Məhkəmə qərarları › İş №2(106)-1405/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1405/2024

15.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1405/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh3, Cavabdeh12 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli e- 2(073)-1521/2023 saylı qərardadından (hakim Osman Vəliyev) Cavabdeh13 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh12 Züzfüqar qızına, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10, Cavabdeh14 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-1521/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10 və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X1 və X2, cavabdeh X3, Cavabdeh7 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X7 və X5 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh12, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10 və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X1 və X2, Cavabdeh14, Cavabdeh7 və himayəsində olan yetkinlk yaşına çatmayan uşaqları X7 və X5 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən (fərdi yaşayış evindən) əşyaları ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin (fərdi yaşayış evi) boşaldılaraq İddiaçı ASC- yə təhvil verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh12, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10, Cavabdeh14, Cavabdeh7 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC- yə ödənilməsi qət edilmişdir. İş üzrə tərəf olmayan X9 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1521/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(073)-1521/2023 saylı qərardadı ilə X9 məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin hansı halda onun hüquq və vəzifələrinə toxunduğunu əsaslandırmadığından, apellyasiya şikayəti elektron imza ilə imzalanmadığından və elektron kabinet vasitəsi ilə verilmədiyindən, həmçinin şikayətin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə Cavabdeh13 apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-1521/2023 saylı qətnaməsinin ləğv edilməsini, eyni zamanda vəsatət verərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 1521/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh13 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini gec alması və elektron kabinetinin olmaması səbəbindən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. xx.xx.2024-cü ildə Asan imza sertifikatı aldıqdan sonra elektron kabinetə giriş imkanı yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh vəsatətində göstərdiklərini müdafiə etmiş və vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(073)-1521/2023 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, X8, Cavabdeh5 Dədədkişi oğlunun, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13 qıznın, Cavabdeh10 və digərlərinin ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "Bank Respublika” ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə Cəlilabad Rayon Məhkəməsi tərəfindən tərəflərə göndərilmişdir. Lakin Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən X10 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət mümkünsüz hesab edilərək geri qaytarılmışdır. Qətnamə üzrə digər Cavabdeh13 yenidən Cəlilabad Rayon Məhkəməsinə vasitəsilə apellyasiya şikayəti verərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş və qətnaməni gec aldığını, elektron kabinetinin olmadığını bildirmiş və xx.xx.2024-cü il tarixində Asan imza sertifikatını aldığını qeyd etmişdir. Ona görə də şikayəti hazıkı vaxtda verməsinin mümkün olduğunu göstərmişdir. Cavabdeh13nm üzrlü səbəb kimi hesab etdiyi və məhkəməyə bildirdiyi xüsusatların heç biri müddətin bərpası üçün səbəb hesab edilə bilməz. Çünki Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(073)-1521/2023 saylı qətnaməsindən Cavabdeh13ın fevral ayından verilən apelyasiya şikayətindən xəbərinin olması artıq iş materiallarında mövcuddur. Bu xüsusata sübut kimi bildirmişdir ki, əvvəllər apellyasiya şikayəti vermiş X10, xx.xx.2024-cü il tarixində HÖP vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə 50 (əlli) manat ödəniş etmiş, həmin ödəniş qəbzi xx.xx.2024-cü il tarixdə baxılan, lakin təmin edilməyən qərardadın iş materiallarında mövcud olmuşdur. Hazırkı şikayət üzrə də Cavabdeh13 tərəfindən təqdim edilən materiallarda, şikayətdə xx.xx.2024cü il tarixli qəbz mövcuddur. Buradan belə qənaətə gəlmək olar ki, Cavabdeh13 qətnamədən əvvəlki şikayətçi X10 qədər eyni vaxtda məlumatlı olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(073)-1521/2023 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurları tərəfindən də bir neçə dəfə ünvan 3 ünvanına səfər edilmiş və əmlakın boşaldılması təxirə salınmışdır. Bununla əlaqədar əmlakdan qanunsuz istifadə edən keçmiş mülkiyyətçilərdən izahatlar alınmış, hüquq və vəzifələri izah edilmişdir. Göründüyü kimi, iş üzrə cavabadeh olan tərəflərin hər biri qətnaməni rəsmi olaraq almış, qətnamədən məlumatlı olmuş və şikayət vermək üçün kifayət qədər vaxtları olmuşdur. Lakin indiki məqamda vəziyyətin ciddiyətinin fəirqinə varan Cavabdeh13 və digərləri məhkəmdə müddətin bərpasını üzrülü səbəbdən buraxdıqlarını iddia edirlər, bu ərizə isə sadəcə işin əsassız yerə uzadılmasına xidmət edir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli e-2(073)-1521/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-1521/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh13 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh13 şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli e-2(073)-1521/2023 saylı qərardadının ləğv edilməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-1521/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ona münasibətdə təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh13 əri X9 alilənin maddi təminatını təmin etmək üçün qazanc məqsədilə tez-tez qısa müddətlərlə Bakı şəhərində yaşadığından və o (Cavabdeh13) qanunları bilmədiyindən qətnaməni alması barədə onu xəbərdar etməmiş və qətnaməni ona verməmiş, özü ilə Bakı şəhərinə aparaq öz adından şikayət vermişdır. Həmin səbəbdən qətnamənin mövcudluğundan xəbər tutmamışdır. Yalnız xx.xx.2024-cü il tarixdə Asan İmza sertifikatı aldıqdan və Elektron Kabinetə daxil olduqdan sonra məlumatlı olmuşdur. Hesab edir ki, bu hal üzrlü sayılaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli idi. Məhkəmə prosessual hüquq normalarını pozaraq müddəti bərpa etməmişdir. Cavabdeh qeyd olunanların nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli e- 2(073)-1521/2023 saylıqərardadının ləğv edilməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-1521/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ona münasibətdə təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılmış, Cəlilabad Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 15 avqust 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri tədqiq edərək aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında yer alan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(073)-1521/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh12 Züzfüqar qızına, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10, Cavabdeh14 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında yer alan xəbərnamədən görünür ki, Cavabdeh13 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(073)-1521/2023 saylı qətnaməsini xx.xx.2024cü il tarixdə digər qaydada - əri - X9 vasitəsilə almışdır. Cavabdehin əri, iş üzrə tərəf olmayan X9 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1521/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(073)-1521/2023 saylı qərardadı ilə iş üzrə tərəf olmayan X9 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında yer alan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X10 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh13 hazırkı vəsatətinə və apellyasiya şikayətinə də məhz həmin qəbzi təkrar əlavə etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh13 apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etmək əvəzinə X10 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu barədə xx.xx.2024-cü il tarixli ödəniş qəbzini əlavə etmişdir. Buradan, eləcə də məhkəmə iclası zamanı məhkəmənin cavabdehə verdiyi sualların cavablarından aydın olur ki, Cavabdeh13 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(073)-1521/2023 saylı qətnaməsindən əvvəlki şikayətçi X10 ilə eyni vaxtda məlumatlı olmuşdur. Belə ki, məhkəmənin suallarına cavab verən cavabdeh İsmayılov Tofiqin onun əri olduğunu, eyni evdə yaşadıqlarını, eləcə də 2024-cü ilin fevral ayında İsmayılov Tofiq tərəfindən şikayət verildiyini və məhkəmə tərəfindən mart ayında həmin şikayətin geri qaytarıldığından məlumatlı olduğunu bildirmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdehin həyat yoldaşının qanunları bilməməsi, işlədiyi üçün evdə olmaması ilə bağlı şikayətinin dəlili ilə bağlı qeyd edir ki, mövcud qanunvericiliyə əsasən qanunu bilməmək tərəfi məsuliyyədən azad etmir. Cavabdehin həyat yoldaşı həmin qətnamənin surətini cavabdehə təqdim etmək vəzifəsi daşımış və cavabdehin bildirdiyinə görə bunu icra etməmişdir. Eyni zamanda tərəf vaxtında qətnamədən məlumatlı olmadığını bildirsə də, cavabdehin həyat yoldaşı X9 qətnamədən hətta apellyasiya şikayəti vermiş, bir sıra əsaslara görə apellyasiya şikayəti geri qaytarılmışdır. Belə olan halda da, cavabdehin qətnamədən məlumatlı olmaması barədə dəlili əsaslı hesab edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, prosessual müddət ötürülməklə verildiyindən, müddətin bərpasına dair əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən şikayət əsaslı hesab olunaraq, təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən doğru qənaətə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli e-2(073)-1521/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar