Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1402/2023 14.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 11,7 sot hissəsinin zəbtdən azad olunaraq İddiaçı Möhsum qızına təhvil verilməsi, cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin oz hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X1 VTB Azərbaycan ASC-yə məxsus olmuş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən ümumi sahəsi 0,1709 hektar torpaq sahəsi və onun üzərində olan 195,8 kv.m qeyri-yaşayış binasını hərrac vasitəsilə onun həyat yoldaşı X2 adına almış və həmin torpaq sahələri və qeyri yaşayış binası X2 adına sənədləşdirildikdən sonra həmin torpaq sahəsini və qeyri-yaşayış binasını həyat yoldaşı ona hədiyyə etdiyindən X3 ilə aralarında 13 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlanmış və həmin müqavilələr əsasında həmin torpaq sahəsi və qeyri-yaşayış binasını öz mülkiyyətinə qəbul etmişdir. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra o həmin sahəni hasara almaq qərarına gəlmiş, bu zaman müəyyən edilmişdir ki, ona məxsus olan torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş 11,7 sot torpaq sahəsində cavabdeh tərəfin qanunsuz olaraq tikdirdikləri, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının 40 faizi yerləşir. Bu barədə tərəflərindən Cavabdeh bildirsə də, cavabdeh əvvəllər onun torpaq sahəsini zəbt etmədiyini, həmin çənlərin ona məxsus olan torpaq sahəsində yerləşmədiyini iddia etmişdir. Ancaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə etdiyi müraciətdən sonra həmin idarənin əməkdaşları tərəfindən torpaq sahəsi yerində ölçülərək koordinatları müəyyən edilərkən cavabdeh də həmin çənlərin ona məxsus olan torpaq sahəsində yerləşdirdiyini və onun torpaq sahəsini zəbt etdiyini başa düşmüşdür. Bundan sonra dəfələrlə cavabdehdən ona məxsus olan torpaq sahəsinin zəbtdən azad etməsini və orada aparmış olduğu qanunsuz tikililərin sökülməsini tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirməklə xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbtdən azad etməmiş və özünün qanunsuz hərəkətlərini hazırki vaxtda da davam etməkdədir. Cavabdeh hazırda mülkiyyətin hasara alınmış torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsini sənədləşdirib ona verəcəyini təklif etsə də, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinin ilkin sənədlərdən başqa heç bir hüquq müəyyənedıcı sənədi yoxdur və cavabdehin mülkiyyətində deyildir. Bundan başqa həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu barədə qardaşı X5 tərəfindən Lənkəran rayon prokurorluğuna müraciət edilmiş və onun şikayət ərizəsi Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı X4 tərəfindən araşdırılmış və həmin araşdırma zamanı da cavabdeh torpaq sahəsini zəbt etdiyini etiraf etmiş və zəbt etdiyi torpaq sahəsini buraxacağına söz versə də, hazırki vaxta kimi öz qanunsuz hərəkətlərinə son qoymamışdır. Həmin vaxt qardaşı Əlisa Əliyev ilə Cavabdeh arasında razılıq əldə edilmişdir ki, Sadıx göstərilən, yəni ona məxsus olan torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş 11,7 sot torpaq sahəsində onların qanunsuz olaraq tikdirdikləri, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, qaz paylayıcının 40 faizinin əvəzində yuxarıda qeyd etdiyi guya onlara məxsus olmaqla bələdiyyə ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilən və ona məxsus torpaq sahəsinə bitişik olmaqla hasarının daxilində olan 5 sot torpaq sahəsini, eləcə də qalan 6,7 sot torpaq sahəsini isə ona məxsus olmaqla sağ tərəfdə olan torpaq sahəsindən ölçüb 6 ay müddətində sənədləşdirib ona verəcək. Hətta həmin araşdırma zamanı Cavabdeh ayrıca olaraq Lənkəran Rayon Polis şöbəsinə rəsmi iltizam da verərək həmin iltizamda göstərmişdir ki, o, qardaşı Əlisa Əliyevə kadastr əsasında özünə məxsus torpaq sahəsini gələcəkdə tam özəlləşdirib qurtardıqdan sonra tam istifadəsinə verəcəyini, bununla yanaşı da Əlisa ona özünə məxsus torpaq sahəsini verir və onlar öz torpaq sahələrini bir-biri ilə əvəz etmişlər. Hal hazırda aralarında olan məsələyə son qoyduqlarından aralarındakı araşdırmanın dayandırılmasını, əgər vermiş olduğu iltizamı pozarsa, gələcəkdə aparılan araşdırmalara heç bir etirazının olmadığı bildirmişdir. Bu o deməkdir ki, artıq Cavabdeh razılaşmanı pozmuş, heç bir torpağı sənədləşdirib onlara verməmişdir. Ona görə də həmin vaxt onun təklifi ilə razılaşıb torpaq sahəsini hasara almışlar. Bu səbəbdən də polisdə olan araşdırma həmin şərtlər əsasında dayandırılmışdır. Bununla belə cavabdeh sözlərinə əməl etməmiş və qeyd edilən torpaq sahəsini sənədləşdirib ona verməmişdir. Beləliklə Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin bır hissəsini zəbt etməklə öz xüsusi mülkiyyətində olan torpaq sahədindən özünün iradə ifadəsinə uyğun olaraq sərbəst istifadə etməyinə qanunsuz olaraq mane olur və zəbt etdiyi torpaq sahəsini könüllü olaraq zəbtdən azad etmir və zəbt etdiyi hissədə qanunsuz tikdiyi tikililəri və qaz çənlərini oradan götürmür. O da mülkiyyətçi olaraq pozulmaqda olan hüquqlarının bərpa olunmasından ötrü hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibiliyi və istifadəsinə verilmiş, Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət Torpaq Kadastr kitabında xx.xx.2010-cu il tarixli, A№489394 saylı, 182 nömrə ilə qeydə alınmış Lənkəran rayonu, Sütəmurdov kəndində mübahisəli ərazidə yol kənarında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən hasarın cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin istifadəsindən və sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının qardaşı X5 onun ailəsinə məxsus ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyri - yaşayış binasını ondan məlumatı və xəbəri olmadan "Bank” VTB Azərbaycan ASC- dən hərrac vasitəsi ilə almışdır. Hansı ki, hərracın ondan və ailə üzvlərindən xəbərsiz keçirilməsi hesab edir, qanunsuzdur və bu ayrı iddia predmetidir. İlkin iddia üzrə sökülməsi və boşaldılması tələb olunan hissə onun və ailəsinin əmlakı "xxxx" ASC və ilkin iddia üzrə iddiaçının qardaşı və həyat yoldaşı tərəfindən onlardan xəbərsiz qanunsuz olaraq öz adlarına sənədləşdirdikləri məlum olduqdan sonra aralarında olan narazılığın Lənkəran Rayon Polis şöbəsində araşdırılması zamanı ona məlum olmuşdur ki, onun sahibliyində və istifadəsində olan əmlakın kiçik bir hissəsi, onların ələ keçirdiyi torpaq sahəsinə düşür. Belə olan təqdirdə o, Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastr kitabında xx.xx.2010 tarixli A№ 489394 182 nömrə ilə qeydə alınmış yol qırağında olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli olan torpaq sahəsini bu hissə ilə dəyişməyə razılıq vermişdir. Polis şöbəsində həmin torpaq sahəsinə çıxarış aldıqdan sonra bunu rəsmiləşdirməyə razılaşmışlar. Bu günə qədər torpaq sahəsinə çıxarış ala bilmədiyindən (dəfələrlə müraciət etməsinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reystri xidmətindən həmin təyinatlı torpaqlara çıxarış verilməsi dayandırılmışdır). Buna baxmayaraq ilkin iddia üzrə iddiaçı ona məxsus torpaq sahəsini hasara almış, öz istifadəsində saxlamışdır. Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(049)-129/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi, iddiaçı Cavabdeh qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək ona təhvil verilməsi tələbinə dair 2(049)-129/2023 saylı mülki işdən “ iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək ona təhvil verilməsi” tələbinə dair mülki iş ayrılmış; “iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə ayrıca icraatda baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(049)-129/2023 saylı qətnaməsi ilə (hakim X6) iddia qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi; Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1ində 0,1709 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla həmin torpaq sahəsinin 0.1059 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Birinci instansiya məhkəməsi yuxarıdakı nəticəyə gəlrəkən məhkəmə ekspertiza mərkəzinin rəyinə, yəni iddiaçıya məxsus 0,1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilməklə onun sahibliyində olmasına; Cavabdeh faktiki olaraq istifadə etdiyi 0,1059 ha torpaq sahəsinə dair hər hansı hüquqi sənəd təqdim etmədiyinə və xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsaslanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, torpaq sahələri üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və bununla əlaqədar iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Bununla əlaqədar hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(049)-129/2023 №-li qərardadı ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi tələbinə dair 2(049)-129/2023 №-li mülki işdən «qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki iş ayrılmış, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki işə ayrıca icraatda baxılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2546/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin azad edilməsi” tələbinə dair 2(049)2546/2023 saylı mülki işin icraatı Şirvan İnzibati Məhkəməsinin icraatında olan “iddiaçı Cavabdeh DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 500 kv.m torpaq sahəsinin onun mülkiyyətinə qeydə alınması öhdəliyinin DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair” 2-1(120)-1097/2023 saylı inzibati işə baxılıb, yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək dayandırılmıdır. Göründüyü kimi tərəflər arasında qarşılıqlı iddia tələbləri mövcuddur. Hər iki tələbə diqqət etdikdə məlum olur ki, tərəflərin tələbləri zəbt edilmiş torpaq sahələri ilə bağlıdır. Məhkəmə işi ayıraraq ilkin iddia tələbini ayırmaqla əslində ilkin iddaçının pozulmuş hüquqlarını bərpa etməyə calışmışdır. Əslində qeyd edilən halları qarşlıqlı iddiaçı tərəfi olaraq bilirmiş və tərəflərin öz aralarında bu məsələnin həllinə dair hərəkətlər etməsinin tərəfdarı olmuşlar. Amma ona məxsus torpaq sahəsini qaytarmadan, öz torpaq sahəsini məhkəmə yolu ilə tələb edən iddiaçının əsas marağının nə olduğu açıq aşkar ortadadır. Belə çıxır ki, özünə məxsus torpaq sahəsini tələb edən iddiaçı, başqasına məxsus olan və onun tərəfindən zəbt edilmiş hissəsinin qaytarılmasında marağı yoxdur. Bu da təbii ki, məhkəmə tərəfindən görülməli və nəzərə alınmalı idi. Amma çox təəssüllər olsun ki, işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Bu baxımdan hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilməlidir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Amma hazırkı qətnamə ilə onun bu hüquqları məhdudlaşdırılıb. İddiaçının tələbindən görünür ki, o özünə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən geri qaytarılmasını və həmin hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsini tələb edir. Amma hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Yəni o, da mülkiyyətçi olaraq özgəsinin qanunsuz sahibliyindən öz əmlakımı geri tələb edə bilər. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, **********00056 kadastr nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cavabdeh verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Əslində hazırkı iş üzrə əsas məqsədi tərəflərin qarşlıqlı olaraq, ədalətli şəkildə razılaşması üçün hər iki iddia tələbi üzrə icraatın dayandırılması olmuşdur. Məhkəmənin işi ayıraraq onun iddia tələbi üzrə icaraatı dayandırması maraqlarına və qanunvericilyin tələblərinə ziddir. Proses iştirakçılarının izahatları: Apellyasiya məhkəməsində dindirilmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdein iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, sübutları araşdırıb, apellyasiya şikayətinin dəlillərinə iş materiallarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin təmin, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan və «Qeyri yaşayış binasının Texniki Pasportu»ndan görünür ki, ünvan 1ində yerləşən 0,1709 ha torpaq sahəsi və üzərində olan sahəsi 195,8 kv.m olan qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2871,6 kv.m olan əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət hüququ və ümumi sahəsi 1,26532 ha torpaq sahəsi X3 tərəfindən İddiaçı bağışlanmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi idarəsinin Texniki Posportu (**********06-12301Reyestr nömrəli) əsasən İddiaçı Möhsün qızının mülkiyyətinə verilmiş 1,26532 ha torpaq sahəsinin 0,117 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir.Cavabdehə məxsus ofis binası,su anbarı,yeraltı yanacaq çənləri və qaz paylayıcı iddiaçıya məxsus torpaq sahəsi üzərində olmaqla Cavabdeh tərəfindən istifadə edilir və bu iddiaçıya məxsus torpaq sahəsinin 40% hissəsi üzərində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-627/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0.1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən, xx.xx.2018-ci il tarixli "daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunmuşdur. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cavabdeh verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair «sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunan hissəsində səhv nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən iş materiallarında olan mütəxəssis rəyinə və ekspert rəyinə əsaslanmışdır. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 11,7 sot hissəsinin zəbtdən azad olunaraq ona təhvil verilməsi, cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyətinin üst-üstə düşməsi müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olundu. Araşdırma zamanı xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli "daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı məxsus 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cavabdeh verilmiş 0,05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olundu. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3- 43/2-627/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0.1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən, xx.xx.2018-ci il tarixli "daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunmuşdur. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cavabdeh verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Həm mütəxəssis, həm də ekspert rəyindən görünür ki, İddiaçı iddia ərizəsində göstərdiyi Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0,1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəssis və ekspert rəylərində hazırkı iş üzrə mübahisə predmeti olmayan xx.xx.2018-ci il tarixli "daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunması qeyd edilmiş, eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cavabdeh verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Halbuki, həmin torpaq sahəsi hazırkı iş üzrə mübahisə predmeti olmamış və İddiaçı belə bir tələbi (xx.xx.2018-ci il tarixli "daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi; həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi) olmamışdır. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iddia tələbindən kənаrа çıхmışdır. Məhkəmə nəzərə almamışdır ki, hakim yalnız işdə iştirak edən şəxslərin tələbləri üzrə qətnamə çıxarır. Belə ki, Аzərbаycаn Respublikаsı MPM-nın 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk edən şəхslərin verdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Hаzırkı iş üzrə iddiа tələblərindən kənаrа çıхmаq üçün hər hаnsı müstəsnа hаl оmаdığındаn və birinci instаnsyiа məhkəməsi belə hаlı əsаslаndırmаdığındаn, məhkəmə kоllegiyаsı hesаb edir ki, mübаhisə predmeti оlmаyаn Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi hissəsinə dаir qətnаmə çıхаrmаqlа iddiа tələbindən kənаrа çıхаrаq həmin hissədə prоsessuаl pоzuntuyа yоl vermişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 saylı, 14 iyun 2013-cü il tarixli qətnaməsi ləğv edilməlidir. İddiaçının tələbi Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan torpaq sahəsinin cabadeh Cavabdeh tərəfindən zəbt olunmuş 11,7 sot hissəsinin zəbtdən azad olunaraq İddiaçı Möhsum qızına təhvil verilməsi ilə bağlı olmuşdur ki, ekspert rəyinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumuniyaya qarşı» işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. İşin bu cür halında, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə mahiyyəti üzrə baxan zaman iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş və prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələblərinin rədd olunamsına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.2. Hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, heç bir müstəsna hal olmadan iddia tələbindən kənara çıxmışdır. Məhkəmə iddiadan kənara çıxarkən işin hallarına istinad edərək müstəsna halın mövcud olduğunu əsaslandırmamış, yaxud əsaslandırmaq üçün hər hansı qanuna istinad etməmişdir. Yuxarda qeyd olunduğu kimi, ekspert rəyi ilə təsdiq olunmadığı halda məhkəmə Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi; Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi qənaətinə gəlmişdir ki, bununla da məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda 0.1709 ha torpaq sahəsindən söhbət gedir ki, həmin torpaq sahəsinin də hər hansı bir hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddsəinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə iş üzrə müəyyyən edilmiş faktiki hallara və mövcud sübutlara uyğun qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlilləri əsaslı olduğundan təmin olunmalı və birinci instasniya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qətnamə ləğv olunaraq iddia tələblərinin rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin olunmadığından iddia ərizisinin verilməsi ilə əlaqədar xərclər iddiaçının özünə aid edilməli və ekspert xərci iddiaçıdan tutulmalı, apellyasiya şikayətinin verilməsinə dair cavabdeh tərəfindən ödənilmiş xərclər isə iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385.1.1, 387, 392, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 saylı, 14 iyun 2013-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1402/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1402/2023
14.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver