Məhkəmə qərarları › İş №2(106)-1330/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1330/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1330/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 63/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kredit borcunun ipotekaya qoyulmuş əmlaka yönəldilməsitələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 sentyabr 2005-ci il tarixli, 12 saylı kredit müqaviləsi üzrə 1845.00 ABŞ dolları əsas, 5779.89 ABŞ dolları faiz borcu, cəmi 7624.89 (yeddi min altı yüz iyirmi dörd dollar səksən doqquz sent) ABŞ dolları borcun və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32 kv.m, əsas sahəsi 21 kv.m, köməkçi sahəsi 11 kv.m olan 2 otaqlı mənzilə yönəltməklə, həmin mənzilin açıq hərraca çıxarılaraq satılması hesabına borcun və 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə, mənzil hərracda satıldıqdan sonra Cavabdeh həmin mənzilə sahiblik və istifadə hüququna xitam verilməklə, həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadı ilə iş üzrə ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndiricinin dəvət edilməsi qərara alınmış və qərardadın icrası “X3” MMCyə həvalə edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti və likvid dəyəri haqqında müstəqil qiymətləndiricinin rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadından verilmiş (məhkəmənin gəldiyi nəticəyə görə iş üzrə icraatın dayandırılması haqqında qərardad) şikayətə baxılaraq, şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-872/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ləğv edilmiş və mülki iş Cəlilabad Rayon Məhkəməsinin ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli, 2(073)- 1639/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə müvafiq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geriqaytarılmışdır. Cavabdeh şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadından verilmiş şikayətə baxılaraq, şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar