Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1375/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(049)-118/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus Lənkəran rayonunun Separadi kəndində yerləşən, xx.xx.2021-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla onlara məxsus olan 0.1194 ha torpaq sahəsinin və torpaq sahəsin gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbtindən azad olunmasını va boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsi ilə birlikdə Lənkəran rayonu, Separadi kəndində yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998 - ci il tarixli 09 nömrali qərarı ilə onun mülkiyyətində kənd təsərrüfatı məhsulları istehsalı üçün Separadi kendi ərazisinda 0,12 ha torpaq sahəsi verilmişdir. Bunu JN 673 KOD 80220018 nömrali Torpağa Mülkiyyət Hüququna dair Dövlat Akti da təsdiq edir. Bundan sonra adına verilmiş JN 673 KOD 80220018 nömrali Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lankaran Ərazi idarəsi tərəfindən adına xx.xx.2021 -ci il tarixdə qeydiyyat nömrəsi ********** olan 1/2 hissə pay ona və 1/2 hissə yoldaşı İddiaçı2 verilməklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin, Lənkəran rayonu, Separadi kənd sakinləri Cavabdeh1 və onun oğlu Cavabdeh2 heç bir səbəb olmadan onun xüsusi mülkiyyətində olan torpaq sahəsini və torpaq sahəsinə gedən yolu zəbt etmişlər . Onlar hal - hazırda da həmin torpaq sahəsini çəpərə alaraq istifadə edirlər. O, cavabdehlər Cavabdeh1 va Cavabdeh2 Ərastun oğlundan torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etməyinə baxmayaraq, onlar onun tələbini qəbul etməməklə yanaşı torpaq sahəsinin ona məxsus olmadığını bildirmişlər. Dəfələrlə bununla bağlı Separadi bələdiyyəsinə və digər aidiyyətin qurumlara müraciat etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı1 izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək, məhkəmə-tikinti texniki ekspertizasının rəyi ilə razı olmadığını bildirib iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, ona məxsus olan torpaq sahəsinin hasar hissəsi iddiaçıya məxsus əraziyə keçdiyini və bunu iddiaçının aradanm qaldırmalı olduğunu, heç bir yolu zəbt etmədiyini bildirib iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, ona məxsus olan torpaq sahəsinin hasar hissəsi iddiaçıya məxsus əraziyə keçdiyini və bunu iddiaçının aradanm qaldırmalı olduğunu, heç bir yolu zəbt etmədiyini bildirib iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(049)-118/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Lənkəran rayonunun Separadi kəndində yerləşən, xx.xx.2021-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və X3 məxsus olan 0.1194 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,098 ha hissəsinin zəbtdən azad edilməklə boşaldılaraq İddiaçı1 təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 ödənilməsi, məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(049)-118/2023 saylı qətnaməsinin qismən ləğv olunmasını, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlər iddiaçılara məxsus 0,1194 ha torpaq sahəsini tam zəbt etmiş və həmin torpaq sahəsinə olan gediş-gəliş yolunu da, zəbt etmişdirlər. Məhkəmə həmin torpaq sahəsinə yerinə onların iştirakı ilə baxış keçirsəydi, bu halı görərdi. İş üzrə müvafiq məhkəmə-tikinti ekspertizasının rəyi ilə razı deyillər. Həmin rəy obyektiv həqiqəti əks etdirmir. Ekspert torpaq sahəsinə baxış keçirməmiş, yerində müayinə aparmamışdır. Ekspert DƏDRX publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən həmin rəyi təqdim etmişdir. Bu isə tamamilə qanuna ziddir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə Ekpsertizası Mərkəzinə həvalə edilmişdir. Belə olan halda, DƏDRX publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilən rəyə istinad etmək tam qanunsuzdur. Məhkəmə zamanı iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertinin iştirakı ilə təkrar müvafiq ekspertizanın keçirilməsinə dair vəsatətləri isə baxılmamış saxlanılmışdır. Hesab edirlər ki, iş üzrə müvafiq tələblərə riayət olunmaqla, təkrar müvafiq ekspertiza təyin edilməli idi və iş hərtərəfli araşdırılmalı idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərmişdir ki, DƏDRX-nin mütəxəssizləri yerində baxış keçirərək ölçü işləri həyata keçirsədə, ekspert yerində baxış keçirməmişdir. Həmçinin qeyd etmişdir ki, ekspert yolun cavabdehlər tərəfindən deyil, başqa şəxslər tərəfindən istifadə olunduğunu müəyyən etsə də həmin şəxslərin kimlər olmasına aydınlıq gətirməmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətini əsassız hesab etmiş, birinci instansiya məhkəməsindəki izahatına oxşar izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, ekspertlər torpaqlara baxış keçirmiş və müvafiq rəy hazırlayaraq məhkəməyə təqdim etmişdir. Baxışda o da iştirak etmişdir. Həmçinin birinci instansiya məhkəməsi zamanı işə baxan hakim də yerində baxış keçirmişdir. Sonra apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı2 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etməklə qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçılara münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilməməsinə dair hissədə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Hüquqlarının Dövlət Qeydiyyatına daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Lənkəran rayon Separadi kəndində yerləşən **********89 reyestr nomrəsi 0.1194 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış məhkəmə-tikinti texniki ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 10/7689 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 dekabr 2022-ci il tarixli **********55 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı1 və X2 birgə, paylı mülkiyyətlərində olan həmin 0,1194 ha torpaq sahəsinin 0,098 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edildi. İddiaçılar İddiaçı1 və X2 öz mülkiyyətlərində olan torpaq sahəsinə gediş- gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən yol deyil, kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olduğu və həmin torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmədiyi müəyyən edildi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin bir hissəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə torpaq sahəsini boşaltmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(049)-118/2023 saylı qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1375/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1375/2023
07.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver