşamış, sonra isə ünvan 4 ünvnındakı evi alaraq 2002-ci il tarixdən həmin mənzildə yaşayaraq birgə təsərüffat idarə etmişlər. Neftçala RPŞ tərəfindən aparılmış araşdırmada da həmin evin mövcud olduğu və o evdə yaşadıqları sübut edilir. O, həmin evdən çıxarılmış və yaşamağa yeri olmadığından qızı ilə birlikdə Bakı şəhərində kirayədə qalmışdır. Hazırda evi olmadığından qızı ilə həmin evə köçmək məcburiyyətindədir. Halbuki qızı Mələk də həmin evdə doğulub. Cehiz əmlakı da hazırda sözügedən evdədir. Lakin sonradan ailədə davamlı münaqişələr, söz-söhbətlər, davadalaşlar olmuş, ailə münasibətləri dözülməz həddə çatmışdır. Birgə nikahda olduqları dövrdə həmin mənzildə yaşamışdır. Sonradan cavabdeh onun mənzildə yaşamasına mane olmuş, ondan evi tərk etməsini istəmişdir. Daha sonra isə ümumiyyətlə mənzilə buraxmamışdır. Cavabdehin hərəkətləri ümumiyyətlə mənasızdır. Qeyd edir ki, mübahisəli mənzilə istifadə hüququ vardır. Cavabdehin hərəkətləri onun mənzillə bağlı hüquqlarını məhdudlaşdırır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi, Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onu da qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı əmlak və qızıl-zinət tələbinə dair iddiası üzrə işə baxılmış və yekun qərar çıxarılaraq məsələ mahiyyəti üzrə həll olunmuşdur. Evə köçürülmə tələbi isə digər tələblərdən ayrılaraq hələ də mahiyyəti üzrə öz həllini tapmamışdır. İddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi 23 fevral 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun icraatına qəbul edilsə də hələ də bu məsələ öz həllini tapmamış, nəticədə iş üzrə icraat dayandırıldığından İddiaçı mülkiyyət hüquqları pozulmaqla o qızı ilə birlikdə kirayələrdə qalmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, bu hal qəsdən məhkəmə prosesini ləngitmək məqsədi daşıyır. Qeyd etdiklərinin nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun keçmiş arvadıdır. İddiaçı ilə 11 oktyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü Ülvi və xx.xx.2003-cü il təvəllüdlü Mələk adlı iki övladları doğulmuşdur. Qeyd edir ki, cavabdehlə nikah bağladıqları ilk vaxtlar yaxşı münasibətləri olmuş, lakin sonra münasibətləri kəskinləşmişdir. Ailədə çoxsaylı mübahisələr olmuş və iddiaçının əsassız şikayəti nəticəsində dəfələrlə polis orqanlarına çağırılmışdır. 2020-ci ilin sentyabr ayında nikahın pozulması tələbi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş, onlara üç aylıq müddət verilsə də barışıq olmadığından aralarında olan rəsmi nikah məhkəmənin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmçinin yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. İddiaçı evə köçürülmə tələb etdiyi ünvan 2-də yerləşən fərdi yaşayış evinin ona və ailəsinə heç bir aidiyyatı yoxdur. Ev Naibə Babaşova adlı şəxsin adınadır. Həmin evi atası Naibə adlı şəxsdən şifahi razılaşma əsasında almış, pulundan borclu qaldığı üçün heç bir sənədləşmə işləri aparılmamışdır. Evin hüquqi sənədi yoxdur. İddiaçı ilə nikahları pozulduqdan sonra yenidən ailə qurmuş və hazırda atası və xanmı ilə birlikdə həmin evdə yaşayır. Odur ki, İddiaçı və qızı Mələk Əhmədovanın bu evə köçürülməsi və onlarla birlikdə yaşaması mümkün deyil. Belə olan halda böyük münaqişələrin olacağı qaçılmazdır. Ona görə də göstərdiklərinin nəzərə alınb iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Neftçala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(053)-33/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən 50 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qətnamə tətbiq olunmalı olan qanun normasının tətbiq olunmaması, tətbiq olunan normanın da, yanlış tətbiqi ilə qəbul edilmişdir və ləğv olunmalıdır. İddiaçının cavabdehin hazırda yaşadığı evə köçürülməsi qət edilən zaman 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinə istinad edilmişdir və iddiaçının həmin yaşayış yerindən istifadə hüququnun bərpa edilməsi müəyyən edilmişdir. Lakin iddiaçının həmin hüququnun olmasına və əvvəllər rəsmi qaydada qeydiyyata alınmasına dair istinad etdiyi faktları təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmiş, məhkəmə tərəfindən isə qət edilmiş hallar sadəcə mötəbər olmayan ifadələrə əsasən qət edilmişdir. Eyni zamanda məhkəmə iddiaçının mübahisə predmeti olan evə köçməklə ondan istifadə hüququnun yaranmasının 2002-ci ildə olduğunu müəyyən etsə də, həmin münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsini deyil, 1982-ci il Mənzil Məcəlləsini tətbiq etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Bildirir ki, iddiaçının iddia tələbi üzrə pozulduğunu iddia etdiyi və mübahisələndirdiyi hüquq onun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə aidiyyətini iddia etdiyi istifadə hüququdur. İddiaçının qeyd etdiyi və məhkəmənin müəyyən etdiyi kimi, iddiaçı cavabdehlə mübahisə predmeti evə 2002-ci ildə köçmüşdür. Təbii məntiqlə şəxsin yaşayış yerindən istifadə hüququ onun həmin yerə faktiki yerləşməsindən sonra yaranır. Məhkəmə iddiaçının cavabdehlə mübahisə predmeti olan evə köçməsinin 2002-ci ildə həyata keçirildiyini müəyyən etsə də, hüquq münasibətlərinin yaranmasını evdən istifadə hüququnun yarandığı vaxtdan deyil, nikahın bağlandığı vaxtdan hesablamışdır. Halbuki 2002-ci ildə artıq Azərbaycan Respublikası Mülki Məcəlləsi qüvvədə idi. Neftçala Rayon Məhkəməsi İddiaçı 2002-ci ildə mübahisə predmeti olan evə köçməsini və orada daimi yaşamasını müəyyən etsə də, bu halın nə ilə sübut edildiyini və konkret olaraq hansı sübutlarla təsdiqləndiyini qeyd etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin dəlilləri üzrə izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə da apellyasiya şikayətinin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs kimi işə cəlb edilmiş Babaşov Naibə Eldar qızının nümayəndəsi Babaşov Gülağa İmran oğlu məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında səhhətilə əlaqədar, yəni şəkər xəstəsi olduğu və digər xəstəliyi üçün məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini nəzərə alıb, iclasın onun iştirakı olmadan keçirilib, ərizəni nəzərə alaraq işin icraatının dayandırılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə oloan Neftçala Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1980-ci il tarixdə Neftçala rayonu Xol Qarabucaq kəndində doğulmuş və hazırda da Neftçala rayonu Xol Qarabucaq kəndində qeydiyyatdadır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(053)-17/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18 oktyabr 1999-cu il tarixdə Neftçala rayonu Xol Qarabucaq kənd İƏN tərəfindən 19 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 18 iyul 2003-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 iyul 2021- ci il tarixli, 1429 nömrəli məktubdan görünür ki, sorğuda adları qeyd olunan şəxslərə dair Ərazi idarəsinin arxivində aşkar edilmiş məlumatlar aşağıdakı kimidir: 1.Cavabdeh - ünvan 3 ünvanında yerləşən torpaq sahəsi. Torpaq sahəsinə dair vətəndaşın adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən elektron çıxarış tərtib olunmuşdur. Torpaq sahəsi vətəndaşın mülkiyyətinə Neftçala rayonu, Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokoluna əsasən verilmişdir; JN: 883F olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Neftçala şəhərində yerləşən, 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə verilmişdir; xx.xx.1998-ci il tarixli, JN: 548 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Neftçala rayonu Xol Qarabucaq kəndində yerləşən 1.49 ha kand təsərrüfatı təyinatlı torpaq sahasi.

2. X14 və X9 JN: 883F olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Neftçala şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin hər biri ayrılıqda 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətçisidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 11 may 2002-ci il tarixli aktdan görünür ki, Babaşova Naibə Eldar qızı, Babaşov Gülağa İmran oğlu, X10 və X1 iştirakı ilə akt tərtib edilib ondan ötrü ki, "Neftçala rayon XDS-i icraiyyə komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli protokoluna əsasən, Babaşova Naibə Eldar qızına fərdi yaşayış evi tikmək üçün, Neftçala şəhərinin E.Bağırov küçəsində verilmiş 600 m/2 torpaq sahəsində tikdirdiyi 2 mərtəbəli evini, Neftçala rayonu, Xoltəzəkənd kənd sakini X2, ilkin ödəniş 7.000.000 (yeddi milyon) manat, bir ay on beş gün sonra 5.000.000 (beş milyon) manat ödəməklə cəmi 12.000.000 manata satmağa, Babaşova Naibə Eldar qızı və onun həyat yoldaşı Babaşov Gülağa İmran oğlu tərəfindən razılıq verilir. 7.000.000 (yeddi milyon) manat bizim iştirakımızla X3 tərəfindən, xx.xx.2002-ci il tarixdə sayılıb, Babaşova Naibə Eldar qızına verilib, Babaşova Naibə Eldar qızı tərəfindən 7.000.000 (yeddi milyon) manat pul sayılaraq alınıb”. İşdə olan cinayət işinin başlanması rədd edilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ünvan 4-də yaşayan İddiaçı xx.xx.2020-ci il tarixdə, saat 23:41də DİN-nin 102 xidmətinə etdiyi müraciəti, onun həmin tarixdə, həyat yoldaşı Cavabdeh isə xx.xx.2020-ci il tarixdə Neftçala RPŞ-yə yazmış olduqları şikayət ərizələri əsasında toplanmış HK-1/703 saylı material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasi CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası CPM-nın 212.2-ci maddəsinin tələbinə əsasən qərarın surətləri, ünvan 4-də yaşayan İddiaçı və onun həyat yoldaşı, Cavabdeh göndərilmiş, həmin qərardan şikayət vermək hüquqları onlara izah edilməsi, birlikdə yaşadıqları zaman əldə etdikləri onlara məxsus olan pulun, qızıl-zinət əşyalarının, paltarların və digər əşyaları Cavabdeh tələb etməsi mülki hüquqi xarakterli olduğundan bu barədə mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilməsi, birlikdə yaşadıqları zaman əldə etdikləri onlara məxsus pul, qızıl- zinət əşyaları, digər əşyaları və ünvan 4 ünvanında yerləşən evləri ilə bağlı ailə üzvlərinə qarşı iddiası olarsa mülki hüquqi xarakterli olduğundan bu barədə mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması Cavabdeh izah edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmiş Cavabdeh izahatından görünür ki, o, ünvan 4-də birlikdə yaşadığı vaxt evdə mübahisə olmuş, mübahisədən sonra işləyib qazandığı evdə olan 1000 manat pulunu və arvadı Təranə üçün aldığı qızılları götürüb özü ilə aparmışdır. Evdə tək işləyən və qazanc gətirən odur, həmin pullar və qızıllar da onundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən etmişdir ki, tərəflər nikahlarını 18 oktyabr 1999-cu ildə bağlamışlar. Onların birgə nikahlarından 06 avqust 2000-ci il tarixdə Ülvi və 18 iyul 2003-cü il tarixdə isə Mələk adlı iki uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah 09 fevral 2021-ci ildə pozulmuşdur. İddiaçının payların bölünməsini istədiyi ünvan 2-də yerləşən 0,06 ha torpaq sahəsi seriya nömrəsi JN: 883F olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Neftçala şəhərində yerləşən 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə X11 və X5 verilməklə hər biri ayrılıqda 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətçisidir. İddiaçı 2002-ci ildən nikahları pozulan dövrə qədər həmin evdə yaşamışdır. Eyni zamanda iddiaçı Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi 23 fevral 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş və hazırda ekspertiza mərhələsində baxılmağa davam etdirilir. Cavabdeh polis şöbəsində verdiyi izahatın məzmunundan görünür ki, o, ünvan 4-də İddiaçı ilə birlikdə yaşadığı vaxt evdə mübahisələr olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 18 oktyabr 1999-cu ildə nikah bağladıqdan bir müddət sonra 2002-ci ildə mübahisəli mənzilə köçmüş və daimi olaraq orada yaşamış, qızı Mələk də həmin evdə yaşayarkən doğulmuşdur. Hazırda cehiz əmlakı da həmin evdədir. Tərəflərin nikahı pozulduqdan sonrakı dövrdə də cavabdeh orada yaşamaqda davam etmişdir. Lakin cavabdeh buna mane olmuş, iddiaçı və uşağını evə buraxmamışdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, "İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi mülkiyyətçinin arvadını və uşaqlarını mülkiyyətçinin ailə üzvləri sırasına bilavasitə aid etməklə, onların mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarını təsbit edir. Bununla yanaşı, 01 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Azərbaycan Respublikası MM-nin 228.1, 228.2 və 228.5-ci maddələrinə əsasən "Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın", "Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər", "Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır". Göründüyü kimi MM-nin 228-ci maddəsi də yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin arvadını onun ailə üzvləri sırasına bilavasitə aid etməklə onun mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququnu birbaşa təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli qərarında belə bir hüquqi mövqedən çıxış etmişdir ki, "Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır". Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(053)-33/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar