Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1379/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı Kərimov X1 Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, Yardımlı Rayon İcra Hakimiyyətinin onunla 20 il müddətinə kənd təsərrüfatı məsulları istehsalı üçün 130,60 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanması barədə xx.xx.2023-cü il tarixli, 62 saylı sərəncamında dəyişiklik edilməsi, elektron uçot xəritəsi işlənərkən səhvən Zevin bələdiyyəsinin ərazisi kimi götürülmüş 5,50 ha torpaq sahəsinin və yüksək gərginlik elektrik xəttinin mühafizə zonasına düşməsi barədə həqiqətə uyğun olmayan məlumatlara əsasən icarə müqavilə bağlanmasından əsassız şəkildə imtina edilmiş torpaq sahəsinin (cəmi 21,88 ha) İddiaçı ilə 20 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün bağlanmış icarə müqaviləsinə daxil edilməsi barədə Yardımlı Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbulundan imtina edilməsi qərara alınmışdır. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu) Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Yardımlı Rayon İcra Hakimiyyətinə qarşı «torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)- 379/2025 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 1171/2025 saylı qərardadı ilə Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayət qeyri mümkün hesab edilərək, iş materialı şikayətin prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadı ilə Yardımlı Rayon Məhkəməsinin 2(038)-379/2025 saylı, 19 may 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu) Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından yenidən şikayət verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadı ilə İddiaçı Yardımlı rayon İcra Hakimiyyətinə qarşı «torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyuması» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu) tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in: MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə tərkibi Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)- 379/2025 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu) tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərkibi İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, iddiaçı tərəfindən sonuncu dəfə, yəni xx.xx.2025-ci il tarixdə şikayət verilərkən Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından şikayət vermə müddəti ötürülmüşdür. Həmçinin müddətin bərpası barədə vəsatət də verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından şikayət vermə müddətinin ötürülməsinə diqqət yetirilməmiş, həmçinin müddətin bərpası barədə ərizəyə münasibət bildirilməmişdir. Halbuki birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəyə qiymət verməli, müddət bərpa edildiyi halda iş materialları baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli idi. Məhkəmə tərkibi qeyd edir ki, müddətin bərpası barədə ərizəyə qiymət verilmədiyindən müddət ötürülmüş hesab edilməli, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Yardımlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in: 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər; Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, şikayətin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu düzgün yoxlanılmadan iş materialı şikayət ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu) tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(038)-379/2025 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu) tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Mülki iş materialı şikayətin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1379/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1379/2025
18.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver