Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1410/2024 05.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı avtomobil ya onun dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: əmlak tələbi, avtomobil və yaxud da onun dəyəri. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X13, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobil və ya onun dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(017)-213/2024 saylı qətnaməsindən (hakim Sulduz Ləzimov) iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qara rəngli “HUNDAY SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN- KMHSJ81WP6U032844) avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında yaxın tanışı olan X4 vermişdir. Seymur Pənciyevlə aralarında olan razılığa görə həmin avtomobil satılmalı və əldə olunan pul hesabına ilkin ödəniş edilməklə Seymur tərəfindən ona yeni avtomobil alınmalı idi. Seymur Pənciyev onun etibarından sui istifadə edərək mülkiyyətində olan avtomobili Şakir adlı şəxsə satmış, Şakir isə öz növbəsində Cavabdeh satmışdır. Lakin avtomobili satmalarına baxmayaraq ona avtomobilin satılmasına görə heçbir ödəniş edilməmiş və yaxud ona başqa avtomobil alınıb verilməmişdir. Sonradan o, Seymur Pənciyev tərəfindən aldadıldığı üçün aidiyyatı üzrə Ağcabədi Rayon Polis şöbəsinə, DİN-102 məlumat mərkəzinə, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və DİN-nin BDYP-nə rəsmi şikayət ərizələri ilə müraciət etmişdir. Bundan başqa X2 adına verilmiş olduğu baş etibarnaməni ləğv etdirmişdir. Cavabdeh ilə Ağcabədi rayon Polis Şöbəsində avtomobilini geri istəsə də cavabdeh avtomobili geri qaytarmaqdan imtina etmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərərək avtomobilini geri tələb etmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh avtomobili geri qaytarmaqdan imtna etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmaqla Cavabdeh onun mülkiyyətində olan avtomobili alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı Beyləqan şəhəri, Məmmədxanov küçəsi ev 86-da yaşayan X5 Hyundai markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan avtomobili sövdələşmə aparmaqla 20.000 manata razılaşaraq almışdır. Aldığı avtomobilə görə X9 19.900 manat nağd pul vermişdir. Şakir Nəsibov avtomobili ona baş etibarnamə əsasında satmışdır. Həmin vaxtdan yəni 13 sentyabr 2022-ci il tarixdən hazırkı vaxtadək avtomobil onun istifadəsindədir. O, Beyləqan Rayon Məhkəməsində X9 qarşı 20.000 manat pulun Şakirdən alınaraq ona verilməsi tələbinə dair iddia qaldırmış, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmçinin həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsində də dəyişdirilmədən saxlanmışdır. Şakir Nəsibov ona avtomobili qaytaracağı təqdirdə pulu verəcəyini bildirmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(017)-213/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “HUNDAY SANTAFE minik” markalı, istehsal ili 2006, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməini qət etsə də, bu mümkün olmadığı halda avtomobilin dəyərinin cavabdehdən tutulmasını qətnamədə qeyd etməmişdir. Eyni zamanda qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı iddiası təmin olunarkən, məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan qanun normasının mənasından da göründüyü kimi əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur, yəni işin hallarından göründüyü kimi Cavabdeh mübahisəli avtomobili əldə edərkən özgəninkiləşdirənin həmin avtomobil qanuni sərəncamında olmuş, Cavabdeh həmin avtomobili 19.900 manat qarşılığında X14 ilə faktiki alqı-satqı münasibətlərinə girməklə ondan almışdır. Lakin məhkəmə bütün bunları nəzərə almamış, Cavabdeh əslində vicdanlı alıcı kimi çıxış etməklə pul verib maşın almasını düzgün qiymətləndirməmiş, qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə Cavabdeh iş üçün əhəmiyyətli olan izahatını ümumiyyətlə nəzərə almamışdır. Belə ki, qətnamə qəbul olunarkən mübahisəli avtomobil Cavabdeh sahibliyində və istifadəsində olmadığı halda avtomobilin Cavabdeh alınıb iddiaçıya verilməsi qət olunmuşdur, hansı ki, həmin vaxt avtomobil cavabdehin sahibliyində olmamış və X4 təhvil verilmişdir ki, işin bu halı məhkəmənin qətnaməsinin icrasını qeyri-mümkün edəcəkdir. Məhkəmə Cavabdeh bu hal barədəki izahatını nəzərə almamış, onun izahatında maşının hazırda da, cavabdehin istifadəsində olduğunu göstərmiş, cavabdehdə olmayan əşyanın ondan alınması barədə əsassız qətnamə qəbul olunmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, cavabdehin vermiş olduğu apellyasiya şikayətinə öz etirazını bildirmiş, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, avtomobil hazırda cavabdehdədir. O, ona məxsus avtomobili gizlədir. Çünki avtomobil axırıncı etibarnamə əsasında cavabdehdə olmuşdur. Həmçinin cavabdeh avtomobili qaytarıb Seymura verməsi ilə bağlı hər hansı sübutu yoxdur. Bundan başqa cavabdeh avtomobilinə məxsus dövlət qeydiyyat nişanını maşının üzərindən çıxararaq yerdə şəklini çəkərək onun telefonuna göndərmiş və “bir kişi varsa, gəl danışaq” kimi mesajlar vermişdir. Bildirmişdir ki, hazırda avtomobili ona qaytarılmayıb, bilmir ki, avtomobili sökülərək ehtiyyat hissələr kimi satılıb ya yox? Ona görə də avtomobilin dəyərinin də cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, onun avtomobilin dəyəri 20000 manat təşkil etmişdir. Lakin Seymur həmin avtomobili 16000 manata Şakirə, Şakir isə 19900 manata hazırkı cavabdeh Allahverənə satmışdır. Beləliklə həmin avtomobilin təqribi bazar qiyməti artıq məlumdur. Bundan başqa qeyd etmişdir ki, avtomobili Seymurda ola bilməz. Çünki Seymur hazırda həbs edilmiş və Xəzər rayon Polis İdarəsində barəsində CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanılmışdır. Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, iddiaçının vermiş olduğu apellyasiya şikayətinə öz etirazını bildirmiş, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, hazırda avtomobil onda deyil. Belə ki, Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə Şakirdən 19900 manat pulun tutularaq ona verilməsi qət edildikdən sonra o avtomobili aparıb Şakirə deyil, Seymura təhvil vermişdir. Lakin avtomobili təhvil verməsi ilə bağlı hər hansı sübutu yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunaraq, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, mühərrik həcmi G2200, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 21 avqust 2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı nümayəndəsi X10 xx.xx.2022-ci il tarixdə "HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X9 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 20 oktyabr 2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı adından X3 bu etibarnamə ilə "HYUNDAİ SANTAFE minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyəti vermişdir. Həmin etibarnamə 19 avqust 2023-cü il tarixdə qüvvədən düşmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 16 noyabr 2023-cü il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı Ağcabədi rayonu Qaradolaq kənd sakini Cavabdeh 3 gün müddətində mülkiyyətində olan "HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, mühərrik həcmi G2200, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini və ya avtomobilin ümumi dəyəri olan 20.000 manat pulu geri qaytarmasını əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X8 qarşı 19900 manat pul tələbinə dair iddiası təmin edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1890/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 cavabdeh X7 qarşı mübahisəli avtomobilə görə verdiyi pul tələbinə dair iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi avtomobilin qaytarılmasının mümkün olmadığı təqdirdə onun dəyərinin tutulmasına dair hissədə iddianı rədd edərkən, doğru qənaətə gəlməmişdir. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı özünə məxsus avtomobili satılması üçün Seymur adlı şəxsə vermişdir. Seymur həmin avtomobili Şakir adlı şəxsə 16000 manata satmışdır. Şakir adlı şəxs də həmin avtomobili hazırkı cavabdeh Allahverənə satmışdır. Avtomobil barəsində mübahisə yarandıqdan sonra Allahverən məhkəmədə Şakirə qarşı avtomobilə görə ödəmiş olduğu 19900 manat pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış və Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunaraq 19900 manat pulun Şakirdən alınaraq Allahverənə verilməsi qət edilmişdir. Eyni zamanda Şakirin də Seymura qarşı 16000 manat pul tələbi ilə bağlı iddiası Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunaraq 16000 manat pulun Seymurdan alınaraq Şakirə verilməsi qət edilmişdir. Müəyyən edilir ki, mübahisəli avtomobil axırıncı dəfə etibarnamə əsasında Allahverənin sahibliyində və istifadəsində olmuşdur və cavabdeh həmin avtomobili Seymura qaytardığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin cavabdehin avtomobili hələ qətnamə ilə alınması qət edilmiş 19900 manat pulu almadan məhz Şakirə deyil, Seymura qaytarması anlaşılan deyil. Belə ki, cavabdeh kollegiyanın iclasında 19900 manat pulu Şakirdən almadığını demişdir. Cavabdeh avtomobili niyə Şakirə deyil, Seymura qaytarması ilə bağlı suallara məntiqli cavab verməmişdir. Bütün bunlara əsasən Kollegiya hesab edir ki, avtomobil məhz cavabdehdədir. İddia tələbindən görünür ki, iddiaçı avtomobilini 20000 manat məbləğində qiymətləndirmişdir. İşlə müəyyən olunur ki, həmin avtomobil birinci dəfə 16000 manata, ikinci dəfə isə 19900 manata satılmışdır. Kollegiya prosessual qənaət prinsipinə əsaslanaraq iş üzrə avtomobilin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etməmiş və avtomobilin axırıncı satış qiymətini (19900 manat) real bazar qiymətinə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Qeyd edir ki, avtomobilin dəyəri 19900 manat qəbul edilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, cavabdehin dəlilləri formal mülahizələtdən ibarətdir. Şərh edilənlərə əsasən də, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 10 iyun 2024cü il tarixli, 2(017)-213/2024 saylı qətnaməsi- İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan qara rəngli “HYUNDAİ SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN- KMHSJ81WP6U032844) avtomobil olmadıqda onun dəyəri 20000 manatın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə iddianın rədd edilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən qara rəngli “HYUNDAİ SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN-KMHSJ81WP6U032844) avtomobilin İddiaçı qaytarılmasının mümkün olmadığı təqdirdə, onun dəyəri 19900 (on doqquz min doqquz yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfin iddiası qismən təmin olunduğundan, onun mübahisələndirə biləcəyi hissə 5000 manatdan az olduğu üçün iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdeh tərəfin isə qətnamədən qanunvericiliklə müəyyən edilmiş qaydada kassasiya şikayəti vermək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(017)-213/2024 saylı qətnaməsi- İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan qara rəngli “HYUNDAİ SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN-KMHSJ81WP6U032844) avtomobil olmadıqda onun dəyəri 20000 manatın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə iddianın rədd edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən qara rəngli “HYUNDAİ SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN-KMHSJ81WP6U032844) avtomobilin İddiaçı qaytarılmasının mümkün olmadığı təqdirdə, onun dəyəri 19900 (on doqquz min doqquz yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1410/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1410/2024
05.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver