Məhkəmə qərarları › İş №2(106)-1419/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1419/2025

18.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1419/2025 18.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-41/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 2-ci kvartalının 1-ci dolayında özbaşına tutduğu (zəbt etdiyi) 9 ha. torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb, əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-41/2025 saylı qətnaməsi ilə (hakim N.Bağırov) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə iddiası təmin edilməmiş, ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/6042 saylı məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 50 manat pul vəsaitinin İddiaçındən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad rayon sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 1 saylı dolayının 2-cı kvartalında yerləşən 9 ha. torpaq sahəsində qeyriqanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi müəyyən olunmuşdur. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyevin və C.Məmmədovun iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldılması barədə cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-R-101-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxtadək boşaldılmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçınə məxsus 9 ha torpaq sahəsini qanunsuz istifadə edir. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş, lakin ekspertiza mübahisəli torpaq sahəsini su fondu torpağı kimi göstərmişdir. Mərkəzin ziyanına rəy verilməyinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Daşınmaz Əmlakın Kadastr və X3 Şəxsindən əksin subut edən rəsmi məktub alınmışdır ki, həmin torpaq sahəsi meşə fondu torpağıdır. Onu əsas göstərmişdirlər ki, bölgələrdə TEKUİS və AZCARD məlumat bazası yenilənməmişdir. Ona görə də su fondu torpağı kimi görsənir. Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(056)-41/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, ekspertiza rəyində yanlışlıq vardır. Həmin ərazinin meşə fondunun torpaqlarına aid olması ilə əlaqədar əllərində elektron qaydada müəyyən edilmiş xəritə də vardır. Onlara baş idarədən də məlumat verilmişdir ki, həmin torpaq sahələri meşə fondunun torpaq sahələrinə aiddir. Ekspertizanın həyata keçirilməsinə gəldikdə isə əgər olsa, onlar buradakı regional idarənin mütəxəssisin rəy verməsini istəmirlər. Əgər alınırsa Bakı şəhərindən başqa mütəxəssis gəlib orada baxış keçirib rəy versin. Çünki buradakı mütəxəssis yenidən rəy verərsə hesab edir ki, öz rəyinin əleyhinə hər hansı bir yeni rəy verməyəcəkdir. Onların idarəsinin müstəqil olaraq iddia vermək hüququ vardır. Bu onların əsasnaməsində də göstərilmişdir. Bundan başqa onların başqa məhkəmələrdə də prosesləri var və hər hansı bir problem yaşanmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izaaht verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş edir. Həmin torpaq sahəsi 1991-cı ildən atasının hesabında olmuşdur. Müxtəlif illərlə atası onu ya beş illik, ya üç illik və s. icarəyə götürmüşdür. 13 saylı ərazi idarəsindən mütəxəssisin rəyi vardır. Həmin mütəxəssis rəyi ekspertiza idarəsinə göndərilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, həmin ərazi su fondunun torpaqlarına aid edilir. Faktiki olaraq sistem üzərindən baxılan zaman bu torpaq sahələri su fondunun torpaq sahələrinə aid edilməsi müəyyən olunur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı təşkilatın iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslarının olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə tərkibi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. İddiaçı Cavabdeh qarşı iddia tələbində qeyd etmişdir ki, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad rayon sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 1 saylı dolayının 2-cı kvartalında yerləşən 9 ha. torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi müəyyən olunmuşdur. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyevin və C.Məmmədovun iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldılması barədə cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-R-101-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxtadək boşaldılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasınınh 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə tərkibi qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi iddia ərizəsi İddiaçı direktoru Nümayəndə3 tərəfindən imzalanmaqla torpaq sahəsinin boşaldılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı haqqında Əsasnaməsinin “ümumi müddəalar” bölməsindən görünür ki, əsasnamənin 1.6-cı maddəsinə əsasən Mərkəz qanunvericiliyə uyğun olaraq öz fəaliyyət istiqamətlərinə aid məsələlərlə əlaqədar məhkəmələrdə iddiaçı və cavabdeh qismində çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. Mərkəzin Əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Həmin Əsasnamənin mərkəzin direktorunun vəzifələrini müəyyən edən 5.6.15-ci maddəsinə əsasən xidmətin razılığı ilə dövlət ve yerli özünüidarəetmə qurumlarında, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə Mərkəzi təmsil edir. Qeyd edilən maddələrin müqayisəli təhlilindən görünür ki, İddiaçı direktoru Nümayəndə3 cavabdehə qarşı torpaq sahəsinin boşaldılması tələbinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində müzakirə edilməli, xidmətin razılığına uyğun olaraq məhkəməyə müraciət etməli idi. Belə olan halda İddiaçı direktoru Nümayəndə3 məhkəməyə müraciət etmədən öncə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin razılığı ilə səlahiyyət almalı, daha sonra isə cavabdehə qarşı torpaq sahəsinin boşaldılması üçün məhkəmədə iddia qaldıra bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırki iddia da İddiaçı direktoru tərəfindən qaldırılmış, lakin bu haqda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin razılığı alınmamış, mərkəzin direktoruna belə bir səlahiyyət verilməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Mülki Prosessual Məcəllənin 259.0.3-cu maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini prosessual hüquq normalarının pozulması ilə icraata qəbul etmişdir. Beləliklə məhkəmə tərkibi qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-41/2025 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-41/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçınə izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar