Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1345/2024 29.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi «hüquqi faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə dair mülki iş üzrə Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «hüquqi faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-151/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsindən (hakim Rəşad Məmmədov) maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə ərizə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzilin onun, yəni Ərizəçi sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Xalq məhkəməsinin 20 iyun 1988ci il tarixli qətnaməsinə əsasən keçmiş həyat yoldaşı X3 ilə yaşadığı B.O.Abbasov küçəsindəki 78/13 nömrəli binada 28 nömrəli 3 otaqlı mənzilin məcburi dəyişdirilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən xatirə Hüseynova 3 nəfər ailə üzvü olmaqla B.O.Abbasov küçəsi 78/22 nömrəli binada blok 1, mərtəbə 2-də olan iki otaqlı mənzilə köçürülmüşdür. O isə onu isə yaşadığı 78/13 nömrəli binada 28 nömrəli 3 otaqlı mənzilim X4 6 nəfər ailə üzvü ilə birlikdə yaşadığı İnşaatçılar küçəsi (indiki Hənifə Abdullayev küçəsi) 11 nömrəli binada 120 nömrəli mənzillə dəyişdirilmişdir. Həmin qərar qəbul olunarkən mənzilin nömrəsi 120 əvəzinə səhvən sonradan 60 göstərilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı tarixdən o Lənkəran şəhəri, İnşaatçılar küçəsi (indiki Hənifə Abdullayev küçəsi) 11 nömrəli binada 60 nömrəli mənzildə yaşayıb bütün komunal xərcləri ödəmişdir. Hazırda da həmin ünvanda yaşayır. Bütün qonşularda onun 1988-ci il tarixdən həmin ünvanda yaşadığını məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşməsi haqqında qanunun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyətçisi mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, ha belə vətəndaşlığı olmayan şəxslərin yaşadlıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Bu Qanunun 3-cü maddəsində mənzil fondunun özəlləşdirilməsinin əsas pirinsipləri mənzil özəlləşdirilməsinin tam könüllülüyə əsaslandırılması, mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması, yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şəxslər və qaydalarla mülkiyyətə verilməsi, tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması, özəlləşdirmənin aşkarlığı, özəlləşmənin üzərində dövlət nəzarəti və ictimai nəzarət nəzərdə tutulmuşdur. Bu Qanunun 9-cu maddəsində müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən iyirmi gün ərzində həmin mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsi daşınmaz əmlakın dövlət reysterindən çıxarışla rəsmiləşdirilib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. O hüquqlarından istifadə edərək Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reysteri Xidmətinin Lənkəran ərazi İdarəsinə şifahi qaydada müraciət edərək order əsasında ona məxsus olan Lənkəran şəhəri, İnşaatçılar (indiki H.Abdullayev) küçəsi 11 nömrəli binanın 60 nömrəli mənzilin özələşdirilməsini istəmiş, lakin ona məxsus olan sənədlərə baxdıqdan sonra həmin sənədlərin Milli Arxiv İdarəsindən kötüyünün gətirilməsini tələb etdilər. Hazırda məhkəməyə təqdim etdiyi sənələri Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinə təqdim etsə də həmin mənzilin onun adına rəsmiəşdirilməsinin mümkün olmadığını, 11/120 nömrəli evdə qeydiyyatda olduğunu bildirərək imtina etmiş, 60 saylı mənzilin isə adına rəsmiləşdirilməsindən ötrü həmin mənzilin faktiki olaraq onun istifadəsi və mülkiyyətim kimi onda olmasını barədə məhkəmə tərəfindən hüquqi əhəmiyyətli fakt kimi təsdiq ediləndən sonra mənzilin onun adına rəsmişəşdirilməsinin mümkün olacağı bildirilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-151/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzilin Ərizəçi sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırkı işin icrası proseduru ilə əlaqədar bildirirlər ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən həmin mənzilin Ərizəçi sahibliyində və istifadəsində olması faktını müəyyən etmək 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mümkün deyildir. Sözügedən ünvanda yerləşən mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə təqdim edilmiş sənədlərə 10 saylı Lənkəran Ərazi İdarəsində daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Məlum olmuşdur ki, həmin mənzilin Ərizəçi adına ayrılmasına dair Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1988ci il tarixli, 21 saylı iclas protokolundan (xx.xx.2022-ci il tarixli, A/243 saylı Arxiv arayışı üzrə) çıxarışın təsdiq olunmuş surəti təqdim olunmuşdur. Bu baxımdan məlum olmuşdur ki, həmin mənzilə dair təqdim olunan hüquqmüəyyənedici sənədlərin sırasında qeydiyyatın aparılması üçün mühüm əhəmiyyətli ilkin sənəd olaraq müvafiq “XDS”in qərarı əsasında mənzillərin dəyişdirilməsi barədə Məhkəmə qətnaməsi onun tərəfindən Ərazi İdarəsinə təqdim olunmamışdır. Mənzil fondunun özəlləşdirilməsilə əlaqədar təqdim olunan ərizəyə üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya keçmiş Sovetlər İttifaqı dövründə yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda order və ya orderin arxiv arayışı; kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı; mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya 2005-ci il 24 iyun tarixinədək yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 №-li forma); ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li Forma) və mənzil sahəsinin orderinin əslini əlavə etməlidir. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının aparılması qaydalarına uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanunun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Bildirirlər ki, 120 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzilin Ərizəçi sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi mümkün deyildir. Bununla əlaqədar bildirirlər ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən maraqlı şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Ərizəçi etibarlı nümayəndəsi X5 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək, Lənkəran şəhəri ünvanında yerləşən Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1988-ci il tarixli, 21 saylı iclas protokolundan çıxarış əsasında etibarlı nümayəndəsi olduğu şəxsə (Ərizəçi) ayrılmış mənzilə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sözügedən ünvanda yerləşən mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə təqdim edilmiş sənədlərə 10 saylı Lənkəran Ərazi İdarəsində daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin mənzilin Ərizəçi adına ayrılmasına dair onu təmsil edən etibarlı nüayəndə X5 tərəfindən Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1988-ci il tarixli, 21 saylı iclas protokolundan (xx.xx.2022-ci il tarixli, A/243 saylı Arxiv arayışı üzrə) çıxarışın təsdiq olunmuş surəti təqdim olunmuşdur. Bu baxımdan məlum olmuşdur ki, həmin mənzilə dair təqdim olunan hüquqmüəyyənedici sənədlərin sırasında qeydiyyatın aparılması üçün mühüm əhəmiyyətli ilkin sənəd olaraq müvafiq “XDS”in qərarı əsasında mənzillərin dəyişdirilməsi barədə Məhkəmə qətnaməsi onun tərəfindən Ərazi İdarəsinə təqdim olunmamışdır. Mənzil fondunun özəlləşdirilməsilə əlaqədar təqdim olunan ərizəyə üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya keçmiş Sovetlər İttifaqı dövründə yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda order və ya orderin arxiv arayışı; kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı; mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya 2005-ci il 24 iyun tarixinədək yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzilistismar təşkilatının arayışı (2 №-li forma); ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li Forma) və mənzil sahəsinin orderinin əslini əlavə etməlidir. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının aparılması qaydalarına uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanunun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Əlavə olaraq bildirirlər ki, hazırkı iş üzrə iddiaçının etibarlı nümayəndəsi tərəfindən təqdim olunmuş mühüm sənədlərdən sayılan Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1988-ci il tarixli, 21 saylı iclas protokolundan (xx.xx.2022-ci il tarixli, A/243 saylı Arxiv arayışı üzrə) çıxarışda həmin mənzilin ünvanı barədə 60 saylı mənzil barədə qeyd olunmasına baxmayaraq, müayinə olunan mənzil isə 120 saylı mənzildir.Bu baxımdan həmin müraciət ərizəsinin icrasını təmin etmək tərəfimizdən mümkün olmamışdır. Bu baxımdan bildiririk ki, 120 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzilin Ərizəçi sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi mümkün deyildir. Bununla əlaqədar bildirirlər ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Buna görə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)- 151/2024 saylı qətnaməsi Ərazi İdarəsinin mənafeyinə toxunduğundan, habelə qətnamə qanunvericiliyin tələblərinə zidd olmaqla qəbul edildiyindən həmin qətnamədən apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Ərizəçinin nümayəndəsi Nümayəndə oğlu apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin qərarın 7.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin qərarın 7.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır Mülki Prosessual Məcəllənin 4.1-ci və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Lənkəran ŞİH Lənkəran şəhər mənzil təsərrüfatı idarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Hüseynov X1 şəhəri, H.Abdullayev küçəsi, ev 11 mənzil 120 ünvanında yaşayır. Lənkəran X.D.S. icrayə komitəsinin xx.xx.1988-ci il 21 N-li iclas protokoluna əsasən H.Abdullayev küçəsi, ev 11 mənzil 120 səhvən mənzil 60 yazılmışdır. xx.xx.2022-ci il tarixli arxiv çıxarışından görünür ki, Lənkəran rayon xalq məhkəməsinin 20 iyun 1988-ci il tarixli məhkəmə iclasında X3 ilə keçmiş həyat yoldaşı Ərizəçi yaşadıqları B.O.Abbasov küçəsindəki 78/13 №-li binada 28 №-li 3 otaqlı mənzilin məcburi dəyişdirilməsi barədə qəbul edilmiş qətnaməyə əsasən Xatirə Hüeynova 3 nəfər ailə üzvü olmaqla B.O. Abbasov küçəsindəki 78/22 №-li binada blok 1, mərtəbə 2, 2 otaqlı mənzilə köçürülmüş, Ərizəçi yaşadığı 78/13 No-li binada 28 №-li, 3 otaqlı mənzil X4 6 nəfər ailə üzvü ilə yaşadığı İnşaatçılar küçəsindəki 11 №- li binada 60 №-li bir otaqlı mənzildə dəyişdirilmişdir. xx.xx.2016-cı il tarixli arxiv çıxarışından görünür ki, Lənkəran rayon Xalq məhkəməsinin 20 iyun 1988-ci il tarixli məhkəmə iclasında X3 ilə keçmiş həyat yoldaşı Ərizəçi yaşadıqları B.O.Abbasov küçəsindəki 78/13 №-li binada 28 №-li 3 otaqlı mənzilin məcburi dəyişdirilməsi barədə qəbul edilmiş qətnaməyə əsasən Xatirə Hüseynova 3 nəfər ailə üzvü olmaqla B.O. Abbasov küçəsindəki 78/22 №-li binada biok 1, mərtəbə 2, 2 otaqlı mənzilə köçürülmüş, Ərizəçi yaşadığı 78/13 №-li binada 28 №-li, 3 otaqlı mənzil X4 6 nəfər ailə üzvü ilə yaşadığı İnşaatçılar küçəsindəki 11 №-li binada 60 №-li bir otaqlı mənzillə dəyişdirilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* N-li arayışdan görünür ki, xx.xx.2005-ci il tarixdən Hüseynov X1 şəhəri. Hənifə Abdullayev küçəsi. ev 11\120 ünvanında qeydiyyatdadır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli arxiv çıxarışından görünür ki, Lənkəran rayon Xalq məhkəməsinin 20 iyun 1988-ci il tarixli məhkəmə iclasında X3 ilə keçmiş həyat yoldaşı Ərizəçi yaşadıqları B.O.Abbasov küçəsindəki 78/13 №-li binada 28 №-li 3 otaqlı mənzilin məcburi dəyişdirilməsi barədə qəbul edilmiş qətnaməyə əsasən Xatirə Hüseynova 3 nəfər ailə üzvü olmaqla B.O. Abbasov küçəsindəki 78/22 №-li binada biok 1, mərtəbə 2, 2 otaqlı mənzilə köçürülmüş, Ərizəçi yaşadığı 78/13 №-li binada 28 №-li, 3 otaqlı mənzil X4 6 nəfər ailə üzvü ilə yaşadığı İnşaatçılar küçəsindəki 11 №-li binada 60 №-li bir otaqlı mənzillə dəyişdirilmişdir. Göründüyü kimi, hazırkı halda ərizəçinin mübahisə predmeti olan mənzilə dair arxiv çıxarışı vardır. Hazırkı halda ərizəçinin marağı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Belə olan halda, ərizəçi inzibati orqana mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizə ilə müraciət etməli, imtina aldığı halda müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ərizəçi bundan əvvəl hazırkı mübahisəli mənzillə bağlı İnzibati məhkəməyə müraciət etmiş, qeyd edilən mənzilə dair “texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin 10 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin ərizəçinin nümayəndəsi sonradan İnzibati məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmiş və məhkəmə də iddiaçın nümayəndəsinin xahişinə uyğun qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qeyd edilənlərə əsasən, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-151/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzilin onun, yəni Ərizəçi sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1345/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1345/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver