Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1404/2024 18.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(073)-1375/2022 saylı qətnaməsindən (hakim Q.Paşayev) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, 01 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayına kimi Cəlillabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında müdir-satıcı işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 5 yanvar 1957-ci tarixdə Cəlilabad rayonu Alar kəndində doğulmuşdur. İlk əmək fəaliyyətinə 12 yanvar 1974-cü ildə keçmiş Calilabad rayon "26 Bakı komissarı" adına sovxozda fəhlə işləməklə başlamışdir. 4 may 1975-ci il tarixdən 12 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenə də həmin sovxozda fəhlə kimi işləməyə davam etmişdir. 3 aprel 1982-ci il tarixdə sovxozdan işdən çıxaraq Cəlilabad rayonu Alar kəndində qarıșıq mallar mağazasına müdir təyin olunmuş, 19 avqust 1983-cü il tarixdə isə Alar kənd 13 nömrəli təsərrüfat malları mağazasına müdir-satıcı təyin edilmişdir. 12 may 1996-ci il tarixdə bașqa işə keçməyi ilə əlaqədar işdən azad olunmuşdur. 23 may 1996-ci il tarixdə Azərbaycan Respublikast Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Sosial Müdafiasi Fondunun Calilabad rayon Şöbəsinə müdir vəzifəsinə təyin olunmuș va 4 may 1998-ci il tarixdə həmin vəzifədən azad olunmușdur. Daha sonra isə 1998-ci ilin iyun ayında Cəlillabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşon 13 nömrəli təsərrüifat malları mağazasına müdir təyin edilmiş və 2003-cü ilin avqust ayına kimi həmin mağazada müdir-satıcı işləmişdir. Cəlillabad rayon X12 İstehlak Cəmiyyətində işladiyi müddətdə müdiri Şahid olmuş, baş mühasib isə X10 olmuşdur. İşləməyi barədə əmək kitabçası olsa da, işdən çıxarkən Cəlillabad rayon X12 İstehlak Cəmiyyətinin idarə binası yandığı üçün, əmək kitabçasında sonuncu iş yeri qeyd edilməmişdir. Hazırda 65 yaşı tamam olmuşdur. Yaşa görə əmək pensiyasına çıxması üçün 25 il əmək stajı tələb olunur, lakin əmək kitabçasında sonuncu iş yeri qeyd edilmədiyi üçün, sığorta stajı 24 il 1 ay 8 gün taşkil edir. 1988-ci ilin 1 iyun tarixindən 2003-cü ilin avqust ayına kimi Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında müdir-satıcı işləməsi əmək kitabçasında qeyd edilmiş olsaydı, yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranardı. Yaşa görə əmək pensyasına çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin əmək kitabçasına əsasən 24 il 1 ay 8 gün sığorta stajı olması səbəbindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(073)-1375/2022 saylı qətnaməsi ilə ərizə təmin olunaraq, Ərizəçi 1 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayına kimi Cəlillabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında müdir-satıcı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək ləğv olunmasını və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi 1 iyun 1998-ci il tarixdən 2003-cü il tarixədək Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərüffat malları mağazasında müdir-satıcı işlədiyini iddia etmişdir. Lakin onun əmək fəaliyyətini təsdiq edən sənədlərin olmaması səbəbindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1 iyun 1998-ci il tarixdən 2003-cü il tarixədək Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərüffat malları mağazasında müdir-satıcı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı dəvət edilmiş şahidlər aşağıda qeyd olunan qaydada şifahi izahatlar vermişdirlər: 1-ci şahid: Şahid bildirmişdir ki, o, 14 dekabr 1984-cü ildə keçmiş X12 İstehlak Cəmiyyətinə sədr təyin edilmişdir. Sonradan həmin cəmiyyətin adı dəyişərək Şəhriyar Kənd Ticarət Birliyi adlandırılmış və 29 iyun 2007-ci il tarixədək həmin birliyin direktoru işləmişdir. Ərizəçi isə 1 iyun 1998-ci il tarixdə X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasına müdir təyin edilmiş və 2003-cü ilin avqust ayınadək həmin mağazada müdir-satıcı işləmişdir. 2004-cü ilin dekabr ayında Şəhriyar Kənd Ticarət Birliyinin inzibati binası yandığına görə X12 İstehlak Cəmiyyətinə məxsus sənədlər yanmışdır. Bu səbəbdən ərizəçiyə məxsus əmək kitabçasında həmin illərdə işləməsi barədə müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. 2-ci şahid: X7 bildirmişdir ki, o, 1979-cu il tarixdən 2004-cü il tarixədək X12 İstehlak Cəmiyyətinin Sabirabad kənd gündəlik tələbatı malları mağazasında satıcı işləmişdir. Ərizəçi isə 1 iyun 1998-ci il tarixdə X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasına müdir təyin edilmiş və 2003-cü ilin avqust ayınadək həmin mağazada müdirsatıcı işləmişdir. 2004-cü ilin dekabr ayında Şəhriyar Kənd Ticarət Birliyinin inzibati binası yandığına görə X12 İstehlak Cəmiyyətinə məxsus sənədlər yanmışdır. Bu səbəbdən ərizəçiyə məxsus əmək kitabçasında həmin illərdə işləməsi barədə müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Şahidin özünündə X12 İstehlak Cəmiyyətinin Sabirabad kənd gündəlik tələbatı malları mağazasında satıcı işləməsi faktı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Ərizəçinin işlədiyini iddia etdiyi dövr ən azı iki şahidin ərizəçi ilə bir idarə, müəssisə, təşkilatda işlədiyi dövr ilə üst-üstə düşməli olduğundan, sadalanan şahid ifadələrindən aşağıda qeyd olunan nəticələrə gəlmək mümkündür: 1-ci Şahid verdiyi ifadələr heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, Şahid əmək kitabçasının olubolmaması Cəlilabad Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmamışdır. Şahid X12 İstehlak Cəmiyyətinin müdiri olduğunu nəzərə alaraq, ərizəçinin əmək kitabçası olduğu halda, həmin cəmiyyətdə işləməsi ilə bağlı qeydlərin olmaması, ərizəçinin həmin müəssisədə işləməsini şübhə altına alır. 2-ci şahid Q.S.Abasovun 1979-cu il tarixdən 2004-cü il tarixədək X12 İstehlak Cəmiyyətinin Sabirabad kənd gündəlik tələbatı malları mağazasında satıcı işlədiyi dövr mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Q.S.Abasov ərizəçinin işlədiyi X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında deyil, X12 İstehlak Cəmiyyətinin Sabirabad kənd gündəlik tələbatı malları mağazasında işləmişdir. Beləliklə, şahid qismində çıxış edən Q.S.Abasovla Ərizəçi eyni mağazada çalışmamışdır. Cəlilabad rayon X12 İstehlak Cəmiyyətində yanğın hadisəsinin 2004-cü ilin dekabr tarixində baş verdiyi, ərizəçinin isə həmin Cəmiyyətdən 2003-cü il tarixdə çıxdığı nəzərə alınsa, Ərizəçi əmək kitabçasında həmin Cəmiyyətdə işlədiyi illərlə bağlı qeydlərin aparılmaması onun X12 İstehlak Cəmiyyətində işlədiyini şübhə altına alır. Nəzərə almaq lazımdır ki, Ərizəçi 1998-ci ilin iyun ayında həmin cəmiyyətdə işə girərkən əmək kitabçasında işə daxiledilmə ilə bağlı qeydlər aparılmalı idi. Lakin yuxarıda qeyd olunan xüsusatlara baxmayaraq, ərizəçinin ərizəsi təmin edilərək, 1 iyun 1998-ci il tarixdən 2003-cü il tarixədək Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərüffat malları mağazasında müdirsatıcı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Halbuki ərizəçi əmək kitabçasının ümumiyyətlə olmadığı halda həmin illəri məhkəmə qaydasında təsdiqlədə bilərdi. Lakin ərizəçinin əmək kiitabçasının olduğu və Cəmiyyətdə yanğın hadisəsinin Ərizəçi işdən çıxdığı tarixdən sonra baş verdiyi nəzərə alınsa, ərizənin əsassız olaraq təmin edilməsi qənaətinə gəlmək olar. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin əmək kitabçasında məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair qeydlər aparılmamışdır. Həmçinin ərizəçi ilə birgə işləyən birinci şahidin əmək kitabçasında müvafiq qeydlər aparıldığı halda, ərizəçinin əmək kitabçasında müvafiq qeydlərin aparılmamasının səbəbləri mötəbər sübutlarla əsaslandırılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərdən biri ərizəçinin işlədiyi Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərüffat malları mağazasında deyil, X12 İstehlak Cəmiyyətinin Sabirabad kənd gündəlik tələbatı malları mağazasında çalışmışdır. Burdanda aydın olur ki, şahid qismində çıxış edən Q.S.Abasovla Ərizəçi eyni mağazada çalışmamışdır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə yönəlməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Həmçinin, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarındakı mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Maddi və prosessual normaların pozulması nəticəsində Cəlilabad Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə maraqlı şəxsin nümayəndəsi Günəş Yusif qızı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Ərizəçi apellyasiya şikayətinin əsassız olduğunu bildirib, ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan hallarına istinad edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, ali təhsillidir, X5 Baki filialında əmtəəşünaslıq ixtisası üzrə təhsil almış və 1986-cı ildə universiteti bitirmişdir. 1996-cı ildə Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərüffat malları mağazasından işdən çıxmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərin Sosial Müdafiəsi Fondunun Cəlilabad rayon şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdur. 1998-ci ilin iyun ayında yenidən Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərüffat malları mağazasına müdir-satıcı vəzifəsinə təyin olunmuşdur və həmin zaman əmək kitabçasını yeni iş yerinə təqdim etməmişdir. Əmək kitabçasını sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən götürmüşdür. Hazırda Cəlilabad rayon X12 İstehlak Cəmiyyəti fəaliyyət göstərmir, ləğv olunub. 2015-cı ildən əlilliyə görə pensiya almışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda maraqlı şəxs verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görədə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, ərizə üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ərizəçini uzun müddətdir tanıyır. Özü 14 dekabr 1984-cü ildən keçmiș X13 İstehlak Cəmiyyətinə sədr vəzifəsïnə təyin edilmişdir. Sonradan həmin cəmiyyətin adı dəyişərək Şəhriyar Kənd Ticarət Birliyi adlandılmış və 29 iyun 2007-ci il tarixədək həmin birliyin direktoru işləmişdir. Ərizəçi oglu 1 ivun 1998-ci il tarixdə X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasına müdir təyin edilmiş va 2003-cü ilin avqust ayınadək həmin mağazada müdir-satıcı işləmişdir. 2004-cü ilin dekabr ayında X14 Birliyinin inzibati binasında baş vermiş yandığına gőrə X12 İstehlak Cəmiyyətinə məxsus sənədlər yanmışdır. Bu səbəbdən ərizəçiyə məxsus əmək ķitabçasında həmin illərdə işləməsi barədə müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmis X8 ifadəsində göstərmişdir ki, ərizəçinin uzun müddətdir tanıyir. Özü 1979-cu ildən 2004-cü ilədək X12 İstehlak Cəmiyyətinin Sabirabad kənd gündəlik taləbat malları mağazasında satıcı işləmişdir. Ərizəçi 1998-ci ilin iyun ayında X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları maģazasına müdir təyin edilmiș və 2003-cü ilin avqust ayınadək həmin mağazada müdir-satıcı ișləmişdir. 2004-cü ilin dekabr ayında Şəhriyar Kənd Ticarət Birliyinin inzibati binası yandığına görə X15 İstehlak Cəmiyyətinə məxsus sənədlər yanmışdir. Bu səbəbdən ərizəçiyə məxsus əmək kitabçasında həmin illərdə işləməsi barədə müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Onun özünün də X12 İstehlak Cəmiyyətinin Sabirabad kənd gündəlik tələbat malları mağazasında satıcı işləməsi faktı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Mülki işin apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid əlavə ifadəsi alınmışdır. İfadəsində göstərmişdir ki, 1987-ci ildən Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. Ərizəçi Əzizov X4 rayon X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsəruffat malları mağazasında onun işçisi olmuş, 1983-cü ildən 1996-cı ilə kimi işləmiş, başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunmuşdur. Ərizəçi oglu 1998-ci ildə yenidən işə qəbul olunarkən əmək kitabçasını təqdim etməmişdir. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərin Sosial Müdafiəsi Fondunun Cəlilabad rayon şöbəsindən işdən çıxdığını dediyi uçun yenidən onu əmək kitabçasını təqdim etmədiyi halda işə götürmüşdür. Cəlilabad rayon X12 İstehlak Cəmiyyəti hal-hazırda fəaliyyət göstərmir, cəmiyyət o işdən çıxan vaxt ləğv olunmuşdur. 2004-cü ildə cəmiyyətin inzibati binasında baş vermiş yanğın nəticəsində bütöv bina, arxiv, əmr kitabları, nə var idisə, hamısı yanmışdır. İş materiallarında olan sənədlərə əsasən aşağıdakılar müəyyən olunur : Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi 5 yanvar 1957-ci ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuşdur, həmin kənddə qeydiyyatdadır; HЗ № ******* saylı hərbi biletə əsasən Ərizəçi 4 may 1975-ci ildən 25 may 1977-ci ilədək sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur; 3 mart 1982-ci ildə açılmış ИТ-İ № ******* saylı əmək kitabçasının notariat qaydada təsdiq olunan surətindən görünür ki, Ərizəçi 12 yanvar 1974-cü ildə “26 Bakı Komissarı” sovxozunun 11 nömrəli üzümçülük briqadasına fəhlə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış (əmr № 07 12/1-1974), 3 aprel 1982-ci ildə iş yerini dəyişməsi ilə əlaqədar azad edilmişdir (əmr №50 03/İV-1974). 3 aprel 1982-ci ildə X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 12 nömrləli qarşıq mallar mağazasına müdir təyin olunmuş (sərəncam № 23, 02/İV-1982) 19 avqust 1983-cü ildə həmin cəmiyyətin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasına müdir-satıcı təyin edilmiş (sərəncam № 60, xx.xx.1983), 12 may 1996-cı ilədək həmin yerdə işləmiş və başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılmışdır (sərəncam № 12, xx.xx.1996). 23 may 1996-cı ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş (əmr № 214, xx.xx.1996) və 4 may 1998-ci il tarixinədək həmin vəzifədə işləyərək azad edilmişdir (əmr № 466, xx.xx.1998). Ərizəçinin sonrakı dövrlər üçün əmək fəaliyyətinə dair əmək kitabçasında hər hansı bir qeyd yoxdur; 6 dekabr 2004-cü il tarixli "Yangın haqqunda" aktdan görünür ki, Günəşli kəndində yerləşən Şəhriyar Kənd Ticarət Birliyinə məxsus inzibati binada 5 dekabr 2004cü il tarixdə yanğın-baş vermişdir; Calilabad rayon Dövlət Arxivinin 8 oktyabr 2021-ci il tarixli 302 saylı arayışından görünüir ki, Calillabad rayon X12 İstehlak Cəmiyyətinin sənədləri (əmr və əmək haqqi kitabları) arxivə təhvil verilməmişdir; Azərbaycan Respublikasının Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi üinvanlanmış 10 may 2022-ci il tarixli məktubdan görünür ki, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az oduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir; Birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı şahid qismində ifadəsi alınmış Şahid ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, sonuncu müxtəlif yerlərdə işləmiş, 14 dekabr 1987-ci ildə X12 İstehlak Cəmiyyətinə sədr təyin edilmiş (sərəncam № 212, xx.xx.1987), 29 iyun 2007-ci ilədək işləmiş və ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir (sərəncam № 15, xx.xx.2007); Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsinin 9 fevral 2012-ci il tarixli 2(073)-274/2012 saylı qətnaməsindən görünür ki, ərizə təmin olunaraq, ərizəçi X6 1979-cu ildən 2004-cü il tarixədək Sabirabad kənd gündəlik tələbat malları mağazasında satıcı işləməsi faktı müəyyən edilmiş, həmin illər onun əmək stajına daxil edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələbləırinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 13.1-ci bəndində qeyd edilir, nəzərə alınmalıdır ki, "Əmək pensiayaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2.1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qaydaların 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilsin. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin işlədiyini bildirdiyi Cəlilabad rayon X12 İstehlak Cəmiyyətinin (X14 Birliyinin) Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasının vaxtı ilə mövcud olaraq ərizədə qeyd olunan dövrdə fəaliyyət göstərməsi, mağazanın aid olduğu birliyin inzibati binasında 5 dekabr 2004-cü ildə yanğın hadisəsinin baş verməsi, birliyin sənədlərinin arxivə təhvil verilməməsi, ləğv olunması işin mübahisəsiz halıdır. Mövcud durumda ərizəçinin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir, yeganə çıxış yolu hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında tanınmasındadır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin 1 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayınadək olan dövr aralığında X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında satıcı-müdir işləməsindən ibarət hüquqi əhəmiyyəti olan fakt təsdiqini tapmır. Əvvəla ona görə ki, ərizəçinin əmək kitabçası özündədir və 3 mart 1982-ci ildə açılmış əmək kitabçasında əmək fəaliyyətinə başladığı 12 yanvar 1974-cü ildən başlayaraq, illər ərzində əmək fəaliyyətində olduğu dövrlər tarix ardıcıllığı əksini tapmışdır. Ərizəçi dediyi kimi ali təhsilli olmaqla, əmək kitabçasında olan qeydlərin vacibliyinin onun sosial hüquqlarının təminatında rolunu bilməmiş olmazdı. Bundan başqa əmək kitabçasında ərizəçinin son iş yeri kimi 23 may 1996-cı ildən 4 may 1998-ci il tarixinədək olan dövr ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin müdiri vəzifəsində işləməsi göstərilmişdir. Məhkəmə baxış iclasında ərizəçi X12 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında 1 iyun 1998-ci ildə satıcı-müdir vəzifəsinə qəbul olunarkən əmək kitabçasını təqdim etmədiyini bildirmiş və bunu əvvəlki iş yerindən əmək kitabçasını vaxtında ala bilməməsi ilə izah etmişdir. Ərizəçinin əvvəlki işdən çıxdığı 4 may 1998-ci il tarixindən dediyi kimi işə düzəldiyi 1 iyun 1998-ci il tarixinədək aralıqda 26 gün müddət keçmiş olur ki, həmin müddət ərzində əmək kitabçasının verilməməsi, yeni işə isə əmək kitabçasını təqdim etmədən qəbul edilməsi heç-cür inandırıcı görünmür. Bundan başqa ərizəçinin işlədiyi müddətdə, yəni 1 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayınadək olan dövr aralığında yetərincə zamanı və imkanı olmuşdur ki, əmək kitabçasına müvafiq qeydləri etdirsin. Ən azından işdən çıxdığı zaman, 2003-cü ilin avqust ayında bu qeydlər əmək kitabçasına daxil edilməli, ona son haqq-hesab verilməli idi. Bundan başqa ərizəçi əmək kitabçasına müvafiq qeydlərin vaxtında edilməməsini birliyin inzibati binasında yanğın hadisəsinin baş verməsi, sənədlərin yanaraq məhv olması və arxivə təhvil verilməməsi ilə izah etməyə çalışır. Müddətlərə diqqət yetrsək görərik ki, ərizəçinin işdən çıxdığını bildirdiyi 2003-cü ilin avqust ayından birliyin inzibati binasında yanğın hadisəsinin baş verdiyi 5 dekabr 2004-cü il tarixinədək olan dövr bir il dörd aydır, ərizəçinin həmin müddət ərzində də, əmək kitabçasında müvafiq qeydlərin aparılmasında yetərincə imkanı olmuşdur. Bundan başqa iş üzrə həm birinci instansiya məhkəməsində, həmdə apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X12 İstehlak Cəmiyyətinin sədri Şahid əmək kitabçasına əsasən birliyin 2007-ci il 29 iyun tarixinədək fəaliyyəti olmuş, bu müddət ərzində də, ərizəçinin əmək kitabçasında müvafiq qeydlərin aparılmasında marağı olmamışdır. Ərizəçi əmək kitabçasında işlədiyini bildirdiyi dövrlər üçün, ən azından işə qəbulla bağlı qeydin olmamasına tutarlı izah verə bilməmişdir. Əsaslandılmamış, inandırıcı olmayan, hər hansı digər sübutlarla təsdiqini tapmayan şahid ifadələri mötəbər sübut kimi qəbul oluna, qeyri-müəyyən hal üzrə ehtimal əsasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün yekun məhkəmə aktının qəbul edilməsinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olmaqla yanaşı, apellyasiya baxışı zamanı bir daha öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(073)-1375/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1404/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1404/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver