Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1402/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin sahibliyə geri qaytarılması, cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Açar sözlər: torpaq sahəsinin sahibliyə geri qaytarılması və özbaşına hərəkətlərə son qoyulması. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X29 (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Sadiq oğlu, onun nümayəndəsi (vəkili) Vəkil Natıq oğlunun, Cavabdeh1, Üçüncü şəxslər: X4 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin sahibliyə geri qaytarılması, cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(018)-19/2023 saylı qətnaməsindən (hakim Mübariz Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,47 hektar torpaq sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyinə (ailə üzvlərinə) qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Astara rayonunun Siyaku kəndində 0,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə təsdiqlənmişdir. Torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsini zəbt etmiş, zəbt etdikləri torpaq üzərində qanunsuz olaraq tikililər və qurğular tikdirmişlər. Belə olan halda iddiaçının və ailə üzvlərinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. İddiaçı ailə başçısı kimi cavabdehlərlə mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Hal-hazırda iddiaçı və ailə üzvlərinin həmin torpaq üzərində mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlər tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə onun və ailə üzvülərinin mülkiyyətnə Astara rayon Siyəkü kəndi ərazisində 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0764 saylı, 80108018 kodlu Dövlət Aktı da tərtib edilmişdir. O, İddiaçı Sadiq oğlunun mülkiyyətində olan torpaq sahəsini tutmamışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia qismən təmin olunmuş, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN- 0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı qaytarılması, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və "Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsi Cavabdeh1 tərəfindən tikilmiş tikilinin (fərdi yaşayış evinin) onun öz hesabına sökülməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumuna görə 50 manat, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 40 manat pulun alınıb, İddiaçı verilməsi, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində olan pula görə İddiaçı və Cavabdeh1 hər birindən 25 manat pulun alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X9, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi, iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə və 0,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbtindən azad edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. Cavabdeh1 Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsindən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Samir Mayılov, hakimlər Tofiq Heydərov və Pərviz Əhmədov) 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)- 19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 96,80 manat məbləğində xidmət haqqının İddiaçı özünə aid edilməsi, 17 mart 2023-cü il tarixli, 10/1163 nömrəli və 12 dekabr 2023cü il tarixli, 3-16-16/2- 10/7453 nömrəli ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq, X9, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Birinci Apellyasiya məhkəməsində aparılan icraat zamanı X22, Astara rayon Siyaku bələdiyyəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi bəhs olunan mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən üçüncü şəxs X22 çıxış edərək bildirmişdir ki, mübahisəli ərazidə yerləşən ev şəhid atası olduğuna görə ona Astara Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında Astara rayon Siyaku bələdiyyəsi tərəfindən göstərilmiş ərazidə Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilmişdir. Halhazırda həmin evdə onun özü və qardaşı oğlu olan Cavabdeh1 övladı yaşayır. Birinci Apellyasiya məhkəməsinin 15 sentyabr 2023-cü il və 20 sentyabr 2023-cü il tarixli iclaslarında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirmişdir ki, Agentlik tərəfindən şəhid atası olan və Astara RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış X10 Astara rayon Siyaku bələdiyyəsi tərəfindən göstərilmiş ərazidə ev inşa edilmişdir. Agentliyə evin inşa edilməsi ilə bağlı 2021-ci ildə müraciət olunmuş, 2023-cü ildə ev tikilərək Osmanağa Rüstəmova akt tərtib edilməklə təhvil verilmişdir. Agentlikdə həmin evin tikildiyi torpaq sahəsi ilə bağlı hər hansı sənəd mövcud deyil. Evin tikilməli olduğu torpaq sahəsi təmsil etdiyi quruma Astara rayon Siyaku bələdiyyəsi tərəfindən təqdim edilmiş, lakin bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Birinci Apellyasiya məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli iclasında iştirak edən üçüncü şəxs Astara rayon Siyaku bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə2 çıxış edərək bildirmişdir ki, həqiqətən də şəhid atası olan X10 Sosial Xidmətlər Agentliyi tərəfindən Astara rayonu, Siyaku kəndində ev inşa edilmişdir. Həmin evin inşa edilməsi üçün Astara Rayon İcra Hakimiyyətinin şifahi tapşırığı əsasında kənd ərazisində yer müəyyən edilmişdir. Evin inşa edildiyi yer isə Cavabdeh1 faktiki istifadəsində olmuş, onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,06 hektar hissəsində Osmanağa Rüstəmova ev tikilməsinə dair etiraz etmədikləri barədə bələdiyyə tərəfindən arayış verilmişdir. Bələdiyyədə olan məlumata görə, mübahisəli evin tikildiyi ərazi bələdiyyə mülkiyyətindədir, lakin hazırda bələdiyyədə bununla bağlı hər hansı xəritə məlumatı və ya digər sənəd mövcud deyil. c) Kassasiya instansiyası məhkəməsində icraat. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsindən narazı qalmış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən hakim Əhliman Xıdırov, hakimlər Elşanə Vəliyevə və Elşad Şamayev) 13 iyun 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(106)-86/2024 nömrəli qətnaməsi iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(106)-86/2024 nömrəli qətnaməsinin iddia tələbinin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi hissəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən tikili qətnamədə qeyd edildiyi kimi onun tərəfindən deyil, dövlət tərəfindən şəhid ailəsinə tikilmişdir (onun əmisinə). Həmin ev Cavabdeh1 tərəfindən inşa edilmədiyindən və ona məxsus olmadığından onun vəsaiti hesabına başqasına məxsus fərdi yaşayış evinin sökülməsi ağlabatan fikir deyil. Göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, işin faktiki halları yetərincə araşdırılmamışdır. Bununla bağlı xahiş edir ki, lazım olarsa, aidiyyəti üzrə ekspertiza təyin edilsin. Buna görə də xahiş edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia rədd edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Kollegiyanın hər iki iclasında iştirak edərək göstərmişdir ki, o, heç kəsə, o cümlədən iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Onun istifadə etdiyi torpaq sahəsi cəmi 15 sotdur. Əmisi Osmanağa üçün tikilmiş evdə hazırda onun öz oğlu ailəsi ilə birlikdə yaşayır. Yenə qeyd edir ki, mübahisəli ev onun tərəfindən inşa edilməyib ki, onun tərəfindən də sökülsün. İddiaçı heç vaxt onların qonşusu olmayıb, indi də onlarla qonşu deyildir. Onlarla qonşuluqda iddiaçıya məxsus torpaq sahəsi yoxdur. İstifadə etdiyi torpaq sahəsi atası İsmayıla məxsus olan torpaq sahəsidir. Buna görə də apellyasiya şikayətinin təmin edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirmiş və əlavə olaraq göstərmişdir ki, 2021-ci ilədək mübahisəli ərazidə hər hansı ev olmamışdır. Cavabdeh necə etmişlərsə 2021-ci ildə həmin torpaqda ev inşa etdirmişlər. Cavabdehlər həmin torpaq sahəsinin onlara məxsus olmamasını bilmişlər. Düşünür ki, onlar torpaq sahəsi haqqında yanlış məlumat verərək dövlət tərəfindən həmin mübahisəli ərazidə şəhid ailəsi olan əmisi Osmanağa Rüstəmov üçün ev inşa etdirilməsinə nail olmuşlar. Osmanağa Rüstəmov həmin evdə heç vaxt yaşamayıb, hazırda da yaşamır. Həmin evdə hazırda Cavabdeh1 oğlu öz ailəsi ilə birlikdə yaşayır. Sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən üçüncü şəxs X22 bildirmişdir ki, mübahisəli ərazidə yerləşən ev şəhid atası olduğuna görə ona Astara Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında Astara rayon Siyaku bələdiyyəsi tərəfindən göstərilmiş ərazidə Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilmişdir. Hal-hazırda həmin evdə onun özü və qardaşı oğlu olan Cavabdeh1 övladı ailəsi ilə birlikdə yaşayır. Məhkəmədə iclasında üçüncü şəxs Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamının icrası çərçivəsində Nazirliklə podratçı tikinti təşkilatı "xxxx" QSC arasında 26 iyul 2021-ci il tarixli, 28/2021 nömrəli satınalma müqaviləsi bağlanaraq Birinci Qarabağ müharibəsinin şəhidi - X2 atası - Astara Rayon icra Hakimiyyətində 1 fevral 2007-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış X22 üçün qeyd edilən müqavilə əsasında podratçı təşkilat tərəfindən layihəsmeta sənədlərinə uyğun olaraq Astara rayonu, Siyaku kəndində 2021-ci ildə iki otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi ev O.Rüstəmovun qardaşı X23 məxsus 0,015 ha torpaq sahəsində inşa edilmişdir. Digər tərəflər apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər hər hansı bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iştirak etməyən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda qətnamə Ali Məhkəmənin qərarına əsasən qismən ləğv edildiyindən, əsaslılığı da ləğv edilən hissədə yəni, “iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin təmin edilməməsi” hissəsində apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(106)-86/2024 nömrəli qətnaməsi “iddia tələbinin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi hissəsinin” rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Buna görə iddia tələbinin “torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsi” hazırda apellyasiya baxışının predmetinin təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya baxışının predmetini təşkil edən mübahisələndirilən hissələrdə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən həmin hissələrdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsaəsən Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,47 ha torpaq sahəsi Xalıqov Sadıq Məli oğlunun və onun ailə üzvləri X5, X11, İddiaçı, X6 və X1 mülkiyyətinə verilmişdir. JN-0764, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,28 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri X14, X15, X7 və X16 mülkiyyətinə verilmişdir. JN-0765, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən , Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,43 ha torpaq sahəsi X17 və onun ailə üzvləri X12, X3, X18, X8, Cavabdeh2 və X13 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar müəyyən edilmişdir: 1) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,47 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsi yerləşir və 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edildi. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,21 ha ölçüdə öz əksini tapmışdır. 2) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X26 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,43 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsi yerləşir və 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edildi. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,19 ha ölçüdə öz əksini tapmışdır. Eyni zamanda, qeyd olunan torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X27 və ailə üzvləri tərəfindən təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış və 28 oktyabr 2022-ci il tarixli, **********56 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. 3) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-764 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,28 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,15 ha hissəsi yerləşir və 0,15 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edildi. Sözügedən 0,15 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,12 ha ölçüdə öz əksini tapmışdır. 4) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olundu. 5) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin digər Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olundu. 6) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X26 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,19 ha) hissəsi sənədlərə əsasən üst-üstə düşmür. 7) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-764 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,15 ha (faktiki 0,12 ha) hissəsi sənədlərə əsasən üst-üstə düşmür. 8) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 ha hissəsində tikilinin (fərdi yaşayış evinin) olması müşahidə edildi. İşdəki 24 noyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən 96,80 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 17 mart 2023-cü il tarixli, 10/1163 nömrəli ekspert rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN- 763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,47 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsinin yerləşdiyi müəyyən edilmiş və həmin 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,21 ha ölçüdə öz əksini tapmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN- 765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X26 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,43 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsinin yerləşdiyi müəyyən olunmuş və həmin 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,19 ha ölçüdə öz əksini tapmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-764 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,28 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,15 ha hissəsi yerləşdiyi müəyyən olunmuş və həmin 0,15 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən 0,15 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,12 ha ölçüdə öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin digər Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X26 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,19 ha) hissəsinin sənədlərə əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,15 ha (faktiki 0,12 ha) hissəsinin sənədlərə əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN- 763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Xalıqov Sadıq Məmmədqulu (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha torpaq sahəsinin mübahisəli ərazidə olan Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 ha hissəsində tikilinin (fərdi yaşayış evinin) olması müşahidə edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarının 104-cü vərəqində olan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov tərəfindən imzalanmış və Agentliyin möhürü ilə möhürlənmiş sənədin surətindən görünür ki, Astara RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış imtiyazlı şəxsə - X10 (imtiyazı: şəhid ailəsi; növbəyə dayandığı tarix: xx.xx.2007) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən Astara rayonu, Siyaku küçəsindən 2 otaqlı, sahəsi 63,6 kv.m olan fərdi ev verilmişdir. İş materiallarının 162-163-cü vərəqlərindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşası başa çatdırılmış Astara rayonu, Siyaku kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin imtiyazlı şəxs X10 təhvil verilməsi barədə 16 yanvar 2023-cü il tarixində akt tərtib edilmişdir. Apellyasiya baxışında təyin edilmiş və əldə edilərək işə əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7453 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla Astara rayonunun Siyaku kəndində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X10 təhvil verilmiş baxış zamanı təqdim olunan tikilinin (fərdi yaşayış evinin) ümumi sahəsinin 75,6 kv.m, həmin tikilinin tikintialtı sahəsinin 97,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Astara rayonunun Siyaku kəndi ərazisində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X10 təhvil verilmiş tikili (fərdi yaşayış evi) üçün nəzərdə tutulmuş həyətyanı sahənin planı, koordinatları sxemi iş materiallarına əlavə edilmədiyindən və baxış zamanı təqdim olunmadığından həmin torpaq sahəsinin faktiki ölçüsünü müəyyən etmək mümkün olmamışdır. Aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, faktiki istifadə olunan mübahisəli torpaq sahəsi 0,21 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-43/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayonunun Siyaku kəndi ərazisində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X19 təhvil verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi JN-763 nömrəli Dövlət aktı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsidir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sorğu məktubuna cavabda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Nazirliklə podratçı tikinti təşkilatı "xxxx" QSC arasında 26 iyul 2021-ci il tarixli 28/2021 nömrəli satınalma müqaviləsi bağlanaraq Birinci Qarabağ müharibəsinin şəhidi - X2 atası - Astara Rayon icra Hakimiyyətində 1 fevral 2007-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış X22 üçün qeyd edilən müqavilə əsasında podratçı təşkilat tərəfindən layihə-smeta sənədlərinə uyğun olaraq Astara rayonu, Siyaku kəndində 2021-ci ildə ikiotaqlı fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi ev O.Rüstəmovun qardaşı X23 məxsus 0,015 ha torpaq sahəsində inşa edilmişdir. Hazırda araşdırılan mülki iş Ali Məhkəmə tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır.
1. Bəhsi keçən işin araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus 0.47 ha torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsinin 0.21 ha hissəsindən istifadə edir və Cavabdeh1 həmin torpaq sahəsində ev inşa etdirmişdir. Cavabdehlərdən biri olan Cavabdeh2 tərəfindən isə iddiaçıya məxsus hər hansı torpaq sahəsinin istifadə edilməməsi müəyyən edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN- 0763 (məhkəmə öz qətnaməsində texniki yanlışlığa yol verərək iddiaçıya məxsus torpaq sahəsinin nömrəsini 0763 əvəzinə 0765 kimi qeyd etmişdir.) saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı qaytarılması; - Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və "Torpağın mülkiyyət hüququna dair” JN-0763 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsi Cavabdeh1 tərəfindən tikilmiş tikilinin (fərdi yaşayış evinin) onun öz hesabına sökülməsi barədə qətnamə qəbul etmişdir.
3. İşə Cavabdeh1 apellyasiya şikayəti əsasında baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası təmin edilməmişdir.
4. İşə İddiaçı kassasiya şikayəti əsasında baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(106)-86/2024 nömrəli qətnaməsi “iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(106)-86/2024 nömrəli qətnaməsinin “iddia tələbinin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi hissəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması” qərara alınmışdır. Göründüyü kimi yeni apellyasiya baxışının predmetini yalnız “iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsi” təşkil etmişdir.
5. İş üzrə keçirilən ekspertizalar nəticəsində müəyyən edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən “Torpağın mülkiyyət hüququna dair” JN- 0763 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsi məhz Cavabdeh1 tərəfindən istifadə olunur. Buna görə də kollegiya hesab edir ki, həmin 0.21 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən azad edilərək İddiaçı qaytarılmalı və Cavabdeh1 iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə və s, yönəlik hər hansı bir maneçilik yaratması ona qadağan edilməlidir. Kollegiya müvafiq olaraq birinci instansiya məhkəməsinin “iddia tələbinin Cavabdeh1 torpaq sahəsinin sahibliyə qaytarılması, onun özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsi” ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin həmin hissəsinin ləğvi ilə əlaqədar hər hansı əsaslar yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Belə ki, cavabdeh qeyd edilən mübahisəli “torpaq sahəsinin” ona məxsus olması ilə bağlı hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(018)-19/2023 saylı qətnaməsi - Cavabdeh1 apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni “Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN- 0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı qaytarılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.