Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1410/2023 15.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X1 tərəfindən birgə nikah dövründə inşa etdirilmiş və Lerik rayon hamarmeşə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, iddia təmin edilməklə İddiaçı mərhum əri X1 tərəfindən birgə nikah dövründə inşa etdirilmiş və Lerik rayon Hamarmeşə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Lerik Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qərardadı ilə, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh yeniden Lerik Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qərardadı ilə, apellyasiya şikayəti icraata qəbul edilərək, mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 11 avqust 2023-cü il tarixdə Şirvan Apellkyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1410/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 15 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Lerik Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(048)- 64/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatı üçün prosessual əsaslarının olub-olmamasını müəyyən edərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, iş materialından görünür ki, Lerik Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qətnaməsi 23 fevral 2023-cü il tarixdə iş üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Qeyd olunan qətnaməni Cavabdeh xəbarnaməyə şəxsən imza çəkməklə 15 mart 2023-cü il tarixdə qəbul etmişdir (səh 50). Bununla da apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı başlamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 10 aprel 2023-cü il tarixdə poçt vasitəsilə göndərilmiş, şikayət birinci instansiya məhkəməsinə 18 aprel 2023-cü il tarixdə daxil olmuşdur. Lerik Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qərardadı ilə, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh yenidən apellyasiya şikayəti tərtib edərək poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə şikayəti birinci instansiya məhkəməsinə göndərmiş, şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan sonra birinci instansiya məhkəməsi mülki işi apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara almışdır. Halbuki apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi cavabdeh qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışdır. Birinci dəfə apellyasiya şikayətinə qanunvericilikdə nəzərdə tutulmuş versə də, şikayət MPM-in tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Artıq ikinci dəfə apellyasiya şikayəti MPM-də nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Həmçinin ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Birinci instansiya məhkəmə qeyd olunan halı nəzərə almadan yəni qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsini yoxlamadan şikayəti apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilməsi nəzərdə tutulmuşdur. İş materiallında olan apellyasiya şikayətindəki daxil olma ştampındakı tarixdən görünür ki, apellyasiya şikayəti 2 ay 15 gün sonra Lerik rayon Məhkəməsinə daxil olmuşdur. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin o, da qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin: 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada tədqim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununlada apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil məhz poçt vasitəsilə kağız formada birinci instansiya məhkəməsinə göndərilmişdir. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(048)-64/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1410/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1410/2023
15.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver