Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1403/2025 25.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarma» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2(049)-1692/2025 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi, ev 15, 5 nömrəli mənzildən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügedən mənzilin Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-nin Lənkəran şəhərində tikintisini həyata keçirdiyi M.Ə.Rəsulzadə küçəsində 10 saylı 7 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən sahəsi 101.1 kv.m olan 3№-li mənzil (yeni ünvanla: Lənkəran şəhəri, X4 küçəsi, ev 15 ünvanında yerləşən 5№-li mənzil) satış təmsilçisi olaraq "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh öz növbəsində müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC-yə həmin mənzil üçün ümumilikdə 75.825,00 (yetmiş beş min səkkiz yüziyirmi beş) manat məbləğində pul ödəməli idi. Lakin Cavabdeh yuxarıda sözügedən müqavilənin şərtlərini pozaraq ödənişi tam formada həyata keçirməmişdir. Belə ki, müqavilənin 2 saylı əlavəsinə görə yaşayış sahəsinin ümumi dəyəri, yəni 75.825,00 (yetmiş beş min səkkiz yüz iyirmi beş) manatın ödənişi təqdim edilmiş qrafik üzrə 30 ay ərzində ödənilməli idi. Hazırda Cavabdeh almış olduğu mənzil üzrə 36.925,00 (otuz altı min doqquz iyirmi beş) manat məbləğində borcu qalmışdır. Bununla bağlı "xxxx" MMC Cavabdeh ilə aralarında olan müqaviləyə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq məktubu göndərərək borcun ödənilməsi tələb edilmişdir. Lakin sözügedən xəbərdarlıq heç bir nəticə vermədiyi üçün "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə Pretenziya göndərilərək, yuxarıda qeyd edilən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmiş, eyni zamanda mənzilin xx.xx.2024-cü il tarixinədək boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən mənzilin boşaldılması istiqamətində hər hansı bir hərəkət həyata keçirilməmişdir və hazırda da cavabdeh həmin mənzildən istifadə etməkdədir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən Lənkəran şəhəri, X4 küçəsi, ev 15 ünvanında yerləşən 5№-li mənzil "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış verilmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, "xxxx" MMC mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMCnin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmaqdadır. Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli e-2(049)-1692/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Lənkəran şəhəri, X4 küçəsində yerləşən 15 saylı evin 5 saylı mənzilindən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulmaqla, sözügedən mənzil Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldılması və İddiaçı X1 təvil verilməsi və İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında barışıq sazişi bağlanmasını, barışıq sazişini təqdim etdiklərini və iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, Cavabdeh ilə aralarında notarial qaydada barışıq sazişi bağlanmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsi və tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 da ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəf tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdiklərini bildirmişdir. Məhkəmə qaydasında təsdiq olunması üçün təqdim olunan barışıq sazişinin şərtləri aşağıdakı kimidir;
1. Cavabdeh X2 "xxxx" MMC arasında 13 iyul 2015-cu il tarixdə bağlanılmış müqavilə üzrə iddiaçı “Tərəqqi- MM" MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsində 10 saylı 7 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən sahəsi 101.1 kv.m olan 3№-li mənzil (yeni ünvanla: Lənkəran şəhəri, X4 küçəsi, ev 15 ünvanında yerləşən 5№-li mənzil) üzrə 24.950,00 (iyirmi dörd min doqquz yüz əlli) manat məbləğində borcun olmasını etiraf edir və bu məbləğin tərəflər arasında mövcud olan hüquqi mübahisənin predmetini təşkil etdiyini qəbul edir.
2. Cavabdeh, bu Barışıq Sazişi ilə öz üzərinə öhdəlik götürür ki, yuxarıda göstərilən 24.950,00 (iyirmi dörd min doqquz yüz əlli) manat məbləğində borcu hissə-hissə olmaqla, bu Sazişin imzalandığı tarixdən etibarən 5 (beş) təqvim ayı ərzində tam şəkildə satıcı şirkətin hesabına ödəyəcək. Borcun ödənilməsi üzrə cədvəl tərəflər arasında əlavə razılaşma ilə müəyyən edilə bilər.
3. “Tərəqqi-MM" MMC öz növbəsində öhdəlik götürür ki, cavabdeh tərəfindən mənzil üzrə borcun tam məbləğdə və bu Sazişdə göstərilən müddət ərzində ödənilməsindən sonra, dərhal və ya razılaşdırılmış müddət ərzində həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görəcək. Tərəflər razılaşıriar ki, mənzilin alıcının adına rəsmiləşdirilməsi ilə bağlı bütün dövlət rüsumları, notariat və reyestr xidmətləri ilə bağlı digər xərclər cavabdeh tərəfindən ödəniləcək.
4. İddiaçı MMC öz növbəsində məhkəməyə təqdim etdiyi iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur.
5. Tərəflər razılaşırlar ki, əgər cavabdeh bu Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəlikləri, o cümlədən göstərilən müddət ərzində mənzil üzrə borcun tam həcmdə ödənilməsini təmin etməzsə, bu hal barışıq şərtlərinin pozulması kimi qiymətləndiriləcək və satıcı şirkət həmin pozuntunu əsas götürərək əvvəlki mübahisə üzrə məhkəmə icraatının təzələnməsi barədə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
6. Cavabdehin barışıq şərtlərini pozması nəticəsində iddiaçının məhkəməyə yenidən müraciət etməsinə zərurət yarandıqda, cavabdeh, borcun ödənilməmiş qalan məbləğindən əlavə olaraq, iddiaçının tələbi ilə, ümumi borc məbləğinin 10 (on) faizi həcmində cərimə ödəməyi də öhdəsinə götürür. Bu cərimə, cavabdehin barışıq şərtlərinə əməl etməməsi nəticəsində yaranan əlavə məsuliyyət tədbiri kimi qiymətləndirilir və mübahisənin məhkəmə müstəvisinə qaytarılması ilə bağlı iddiaçının çəkəcəyi potensial əlavə xərcləri kompensasiya etmək məqsədi daşıyır.
7. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 52,191.1,191.2, 261.0.5 və 262-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəsini qəbul edirlər.
8. Barışıq sazişini bağlamaqla tərəflər Şirvan Apellyasiya Məhkəməsinə ərizə verərək işin icraatına xitam verməsini xahiş edəcəklər.
9. Barışıq sazişi 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəməyə, digər nüsxələri isə tərəflərə təqdim edilir. Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli e- 2(049)-1692/2025 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarma» tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etmiş olduğu barışıq sazişi aşağıdakı :
1. Cavabdeh X2 "xxxx" MMC arasında 13 iyul 2015-cu il tarixdə bağlanılmış müqavilə üzrə iddiaçı “Tərəqqi- MM" MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsində 10 saylı 7 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən sahəsi 101.1 kv.m olan 3№-li mənzil (yeni ünvanla: Lənkəran şəhəri, X4 küçəsi, ev 15 ünvanında yerləşən 5№-li mənzil) üzrə 24.950,00 (iyirmi dörd min doqquz yüz əlli) manat məbləğində borcun olmasını etiraf edir və bu məbləğin tərəflər arasında mövcud olan hüquqi mübahisənin predmetini təşkil etdiyini qəbul edir.
2. Cavabdeh, bu Barışıq Sazişi ilə öz üzərinə öhdəlik götürür ki, yuxarıda göstərilən 24.950,00 (iyirmi dörd min doqquz yüz əlli) manat məbləğində borcu hissə-hissə olmaqla, bu Sazişin imzalandığı tarixdən etibarən 5 (beş) təqvim ayı ərzində tam şəkildə satıcı şirkətin hesabına ödəyəcək. Borcun ödənilməsi üzrə cədvəl tərəflər arasında əlavə razılaşma ilə müəyyən edilə bilər.
3. “Tərəqqi-MM" MMC öz növbəsində öhdəlik götürür ki, cavabdeh tərəfindən mənzil üzrə borcun tam məbləğdə və bu Sazişdə göstərilən müddət ərzində ödənilməsindən sonra, dərhal və ya razılaşdırılmış müddət ərzində həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görəcək. Tərəflər razılaşıriar ki, mənzilin alıcının adına rəsmiləşdirilməsi ilə bağlı bütün dövlət rüsumları, notariat və reyestr xidmətləri ilə bağlı digər xərclər cavabdeh tərəfindən ödəniləcək.
4. İddiaçı MMC öz növbəsində məhkəməyə təqdim etdiyi iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur.
5. Tərəflər razılaşırlar ki, əgər cavabdeh bu Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəlikləri, o cümlədən göstərilən müddət ərzində mənzil üzrə borcun tam həcmdə ödənilməsini təmin etməzsə, bu hal barışıq şərtlərinin pozulması kimi qiymətləndiriləcək və satıcı şirkət həmin pozuntunu əsas götürərək əvvəlki mübahisə üzrə məhkəmə icraatının təzələnməsi barədə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
6. Cavabdehin barışıq şərtlərini pozması nəticəsində iddiaçının məhkəməyə yenidən müraciət etməsinə zərurət yarandıqda, cavabdeh, borcun ödənilməmiş qalan məbləğindən əlavə olaraq, iddiaçının tələbi ilə, ümumi borc məbləğinin 10 (on) faizi həcmində cərimə ödəməyi də öhdəsinə götürür. Bu cərimə, cavabdehin barışıq şərtlərinə əməl etməməsi nəticəsində yaranan əlavə məsuliyyət tədbiri kimi qiymətləndirilir və mübahisənin məhkəmə müstəvisinə qaytarılması ilə bağlı iddiaçının çəkəcəyi potensial əlavə xərcləri kompensasiya etmək məqsədi daşıyır.
7. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 52,191.1,191.2, 261.0.5 və 262-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəsini qəbul edirlər.
8. Barışıq sazişini bağlamaqla tərəflər Şirvan Apellyasiya Məhkəməsinə ərizə verərək işin icraatına xitam verməsini xahiş edəcəklər.
9. Barışıq sazişi 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəməyə, digər nüsxələri isə tərəflərə təqdim edilir. İş üzrə icraata xitam verilməklə Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli e- 2(049)-1692/2025 saylı qətnaməsi ləğv edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.