Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1363/2025 28.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Astara rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-124/2025 nömrəli qərardadından (hakim İlqar Məmmədov) Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əyətulla oğlu Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində istifadə hüquqların həyata keçirilməsinə yaradılan hər cür müneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə hazırlıq iclası keçirilmiş və Astara Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(018)-1154/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Əyətulla oğlunun Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair 2(018)- 1154/2024 nömrəli mülki iş üzrə icraatın, ekspertiza rəyi alınanadək dayandırılması qərara alınmışdır. İddiaçı1 xx.xx.2025-ci il tarixdə Astara Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh ilə aralarında olan məsələ həl edildiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(018)-124/2025 nömrəli qərardadı ilə icraat təzələnərək, məhkəmənin təkrar hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı1 ərizəsini əsas tutaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslanaraq Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-124/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində istifadə hüquqların həyata keçirilməsinə yaradılan hər cür müneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsini iddiaçılara geri qaytarmışdır. Cavabdeh Astara Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(018)-124/2025 nömrəli qərardadından narazı qalmış və şikayət ərizəsi ilə müraciət edərək, məhkəmənin bəhsi keçən qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(018)-124/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən edilir ki, hazırkı mülki iş xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində məhkəmə hazırlıq iclasları keçirilmiş və sonuncu hazırlıq iclasında iş üzrə ekspertiza təyin edilərək ekspertiza rəyi alınanadək icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə İddiaçı1 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq mülki işin icraatını təzələmiş və iddia ərizəsini iddiaçılara geri qaytarmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini iddiaçılara geri qaytararkən Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilənlərə əsaslanmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində istifadə hüquqların həyata keçirilməsinə yaradılan hər cür müneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin geri qaytarılması məsələsinə düzgün qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qanunvericiliyini mənasından da göründüyü kimi Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi işi məhkəmə baxışına verməmiş, iddiaçı məhz hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması ilə bağlı məhkəməyə ərizə (vəsatət) vermişdir. Belə olduğu halda da məhkəmənin qəbul etmiş olduğu qərardadda hər hansı prosessual pozuntuya yol verilməməsi müəyyən olunur. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir və cavabdehin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(018)-124/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1363/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1363/2025
28.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver