Məhkəmə qərarları › İş №2(106)-1386/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1386/2025

15.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1386/2025 15.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3 və nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi - vəkili Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 07/716 nömrəli qərarı ilə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin sakini mərhum X1. Həmin torpaq sahəsi üzərində X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün o, torpaq sahəsini notarial qaydada sata bilmədiyinə görə, aralarında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən iddiaçıya 8000 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında (gələcəkdə alıcı tərəfindən torpağın öz vəsaiti hesabına öz adına rəsmiləşdirilməsi şərti ilə) satmışdır. Torpaq sahəsinə alıcı İddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X21 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, Abşeron rayon Məmmədli kənd sakinləri Dadaşov Əliağa Babaş oğlu və X6 iştirakları ilə baş tutmuşdur. Bundan başqa Namiq Əliyev notariat ofisində təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair İddiaçı həm xx.xx.2006-cı il tarixli baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, torpaqların alqısatqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. Bununla da İddiaçı ilə mərhum X21 arasında 0,08 ha torpaq sahəsi ilə bağlı əldə olunmuş razılaşma sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə yazılı formada rəsmiləşdirilmişdir. Yuxarıda göstərilən sənədlər iddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqı ödənilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş və İdarə tərəfindən 0,08 torpaq sahəsi dövlət qeydiyyatına alınaraq bu barədə Namiq Əliyevin adına xx.xx.2007-ci il tarixdə **********30 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü adlı sənədlər Namiq Abdullayevin adına verilmişdir. İddiaçının gələcəkdə torpaqla bağlı çətinliklərlə üzləşəcəyindən ehtiyatlandığını nəzərə alaraq, Namiq Əliyev özünün rəsmi nikahda deyil, subay olması və satdığı həmin torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb olarsa onun məsuliyyətini öz üzərinə götürəcəyi barədə notarial qaydada təsdiq edilmiş ərizəni də iddiaçıya təqdim etmişdir. Əliyev Namiqin adına başqa yerdə ümumiyyətlə torpaq sahəsi qeydə alınmamışdır. Sonradan iddiaçı təhsil almaq üçün xarici ölkəyə getməsi, ona verilmiş etibarnamənin müddətinin 2016-cı ildə bitməsi və həmin etibarnamə ilə torpağın öz adına alqısatqı qaydasında keçirilməsinin mümkün olmayacağını nəzərə alaraq Namiq Əliyevə dostu X12 adına yeni etibarnamə verilməsini təklif etmişdir. Namiq Əliyev 2 sentyabr 2011-ci il tarixdə Notariat ofisində təsdiq edilmiş baş etibarnaməyə əsasən Əli Hüseynova 0,08 ha torpaq sahəsi üzərində 50 il müddətinə sərəncam vermə hüququ vermişdir. Həmçinin əvvəllər Namiq Əliyev ilə İddiaçılə aralarındakı razılaşmaya və müqaviləyə uyğun olaraq, yuxarıda göstərilən torpaq sahəsini iddiaçıya naturada (yerində) təhvil verdikdən sonra o, 07 avqust 2007-ci il tarixdən bu günə qədər Abdullayevlər ailəsi həmin torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Cavabdehlər həmin torpaq sahəsindən, Abdullayevlər ailəsinin onu hasara almaqla və abadlıq işləri aparmaqla açıq-aşkar və fasiləsiz istifadəsinə 19 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. İddiaçı cavabdehlərin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir. Hal-hazırda Əli Hüseynov torpağı, onun əsl sahibi olan iddiaçının adına rəsmiləşdirilməsi üçün notariusa müraciət edərkən, X11 vəfat etdiyini və onun verdiyi etibarnamənin qüvvədən düşməsi səbəbindən həmin torpaq barədə əqdin bağlanması mümkün olmadığını öyrənmişdir. Mübahisəli torpaq sahəsinin, mərhum X11 adından notarial qaydada iddiaçının adına keçirilməsindən, torpağın yerləşdiyi ərazini belə tanımayan, cavabdehlər boyun qaçırırlar. Eyni zamanda vəkil sorğusu ilə əlaqədar, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş vərəsəlik işinin materiallarından məlum olmuşdur ki, iddianın predmeti olan, ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair Cavabdeh və övladları X9, X13 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə yuxarıda göstərilən notariusda vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə verilmişdir. Halbuki, mülki işin materiallarından göründüyü kimi iddia predmeti olan 0,08 ha torpaq sahəsinin alqısatqısına dair mərhum X21 ilə İddiaçı aralarında 7 avqust 2006-cı il tarixdə faktiki olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsinin səbəbi isə, tərəflərin iradəsindən asılı olmayan haldan, yəni həmin vaxt mübahisəli torpaq sahəsinin qoruq ərazisində yerləşməsi və rəsmiləşdirilməsinə icazə verilməməsi ilə əlaqədar olmuşdur. Bundan başqa N.Əliyev, Notariat ofisində təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair İddiaçı həm baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, Torpaqların alqısatqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. Başqa sözlə, torpağa dair ilkin sənədlər və sonradan əldə olunmuş sənədlər, yəni xx.xx.2007-ci il tarixdə **********30 reyestr nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü, rəy və s. İddiaçı verilmişdir. Həmin sənədlərin əsilləri hal-hazırda da iddiaçıdadır. Bundan başqa iddiaçının gələcəkdə torpaqla bağlı, alqı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyinə görə, çətinliklərlə üzləşəcəyindən ehtiyatlandığını nəzərə alaraq, mərhum Namiq Əliyev özünün rəsmi nikahda deyil, subay olması və satdığı həmin torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb olarsa onun məsuliyyətini öz üzərinə götürdüyü barədə notarial qaydada təsdiq edilmiş ərizəni də iddiaçıya təqdim etmişdir. Belə olan halda, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair Cavabdeh və övladları X9, X13 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunaraq ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair mərhum X21 ilə İddiaçı arasındakı 7 avqust 2006-cı il tarixli torpağın alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh və övladları X9, X13 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı digər nümayəndəsi Nümayəndə3 da iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi - vəkili Nümayəndə2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi iddiaçıya satılmamışdır. Əgər satılsa idi, hazırkı iş üzrə cavabdehin də məlumatı olardı. Torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında hər hansı bir yazılı sənəd yoxdur. Namiq 2015-ci ildə Bəsti ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahlarından 2 uşaqları anadan olmuşdur. Bəsti tərəfindən Namiqin 2022-ci ildə ölümündən sonra mirasın qəbulu ilə bağlı notarius ofisinə müraciət olunmuş, özünün və uşaqlarının adına vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. İddianın təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Abşeron rayon 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq işə Abşeron rayon 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dadaşov Əliağa Babaş oğlu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonunun Məhəmmədi kəndində yaşayır, onun həmin kənddə ət dükanı var. O, həm də həmyerlisi X14 ilə birlikdə torpaq və ev alqı-satqısı ilə məşğul olur. Məhəmmədi kənd sakini Namiq “Yanar dağ” ətrafında torpaq sahəsi olduğunu və satmaq istədiyini ona demişdir. Kənddə olarkən sonradan tanıdığı Həsən və Sabir 2006-cı ilin avqust ayında onların yanına gələrək torpaq almaq istədiklərini demişlər. Əlağa ilə onları Namiqlə görüşdürmüş, torpaqla bağlı bir yerdə söhbət etmişlər. Sonra yerində torpağa baxmışlar. Bəyəndikdən sonra Namiqlə Həsən torpağı 8 min dollara alqı-satqı etməyə razılaşmışlar. Torpağa görə Həsən Namiqə 8 min dollar pul vermişdir. Namiqin özü də 8 min dollar pul aldığını ona demişdir. Pul maşında sayılıb verilmişdir. Bundan sonra torpağın alqı-satqısını təşkil etdiklərinə görə Namiq 50 manat, Həsən isə 100 manat onlara pul vermişdir. Həmin ərazidə onun özünə məxsus da torpaq sahəsi vardır. Lakin bu günədək çıxarış ala bilməmişdir. Hazırkı iş üzrə Cavabdeh heç bir vaxt görməmiş və tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 şahid Dadaşov Əliağa Babaş oğlunun ifadəsinə uyğun ifadə verdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddianın təmin edilməsi, İddiaçı ilə mərhum X21 aralarında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi 7 avqust 2006-cı il tarixdən bağlanmış hesab edilməsi, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi, iş üzrə cavabdeh tərəfindən ödənilmiş vəkil haqqının iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi Nümayəndə3 və nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında, apelyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı, cavabdeh və 3-cü şəxs Abşeron rayon 1 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin onlar apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsinin Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. (Mülki Məcəllənin 389.1ci maddəsi). 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 647.Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1 Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrəkən hesab etmişdir ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 07/716 nömrəli qərarı ilə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin sakini mərhum X2, həmin torpaq sahəsi üzərində X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün o, torpaq sahəsini notarial qaydada sata bilmədiyinə görə, aralarında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən İddiaçı 8000 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında (gələcəkdə alıcı tərəfindən torpağın öz vəsaiti hesabına öz adına rəsmiləşdirilməsi şərti ilə) satmışdır. Torpaq sahəsinə alıcı İddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X21 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, Abşeron rayon Məmmədli kənd sakinləri Dadaşov Əliağa Babaş oğlu və X6 iştirakları ilə baş tutmuşdur. Bundan başqa Namiq Əliyev notariat ofisində təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair İddiaçı həm xx.xx.2006-cı il tarixli baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, torpaqların alqı-satqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. Bununla da İddiaçı ilə mərhum X21 arasında 0,08 ha torpaq sahəsi ilə bağlı əldə olunmuş razılaşma sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizəsi ilə yazılı formada rəsmiləşdirilmişdir. Belə olan halda tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün qanuni əsaslar yaranmış, lakin cavabdeh tərəf hüquqdan sui-istifadə edərək müqavilənin rəsmiləşdirilməsindən imtina edir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün hüquqi əsaslar olduğundan iddiaçının digər tələbi yəni cavabdehlərin adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğvi üçün də əsaslar yaranmış olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbləri təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli qərarın surətindən görünür ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X16 ev tikmək məqsədi ilə 0,08 ha torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Abşeron rayon Məmmədli Bələdiyyəsi ilə X21 arasında 0,08 ha torpaq sahəsi ilə əlaqədar akt tərtib olunmuşdur. İş materiallarında olan ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X11 mülkiyyətindədir. İş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş xx.xx.2008-ci il tarixli ərizəsində ünvan 1i ünvanında yaşayan X21 göstərmişdir ki, “hal-hazırda subayam, heç kimlə rəsmi nikah qeydiyyatım yoxdur. Satdığım torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb üzrə məsuliyyəti öz üzərimə götürürəm”. İş materiallarında olan xx.xx.2006-cı il tarixli etibarnamənin surətindən görünür ki, X3 Həsən Sabir oğluna etibarnamə vermişdir. Həmin etibarnamə ilə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/716 nömrəli həyətyanı torpaq sahəsinin satılması haqqında qərarına əsasən özünə məxsus ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, torpaq sahəsinin və həmin yaşayış evinin onun adına sənədləşdirilməsi, hər iki daşınmaz əmlakın adına özəlləşdirilməsi ilə əlaqədar səlahiyyətli nümayəndəsi olmağı, onu bütün dövlət orqanlarında, o cümlədən Abşeron rayonu, Məmmədli Bələdiyyəsində, DƏDRX Abşeron Ərazi İdarəsində təmsil etməyi, adından ərizələr verməyi, ona çatası bütün sənədləri, o cümlədən torpağa mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarışı və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları, 1 nömrəli forma arayışları almağı, aldığına dair imza etməyi, daha sonra hər iki daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar notariat kontorunda alqısatqı müqavilələrini rəsmiləşdirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 10 il müddətinə verilib və xx.xx.2016-cı ilədək qüvvədədir. İşdə olan xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 Əli Qasım oğluna etibarnamə vermişdir. Həmin etibarnamə ilə MH ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikinti işləri aparmağı, tikilinin özəlləşdirilməsi ilə əlaqədar olaraq sənədləri toplamağı, qeyd edilmiş torpaqla əlaqədar olaraq hər hansı bir dövlət orqanlarından ona çatası kompensasiyanı almağı, onu bütün dövlət orqanlarında müəssisələrdə, idarələrdə, təşkilatlarda, notariat və bələdiyyə orqanlarında, qeydiyyat şöbəsində təmsil etməyi, sənədləşmə işlərini aparmağı, əvəzində lazımi sənədləri və ərizələri imzalamağı, arayışları və digər sənədləri almağı, məhkəmə və icra hakimiyyəti orqanlarından müvafiq arayış, qərar və sərəncamları almağı, əvəzində müvafiq iddia ərizəsini imzalamağı, məhkəmə qərarlarının icrası orqanlarında onu təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, İİİ şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və qismən etiraf etmək və ya onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid mülki işləri aparmağı, onu dövlət notariat kontorunda və digər orqanlarda təmsil etməyi, VVADQ orqanlarından lazımi arayışları, Dövlət Totpaq və Xəritəçəkmə Komitəsindən kadastr layihəsini almağı, toplanmış sənədləri DƏDRX Abşeron Ərazi İdarəsinə təhvil verib ona çatası çıxarışı almağı, 0,08 ha torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşməsinə dair arayış, forma nömrə 1 alıb mülkiyyətə üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Bu etibarnamə ilə səlahiyyətlər digər şəxslərə verilə bilər. Etibarnamə 50 il müddətinə verilib və xx.xx.2061- ci ilədək qüvvədədir. İş materiallarında olan AZ-İİ 076868 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X7 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İşdə olan AZ-İİ 285475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11 vərəsələri: arvadı Cavabdeh, qızı -X22 (d/t-xx.xx.2018-ci il), oğlu -X19 (d/t-xx.xx.2014-cü il) və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X16 verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun hüquqi dəyərləndirmə aparmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İşə mahiyyəti üzrə baxan məhkəmə müəyyən etmişdir ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X16 ev tikmək məqsədi ilə 0,08 ha torpaq sahəsi satılması qərara alınmış, həmin torpaq sahəsini mərhum X21 hazırki İddiaçı 07 avqust 2006-cı il tarixdə 8000 ABŞ dollara satmış və bu barədə İddiaçı həmin torpaq sahəsinə sərəncam və digər səlahiyyətlərin verilməsinə dair etibarnamə verilmişdir. İddia ərizəsində bildirilmişdir ki, əşyanın dəyərini ödəməsinə və bu müddət ərzində torpaq sahəsinə sahiblik etməsinə, baxmayaraq mərhum X21 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. X21 22 avqust 2022-ci il tarixdə vəfat etməsindən sonra onun vərəsələri hazırki iş üzrə Cavabdeh mərhum əri ilə aralarında olan alqı-satqını notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırır. Ona görə də iddiaçı mübahisəli torpaq sahəsinin alqı-satqısına dair 07 avqust 2006-cı il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək onunla X21 arasında 2015-ci ilə rəsmi nikah münasibətində olduqlarını, onların birgə nikahından Banu və Hüseyn adında uşaqlarının olmasını, X11 22 avqust 2022-ci il tarixdə vəfat etməsindən sonra Abşeron rayonu Məhəmmədli kəndində 0,08 ha torpaq sahəsinin ondan miras qalmasınını və bu barədə notariat ofisnə müraciət edərək vərəsəlik şəhadətnaməsi almasını, daha sonra isə miras payda özü və uşaqları tərəfində 1/3 hissədə payının müəyyən edilərək xx.xx.2025-ci tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydə aldırdıqlarını, mübahisəli torpaq sahəsini iddiaçıya satmadıqlarını bildirir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Məhkəmə iddianın qanuni əsası kimi, Mülki Məcəllənin hüquq münasibətinin baş verdiyi vaxt qüvvədə olan 329, 331, 334, 560.1, 560.2 və 560.3.4 -cü maddələrinə istinad etmişdir. Həmin normalara əsasən, əqd əgər qanunda başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızlığa səbəb olur. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Məhkəmə həmçinin hesab etmişdir ki, aralarında faktiki alqı-satqı müqaviləsi bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, səlahiyyət verilməyən (məhkəmə burada mərhum Namiqin arvadı hazırda Cavabdeh nəzərdə tutulur) mərhum Namiq Əliyevin bağladığı əqd təmsil edilən tərəfindən bəyənilmiş, hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən boyun qaçırmasını hüquqdan sui-istifadə kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən normaya və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə ” 03 mart 2023-cü il tarixli qərarına əsalanaraq iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan bu mövqeyi ilə razılaşmır. Belə ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin faktiki halları ilə bağlı göstərdiklərinin müxtəlifliyini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, məhkəmənin hüquqi mövqeyinin daha aydın başa düşülməsi üçün mübahisənin iddiaçının aşağıdakı iki xahişi üzrə ayrı- ayrılıqda hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İddiaçının iddia tələbinin birinci xahişi yəni, Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinin əsası kimi göstərdiyi hallar, etirazlar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi (tələbin maddi hüquqi əsası): Kollegiya qeyd edir ki, mübahisə predmeti təşkil edən 0,08 ha torpaq sahəsi Cavabdeh mərhum əri X21 tərəfindən İddiaçı satılmışdır. Mübahisəli torpaq sahəsinin satılması 07 avqust 2006-cı il tarixdə həyata keçirilmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdı (Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi). Belə olan halda məhkəmə kollegiyası mübahisə torpaq sahəsi ilə bağlı tərəflər arasında yaranan münasibətə avqust 2006-cı il tarixdə qüvvədə olan mülki qanunvericilik normaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2 Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 647.Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. İddiaçı iddia edir ki, (alqı-satqı müqaviləsinin) bağlanmış hesab edilməsini iddia etdiyi mübahisəli torpaq sahəsi Abşeron rayon Məmmədli Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 07/716 nömrəli qərarı ilə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin sakini mərhum X2, həmin torpaq sahəsi üzərində X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün o, torpaq sahəsini notarial qaydada sata bilmədiyinə görə, aralarında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən İddiaçı 8000 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında (gələcəkdə alıcı tərəfindən torpağın öz vəsaiti hesabına öz adına rəsmiləşdirilməsi şərti ilə) satmışdır. Torpaq sahəsinə alıcı İddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X21 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, Abşeron rayon Məmmədli kənd sakinləri Dadaşov Əliağa Babaş oğlu və X6 iştirakları ilə baş tutmuşdur. Bundan başqa Namiq Əliyev notariat ofisində təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair İddiaçı həm xx.xx.2006-cı il tarixli baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, torpaqların alqısatqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. İddiaçı məhkəməyə iddiasının əsaslı sayılması və təmin olunmasını məhz alıcı İddiaçı tərəfindən 07 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X21 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, Abşeron rayon Məmmədli kənd sakinləri Dadaşov Əliağa Babaş oğlu və X6 iştirakları ilə baş tutması barədə sübutları təqdim etmişdir. tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı faktı baş verdiyi vaxt hər hansı yazılı razılaşma mövcud olmamış, həmçinin xx.xx.2007-ci il tarixdə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi X18 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alındığı vaxtdan sonra da tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı sənədləşmə aparılmamış, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmamış, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilməmiş və torpaq mülkiyyətçisi onu imzalamamış, yalnız həmin torpaq sahəsində onu təmsil etmək üçün etibarnamə vermişdir. Bundan əlavə iddiaçı əqdin notarial qaydada bağlanmasının cavabdehin təqsiri üzündən baş verməməsini sübut etmə öhdəliyi daşımasına baxmayaraq, bununla bağlı hər hansı bir sübut təqdim etməmiş, yalnız iddiasında cavabdeh tərəfindən əqd üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi əsası ilə hazırki iddia ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasında haqlı olduğunu iddia etmişdir. Birinci insatnsiya məhkəməsi cavabdeh və onun mərhum əri tərəfindən 07 avqust 2006-cı il tarixdən hazırki vaxta kimi üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmələrini hüquqdan sui-istifadə kimi qəbul etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllə maddə 386.1) Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi mövcud olmamış, yalnız torpaq sahibi sonradan mülkiyyətçi olan X21 tərəfindən müxtəlif vaxtlarda xx.xx.2006-cı il tarixdə İddiaçı daha sonra isə xx.xx.2011- ci il tarixdə X17 Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikinti işləri aparmağı, tikilinin özəlləşdirilməsi ilə əlaqədar olaraq sənədləri toplamağı, qeyd edilmiş torpaqla əlaqədar olaraq hər hansı bir dövlət orqanlarından ona çatası kompensasiyanı almağı, onu bütün dövlət orqanlarında müəssisələrdə, idarələrdə, təşkilatlarda, notariat və bələdiyyə orqanlarında, qeydiyyat şöbəsində təmsil etməyi, sənədləşmə işlərini aparmağı, əvəzində lazımi sənədləri və ərizələri imzalamağı, arayışları və digər sənədləri almağı və sair səlahiyyətlərin yerinə yetirilməsi üçün onu təmsil etməyi etibar etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin (etibarnamənin verildiyi vaxt qüvvədə olan) 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 407.2-ci maddəsinin şərhinə dair 12 avqust 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İddiaçının iddia etdiyi xx.xx.2007-ci il tarixdə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi X18 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alındığı vaxtdan sonra da tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı sənədləşmə aparılmamış, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmamış, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilməmiş və torpaq mülkiyyətçisi onu imzalamamışdır. Müqavilə olmadığndan tərflər arasında öhdəlik də, yaranmamış olur. Baxmayaraq ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının tərəflərin qarşılıqlı münasibətinə uyğun hüquqi dəyərləndirmə aparmamış, yalnız iddiaçının iddia ərizəsində göstərdiyi faktiki halları yəni, tərəflər arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən torpaq sahəsinə alıcı İddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X21 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, keçən on doqquz il ərzində mübahisəli torpaq sahəsinə fakitiki sahibliyi həyata keçirməsini əsas götürməsini (halbuki apellyasiya icraatı zamanı iddiaçı bunun əksini bildirərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi qoruq ərazisi olduğu üçün nəinki o, qonşuluğunda olan heç kəs həmin ərzidə olan torpaq sahəsindən faktiki istifadəni həyata keçirə bilmir. Buna səbəb həmin ərazinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 02 may 2007-ci il tarixli “Yanar dağ” dövlət tarixi-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında qoruq ərazisi olması və həmin ərazilərin dövlət idarəçiliyi həyata keçirən şəxslər tərəfindən nəzarət etməsi ilə izah etmişdir.) iddiaçının iddia tələbində haqlı olması kimi qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Belə olan halda məhkəmənin cavabdehin hüquqdan sui-istifadə etməsi barədə mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Mülki Məcəllənin 16.1-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, tərəflərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi üçün hüquqlar olmadığından hüquqdan sui-istifadə üçün əsaslar da ola bilməz. Beləliklə məhkəmə kollegiyası iddia tələbinin “müqavilənin bağlanmış hesab edilməsi” hissəsi ilə bağlı dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibənə uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. İddiaçının iddia tələbinin ikinci xahişi yəni, ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair Cavabdeh və övladları X9, X13 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab olunmasının əsası kimi göstərdiyi hallar, etirazlar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi (tələbin maddi hüquqi əsası): İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kimi X18 adına xx.xx.2007-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Ənlakın dövlət Reyestrində daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********30) (qeydiyyat nömrəsi 1********) 34 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin işdə olan sübutlardan müəyyən edilir ki, X21 ilə X7 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İşdə olan AZ-İİ 285475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11 vərəsələri: arvadı Cavabdeh, qızı -X22 (d/t-xx.xx.2018ci il), oğlu -X19 (d/t-xx.xx.2014-cü il) və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X16 verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin ikinci xahişi yəni Cavabdeh və onun uşaqlarına X10 miras qalan torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhatətnamə və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, iddiaçının iddia tələbinin birinci xahişi yəni Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi alqı-satqı müqaviləsinin bağlanmış hesab edildiyindən, özgəninkiləşdirilmiş əmlak miras kütləsinə daxil ola və miras əmlak kimi vərəslər arasında bölünə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin ikinci xahişi üzrə gəldiyi mövqeyi ilə razılaşmır. Çünki iddiaçı ilə cavabdeh arasında nə mübahisəli torpaq sahəsinin dövlət reyestrində qeydiyyatına kimi nə də ki, xx.xx.2007-ci il tarixdə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi X18 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alındığı vaxtdan sonra, tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı sənədləşmə aparılmamış, aralarında mübahisəli torpaq sahəsinin alqısatqısına dair ikitərəfli razılaşma baş tutmamış, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilməmiş və torpaq mülkiyyətçisi onu imzalamamış, mərhum X21 vəfat edənə kimi mülkiyyətçi olmuş, onun vəfatından sonra ailəsi qanun üzrə vərəsə kimi miras qoyanın ölümündən sonra miras əmlakı qəbul etmişlər. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (MM maddə 140). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Belə olan halda əqdin etibarsızlığını tələb edən şəxs, əqdin etibarsızlığa əsas olan halları sübut etmə öhdəliyi daşıyır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mərhum X3 Həsən Sabir oğluna vermiş olduğu etibarnamə ilə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/716 nömrəli həyətyanı torpaq sahəsinin satılması haqqında qərarına əsasən özünə məxsus ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, torpaq sahəsinin və həmin yaşayış evinin onun adına sənədləşdirilməsi, hər iki daşınmaz əmlakın adına özəlləşdirilməsi ilə əlaqədar səlahiyyətli nümayəndəsi olmağı, onu bütün dövlət orqanlarında, o cümlədən Abşeron rayonu, Məmmədli Bələdiyyəsində, DƏDRX Abşeron Ərazi İdarəsində təmsil etməyi, adından ərizələr verməyi, ona çatası bütün sənədləri, o cümlədən torpağa mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarışı və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları, 1 nömrəli forma arayışları almağı, aldığına dair imza etməyi, daha sonra hər iki daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar notariat kontorunda alqı-satqı müqavilələrini rəsmiləşdirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmə, nə etibar edən ilə etibar edilən şəxs arasında alqı-satqı müqaviləsinin bağlanmış (iddianın bu hissəsi ilə bağlı kollegiya yuxarıda öz mövqeyini açıqlamışdır.) hesab edilməsi, nə də ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsızlığının təmin edilməsi üçün əsas kimi də qəbul edilə bilməz. Kollegiya yekun olaraq hesab edir ki, iddia tələblərinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün iddia tələbi iddianın ikinci xahişi hissəsində də, təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar