Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-144/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı MMC-nin icraçı direktoru X8, hüquqşünası olaraq etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh5 nümayəndəsi X3, vəkili və eyni zamanda nümayəndəsi X2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 və Cavabdeh5 qarşı “icarəyə götürülmüş torpaq sahəsindən cavabdehlərin çıxarılması, vurulmuş maddi ziyanın ödənilməsi, cavabdehlərin hesabına torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və söküntü işləri ilə əlaqədar torpaq sahəsinin tullantılardan (zibillənmədən) təmizlənməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən İddiaçı MMC, cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 və Cavabdeh5 qarşı “icarəyə götürülmüş torpaq sahəsindən cavabdehlərin çıxarılması, vurulmuş maddi ziyanın ödənilməsi, cavabdehlərin hesabına torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və söküntü işləri ilə əlaqədar torpaq sahəsinin tullantılardan (zibillənmədən) təmizlənməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 aprel 2018-ci ildə verilmiş RX seriyalı, ******* saylı, **********05 reyestr nömrəli çıxarış, "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən, icarə hüququ əsasınlda istifadəsində olan 1000 ha əkin ehtiyat fondu torpaqlarından cavabdehlərin çıxarılmaları, cavabdehlərin torpağı zəbt etdikləri dövrdə əldə etdikləri gəlirlər və cavabdehlər tərəfindən iddiaçının torpağının zəbt edilməsi ilə bağlı iddiaçıya yetirilmiş ziyana görə Cavabdeh1 184500 manat, Cavabdeh2 30936 manat, X5 55520 manat, Cavabdeh4 55520 manat və Cavabdeh5 39700 manat məbləğində pulun xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və X9 vəsaiti hesabına torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və söküntü işləri ilə əlaqədar torpaq sahəsinin tullantılardan (zibillənmədən) təmizlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 və Cavabdeh5 iddiaçı "xxxx" MMC-nin istifadəsində olan, icarəyə götürülmüş torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən **********05 reyestr nömrəli torpaq sahəsindən) çıxarılmaları, cavabdehlər Cavabdeh1 və X13 tərəfindən torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və torpaq sahəsinin söküntü işləri ilə əlaqədar yaranmış tullantılardan (zibillərdən) təmizlənməsi, söküntü və təmizləmə işlərinin müvafiq olaraq cavabdehlər Cavabdeh1 və X9 vəsaitləri hesabına həyata keçirilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək iddiaçıya yetirilmiş ziyanın ödənilməsi tələbinin rədd olunması hissədə qətnamənin ləğv edilməsini və iddia tələbinin tam olaraq təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin digər Cavabdeh1 apellyasiya şikayəti verərək ona aid hissədə ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 sonradan notariat qaydasında təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edərək qətnamədən tərəfindən verilən apellyasiya şikayətindən imtina etdiyini, İddiaçı MMC-nə qarşı hər hansı bir tələbinin olmadığını bildirib, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin icraçı direktoru ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 aid hissədə apellyasiya şikayətindən imtina etdiklərini, yalnız Cavabdeh5 aid hissədə apellyasiya şikayətini müdafiə etdiklərini bildirib, Cavabdeh5 istisna olmaqla digər cavabdehlərə münasibətdə apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə İddiaçı MMC-nin hüquqşünası olaraq nümayəndəsi Nümayəndə Cavabdeh5 aid hissədə apellyasiya şikayətini müdafiə etdiklərini bildirib, Cavabdeh5 istisna olmaqla digər cavabdehlərə münasibətdə apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh5 vəkili və eyni zamanda nümayəndəsi X10 vəsatət verərək hüquqlarını müdafiə etdiyi şəxsin vergi ödəyicisi olduğunu, birinci instansiya məhkəməsi tərəfindən ona münasibətdə işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığını bildirib, qətnamənin ləğv olunaraq iş materiallarının aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 mübahisəyə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 məhkəmədə iştirak etməmişlər, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq mülki iş üzrə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 aid hissədə apellyasiya şikayətindən imtinası qəbul edilməli və həmin hissədə apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının da həmin hissədə apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Cavabdeh5 vəkili və eyni zamanda nümayəndəsi X2 hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti pozulmaqla baxılmasından dolayı qətnamənin ləğv olunaraq, işin məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatətinə münasibət bildirərək hesab edir ki, vəsatət qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 aid hissədə ləğv olunaraq, iş materialları ona aid hissədə ayrılaraq məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan, həmçinin hazırki vəsatətə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən fiziki şəxslərin uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh5 Mərələm qızı 02 noyabr 2016-cı ildən ********** VÖEN nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur, 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir, 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Hazırki iş üzrə bir neçə cavabdehə qarşı qaldırılan iddia tələbi üzrə mübahisənin tərəflərindən biri İddiaçı MMC, digəri isə cavabdeh kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh5dır və qeyd olunan hissədə subyekt tərkibi ilə yanaşı mübahisənin predmeti də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləridir, hər ikisinin fəaliyyət istiqaməti icarəyə götürülən torpaq tsahəsindən istifadədən bəhərin götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 169.2-ci maddəsinə əsasən bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, yuxarıda qeyd olunan hissədə hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Ağcabədi Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti Cavabdeh5 aid hissədə, həmçinin Cavabdeh5 apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 aid hissədə ləğv olunmalı, iş materialları ona aid hissədə ayrılaraq məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Kollegiya həmin nəticəyə gələrkən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalı olmasından ibarət Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin tələbini nəzərə almış və hesab etmişdir ki, bir iddiada birləşdirilərək verilən tələblər ayrı-ayrı şəxslərə qarşı yönələn tələblər olması ilə yanaşı, bir-biri ilə əlaqədar olmayan tələblər olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən apellyasiya şikayətindən imtina edilməsi əsası ilə apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilməsə də, Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş halda qəbul edilən qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 aid hissədə apellyasiya şikayətindən imtinası qəbul edilsin. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh4 aid hissədə xitam verilsin. Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. İddiaçı MMC-nin apellyasiya şikayəti Cavabdeh5 aid hissədə, həmçinin Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi Cavabdeh5 aid hissədə ləğv edilsin və iş materialları ona aid hissədə ayrılaraq məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. X1 aid hissədə qətnamənin ləğv olunaraq, iş materiallarının ona aid hissədə ayrılaraq məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü göndərilməsi hissəsindən rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-144/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-144/2023
25.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver