Məhkəmə qərarları › İş №2(106)-1438/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1438/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1438/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh və X4 qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(041)-849/2022 nömrəli qərardadından (hakim Müseyib Bayramov) Cavabdeh verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X4 qarşı pul tələbinə dair iddiası Kürdəmir Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(041)-849/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh münasibətdə təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(041)-849/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(041)-849/2022 saylı qərardadından Cavabdeh şikayət vermiş, Kürdəmir Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(041)-849/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəf məhkəməyə məktub göndərərək, cavabdehin şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kollegiya tərəflərin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Kürdəmir Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, Cavabdeh tərəfindən verilmiş qərardaddan şikayət elektron kabinetə yüklənərək elektron imza ilə deyil, adi qaydada poçt vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, şikayətin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulsa da, hazırkı iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verilməsi imkanı nəzərdə tutulmadığından, həmin qərardaddan verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi barədə qərardaddan da, kassasiya şikayəti verilməsi imkanı nəzərdə tutula bilməz. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar cavabdehlər Cavabdeh və X4 qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(041)-849/2022 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar