Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-143/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və başqalarının Cavabdeh qarşı “cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması” tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları: “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı1, İddiaçı6, Sevinc Cabbarova, İddiaçı9, İddiaçı10 və Tərbiyyə Cabbarovanın mülkiyyətinə verilib. “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh, X6, X19, Hilalov Hicran İltimas oğlu, X20, X11, X15, X12 və X10 mülkiyyətinə verilib. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 may 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı6, Sevinc Cabbarova, İddiaçı9, İddiaçı10 və Tərbiyyə Cabbarovanın adına qeydə alınıb. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına qeydə alınıb. 5. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X3 adına qeydə alınıb. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydə alınıb. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı8, X13, İddiaçı3, İddiaçı9, İddiaçı2, İddiaçı7 və İddiaçı4 (bundan sonra iddiaçılar və ya ad, soyadı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1,31 ha torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi onlara verildikdən sonra oolar həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmkəndliləri cavabdeh özbaşınalıq edərək onlara məxsus olan həmin payı bəlli torpaq sahəsini hasara almaqla zəbt edərək, torpaq sahəsində iki mərtəbəli ev və digər tikililər inşa etmişdir. Cavabdeh evi 2015-ci ildə, hasarı isə 2016-cı ildə inşa etmişdir. Cavabdehin bu hərəkəti və əməli ilə onların hüquqları tam pozulmuşdur. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Onlar dəfələrlə cavabdehdən həmin torpaq sahəsini boşaldıb təhvil verilməsini xahiş etmişlər. Lakin, cavabdeh buna məhəl qoymamışdır. Mübahisəli 1,50 ha torpaq sahəsinin 0,19 ha hissəsi vəfat etmiş Umahni Cabbarovaya məxsusdur. Cavabdeh mərhumə Umahni Cabbarovaya məxsus olan 0,19 ha pay bəlli torpaq sahəsini də zəbt etmişdir. Onun vərəsəliyi təsdiq olunmadığı üçün 1,50 ha torpaq sahəsinin 0,19 ha hissəsini hazırda onlar mübahisələndirmirlər. Bu hal gələcəkdə mübahisələndiriləcəkdir. Cavabdeh onlara məxsus payı bəlli torpaq sahəsində iki mərtəbəli ev tikib və tikintiyə mane olmaq istədikdə cavabdeh və onun yaxınları onlara qarşı çox kobudluq etmişlər. Qanunvericiliyin tələbinə görə cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli 4964 nömrəli rəyinə əsasən, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən, İddiaçı1 "Torpağa mülkiyyət hüququna dair” JN- 0053 saylı Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, İddiaçı2 "Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarı, İddiaçı7 "Torpağa mülkiyyət hüququna dair” JN-0058 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarı, Südabə Cabbarovaya "Torpağa mülkiyyət hüququna dair” JN0056 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarının Cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək istifadə edildiyi, həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə olan yarımçıq tikilinin inşa olunduğu müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(050)- 154/2017 nömrəli, 11 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışlar ilə İddiaçı9, İddiaçı2, İddiaçı6, İddiaçı8, Subhan Cabbarov, İddiaçı7, İddiaçı4 və İddiaçı3 məxsus olan torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin - evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 mülkiyyətində olan 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsini, İddiaçı2 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,038 ha hissəsini, İddiaçı7 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,12 hissəsini, Südabə Cabbarovanın mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,16 hissəsini birtərəfli dəmir çəpərlə bərkidərək zəbt edib. Həmin ərazidə kənar ölçüləri 11,5 metrx 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa edib. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsində lazımi icazələr almadan özbaşına tikinti işləri apardığından, onun inşa etdiyi tikili-ev və hasar onun öz hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 164.1, 164.2, 170.2, 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110, 111 -ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmayıb, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmayıb. Mübahisəli ərazi islahatdan əvvəl cavabdehin istifadəsində olub, həmin ərazidən fermer təsərrüfatı kimi istifadə edib, orada olan fərdi yaşayış evlərindən biri 1987ci ildə tikilib. Həmin dövrdə hələ islahat başlamamışdı. Əgər sonradan iddiaçılara pay torpaq sahəsi mövcud evin altına düşən torpaq sahəsindən verilmişdirsə, bu onlara pay torpaq sahəsinin düzgün verilmədiyini göstərir. Çünki islahat görə sovxozun əkinə yararlı ərazisi pay torpağı kimi verilməli idi. Lakin, islahata uyğun olaraq həmin torpaq sahəsi sonradan pay torpaq sahəsi kimi iddiaçılara verilib və bu barədə ona “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktı verilib. Həmçinin, həmin torpaq sahəsinə dair iddiaçılara da müvafiq Dövlət Aktları verilib və ötən 18 il müddət ərzində torpaq sahəsindən istifadə etməklə, ona qarşı heç bir tələb irəli sürülməyib. İddiaçılar, Dövlət Aktlarının əvəzinə sonradan Çıxarış aldıqdan sonra ona qarşı iddia irəli sürmələri onların adına olan X9 uyğun tərtib edilmədiyini göstərir. Həmçinin, inşa etdiyi evlərdən biri bələdiyyəyə aid torpaq sahəsində yerləşir. Bələdiyə ilə alğı-satqı müqaviləsi olmasa da, bu cavabdehin gözlənilən hüququdur. Həmin torpaq sahəsindən çıxarılmağını tələb etmək bələdiyyənin səlahiyyətinə aiddir. Qeyd olunan xüsusatlar JN153 saylı Dövlət Aktı, ərazi nümayəndəliyinin təsərrüfat başına kitabdan Çıxarışı və bələdiyyənin məktubu ilə təsdiq olunur. Lakin nə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd, nə də bələdiyyənin mübahisəli əraziyə dair yerqruluşu sənədlər ekspertiza tədqiqatının predmeti olmadığından, ekspert həmin xüsusatlara qiymət verməyib. Bu isə ekspert rəyinin qeyd olunan xüsusatlarla bağlı kifayət qədər aydın və tam olmadığını göstərir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, habelə üçüncü şəxs İddiaçı1 və digərlərinə qarşı “üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin Cavabdeh istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair işə görə hazırki mülki işin icraatı dayandırılmış və sonradan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyinə və iş materiallarına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilməyib. Qeyd olunan 0,3828 ha torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilib. 153 “A” saylı planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşmür. Həmçinin, Cavabdeh üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən istifadə etməsi 27 mart 2017-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapır. Əgər Cavabdeh mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən torpaq sahəsinin koordinatlarının düzgün tərtib edilmədiyini güman edirsə, o inzibati orqanın üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-cizgisinin (koordinatlarının) tərtib edilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməlidir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edib. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən İddiaçı1 JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsi, İddiaçı2 mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 ha hissəsi, İddiaçı7 mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 ha hissəsi, Südabə Cabbarovanın mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 ha hissəsi cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt edilib. Həmin torpaq sahəsində cavabdeh tərəfindən kənar ölçüləri 11,5 metr x 11,6 metr 9,0 metr x 12,2 metr olan iki ədəd fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr olan yarımçıq tikili inşa edilib. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, iddiaçılara məxsus torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin- evin və hasarın onun hesabına sökülərək torpaq sahəsini əvvəlki vəziyyətə gətirilməsini və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasını qət etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 158.1, 158.2, 180.1, 238.1, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat: Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr yalnız ekspert rəyinə istinad edib, lakin həmin rəyi faktiki olaraq araşdırmayıb, ekspert tədqiqatına cavabdehə məxsus sənədlər təqdim edilməyib. Həmin ekspert rəyi ərazi üzrə torpaq sahəsinin elektron kadastr uçot informasiya sisteminin tərtib olunmasından əvvəlki dövrə aid olmaqla mülki iş materialları ilə ziddiyyət təşkil etməsini nəzərə almayıb. İşə baxan məhkəmələrin qeyd olunan rəyi araşdırmaması həmin rəylə bağlı tərtib edilmiş iddiaçıların ərazisinə dair sxemin torpaqların elektron kadastr uçot informasiya sisteminin tərtib olunmasından sonra ərazinin elektron xəritəsi və DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məktubu, eləcə də mülki iş materialında olan mübahisəli evə dair təsərrüfat başına kitabdan çıxarışla və bələdiyyənin məktubu ilə ziddiyyət təşkil etməsindən də görünür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2678/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, mübahisəli torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin- evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini və cavabdehin zəbt etdiyi həmin, torpaq sahəsindən çıxarılmasını qət etsə də, işdən, mütəxəssis və ekspertin rəylərindən, habelə cavabdehin izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, sözügedən torpaq sahəsində kənar ölçüləri 11,5 metr x 11,6 metr; 9,0 metr x 12,2 metr olan bir deyil, iki fərdi yaşayış evi və ölçüsü 8,7 metr x 11,2 metr olan əlavə tikili vardır. Birinci instansiya məhkəməsi, cavabdehin hansı tikilini, hansı evi və hasarı söküməli olduğunu qətnamənin nəticə hissəsində göstərməməklə, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla Mülki Prosessual Məcəllənin 220.5, 222.1-ci maddələrinin tələblərini pozub. Halbuki sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, habelə alınmalı əmlakın yerləşdiyi yeri qətnamənin nəticə hissəsində göstərməlidir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya və kassasiya şikayətlərində göstərdiyi mübahisəli torpaq sahəsində yerləşən evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etməsinə dair dəlillərini lazımi şəkildə araşdırmayıb və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyib. Hazırkı işdə iddiaçılar mübahisəli torpaq sahəsində cavabdehə aid tikilinin, evin olduğunu, evin 2015-ci ildə, hasarın isə 2016-cı ildə inşa edildiyini inkar etmirlər, cavabdeh isə torpaq sahəsində bir deyil, iki fərdi yaşayış evinin olduğunu, həmin evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etdiyini bildirir. Göründüyü kimi, işə əlavə edilmiş sübutlara, habelə cavabdehin izahatına görə sözügedən tikili və fərdi yaşayış evi iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilib. Lakin işdə, qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını özündə ehtiva edən heç bir sənəd yoxdur. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə keçərkən orada hər hansı tikilinin olub-olmadığını, orada neçə tikilinin, evin olduğunu, cavabdeh tərəfindən tikilinin nə vaxt aparıldığını, əvvəlki mülkiyyətçinin buna razılıq verib-vermədiyini, başqa sözlə tikiliyə, evə zərər yetirmədən cavabdehin tikilidən, evdən ayrıla bilən yaxşılaşdırmaları özündə saxlaya bilməsi üçün hüquqi əsasın olub-olmadığını araşdırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Belə ki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilinin (fərdi yaşayış evlərinin) torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması, tikilinin aparılmasına mane olmaması və sair). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də göz ardı edilməməlidir. Belə ki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikilinin, evin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili, ev sökülmədən şəxs oradan çıxarılacağı halda isə, torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə məxsus evlərdən biri 1987-ci ildə, digəri isə 1995-ci ildə tikilmişdir və bu barədə təsərrüfat başına kitabda qeydlər də vardır. Cavabdeh ona Masallı rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş torpaq sahəsindən fermer təsərrüfatı kimi istifadə etmiş, amma torpaq sahəsi konkret olaraq fermer təsərrüfatı kimi ayrılmamışdır. Cavabdehə ayrılmış torpaq sahəsində iki yaşayış evi və bir yarımçıq tikili vardır. Həmin yaşayış evləri tikilərkən istər rayon icra hakimiyyəti, istərsə də iddiaçılar tərəfindən tikintiyə heç bir etiraz olmamış, tərəflər arasında heç bir sövdələşmə də olmamışdır. Çünki cavabdeh evləri öz torpaq sahəsində tikmişdir. Hər iki tərəfin pay torpağı vardır. İddiaçılar heç bir zaman cavabdehin həyətindən pay torpaqları kimi istifadə etməmişlər. İddiaçılara məxsus faktiki istifadələrində olan pay torpağı bir qədər kənarda yerləşir və bu gün də həmin torpaqdan istifadə edirlər. Yəni gəlib cavabdehin həyətindən istifadə etmirlər. 2017-ci ilə qədər tərəflər həyətlərindəki torpaqlarını əllərində olan dövlət aktı ilə istifadə etdikləri üçün, illər keçsə də aralarında heç bir problem yaranmayıb. Tərəflər arasında problem 2017-ci il tarixdə, iddiaçılar Dövlət aktı əsasında çıxarış aldıqdan sonra yaranmışdır. Belə ki, iddiaçılara verilmiş plan ölçünün koordinatları səhvən Cavabdeh həyətinə daxil edilmişdir. Cavabdehin isə dövlət aktının koordinatını başqa bir yerə daxil etmişlər. İddiaçılar koordinatların cavabdehin həyətinə düşdüyünü bildikdən sonra ondan evini söküb həyətdən çıxmasını tələb etmişlər. Prezidentin fərmanına uyğun olaraq elektronlaşma ondan ötrü idi ki, bu uyğunsuzluqlar aradan qaldırılsın və həmin ərazidə artıq problem öz həllini tapmışdır. Yəni elektronlaşma zamanı həmin uyğunsuzluq aradan qaldırılmış və vətəndaşların torpaqlarının koordinatları bazada özlərinin vaxtı ilə verilmiş və faktiki bu gün də istifadələrində olan əraziyə tərtib olunmuşdur. Cavabdehə məxsus dövlət aktının koordinatları onun çəpərinin içərisində olan əraziyə tərtib olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Cahid İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd edilməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyərinin iddiaçılardan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə mütəxəssis və ekspertin rəylərindən, habelə cavabdehin izahatından, apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli torpaq sahəsində kənar ölçüləri 11,5 metr x 11,6 metr; 9,0 metr x 12,2 metr olan bir deyil, iki fərdi yaşayış evi və ölçüsü 8,7 metr x 11,2 metr olan əlavə tikili vardır. Lakin, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlməsinə baxmayaraq, həmçinin qətnamənin nəticə hissəsində hansı tikilinin sökülməsini belə göstərməmiş və bununla da Mülki Prosessual Məcəllənin 220.5, 222.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını...habelə alınmalı əmlakın yerləşdiyi yeri...qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin digər dəlili olaraq göstərilmişdir ki, iddiaçıların Dövlət Aktlarının əvəzinə çıxarış aldıqdan sonra cavabdehə qarşı iddia irəli sürmələri onların adına olan X9 uyğun tərtib edilmədiyini göstərir. Həmçinin, cavabdehin inşa etdiyi evlərdən biri bələdiyyəyə aid torpaq sahəsində yerləşir. Bələdiyə ilə alğı-satqı müqaviləsi olmasa da, bu cavabdehin gözlənilən hüququdur. Həmin torpaq sahəsindən çıxarılmağını tələb etmək bələdiyyənin səlahiyətinə aiddir. Həqiqətən də Masallı rayonu, “Sığdaş” bələdiyyəsi 12 iyul 2017-ci il tarixli 19 nömrəli arayışında qeyd etmişdir ki, cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməmişdir. Buna baxmayaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu 2 iyul 1999-cu ildə qəbul olunmuş, ilk bələdiyyə seçkiləri ilə xx.xx.1999-cu ildə keçirilmişdir. Bu baxımdan, cavabdehin 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi həmin vaxt bələdiyyə mülkiyyətindən olan torpaq sahəsində inşa edilə bilməzdi. Eyni zamanda, Masallı Rayon Sığdaş bələdiyyəsi apellyasiya instansiya məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehə məxsus neçə ev olması və həmin evlərin nə vaxt tikilməsi ilə bağlı Masallı Rayon Sığdaş bələdiyyəsinə heç bir rəsmi məlumat daxil olmamışdır. Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin cavabdehə və apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən təqdim etdiyi məktublara əsasən, Masallı RİHB-nın Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyinə görə, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evləri və yarımçıq tikili mövcuddur. Cavabdehə məxsus 1987-ci ildə inşa olunmuş ikimərtəbəli ev 1997-ci ildə AİK-nın qərarı ilə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilmişdir. Məhkəmə araşdırması zamanı sorğular əsasında digər evin və yarımçıq tikilinin konkret inşa edilmə tarixi haqqında rəsmi məlumat əldə olunmamışdır. İddiaçılar 2016-cı ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək istər torpaq sahəsi, istərsə də tikililərlə bağlı cavabdehə heç bir etiraz etməmiş, aralarında heç bir mübahisə olmamışdır. Ötən müddət ərzində istər əvvəlki mülkiyyətçi tikilinin aparılmasına mane olmamaqla, istərsə də hazırkı iş üzrə iddiaçılar 1997-ci ildə tikililər yerləşən torpaq sahəsi mülkiyyətlərinə keçdikdən sonra 20 ilə yaxın müddətdə tikililərlə bağlı cavabdehə qarşı hər hansı formada tələb irəli sürmədiklərindən həmin tikililəri torpaq mülkiyyətçisinin razılığı ilə inşa edilmiş sayılır və tikililərdən istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilməyərək və həmin şəxs vicdansız sahib də sayılmır. Torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də göz ardı edilməməlidir. Belə ki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikilinin, evin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili, ev sökülmədən şəxs oradan çıxarılacağı halda isə, torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinin normaların mahiyyəti və məqsədi ilə uzlaşmamış. Mübahisəli torpaq sahəsində olan tikili və evlərin cavabdehin şəxsi vəsaiti hesabına inşa edildiyi və bunun əvvəlki və ya hazırki mülkiyyətçilərin razılığı (iradə ifadəsi) ilə aparıldığı müəyyən edildiyi halda, Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozitiv şərtlərinə əməl etmədən vicdanlı sahib kimi cavabdeh mübahisəli torpaq sahəsində olan tikili və evlərdən çıxarıla bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 157.5, 180.1, 238.1, 239.2-ci, Torpaq Məcəlləsinin 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat: Qətnamədən İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehin özünə məxsus həyətyanı torpaq sahəsində və bələdiyyə mülkiyyətində aid torpaq sahəsində tikmiş olduğu (1987 və 1995-ci illərdə inşa etdiyi) fərdi yaşayış evlərinə qarşı heç bir iddia tələbləri olmamış, tələb sonradan inşa edilmiş tikililərə (3 ədəd fərdi yaşayış evlərinə, yardımçı və köməkçi tikililərə, eləcədə çəpərə) qarşıdır. Masallı Rayon Məhkəməsində təyin olunmuş tikinti-texniki ekspertizası zamanı verilmiş mütəxəssis və ekspert rəylərində 5 ədəd fərdi yaşayış evi, 1 ədəd yardımçı tikili və köməkçi (tövlə) tikili barədə heç bir qeyd olmamışdır. Lakin həmin iddia onun tikililərin mövcudluğu barədə olan sübutlar – fotoşəkillər və sair apellyasiya məhkəməsində işə baxılan zaman iddiaçılar tərəfindən verilmiş etirazlara əlavə olunduğu halda və bu barədə qeydlərdə həmin ərizələrdə ətrafli şəkildə öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya instansiya məhkəməsi qarşısında qoymuş olduğu tapşırıqlar və kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş müəyyən xüsusatlar-ekspert rəyinə və iş materiallarına əsasən cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilməyib. 0,3828 ha torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. 153 “A” saylı planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşməmiş. Həmçinin, cavabdeh üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən istifadə etməsi 27 mart 2017-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Əgər cavabdeh mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən torpaq sahəsinin koordinatlarının düzgün tərtib edilmədiyini güman edirsə, o inzibati orqanın üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-cizgisinin (koordinatlarının) tərtib edilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməlidir. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunub ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarını, İddiaçı2 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarını, İddiaçı7 “Torpağa mülkiyyət hüququna dair” JN-0058 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarını, iddiaçı Südabə Cabbarovaya “Torpağa mülkiyyət hüququna dair” JN0056 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarını birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt etmişdir. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərd yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa etmişdir. Daha sonra, Masallı rayonu, “Sığdaş” bələdiyyəsinin 12 iyul 2017-ci il arixli arayışından, Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 iyul 2017-ci il tarixli “Təsərrüfat başına kitabı”ndan çıxarışa əsasən cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməyib. İddiaçılar mübahisəli torpaq sahəsində cavabdehə aid tikilinin, evin olduğunu, evin 2015-ci ildə, hasarın isə 2016-cı ildə inşa edildiyini inkar etmirlər, cavabdeh isə torpaq sahəsində bir deyil, iki fərdi yaşayış evinin olduğunu, həmin evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etdiyini bildirir. Göründüyü kimi, işə əlavə edilmiş sübutlara, habelə cavabdehin izahatına əsasən sözügedən tikili və fərdi yaşayış evi iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilib. Lakin işdə, qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını özündə ehtiva edən heç bir sənəd olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə keçərkən orada hər hansı tikilinin olub-olmadığını, orada neçə tikilinin, evin olduğunu, cavabdeh tərəfindən tikilinin nə vaxt aparıldığını, əvvəlki mülkiyyətçinin buna razılıq verib-vermədiyini, başqa sözlə tikiliyə, evə zərər yetirmədən cavabdehin tikilidən, evdən ayrıla bilən yaxşılaşdırmaları özündə saxlaya bilməsi üçün hüquqi əsasın olub-olmadığını araşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2238/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Vidadi Məmmədov və Zaur Əliyev) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin "iddiaçılara məxsus torpaq sahəsində Cavabdeh qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Qətnamə iddia tələbinin “1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinin, Cavabdeh hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi”nə münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə qismən düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qismən düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərinə düzgün və tam əməl olunmadığı müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi işə yenidən baxarkən, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərə uyğun tam araşdırma aparmadan, yalnız yuxarıda qeyd olunan sübutlara əsaslanmaqla iddia tələbinə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 157.5, 180.1, 238.1, 239.2-ci maddələrini və Torpaq Məcəlləsinin 111ci maddəsini sadalasa da, iddiaçıların mülkiyyətində olan və cavabdehin istifadəsində olan bütün tikililərə münasibətdə cavabdehi vicdanlı sahib kimi qəbul edərək, onun çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsini Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinin mahiyyəti və məqsədi ilə uzlaşmamaması nəticəsinə gəlmişdir. Həmin normalara görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan (varlanmış) şəxs sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası eyni zamanda gəldiyi nəticə ilə bağlı vicdanlı sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmaların özündə saxlaya bilməsi, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahibin əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilməsi barədə Mülki Məcəllənin 157.7-ci maddəsinə istinad etmişdir. (§ 42). Mülki Məcəllənin 157.7-ci maddəsinə uyğun şəkildə apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin şəxsi vəsaiti hesabına inşa edildiyi və bunun əvvəlki və ya hazırki mülkiyyətçilərin razılığı (iradə ifadəsi) ilə aparıldığı müəyyən edildiyi halda, həmin normanın dispozitiv şərtlərinə əməl etmədən vicdanlı sahib kimi Cavabdeh 1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evindən çıxarıla bilməz. Belə olan halda iddiaçılar qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olmadıqları, həmçinin uzun müddətdə həmin tikili ilə bağlı cavabdehə qarşı hər hansı formada tələb irəli sürmədikləri üçün “1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinin, Cavabdeh hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi”nə münasibətdə iddianın rədd edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti həmin hissədə rədd edilməli, qətnamə 1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin İddiaçı1 verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarını, İddiaçı2 verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarını, İddiaçı7 verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarını, iddiaçı Südabə Cabbarovaya verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarını birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt etməsinə düzgün hüquqi qiymət verməmiş, həmin torpaq sahələrindən çıxarılması hissəsində, habelə qanunsuz inşa etdiyi digər tikililərin və hasarın hansı tarixdə inşa edilməsini təsdiq edən hər hansı mötəbər sübutun olmamasına baxmayaraq, qeyd olunanlarla bağlı hər hansı araşdırma aparmamış və həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçılar həmin torpaq sahələrinin oların mülkiyyətində olduğunu və cavabdehin əşyaya qanunsuz sahiblik etməklə hüquqlarına müdaxilə etdiyini bildirirlər. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya instansiya məhkəməsi isə torpaq sahələrinə və digər tikililərə münasibətdə tələbi rədd edərkən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin mütəxəssis rəyinə və Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyinə istinad edərək, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evləri və yarımçıq tikilinin mövcud olmasını, cavabdehə məxsus 1987-ci ildə inşa olunmuş ikimərtəbəli evin 1997-ci ildə AİK-nın qərarı ilə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilməsini, məhkəmə araşdırması zamanı sorğular əsasında digər evin və yarımçıq tikilinin konkret inşa edilmə tarixi haqqında rəsmi məlumat əldə olunmamasını, iddiaçıların 2016-cı ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək istər torpaq sahəsi, istərsə də tikililərlə bağlı cavabdehə heç bir etiraz etməməsini, aralarında heç bir mübahisə olmamasını, ötən müddət ərzində istər əvvəlki mülkiyyətçi tikilinin aparılmasına mane olmamaqla, istərsə də hazırkı iş üzrə iddiaçıların 1997-ci ildə tikililər yerləşən torpaq sahəsi mülkiyyətlərinə keçdikdən sonra 20 ilə yaxın müddətdə tikililərlə bağlı cavabdehə qarşı hər hansı formada tələb irəli sürmədiklərindən həmin tikililərin torpaq mülkiyyətçisinin razılığı ilə inşa edilmiş sayılması və tikililərdən istifadə edən şəxsin hərəkətlərinin mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilməyərək və həmin şəxsin vicdansız sahib də sayılmamasını qeyd etmiş, bununla da iddiaçıların onlara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən tarixi məlum olmayan vaxtda inşa edilmiş digər tikililərə də iddiaçıların razılıq vermələri barədə əsassız nəticəyə gəlmişdir. Halbuki, apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, iddiaçıların hazırki idda tələbi ilə 29 iyul 2016-cı il tarixdə məhkəməyə müraciət etmələrini, mübahisəli torpaq sahəsində cavabdehə aid tikilinin, evin 2015-ci ildə, hasarın isə 2016-cı ildə inşa edildiyini qeyd etmələrini, məhkəmə araşdırması zamanı sorğular əsasında digər evin və yarımçıq tikilinin konkret inşa edilmə tarixinin haqqında rəsmi məlumat əldə olunmamasını, cavabdehin isə torpaq sahəsində bir deyil, iki fərdi yaşayış evinin olduğunu, həmin evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etdiyini bildirməsinə baxmayaraq, iddiaya qarşı etirazının əsası olan hallara dair məhkəməyə hər hansı sübut təqdim edə bilməməsini, 1987-ci ildə inşa edilmiş bir fərdi yaşayış evi istisna olmaqla digər tikili və fərdi yaşayış evinin iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilməsinin sübuta yetirilməməsini, qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən heç bir sənədin olmaması diqqətdən kənarda qalmışdır. Qeyd olunanların hansı səbəbdən nəzərə alınmaması apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmamış, torpağa dair iddianın həllində göstərilənlərə hüquqi qiymət verilməmişdir. Həmçinin işdə olan ziddiyyətlərin aradan qaldırılmasına zərurət olduğu halda, digər tikili və hasarın bələdiyyə mülkiyyətində olan torpaqda, yoxsa iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşib-yerləşməməsi də lazımi qaydada müəyyənləşdirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxarkən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən, apellyasiya məhkəməsinin gəldiyi nəticələr qismən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün mübahisələndirilən hissədə tam qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, İddiaçı1 kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə tam olaraq düzgün həllini tapmamışdır. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi bundan əvvəl işə baxmış kassasiya instansiyasının göstərişlərinə tam əməl etməmiş, MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin “iddiaçılara məxsus torpaq sahəsində Cavabdeh qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması”nın rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə iddia tələbinin “1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinin, Cavabdeh hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi”nə münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara və Cavabdeh məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və yabilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2238/2024 nömrəli Qərarı ilə iddia tələbinin “1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinin, Cavabdeh hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi”nə münasibətdə rədd edilməsi hissəsində baxılaraq hüquqi qiymət verildiyi üçün apellyasiya baxışı icraatında apellyasiya şikayəti həmin hissə üzrə yoxlanılmayacaqdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, iddiaçı tərəfindən təqdim olunmuş sübutların tələbin təmin edilməsinə əsas verməsi və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqları dövlət Qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı1, İddiaçı9 İddiaçı6, X4, İddiaçı10, X2 ümumi birgə mülkiyyətində olan 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində **********64 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı7 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX- in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət Qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışa asasan ünvan 1i ünvanında yerləşən İddiaçı7 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində **********65 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, X7 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX- in 8 saylı Ərazi İdarasi tərəfindən verilmiş Hüquqları dövlat Qeydiyyatı haqqında RX seriyali ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən X3 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində **********57 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqları dövlət Qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı3 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində **********63 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı2 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət Qeydiyyatı haqqında RX seriyali ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabımın 29 nömrəli vərəqində **********62 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan etibarnamədən görünür ki, ünvan 1ində doğulmuş 02 mart 1976-ci il təvəllüdlü İddiaçı2 Rusiya Federasiyası Komi Respublikası Uldorsk rayonu Mozındor qəsəbəsi, Yubileynaya küçəsi ev 6, mənzil 12-də qeydiyyatdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçılar İddiaçı1 İddiaçı9, İddiaçı2, İddiaçı6, İddiaçı8, X13, İddiaçı7, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikili olan evin və hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,157.2,158.1 və 158.2-ci,180-cı maddələri və Torpaq məcəlləsinin 84, 110,111-ci maddələri təşkil edir. İşə üçüncü dəfə baxan Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1146/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2(102)-2238/2024 nömrəli Qərarlarında əks olunmuş göstərişləri icra etmiş və iş üzrə aşağıdakı faktiki halları müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılara JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 0,95 ha torpaq sahəsi verilmişdir. Sözügedən Dövlət aktı əsasında iddiaçılara Daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmış ******* nömrəli “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış verilmişdir. İddiaçılar qeyd edir ki, dövlət aktları ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir və onun tərəfindən 2015 və 2016-cı illərdə sözügedən torpaq sahəsində tikinti işləri aparılmışdır. İş üzrə icraat zamanı Masallı rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli, 2(050)-4045/2016 nömrəli qərardad əsasında verilmiş xx.xx.2017-ci il tarixli, 4962 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsininhüdudları daxilində yerləşən, İddiaçı1 JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, İddiaçı2 “Torpağa mülkiyyəthüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarı, İddiaçı7 JN-0058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaqsahəsinin 0,12 hektarı, Südabə Cabbarova JN-0056 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarının cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək istifadə edildiyi müəyyən edilir. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə olan yarımçıq tikilinin inşa olunduğu müəyyən edilir. Masallı rayon Məhkəməsi məhz həmin ekspert rəyinə əsaslanaraq xx.xx.2017-ci il tarixli, 2(050)-154/2017 nömrəli qətnaməni qəbul etmişdir. Lakin məhkəmə araşdırması zamanı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1450/2024 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssiləri cəlb edilməklə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-2374/2025 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 10/777 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 53 nömrəli 0.9506 hektar kənd təsərrüfafı təyinatlı torpaq sahəsinin 0.7822 ha hissəsi onun faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hdüdudlar daxilində yerləşir (üst-üstə düşür) (mütəxəssisin rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Eyni zamanda iddia tələbi ilə Cavabdeh faktiki istifadə kimi plana alınmış 2.0284 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən “Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı” materialına əsasən ayrı-ayrılıqda 0,1796 və 0,2614 hektarın dövlət mülkiyyəti kimi saxlanıldığı, 1,1419 ve 0,3802 hektarının müvafiq olaraq cavabdehin mülkiyyətinə verilmiş 153, 153A nömrəli sahə olduğu, 0,0256 hektarının iddiaçıların mülkiyyətinə verilmiş sahə olduğu, qalan 0,0351 hektarının isə digər mülkiyyətçilərin torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Cavabdeh mülkiyyətindəistifadəsində olan 153 nömrəli 1,1419 ha və dövlət mülkiyyəti kimi saxlanılmış 0,1796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində mövcud tikililərin yerləşdiyi müəyyən edilmişdir. İddiaçı X5 və digər ailə üzviərinə mülkiyyətə verilmiş 53 nömrəli 0,9506 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0256 ha hissəsinin cavabdehin faktiki istifadəsində olduğu, həmin hissənin iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin şimal-qərb istiqamətində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 53 nömrəli 0,9506 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən 0,0256 ha hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cənub-şərq istiqamətində yerləşir. Cavabdeh faktiki istifadə kimi plana alınmış 2,0284 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində mövcud olan evlərin və yarımtikilinin iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Beləliklə, iş üzrə xx.xx.2025-ci il tarixli, 10/777 nömrəli ekspert rəyindən görünür ki, iddiaçılara məxsus 0.9506 hektar torpaq sahəsinin yalnız 0.0256 hektar hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2(106)-143/2025 nömrəli məktuba əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, cavabdeh tərəfindən zəbt edilmiş sözügedən 0.0256 hektar ərazidə tikili mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-2374/2025 saylı mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından aşkar surətdə görünür ki, mübahisəli tikililər iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində deyil, cavabdehə aid torpaq sahəsində yerləşir və həmin tikililərin ərazi baxımından iddiaçıya aid torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.2-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Şirvan Apellyasiya Məhkəməsi “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının müddəalarına əsasən xx.xx.2024-cü il tarixli, 2(106)- 1450/2024 nömrəli qərardad ilə ekspertiza təyin edilərkən ekspert qarşısında qoyulan sualların “Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı” materialına əsasən cavablandırılması tələb olunmuşdur və ekspert də “Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı”na əsasən rəy vermişdir. Bu baxımdan, sonuncu mütəxəssis və ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməli və hazırki iş üzrə mübahisəli məsələlər sözügedən rəylərin nəticələrinə uyğun həll edilməlidir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kolleigyası belə qənaətə gəlir ki, iddiaçılara məxsus yalnız 0.0256 hektar ərazi cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsinin zəbt edilməsi istisna olmaqla, cavabdeh tərəfindən iddiaçıların mülkiyyət hüququ pozulmamış, onların mülkiyyətində olan torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. Bunun əksi iddiaçılar tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Buna görə də apellyasiya şikayəti qsimən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017ci il tarixli qətnaməsinin ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətinə verilmiş 53 nömrəli 0.9506 ha torpaq sahəsinin 0.0256 ha hissəsindən Cavabdeh çıxarılmalı və həmin ərazidə cavabdeh tərəfindən inşa edilmiş hasar sökülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 53 nömrəli 0.9506 hektar kənd təsərrüfafı təyinatlı torpaq sahəsinin zəbt olunmuş 0.0256 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin ərazidə cavabdeh tərəfindən inşa edilmiş hasar (dəmir çəpər) sökülsün. İddia qalan hissədə təmin edilməsin. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 60 (altmış) manat Cavabdeh alınaraq Kapital Bankın 1 saylı Xətai Fililaı üzrə Müxbir hesab AZ37NABZ******************** KOD: 200071 VÖEN (bank) ********** SWİFT AllBAZ2X Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-in VÖEN ********** hesab AZ23AİİB******************** hesabına köçürülsün. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X8 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-143/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-143/2025
24.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver