Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-139/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, cavabdeh Biləsuvar Rayon İcra Hakimiyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon İcra Hakimiyətinə qarşı “Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli, 88 nömrəli Sərəncamının ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(022)-776/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;
2. İş materiallarında olan İddiaçı məxsus AZE 06695653 nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, o, 01 iyul 1953-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur.
3. İşə əlavə edilmiş Cavabdeh Başçısının 04 iyun 2007-ci il tarixli, 281 saylı Sərəncamından görünür ki, Ağayeva X3 rayon kommunal müəssisələri kombinatının rəisi vəzifəsinə təyin edilmişdir.
4. İşə əlavə edilmiş 27 may 2021-ci il tarixli, 18 saylı əmrdən görünür ki, Biləsuvar şəhər Kommunal müəssisələri kombinatının rəisi İddiaçı həmin tarixdə özü özünə məzuniyyət vermişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Başçısının 01 iyun 2021-ci il tarixli 88 saylı Sərəncamından görünür ki, İddiaçı 65 yaşı keçdiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 01 iyun 2021-ci il tarixə kimi, yəni üç il ötməsinə baxmayaraq işdən azad edilməmişdir. Buna görə də, Cavabdeh Başçısının 01 iyun 2021-ci il tarixli 88 saylı Sərəncamı ilə İddiaçı tutduğu vəzifədən azad edilmişdir.
6. İşə əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(022)- 97/2022 saylı qərarından görünür ki, Ağayeva X2 Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş İddiaçı ”8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, Qərarının 9.1, 1.2, 1.12, 1.14 və 28-i maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi üzrə təqsiriəndiriiməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Biləsuvar Rayon İcra Hakimiyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli, 88 nömrəli Sərəncamının ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh başçısının 04 iyun 2007-ci il tarixli, 281 saylı sərəncamı ilə Biləsuvar Rayon Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsinə təyin edilmişdir. 01 iyun 2021-ci il tarixədək də həmin vəzifədə çalışmış, lakin Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli, 88 nömrəli sərəncamı ilə əsassız və qanunsuz olaraq həmin vəzifədən azad edilmişdir. Belə ki, o, faktiki olaraq bülletendə olmasına baxmayaraq, Cavabdeh başçısı sərəncam qəbul edərək iddiaçını vəzifədən azad etmişdir. Həmin sərəncamda 01 iyul 2018-ci il tarixdə 65 yaşının tamam olması, həmin vaxt iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən tutduğu vəzifədən azad edilmədiyi, həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən 65 yaşına çatmasına baxmayaraq həmin müəssisədə çalışma müddəti Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ötən üç il ərzində uzadılmadığı, onun qanunsuz və əsassız işlədiyi əsas gətirilərək iddiaçının vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə sərəncam qəbul etmişdir. Hesab etmişdir ki, qeyd edilən sərəncam əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçı səhhətində olan problemlərlə əlaqədar olaraq 31 may 2021-ci il tarixdə Biləsuvar RMX-nın təcili və təxirəsalınmaz X11 “SND Hipertonik tip A/T 200/100” diaqnozu ilə müraciət etmiş, növbətçi həkim Əcəmov Etibar, növbətçi feldşer Azadov Cəfər tərəfindən müayinə olunaraq ilkin tibbi yardım olaraq “dibazol” və “furasemid” iynələri vurulmuşdur. İddiaçı səhhətində olan problemlərlə əlaqədar olaraq 01 iyun 2021-ci il tarixdə səhər saatlarında müayinə və müalicə olunmaq üçün ailə üzvləri onu Bakı şəhərinə çatdırmış, Bakı şəhərində xəstəxanada müayinə olunaraq müalicə olunması üçün reseptlər yazılmış, 01 iyun 2021-ci il tarixdən etibarən əmək qabliyyətinin olmaması barədə vərəqə tərtib edilmiş və həmin zamandakı müddətdə səhhətində olan problemlərlə bağlı ambulator müalicədə olmuşdur. 2021-ci il tarixdə Bakı şəhərində müayinə olunduqdan sonra Biləsuvar şəhərinə geri qayıdarkən yolda onun təcili olaraq Cavabdehnə gəlməsi tələb edilmiş, iddiaçı səhhətində olan problemlərlə bağlı Bakı şəhərinə müayinəyə getdiyini, hazırda Biləsuvara qayıtmaq üçün yolda olduğunu, özünü yaxşı hiss etmədiyini bildirsə də, təkidlə onun təcili olaraq İcra Hakimiyyətinə gəlməli olduğunu bildirildiyi üçün o, səhhətində olan narahatlığa baxmayaraq, Cavabdeh inzibati binasına getmişdir. Orada iddiaçını qəbul edən Cavabdeh başçısının müavini - Sosial-X7 və Proqnozlaşdırılması Şöbəsinin müdiri Vəlahəddin Yunsurov ona Cavabdeh başçısının həmin gün qəbul etdiyi sərəncama əsasən vəzifədən azad edildiyini bildirdikdə, iddiaçı hazırda əmək qabliyyətini müvəqqəti olaraq itirməsi barədə vərəqə tərtib edildiyini, qeyd edilən sərəncamın qanunsuz olduğunu, səhhətində olan problemlər aradan qalxdıqdan və işə çıxdıqdan sonra sərəncam qəbul etmələrini, iddiaçının əmək qabliyyətini müvəqqəti itirdiyi dövrdə belə bir sərəncam qəbul edilməsinin qanunvericiliyin pozulmasına səbəb olmasını bildirməsinə baxmayaraq, o, Cavabdeh başçısının qərarının qəti olduğunu bildirmişdir. O, yaş həddi ilə əlaqədar olaraq işdən azad edilməyi ilə bağlı heç bir problemin olmadığını, lakin hazırda xəstəliklə bağlı bülletendə olduğu üçün verilən sərəncamın qanunsuz olduğunu, onun əsassız və qanunsuz olaraq işdən çıxarılmasının düzgün olmadığını, əmək qabliyyəti bərpa olunduqdan və işə çıxdıqdan sonra qanuni şəkildə sərəncam qəbul edilməsinə etirazının olmadığını bildirməsinə baxmayaraq o, təkrar olaraq təkidlə Cavabdeh başçısının qərarının qəti olduğunu, nə olur olsun bu gündən işdən azad ediləcəyini, artıq ora təyin ediləcək namizədin də Cavabdeh başçısının qəbulunda olduğunu, iddiaçının işdən azad edilməyi ilə bağlı sərəncamın təqdim edilməsindən sonra təhvil-təslim işlərini yekunlaşdıraraq həmin namizıdin təyin edilməsi barədə sərəncam qəbul ediləcəyini bildirmişdir. İddiaçı təkrar olaraq 01 iyun 2021-ci il tarixdən əmək qabliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar vərəqə tərtib edildiyini, həmin vərəqə ilə müvəqqəti işdən azad edildiyini, həmin müddətdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu bildirərək səhhətində problemlər olduğu üçün istirahət və müalicə olunmalı olduğunu bildirib Cavabdeh inzibati binasını tərk etmişdir. Evə çatdıqdan bir neçə saat sonra israrla onun idarəyə gəlməsi tələb edilmiş, o isə səhhətinin yaxşı olmadığını və bu səbəbdən də, gələ bilməyəcəyini bildirmişdir. 02 iyun 2021-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli, 88 saylı sərəncamı iddiaçıya göndərilmiş və həmin gün qeyd edilən sərəncamı əldə etmiş, lakin əmək kitabçası hazırkı tarixədək iddiaçıya təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə Etiraz edərək göstərmişdir ki, İddiaçı 01 iyul 1953-cü il tarixində anadan olmuş və Cavabdeh başçısının 04 iyun 2007-ci il tarixli 281 nömrəli sərəncamı ilə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının müdiri vəzifəsinə təyin edilmişdir. İddiaçıın 01 iyul 2018-ci il tarixdə 65 yaşı tamam olmduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsinə xitam verilməli idi. İddiaçı 65 yaşına çatdığı üçün Əmək Məcəlləsinin 10-1.2 maddəsinə əsasən Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının müdiri vəzifəsində çalışma müddəti Rayon İcra Hakimiyyətinin başçısını sərəncamı ilə uzadılmamışdır. O, Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının müdiri vəzifəsində ötən üç il ərzində, yəni 01 iyun 2021-ci il tarixə kimi fəaliyyətini əsassız olaraq davam etdirmişdir. İddiaçı bu barədə 2021-ci ilin mart ayında məlumat verilmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-ci maddəsinin birinci bəndinin tələblərini pozmaqla tabeliyində olduğu Cavabdehnə ərizə ilə müraciət etmədən vəzifə səlahiyyətlərini aşmaqla özünün məzuniyyətə buraxılması haqqında 27 may 2021-ci il tarixli, 18 nömrəli əsassız əmrini imzalamışdır. İddiaçı Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli 88 nömrəli sərəncamı ilə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının müdiri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən azad edilmiş və sərəncamın surəti və əmək kitabçası poçt vasitəsi ilə onun ünvanına göndərilmişdir. İddiaçı iddia ərizəsində əmək qabiliyyətini müvəqqəti itirdiyi zaman tutduğu vəzifəsindən qanunsuz olaraq azad olunduğunu iddia edir. Ancaq Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı Cavabdeh tabeliyində olmaqla hüquqi şəxsdir və əmlakı dövlətə məxsusdur. İddiaçı 01 iyun 2021-ci il tarixdə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatında iş yerində olmuş və saat 15:00-da Cavabdeh başçısının müavini-Sosial–X7 və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun qəbulunda olmuşdur. Həmçinin saat 16:00 radələrində Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbənin müdiri Elşən Astanov İddiaçı ilə telefon əlaqəsi saxlayaraq Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli, 88 nömrəli sərəncamı barədə onu məlumatlandırmış və bu məsələ ilə bağlı kombinatın məsul şəxslərinin saat 17:00 radələrində kombinatın inzibati binasına toplaşmalarını bildirmişdir. Amma İddiaçı təyin olunmuş vaxtda iş yerində olmamış və həmin vaxt onunla yenidən telefon əlaqəsi saxlanılsa da, müxtəlif bəhanələrlə gəlməkdən imtina etmişdir. İddiaçı 01 iyun 2021-ci il tarixdə əmək qabiliyyəti olmaması ilə bağlı onunla olunmuş söhbətlər zamanı heç bir məlumat verməmişdir. 02 iyun 2021-ci il tarixdə İddiaçı oğlu X9 tərəfindən Rayon icra Hakimiyyətinə teleqram göndərilərək anası İddiaçı bülletendə olduğu bildirilmişdir. Halbuki, İddiaçı Cavabdeh başçısının sərəncamı ilə 01 iyun 2021-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı iddia ərizəsində bildirmişdir ki, ”səhətində olan problemlə əlaqədar olaraq 31 may 2021-ci il tarixdə Biləsuvar RMX Təcili və təxirəsalınmaz X11 “SND Hiprtonik tip, A/T 200/100” diaqnozu ilə müraciət etmişəm, növbətçi həkim Əcəmov Etibar, növbətçi feldşer Azadov Cəfər tərəfindən müayinə olunaraq ilkin tibbi yardım olaraq dibazol və furasemid iynələri vurulmuşdur”. Ağayeva X3 RMX Təcili və Təxirəsalınmaz X11 31 may 2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə saat 20:16-da zəng vurmuş və onun çağırışı 5183 nömrə ilə qeydə alınmış və saat 20:30-da ona tibbi yardım göstərilmişdir. Biləsuvar RMX Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasında çağrışların qeydiyyatı kitabında, çağrışla bağlı ona yerində tibbi yardımın göstərilməsi barədə tərtib olunmuş aktla, vurulmuş dərmanların foto-şəkli və Biləsuvar RMX PHŞ-in İddiaçı “31 may 2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə tibbi yardım göstərilməsi barədə” Cavabdehnə göndərdiyi 09 iyul 2021-ci il tarixli 1978 nömrəli məktubu ilə təsdiqini tapır. İddiaçı iddia ərizəsində 31 may 2021-ci il tarixdə Biləsuvar RMX Təcili və Təxirəsalınmaz X11 müraciət etməsini və ona ilkin tibbi yardım göstərilməsi barədə Biləsuvar RMX PHŞ-in xx.xx.2021-ci il tarixli, 1752 nömrəli məktubuna istinad edir. 31 may 2021-ci il tarixdə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdiri İddiaçı 03 iyul 2021-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi X12 Şəxsin sabiq müdiri Xoşbəxt Ağayevaya teleqram göndərərək bilərəkdən 31 may 2021-ci il tarixi qeyd etməklə ona Biləsuvar RMX Təcili və Təxirəsalınmaz X11 müraciət etməsi və ona ilkin tibbi yardım göstərilməsi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Biləsuvar RMX PHŞ-in əməkdaşları Biləsuvar Rayon Mərkəzi X12 Şəxsin sabiq müdiri Xoşbəxt Ağayevanın tapşırığını və onun teleqramda göstərdiyi 31 may 2021-ci il tarixi nəzərə alaraq Biləsuvar RMX Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasında çağrışların qeydiyyatı kitabına baxmadan İddiaçı Biləsuvar RMX PHŞ tərəfindən “İddiaçı 31 may 2021-ci il tarixdə Biləsuvar RMX Təcili və Təxirəsalınmaz X11 “Hipertonik tip A/T 200/100” diaqnozu ilə müraciət etmiş, növbətçi həkim Etibar Əcəmov və növbətçi feldşer Cəfər Azadov tərəfindən müayinə olunmuş və ilkin tibbi yardım göstərilməsi barədə” xx.xx.2021-ci il tarixli 1752 nömrəli məktubla cavab vermişdir. İddiaçı həmin məzmunda məktubun hazırlanmasında iştirak etmiş Biləsuvar Rayon Mərkəzi X12 Şəxsin işçiləri verdikləri izahatlarında səhv etdiklərini etiraf etmişdir. İddiaçı 01 iyun 2021-ci il tarixdə əmək qabiliyyətinin olmamasını istinad edərək işdən azad olunması barədə “Cavabdeh başçısının 01 iyul 2021-ci il tarixli 88 nömrəli sərəncamının ləğv edilməsi və işinə bərpa olunması” tələbi ilə bağlı məhkəməyə təqdim etdiyi İddia ərizəsinə əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, Abşeron rayon Poliklinikası tərəfindən 01 iyun 2021-ci ildə verilmiş 00006 seriyalı 060958 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 01 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək işdən azad edilmişdir. İddiaçın Abşeron rayon Poliklinikası tərəfindən 01 iyun 2021-ci ildə verilmiş 00006 seriyalı 060958 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində əsaslı şübhələr yarandığından əmək qabiliyyətinin olmaması vərəqəsinin mövcud qanunvericiliyə uyğun olub-olmaması ilə bağlı Tibbi Ərazi Bölmələrinin X8 Heyətinin sədri cənab Ramin Bayramlıya 09 iyul 2021-ci il tarixli 1/369 nömrəli məktubla müraciət edilmiş və həmin müraciətə ”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Aparatının rəhbəri Gündüz Əbdülovun imzaladığı 27 iyul 2021-ci il tarixli PHŞ/11-2-2021-2179 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 01 iyun 2021-ci il tarixdə deyil, 03 iyun 2021-ci il tarixdə şəxsi istifadəsində olan 055 *** ** ** mobil nömrədən çağırış etmiş və bunun əsasında sahə-həkim terapevti X5 onun olduğu ünvana gedərək müayinə aparmış, həmin müayinə nəticəsində xəstəyə “hipertonik krizdən sonrakı vəziyyət” diaqnozu qoyulmuş və bundan sonra 03 iyun 2021-ci il tarixli 00007 seriyalı 060958 saylı əmək qabiliyyəti olmaması vərəqəsi verilmişdir. İddiaçı iddia ərizəsinə 01 iyun 2021-ci il tarixli 00006 seriyalı Əmək qabiliyyətinin olmaması vərəqəsi əlavə etmişdir. “Əmək qabiliyyətinin olmaması vərəqələrinin qeydiyyatı kitabında isə İddiaçı (çağrışın yerinə yetirilmə tarixi xx.xx.2021) 03 iyun 2021-ci il tarixli 00007 seriyalı 060958 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin Abşeron rayon Poliklinikasında saxlanılan əmək qabiliyyətinin olmaması vərəqəsinin kötüyündə əksini tapmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2 və 79.1-ci maddələrinin tələbləri pozulmaqla işdən azad olunmamışdır. Belə ki, İddiaçı 01 iyun 2021-ci il tarixdə işdə olmuş və Əmək Məcəlləsinə uyğun olaraq işdən azad olunmuşdur. Cavabdeh nümayəndəsi X10 birinci instansiya məhkəməsinin iclasında etiraz ərizəsinə uyğun izahat vermiş, iddia tələbini qəbul etməmiş və əsassız olduğundan onun rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. Biləsuvar Rayon Məhkəməsinin (hakim P.Əhmədov) 25 noyabr 2021-ci il tarixli, 2(022)-776/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Bilsuvar Rayon İcra Hakimiyətinə qarşı Sərəncamın ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı işdən azad edilməsi barədə Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli, 88 nömrəli Sərəncamı əmək qanunvericliyinin tələbinə tamamilə uyğundur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilmişdir ki, həmin maddənin “e” bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Habelə, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. İddiaçı isə 01 iyul 1953-cü il təvəllüdlüdür ki, bununla da, Cavabdeh başçısının 01 iyun 2021-ci il tarixli, 88 nömrəli Sərəncamı Əmək Məcəlləsinin tələbinə uyğun olaraq qəbul edilmişdir. Habelə, İddiaçı adıçəkilən Sərəncamın onun xəstəliklə bağlı bülletendə olduğu zaman verildiyi üçün qanunsuz olduğunu bildirsə də, onun bu dəlili iş materialları ilə təsdiqini tapmamışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10-1.1, 14, 43, 45, 70-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 04 iyun 2007-ci il tarixli, 281 saylı sərəncamı ilə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsinə təyin edilmiş, 01 iyun 2021-ci il tarixədək də həmin vəzifədə çalışmışdır. Lakin 01 iyun 2021-ci il tarixli, 88 nömrəli sərəncam ilə əsassız və qanunsuz olaraq həmin vəzifədən azad edilmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixində məzuniyyətə çıxmış, həmçinin 01 iyun 2021-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirməyi ilə əlaqdar olaraq bülletendə olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh onu tutduğu vəzifədən azad etmişdir. Göstərmişdir ki, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bir çox məqamlar qərəzli və qanunsuz olaraq gözardı edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən onun məzuniyyətdə olmasını diqqətə almamışdır. Onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, eləcə də verilmiş vəsatətlərini təmin etməmişdir. Buna görə də Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(022)-776/2021 saylı qətnaməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyator məhkəmə kollegiyasının icraatında iştirak etməmişdir.
14. Cavabdeh Biləsuvar Rayon İcra Hakimiyəti iddiaçının apellyasiya şikayətinə etiraz etmiş və etiraz ərizəsi iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Biləsuvar Rayon İcra Hakimiyətinin nümayəndəsi X10 birinci instansiya məhkəməsində vermiş olduğu izahata oxşar olan eyni məzmunlu izahat vermiş, həmçinin əlavə olaraq göstərmişdir ki, X. Ağayeva tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron Rayon Polikilinkası tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli, 00006 seriyalı, 060958 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin mövcud qanunvericiliyə uyğun olub olmamasına Biləsuvar rayon məhkəməsi tərəfindən hüquqi qiymət verilmədiyindən tərəflərindən toplanmış materiallar araşdırılaraq hüquqi qiymət verilməsi ilə bağlı Biləsuvar rayon Prokurorluğuna göndərilmişdir. Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırmaların nəticəsi olaraq İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi qaldırılmış və baxılmaq üçün Biləsuvar rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılmış və Biləsuvar rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(022)- 97/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş İddiaçı ”8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, Qərarına 9.1, 1.2, 1.12, 1.14 və 28-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi üzrə təqsiriəndiriiməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Qərardan apelyyasiya şikayəti və ya apeiiyyasiya protesti verilmədiyindən qərar qanuni qüvvəyə minmişdir. Bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsiriəndiriiməsinə dair cinayət işi üzrə Biləsuvar rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(022)-97/2022 saylı Qərarı iiə bir daha təsdiq olunur ki, İddiaçı işdən azad olunması barədə “Cavabdeh başçısının 01 iyul 2021-ci il tarixli, 88 nömrəli sərəncamının ləğv edilməsi və işinə bərpa olunması” tələbi iiə bağlı məhkəməyə təqdim etdiyi və iddia ərizəsində istinad etdiyi 01 iyun 2021-ci il tarixli, 00006 seriyalı Əmək qabiliyyətinin olmaması vərəqəsi həqiqətən tərəfindən saxtalaşdırılmış və düzgün olaraq işə bərpa tələbi barədə iddia ərizəsi Biləsuvar rayon məhkəməsi tərəfindən rədd edilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən; 1.10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir.
2. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
3. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biri kimi həmçinin - dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması göstərilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(022)-776/2021 nömrəli qətnaməsi tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
19. Ona görə də kollegiya Biləsuvar Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(022)-776/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı işdən çıxarılan günü xəstəliyi ilə əlaqədar bülletendə olduğunu göstərərək onun qanunvericiliyə zidd olaraq işdən çıxarılmasını əsas kimi gətirmişdir.
22. İşin mübahisə olunmayan hallı ondan ibarətdir ki, iddiaçı 01 iyul 1953-cü il tarixdə anadan olmaqla 4 iyun 2007-ci il tarixdə qeyd edilən vəzifəyə işə götürülmüş və 01 iyul 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi olan 65 yaşına çatmış, lakin həmin müddətdən sonra da üç il yəni, 2021-ci ilin iyun ayınadək həmin vəzifədə işləmişdir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəyə əsasən isə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Göründüyü kimi iddiaçı müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 olmaqla ardıcıl olaraq 3 dəfə həmin vəzifədə işləməsi uzadılmışdır.
24. İddiaçı həmçinin apellyasiya şiukayətində xəstəliyi ilə əlaqədar bülletendə olmasını bildirmiş və buna görə işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin göstərilən dəlili öz təsdiqini tapmır. Belə ki, işə əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsiriəndiriiməsinə dair cinayət işi üzrə Biləsuvar rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(022)-97/2022 saylı Qərarı iiə təsdiq olunur ki, İddiaçı işdən azad olunması barədə “Cavabdeh başçısının 01 iyul 2021-ci il tarixli, 88 nömrəli sərəncamının ləğv edilməsi və işinə bərpa olunması” tələbi iiə bağlı məhkəməyə təqdim etdiyi və iddia ərizəsində istinad etdiyi 01 iyun 2021-ci il tarixli, 00006 seriyalı Əmək qabiliyyətinin olmaması vərəqəsi onun tərəfindən saxtalaşdırılmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arsındakı münasibətə düzgün hüquqi qiymət verməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(022)-776/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.