Məhkəmə qərarları › İş №2(106)-1417/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1417/2024

12.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1417/2024 12.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaq sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi. X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(020)-510/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon Kooperativ Cəmiyyətinin (Sovxoz-fəhlə kooperativinin) xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə ayrlmış və xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə çıxarışla dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binasına məxsus 600 kv.metr torpaq sahəsində Cavabdeh tikdiyi tikililər onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 02 iyun 2017-ci il tarixli 31 saylı qərarı ilə Beyləqan rayon X5 Heyətinin 27 mart 2017-ci il tarixli müraciətinə uyğun olaraq və ləğv edilmiş Sovxoz Fəhlə kooperativinin Beyləqan rayonu Əhmədli kəndində yerləşən ümumi sahəsi 600,0 kv.metr o cümlədən tikinti altı sahəsi 118.8 kv.metr olan mağaza binasının payçı İddiaçı satılmasına dair qərar qəbul edilmişdir. Qərara uyğun olaraq mağazanın dəyərinin əvvəlcədən ödənilməsi nəzərə alındığı qeyd edilmişdir. Həmin sənədlərə uyğun olaraq Beyləqan rayon X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatə İdarəsi tərəfindən 05 noyabr 2001-ci il tarixində qeydiyyat vəsiqəsi və texniki pasport çəkilərək verilmişdir. xx.xx.2017-ci il tarixində həmin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Beyləqan rayonu, Əhmədli kəndində 0,0157 kv. metr torpaq sahəsində 93.9 kv. metr qeyri yaşayış binası üçün ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış və teknıki pasport verilmişdir. 2017-ci ildə iş üzrə Cavabdeh -Səfər oğlu iddiaçının istifadəsində olan 0.06 ha torpaq sahəsini özbaşına zəbt etməsi səbəbindən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinə müraciət etmişdir. Xidmət özünün 02 iyul 2017-ci il tarixli məktubu ilə bildirmişdir ki, Beyləqan rayon İstehsal- İstehlak Koopertivinin adına tərtib edilmiş 2001-ci il tarixli texniki pasportda istifadədə göstərilən torpaq sahəsi üzərində Beyləqan rayon Əhmədli Bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində dövlət reyestrində qeydiyyata almmışıdr. Sonradan Beyləqan rayonu Əhmədli Bələdiyyəsi həmin toıpaq sahəsini xx.xx.2017-ci il tarixli 4Ə-98 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında digər şəxsə satmışdır. Beyləqan rayon İstehsal- İstehlak Kooperativinin adına tərtib etdiyi 2001-ci il tarixli texniki pasportda istifadədə göstərilən torpaq sahəsinin təqribən 200 kv.metr Beyləqan rayon Əhmədli bələdiyyəsi tərəfindən satılmış 0,06 ha torpaq sahəsi ilə üst- üstə düşür. Bundan sonra iddiaçı DƏDRX-nə və Beyləqan rayon Əhmədli Bələdiyyəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verilərək Bələdiyyənin 02 noyabr 2016-cı il tarixli qərarının etibarsız hesab edilməsi xahiş etmiş, məhkəmənin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin məhkəmədə zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 17638 saylı 04 noyabr 2019-cu il tarixli rəy verilmiş və həmin rəyində göstərmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, Seriya RX № ******* nömrəli reystr nömrəsi **********13 olan Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçüləri uyğunsuzluq təşkil edir. Beyləqan rayon Kooperativ Cəmiyyətinin xx-xx-2002-ci il tarixli 2 nömrəli qərarı ilə və xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının və həmin binaya məxsus təqdim olunmaması səbəbindən mümkün olmamışdır”. Cavadeh Cavabdeh iddiaçıya məxsus, qanuni istifadəsinə verilmiş bu torpaq sahəsində zəbt edərək qanunsuz tukililər tikməklə, ona həmin 600 kv.metr torpaq sahəsini icarəyə götürmək və ya özgəninkiləşdirmək yolu il əmlakı mülkiyyətinə keçirmək hüququndan mərhum etmişdir. Həmin torpaq sahəsini iddiaçı cavabdehdən daha əvvəl əldə etmişdir Odur ki, Beyləqan rayon Kooperativ Cəmiyyətinin xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə ayrlmış və xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə çıxarışla dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binasına məxsus 600 kv.metr torpaq sahəsində Cavabdeh tikdiyi tikililər onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının torpaq sahəsinə heç bir maneçilik törətmir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Onun həmin torpaq sahəsinə dair çıxarışı vardır. Torpaq sahəsini bələdiyyədən almışdır və həmin 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının isə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi yoxdur. İddiaçı bundan əvvəl də hazırkı tələblə bağlı məhkəmədə iddia qaldırmışvə onun vəsatəti əsasında ekspertiza təyin edilmişdir. Ekspertizanın rəyi ilə onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçının xahişi ilə məhkəmə onun iddiasının baxılmamış saxlamışdır. Lakin iddiaçı yenə də əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(020)-510/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı iddia ərizəsində bu maddi normaya istinad etmiş, zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmiş, məhkəmə də bu normaya istinad etmiş, lakin bu normanı düzgün tətbiq etməmişdir. Məhkəmə bu normanı ancaq cavabdehə münasibətdə tətbiq etmiş, iddiaçıya münasibətdə isə bu normanı unutmuşdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Müllki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. İddiaçının mübahisə olunan torpaqda qeyri-yaşayış sahəsi üçün mülkiyyət hüququnu təsdiq edən çıxarışı və texniki pasortu və həmin çıxarış və texniki pasportda göstərilməklə 0,01157 ha torpaq sahəsi üçün isə istifadə hüququ təsbit edilmişdir. Birinci instansiya Məhkəməsi Mülki Məcəllənin 157-158-ci maddlərinin normalarına formal istinad etmiş, lakin onları iddiaçıya münasibətdə düzgün tətbiq etməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin 02 iyun 2017-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Beyləqan rayon X2 adına tərtib edilmiş 2001-ci il tarixli texniki pasportda istifadədə göstərilən torpaq sahəsinin texniki pasportda istifadədə göstərilən torpaq sahəsinin təqribən 200 kv.metr Beyləqan rayon Əhmədli bələdiyyəsi tərəfindən satılmış 0,06 ha torpaq sahəsi ilə üst- üstə düşür”. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 17638 saylı 04 noyabr 2019-cu il tarixli rəy verilmiş və həmin rəydə məhkəmənin qərardadda qoyduğu 3cü sual üzrə ekspert göstərmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şirvan LTİnin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, Seriya RX № ******* nömrəli reystr nömrəsi **********13 olan Dövlət reyestrindən çıxarışa əsasən Cavabdehmülkiyyətində olan 0,06 ha torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçüləri uyğunsuzluq təşkil edir”. Lakin Beyləqan rayon Məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noybar 2023-cü il tarixli ekspert rəyinə istinad edərək yazmışdır ki, “Eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindın verilmiş 11075915 seriyalı çıxarışa və 15 aprel 2017-ci il tarixli reyestr nömrəsi **********28-06301 olan Texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan (hal-hazırda mövcud olan) 0,01157 ha qeyri-yayış binasının yerləşdiyi 0,01157 ha torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindənverilmiş ******* seriyalı çıxarışa X1 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür”. Göründüyü kimi işdə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olmasına baxmayarq, məhkəmə təkrar ekspertiza təyin etməmiş, AR MPM-nin 102.2-ci maddəsinin normalarını pozmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsiyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinə müraciət olunmuş, Xidmət özünün 02 iyun 2017-ci il tarixli məktubu ilə aydın şəkildə yazmışdır ki, “Beyləqan rayon İstehsal-İstehlak Kooperativinin adına tərtib edilmiş 2001-ci il tarixli texniki pasportda istifadədə göstərilən torpaq sahəsinin təqribən 200 kv.metr Beyləqan rayon Əhmədli bələdiyyəsi tərəfindən satılmış 0,06 ha torpaq sahəsi ilə üst- üstə düşür”. Həmin fakt Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza düşür”. Həmin fakt Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 17638 saylı 04 noyabr 2019-cu il tarixli rəy ilə təsdiq edilməsinə baxmayaraq, məhkmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətanmə qəbul etməmiş və AR MPM-nin 217-ci maddəsininnormalarını bilərəkdən pozmuşdur. Birinci instansiya məhkəməsin işin bu faktili hallarına diqqət yetirməmişdir ki, iddiaçıya adı çəkilən qeyri-yaşayış sahəsi və torpaq sahəsi Beyləqan rayon X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatə İdarəsi tərəfindən 05 noyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi və texniki pasporta uyğun olaraq, cavabdehdən daha əvvəl verilmişdir. Bundan əlavə məsələnin əsl mahiyyəti ondan ibarət olmalı idi ki, Cavabdeh Beyləqan rayon Bələdiyyəsinin qərarı ilə ayırdığı torpaq sahəsində tikili tikmişdir yoxsa, İddiaçı məxsus torpaq sahəsində tikili tikmişdir. Məhkəmə işin bu faktiki hallarnı araşdırmamışdır. İddia ərizəsi ilə məhkəməyə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin 02 iyul 2017-ci il tarixli məktubu, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən17638 saylı, 04 noyabr 2019-cu il tarixli rəyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 noyabr 2021-ci il, 10 dekabr 2021-ci il, 25 fevral 2022-ci il və 29 mart 2022ci il tarixli məktubları, foto-şəkillər və digər sübular təqdim edilməsinə baxmayaraq, məhkəmə bir-birinə zidd rəylərin ortada olmasına baxmayaq, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsini yazmışdır. Bunu da nəzərə almaq lazımdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximəti özünün 02 iyul 2017-ci il tarixli məktubunda bu topaq sahəsinin 200.kv metrinin üst -üstə düşdüyünü yazır, lakin onun tabeliyində olan 6 saylı Beyləqan Ərazi İdarəsi isə topaq sahələrinin üst-üstə düşməməsini yazır. Ümumiyyətlə, yeni ekspertiza zamanı mütəxəssis rəyi alınmasına zərurət olarsa, bu mütəxəssis rəyi 6 saylı Ərazi İdarəsindən deyil, Xidmətin öz mütəxəssislərdən alnması daha ədalətlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh, iddiaçının məhkəmə iclasının təxirə salınması ilə bağlı ərizəsinə qəti etiraz etmiş və göstərmişdir ki, aralarındakı mübahisə 6 ildən çoxdur davam etmişdir. Hesab etmişdir ki, iddiaçının məqsədi süründürməçilikdən başqa bir şey deyildir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı bundan əvvəl onunla Bələdiyyə arasında bağlanmış 02.112016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, lakin Şirvan İnzibati- İqtisadi məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(086)-1107/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bundan narazı qalan İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-cil tarixli, 2-1(106)-236/2020 saylı qərarı ilə Şirvan İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(086)-1107/2019 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır. İddiaçı V.X6 Məhkəməsinin xx.xx.2020-cil tarixli, 2-1(106)-236/2020 saylı qərarından narazı qalaraq kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-1855/2020 sayl qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-cil tarixli, 2-1(106)-236/2020 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır. Bildirmişdir ki, iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Apellyasiya baxışında iddiaçı iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, vəkili Nümayəndə2 ürək əməliyyatı keçirməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də ərizəsinə bu halı təsdiq edəcək hər hansı rəsmi sənədini əlavə etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışdan görünür ki, X7 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2023- cü ildə Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və topraq sahəsində aparılmış tikinti işlərinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən Beyləqan rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(020)137 saylı qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7155 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa Əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Azərittifaqın qərarına görə iddiaçıya məxsus 118.8 kv.m qeyri-yaşayış sahəsinin ölçüləri ilə hal-hazırda mövcud olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa ve 15 aprel, 2017-ci il tarixli reyest nömrəsi **********8-06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0.01157 ha qeyri-yaşayış binasının ölçüləri uyğun gəlmədiyi üçun qeyd edilən 118.8 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazini naturada müəyyən etmək mümkün olmadi. Ona görə də Azərittifaqın qərarına görə iddiaçıya məxsus 118.8 kv.metr qeyri-yaşayış sahəsinin və cavabdehə məxsus 0.06 ha torpaq sahəsinin üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa və 15 aprel 2017-ci il tarixli reyestr nömrəsi **********28-06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan (hal-hazırda mövcud olan) 0.01157 ha qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa X1 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı X4 verdiyi 23 avqust 2002-ci il tarixli 30x20 xəritə cizgidə qeyd edilən 118.8 kv.m (11x10.8) ölçüdə qeyri-yaşayış sahəsi naturada mövcud olmadığı, eyni zamanda həmin xəritə cizgidə miqyas və digər istinad nöqtələri mövcud olmadığı üçün qeyd edilən 0.06 ha torpaq sahəsinin naturada müəyyən edilərək ölçülməsi mümkün olmadı. Azərittifaqın qərarına əsasən İddiaçı mülkiyyətində olan 118.8 kv.metr (11x10.8) qeyri-yaşayış binasının və həmin binaya məxsus (2001 -ci il tarixli texniki pasporta əsasən) 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa və 15 aprel 2017-ci il tarixli reyestr nömrəsi **********28-06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan (hal-hazırda mövcud olan) 0,01157 ha qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmiş və İddiaçı istifadəsindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa əsasən İddiaçı mülkiyyətinə qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa X1 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa və 15 aprel 2017-ci il tarixli reyestr nömrəsi **********28- 06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan (hal-hazırda mövcud olan) 0,01157 ha qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmiş və İddiaçı istifadəsindədir. Birinci instansiya məhkəməsi də, qeyd edilən faktlara əsaslanaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı mübahisələndirir. Şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, ekpsert rəyləri arasında ziddiyət olsa də, məhkəmə iş üzrə təkrar ekspertiza təyin etməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda sadalanan mövqeyi ilə razılaşır və apellyasiya şikayətində qeyd edilənləri əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. İddiaçı tərəf apellyasiya şikayətində göstərdiklərini hüquq normalarının tələblərinə uyğun əsaslandırmamış və buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(020)-510/2024 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar