Məhkəmə qərarları › İş №2(106)-1352/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1352/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1352/2023 03.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, e-2(050)38/2023 saylı qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh6 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, e-2(050)38/2023 saylı qətnaməsi ilə (hakim H.Bəhmənov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 020R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 020R********** saylı kredit razılaşması üzrə 5662,14 manat kredit borcu, 25,50 manat faiz borcu və 700 manat cərimə borcu, cəmi 6387,64 manat, 020R********** saylı kredit razılaşması üzrə 690.63 manat kredit borcu, 12.21 manat faiz borcu və 70 manat cərimə borcu, cəmi 772.84manat, ümumilikdə cəmi 7160.48 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147.61 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6 mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracda satılması vəborcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulması, Cavabdeh6 mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh6 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakının boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Cavabdeh6 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh6 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəf apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu tam həcmdə ödəməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən 147.61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasənn Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, Cavabdeh6 tərəfindən 51 manat məbləğində ödəniş edilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinin tələbinə əsasən cavabdeh 147.61 manat dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödəməli idi ki, bu da 73.80 manat təşkil edir. Göründüyü kimi Cavabdeh6 qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan onu əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363; 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, e-2(050)38/2023 saylı qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar