Məhkəmə qərarları › İş №2(106)-1413/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1413/2025

04.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1413/2025 04.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3016/2025 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin hərrac yolu ilə satılaraq əldə olunan gəlirin paylara uyğun mülkiyyətçilərə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir . ənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3016/2025 saylı qərardadı ilə (hakim E.Ələsgərov) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin hərrac yolu ilə satılaraq əldə olunan gəlirin paylara uyğun mülkiyyətçilərə ödənilməsi” tələbinə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, sənədlərin iddiaçıya geri qaytarılması və İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. diaçı (nümayəndəsi və vəkili Nümayəndə) Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 3016/2025 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürlməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. kayət onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1902/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı, Cavabdeh1 və Cavabdeh3 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Həsən qızına qarşı“paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddianın təmin edilməməməsinin əsası isə ekspertin verdiyi rəyə əsasən olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 24 oktyabr 2024cü il tarixli, 10/5896 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı ilə cavabdehlərin ümumi mülkiyyətində olmaqla Lənkəran şəhəri, X6 küçəsi ev 24 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin həyətyanı torpaq sahəsindən, yəni 0,024 ha torpaq sahəsi və üzərində yerləşən 90 kv.m sahəsiolan fərdi yaşayış evində 7/12 hissədə İddiaçı, 1/12 hissədə Cavabdeh1, 1/12 hissədə Cavabdeh3 və 1/12 hissədə X1 payının naturada ayrılmasının AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normalarf-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bundan sonra çıxarışa əsasən bütün mülkiyyətçilərə pretenziya göndərilərək payını almalarını təklif etmişdir. Lakin buna baxmayaraq ona heç bir təklif gəlməmişdir. Bu səbəbdən də qeyd edilən daşınmaz əmlakın hərrac yolu ilə satılaraq əldə olunan pul vəsaitinin onun payına uyğun olaraq bölünməsi barədə iddia qaldırmağa məcburdur. Lakin Lənkəran Rayon Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq iddia ərizəsini geri qaytarmışdır. Belə ki, məhkəmə bu növ iddialarda 3 mərhələli iddialar olmasını qeyd etmişdir. Tərəflər arasında payların vərəsələr arasında bölünməsi ilə bağlı iddia birinci mərhələ iddia sayılır. Daha sonra ikinci mərhələ iddia isə payların naturada bölünməsi iddiasıdır ki, həmin iddia ilə də məhkəməyə müraciət edilmiş və məhkəmə payların naturada bölünməsinin mümkün olmadığı səbəbindən iddianı rədd etmişdir. Yəni ki, məhkəmənin geri qaytarma haqqında qərardadında göstərdiyi kimi də iki mərhələ keçmiş və üçüncü mərhələ olan əmlakın satılaraq pulun paylara uyğun olaraq tərəflər arasında bölünməsi ilə bağlı iddia təşkil edir. Lakin məhkəmə özü də belə bir iddianın verilməli olduğunu qərardadında qeyd etsə də hansısa müəmmalı səbəbdən iddia ərizəsini geri qaytarmışdır. Səbəb kimi isə ikinci mərhələyə baş vurulmadan üçüncü mərhələnin tələb edilməsidir. Bir daha məhkəmənin nəzərinə çatdırılmalıdır ki, birinci mərhələ payların vərəsələr arasında bölünməsi iddiasıdır ki, bu mərhələ keçilmişdir. İkinci mərhələ payların naturada bölünməsi tələbidir ki, bu mərhələ də keçilmişdir. Üçüncü mərhələ isə əmlakın satılaraq pulun paylara uyğun olaraq bölünməsidir ki, bu iddia da qaldırılmışdır. Həmçinin məhkəmənin qərardadda irəli sürdüyü fikirlərdən biri tərəflərə payın alınmasının təklif edilməməsidir. Lakin iddia ərizəsinə əlavə edilmiş prentenziyaya diqqətlə baxılsa görüləcək ki, onlar pretenziya ilə təklif irəli sürmüş və qanunda göstərilən 45 gün müddət yox 60 gün müddət gözlədikdən sonra tərəflərdən heç bir reaksiya gəlmədiyi üçün məhkəməyə müraciət etmişdirlər. Bu hissədə tərəflərin susması razılıq vermədikləri anlamına gəlir. Tərəflərdə susmaqla razılıq vermədiklərini ifadə etmişlər. 2-ci mərhələyə baş vurulması ilə bağlı sübutu, yəni Lənkəran Rayon Məhkəməsinin qətnaməsini işə əlavə etmişdirlər. Lakin məhkəmə həmin qətnaməyə nəzər yetirmədən və həmin qətnaməni nəzərə almadan iddianı geri qaytarmışdır. ənkəran Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2(049)-3016/2025 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-3016/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməklə, qərardadın dəyişdirilmədən saxlanılması və həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən mülki işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3016/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İş materiallarına nəzər keçirilərkən aydın olur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1799/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X2 adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən 0,024 ha torpaq sahəsi və evdə İddiaçı payı -7/12 hissədə, Cavabdeh1 1/12 hissədə. Cavabdeh3 1/12 hissədə, X1 1/12 hissədə, X4 1/12 hissədə, Cavabdeh5 Həsən qızının 1/24 hissədə, Cavabdeh4 1/24 hissədə müəyyən edilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1902/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddiası payların texniki cəhətdən naturada bölünməsi mümkün olmadığından rədd edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin hərrac yolu ilə satılaraq əldə olunan gəlirin paylara uyğun mülkiyyətçilərə ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması nəticəsinə gələrkən haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 48-50-ci bəndlərində qeyd edilmişdir ki, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Həmin qərardadın 57-ci bəndində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Göründüyü kimi paylı mülkiyyətdə əmlakın bölünməsi üç mərhələdə mümkündür:

1. payların müəyyən edilməsi və bölgüsü;

2. payların naturada ayrılması və ya mümkün deyilsə, kompensasiya ödənilməsi;

3. yalnız bundan sonra əmlakın açıq hərracda satılması. Bu ardıcıllıq məcburidir, istənilən mərhələnin ötürülməsi yolverilməzdir. Məhkəmə tərkibi şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehlərə pretenziya göndərsə də, bu, məhkəmə tərəfindən kompensasiyanın müəyyən olunması barədə iddia qaldırmaq və cavabdehlərə təklif edilməsi öhdəliyini əvəz etmir. Yalnız məhkəmənin təsbit etdiyi kompensasiyadan imtina edildikdə əmlakın açıq hərracda satılması mərhələsinə keçmək olar. Birinci instansiya məhkəməsi iddianı geri qaytarmaqla, əslində, qanunla müəyyən edilmiş mərhələlərin ardıcıllığının pozulmasının qarşısını almışdır. Əks halda, kompensasiya hüququndan istifadə etmək istəyən cavabdehlərin mülkiyyət hüququ pozulmuş olardı. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 3016/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı:

Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3016/2025 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3016/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar