Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1448/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı 0,86 ha torpaq sahəsinin alınaraq ona qaytarılması, cavabdehdən 2500 manat alınaraq ona verilməsi tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, X11, X5 və X12 qarşı JN1001 kod 80903018 saylı dövlət aktına əsasən verilmiş Arbatan kəndində yerləşən 0,86 ha torpaq sahəsinin onunla alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(106)-1448/2024 Açar sözlər: torpaq sahəsinin qaytarılması, pul tələbi; əqdin etibarlı hesab edilməsi. X28 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, cavabdeh, həmçinin üçüncü şəxs X4 nümayəndəsi (atası) Cavabdeh iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı 0,86 ha torpaq sahəsinin alınaraq ona qaytarılması, cavabdehdən 2500 manat alınaraq ona verilməsi tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, X11, X5 və X12 qarşı JN1001 kod 80903018 saylı dövlət aktına əsasən verilmiş Arbatan kəndində yerləşən 0,86 ha torpaq sahəsinin onunla alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(057)-112/2024 saylı qətnaməsindən (hakim A.Səmədov) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçın Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz və saxta yollarla əldə edərək qanunsuz sahibliyində saxladığı ona və ailəsinə məxsus Arbatan kəndində yerləşən 0,86 ha torpaq sahəsinin alınaraq ona qaytarılması, cavabdehdən 2500 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, X11, X5 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN1001 kod 80903018 saylı dövlət aktına əsasən verilmiş Arbatan kəndində yerləşən 0,86 ha torpaq sahəsinin onunla alqı-satqısına dair əqdin etibarlı hesab edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Aqrar İslahat Komissiyasının qərarına əsasən ona və ailə üzvlərinin mülkiyyətinə Salyan rayonu Arbatan kəndində 0,86 ha torpaq sahəsi verilmişdir. Təqribən 1994-1996-cı illərdə atası X16 ona və ailə üzvlərinə aid olan 0,86 ha torpaq sahəsini Cavabdeh icarəyə vermişdir. Atası torpağı verən vaxt pul alıb-almaması ona qaranlıq qalmışdır. Atası 2012-ci ildə vəfat etmişdir. Dəqiq yadında qalmadığı tarixdə Zellabdin ilə Bakıda 9 mərtəbənin yanında görüşmüş, Zellabdin ona heç nə izah etmədən ağ kağıza imza etdirmişdir. Özü də heç nə ilə maraqlanmadan ağ kağıza imza etmişdir. Daha sonra Zellabdin yoldaşının iş yerində, 2 uşağına da həyətdə imza etdirmiş, onlar da heç nə soruşmadan imza etmişlər. 2022-ci iilin avqust ayında Zellabdin onun yanına gəlmiş və torpağı adına keçirmək istədiyini bildirmişdir. Sonuncu da torpağı satmaq istəmədiyini, ona nə qədər ömrü var əkib-becərməsini demişdir. Zellabdin onun torpaq sahəsindən 30 il istifadə etmiş, ona dəyməmiş və bundan sonra da dəymək fikri olmamışdır. Etibarnaməni xx.xx.2023-cü ildə ləğv etdirmişdir. Qarşı tərəfdən 2500 manat pul tələbi ilə iddia vermiş olsa belə həmin pulu istəmədiyini, lakin oğlunun xahişi ilə torpağı geri istədiyi üçün öz iddiasının təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, təqribən 90-cı illərdə X16 özünə və Talehə aid olan torpaq sahəsini satmaq istədiyini eşitmiş, onun yanına getmiş və torpağı Taleh ona qızının institutda problemləri olduğu üçün satmaq istədiyini demişdir. 2,14 ha torpağın iki ailəyə aid olduğunu, yəni 1,29 rəhmətlik atasına qalan, 0,86 ha Talehə və ailəsinə məxsus olduğunu demişdir. Həmin vaxt torpağın bir hektarının dəyəri ******* manat olmuşdur. Torpağın hamsına ******* manat pul vermişdir. 860000 pulu Talehin torpağına görə vermiş, Nəzir ona oğlunun razılığı olduğunu və pulun da ona çatacağını demişdir. Sənədləşmə üçün pulunun olmadığını demiş, Nəzir isə ona başı ilə cavab verdiyini demişdir. O vaxtan bəri torpağı əkib-becərmişdir. Torpağı sənədləşdirmək istədiyi üçün etibarnaməni Bakıya aparmış, Talehin yaşadığı evin yaxınlığında ona, ərizəni isə uşaqlarına imza etdirmişdir. Notarius Mirismayıl özü iştirak etmişdir. Etibarnamə əsasında qızına torpağı icarəyə vermişdir. Qarşı tərəf ya pulunu verməli, ya da torpağı sənədləşdirməlidir. Odur ki, özünün vermiş olduğu iddianın təmin qarşı tərəfin vermiş olduğu iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək, bildirmişdir ki, ekspert rəyində qeyd olunmuşdur ki, imza İddiaçı məxsusdur. Qarış tərəfin niyyəti torpağı satmaq olmuşdur. Qarşı tərəfin 98-ci ildən bəri torpağı istəməməsi halı bir daha onu göstərir ki, torpaq satılmışdır. 2005-ci ilə qədər əqdin bağlanmış hesab edilməsi qanunda olmuş, lakin sonradan həmin maddə çıxarılmışdır. Tərəflər arasında hüquq münasibətləri 2000-ci ilə qədər yarandığı üçün həmin vaxt qüvvədə olan Mülki Məcəllənin tələbləri tətbiq olunmaqla özlərinin iddiası təmin olunmalıdır. Qarşılıqlı iddia üzrə cavabdehlər X13 və X17 məhkəmə iclasında iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(057)-112/2024 saylı qətnaməsi ilə Torpağa mülkiyyət hüququna dair JN 1001 KOD 80903018 nömrəli dövlət aktına əsasən Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı Qərarı ilə İddiaçı və üç nəfər ailə üzvünün mülkiyyətinə verilmiş Salyan rayonu Arbatan kəndində yerləşən 0,86 ha torpaq sahəsi Cavabdeh alınaraq mülkiyyətçilərə qaytarılması, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddia tələbinin isə tam həcmdə rədd edilməsi, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi o, torpaq sahəsini pul verib almışdır. 26 il də üstündən keçib sonra cavabdeh deyir ki, ağ kağıza imza etdirib və saxta imza ilə torpağı xəbərləri olmadan alıb. Torpaq sahəsi 1998-ci ildən cavabdehin istifadəsindədir. Dövlət Aktının əsli də cavabdehdə olub və onu məhkəməyə cavabdeh təqdim edibdir. Mülkiyyətçilər 26 il susur və bir başqa ərizədə qeyd edirlər ki, qarşılığında pul almayıblar. Ona hər hansı borcları yoxdur ki, 26 il torpağı əvəzsiz versin. Onda həmin torpaqdan öz mülkiyyəti kimi istifadə etmişdir, əkib-becərmiş, vergini vermiş, qazanc əldə etmişdir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Cavabdehlərin verdiyi etirazlara istinad etsələr müqavilə münasibətlərinin 1998-ci ildə yarandığı aşkar görünür. Bunun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur, çünki 1998-ci ili cavabdeh təsdiq edir, bu mübahisələndirilməyən haldır. Məhkəmə hələ bu etirazlardakı etirafdan istifadə etməli idi. Digər tərəfdən hər tərəf öz tələb və etirazlarını sübut etməyə gəldikdə tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmiş, cavabdeh 1998-ci ildən hüquq münasibətlərinin yaranmasını dolayısıyla təsdiq etmişdir və sonda isə bu halların olmasına baxmayaraq məhkəmə yenə cavabdehin etirazını əsas kimi götürərərk hüquq münasibətinin 1998-ci ildə yaranmasının sübut edilməməsi qənaətinə gəlmişdir. Demək hüquq münasibətləri yəni alqı satqı 1998-ci ildə yaranıb ki, buradan da alqı satqının 1998-ci ildə olduğu açıq aşkar görünür. Bundan başqa İddiaçı və üç nəfər ailə üzvü ilə birlikdə 23 may 2010-cu ildə özlərinin mülkiyyətində olan 0,86 ha torpaq sahəsini Cavabdeh etibarnamə ilə vermişlər. Etibarnamədən də göründüyü kimi torpaq sahəsi alqı-satqı üçün verilmişdir. 3 ailə üzvü də bu barədə notarial qaydada razılıq vermişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, həmçinin üçüncü şəxs X4 nümayəndəsi Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsini Taleh və onun ailə üzvlərindən 90-cı illərin sonunda Taleh və Talehin atası Nəzirdən cəmi həmin vaxtın pulu ilə 2 000 000 manata almışdır. Həmin pulun 860 000 manatını Talehin 0.86 ha torpağına görə qalan 1 140 000 manatını isə isə Nəzirin torpaq sahəsinə görə vermişdir. Göstərmişdir ki, Nəzir və Talehə məxsus torpaq sahələri onun torpaq sahələri ilə qonşu olmuşdur. Ona görə də onlara məxsus torpaq sahələrini almaq ona əlverişli olmuşdur. Bundan başqa həmin ərazidə kənd sakinləri olan Əlisafa, Azad, Mirhüseyn və İlhama məxsus torpaq sahələrini də almışdır. Göstərilən şəxslərdən o cümlədən Talehin atası Nəzirdən almış olduğu torpaq sahələrini öz adına rəsmləşdirsə də Talehgil ailəlikcə Bakı şəhərində yaşadığından indiyədək mübahisəli torpağı öz adına rəsmləşdirə bilməmişdir. Talehin torpağını təxminən 1999-cu ildə almışdır. Həmin vaxtdan da indiyədək torpaqdan faktiki istifadə edir. Həmçinin indiyədək, yən 2023-cü ilədək mübahisəli torpağa görə subsidiya pulunu da özü almışdır. Sonradan 2010-cu ildə Taleh ona həmin torpağa dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və sair hərəkətləri etməklə bağlı 50 il müddətinə baş etibarnamə vermişdir. Həmçinin Taleh və onun ailə üzvləri 23 may 2010-cu ildə notariusda ərizə verərək özlərinə məxsus 0.86 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Lakin Taleh hazırda torpaq sahəsini notariusa gedib onun adına rəsmləşdirilməsindən yayınır. Bildirir ki, güya torpaq sahəsi ona icarəyə verilib. Lakin o bu günədək Talehə heç bir icarə haqqı ödəməyib. Çünki torpaq ona satılıb, icarə verilməyib. Həmçinin bildirmişdir ki, qeyd edilən torpaq sahəsi hazırda qızı Aytənin icarəsindədir. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 30 ildən artıqdır ki, Bakı şəhərində yaşamaqla taxsi fəaliyyəti ilə məşğuldur. Bildirmişdir ki, torpaq sahəsi təxminən 1998-1999-cu illərdə Zellabdinə icarəyə verilmişdir. O, keçən bu müddətdə Zellabdindən heç bir icarə haqqı istəməmişdir. Özü heç vaxt həmin torpağı əkib-becərməmişdir. Həmin vaxtdan torpaq sahəsi Zellabdinin istifadəsində və icarəsində olmuşdur. Torpağa dair subsidiyanı da Zellabdin almışdır. O, Zellabdinə etibarnamə verməmişdir. Həmçinin Zellabdin Bakı şəhərinə gələrək ona və ailə üzvlərinə ağ vərəqə imza atdırmışdır. Onlarda həmin vərəqi imzalayıblar. İmzaladıqları vərəqədə heç nə yazılmamış olmuşdur. Torpaq sahəsi onların mülkiyyətidir və onu Zellabdinə satmamışlar. Qarşılıqlı iddia üzrə cavabdehlər X18, X13 və X17 apellyasiya baxışında iştirak etməmişlər. Qeyd edilən tərəflərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda qarşılıqlı iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 335.1 və 335.2. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). MM-in 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 425.1 - Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; MM-in 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş üzrə mövcud olan sübutlar: Məhkəməda elan olunmuş 02 aprel 2024-cü il tarixli 3-16/2-4/1983 saylı məhkəmə ekspertiza mərkəzinin rəyindən görünür ki, X14 adından olan xx.xx.2010-cu il tarixli, 127998 nömrəli etibarnamənin kserosurətində imza qrafasında əks olunmuş "Məmmədov T” yazıları və onun qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmədə elan olunmuş torpağın mülkiyyət hüququna dair JN 1001 KOD 80903018 nömrəli dövlət aktının surətindən görünür ki, X31 Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı Qərarına əsasən İddiaçı və əlavə 3 nəfər ailə üzvünün mülkiyyətinə Arbatan kəndində 0,86 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Salyan rayonu 2 saylı dövlət notariat ofisinin notariusu X1 tərəfindən verilmiş reyestr nömrəsi 1230 olan çıxarışdan görünür ki, mülkiyyətçi X19 etibar edilən Cavabdeh xx.xx.2060-cı il tarixə kimi etibarnamə vermişdir. Salyan regional "Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X25 tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli elektron ərizədən görünür ki, X10 ərizəsi əsasında etibarnamənin qüvvəsinə xitam verilmiş bu barədə "Elektron notariat” informasiya sistemində qeydiyyat aparılmışdır. Salyan rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 23 may 2010-cu il tarixli ərizədən görünür ki, X18, X13 və X17 0,86 ha torpaq sahəsinin ailə başçısı X2 rayonu Arbatan kəndində yaşayan Cavabdeh özlərinin mülkiyyəti üzərində sərəncam verməyi etibar etmişlər. Salyan rayonu 2 saylı dövlət notariat ofisinin notariusu X1 tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh qeyd olunan 0,86 ha mübahisəli torpaq sahəsini X7 icarəyə vermişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il ********** nömrəsi ilə qeydiyyata alınmış, 0,8599 ha torpaq sahəsi X7 xx.xx.2022-cil tarixdən xx.xx.2060-cı il tarixə kimi icarəyə verilmişdir. İşə əlavə edilmiş Abatan kənd İƏ Nümayəndəsi tərəfindən (səh. 44) xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı aid torpaq sahəsinin subsidiya pulunu 2023-cü il tarixinədək Cavabdeh almışdır. İşə əlavə edilmiş Arbatan Bələdiyyəsi tərəfindən (səh.43) verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Torpağa mülkiyyət hüququna dair JN 1001 kod 80903018 saylı dövlət aktı ilə İddiaçı məxsus 0.86 ha torpaq sahəsi 2000-ci ildən 2023-cü ilədək Cavabdeh və ailə üzvləri tərəfindən istifadə olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, onlar əsaslı olduğundan şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovanın şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, MM-in 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün 1) əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi; 2) məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; 3) əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması tələb edilir. İşin müəyyən olunan hallarına əsasən mübahisəli torpaq sahəsi 2000-ci ildən 2023cü ilədək qarşılıqlı iddiaçı Cavabdeh oğlunun faktiki sahiblik və istifadəsində olmuşdur. Belə ki, bu tərəflərinin özünün izahat, həmçinin işə əlavə edilmiş Abatan kənd İƏ Nümayəndəsinin (səh. 44) xx.xx.2023-cü il tarixli arayışı və Arbatan Bələdiyyəsi tərəfindən (səh.43) verilmiş xx.xx.2023-cü il tarixli arayışla da təsdiq olunur. Kollegiya qarşılıqlı iddianı təmin edərkən aşağıdakı halları əsas götürmüşdür. Birincisi, ilkin iddiaçı göstərmişdir ki, o, 30 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. Bildirmişdir ki, torpaq sahəsi təxminən 1998-1999-cu illərdə Zellabdinə icarəyə verilmişdir. O, keçən bu müddətdə Zellabdindən heç bir icarə haqqı istəməmişdir. Özü heç vaxt həmin torpağı əkib-becərməmişdir. Həmin vaxtdan torpaq sahəsi Zellabdinin istifadəsində və icarəsində olmuşdur. Torpağa dair subsidiyanı da Zellabdin almışdır. Torpaq sahəsi onların mülkiyyətidir və onu Zellabdinə satmamışlar. Göründüyü kimi İddiaçı mübahisəli torpaq sahəsindən 30 ildən çoxdur ki, istifadə etmir. Həmçinin həmin torpaq sahəsini icarəyə verdiyini bildirsə də indiyədək Cavabdeh heç bir icarə haqqı istəmədiyini bildirir. Bu hal İddiaçı və ailəsinin Cavabdehla aralarında mübahisəli torpağa dair alqı-satqı əqdi bağlanmasını deməyə əsas verir. Belə ki, İddiaçı 2010-cu ildə Cavabdeh həmin torpağa dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və sair hərəkətləri etməklə bağlı 50 il müddətinə baş etibarnamə vermiş, həmçinin Taleh və onun ailə üzvləri 23 may 2010-cu ildə notariusda ərizə verərək özlərinə məxsus 0.86 ha torpaq sahəsinin ona satılmasına etiraz etmədiklərini bildirmişlər. Buradan da müəyyən edilir ki, Cavabdeh İddiaçı məxsus mübahisəli torpaq sahəsindən təxminən 24 il müddətində etirazsız olaraq istifadə etmiş, ilkin iddiaçılar bütün bu müddət ərzində səssiz qalmaqla aralarında bağlanmış əqdi qəbul etmişlər. İkincisi, Cavabdeh bildirir ki, mübahisəli torpaq sahəsini Taleh və onun ailə üzvlərindən 90-cı illərin sonunda Taleh və Talehin atası Nəzirdən həmin vaxtın pulu ilə 2 000 000 manata almışdır. Həmin pulun 860 000 manatını Talehin 0.86 ha torpağına görə qalan 1 140 000 manatını isə isə Nəzirin torpaq sahəsinə görə vermişdir. Talehin torpağını təxminən 1999-cu ildə almışdır. Həmin vaxtdan da indiyədək torpaqdan faktiki istifadə edir. Həmçinin indiyədək, yəni 2023-cü ilədək mübahisəli torpağa görə subsidiya pulunu da özü almışdır. Sonradan 2010-cu ildə Taleh ona həmin torpağa dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və sair hərəkətləri etməklə bağlı 50 il müddətinə baş etibarnamə vermişdir. Həmçinin Taleh və onun ailə üzvləri 23 may 2010-cu ildə notariusda ərizə verərək özlərinə məxsus 0.86 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Bildirir ki, güya torpaq sahəsi ona icarəyə verilib. Lakin o bu günədək Talehə heç bir icarə haqqı ödəməyib. Çünki torpaq ona satılıb, icarə verilməyib. Həmçinin bildirmişdir ki, qeyd edilən torpaq sahəsi hazırda qızı Aytənin icarəsindədir. Göründüyü kimi Cavabdeh hazırkı vaxtadək mübahisəli torpaq sahəsindən etirazsız olaraq istifadə etməsi aşkardır və ilkin iddiaçılar 24 il müddətində həmin torpaq sahəsini heç vaxt mübahisələndirməmişlər. Belə ki, işə əlavə edilmiş Abatan kənd İƏ Nümayəndəsinin (səh. 44) xx.xx.2023-cü il tarixli arayışı və Arbatan Bələdiyyəsi tərəfindən (səh.43) verilmiş xx.xx.2023-cü il tarixli arayışlarla da təsdiq olunur ki, mübahisəli torpaq sahəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Belə ki, həmin torpaq sahəsi hazırda Cavabdeh qızı Aytənin (İİİ şəxs) icarəsində olmaqla Zellabdinin özünün sahibliyi və istifadəsindədir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz 337.1, 337.4 və 337.5, 340.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə: Üçüncü, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. İşdən də göründüyü kimi Talehin ailə üzvləri X18, X15 və X17 23 may 2010-cu ildə notariusda ərizə verərək özlərinə məxsus 0.86 ha torpaq sahəsinin ailə başçıları İddiaçı tərəfindən Cavabdeh satılmasına, pulunun alınmasına etiraz etmədiklərini bildirmişlər. Müəyyən edilir ki, ilkin iddiaçılar mübahisəli torpağı satmağa əvvəlcədən razı olmuş və notariusda ailə başçıları olan İddiaçı yuxarıda göstərilən məzmunda ərizə vermişlər. Yəni,İddiaçı da daxil olmaqla ailə üzvləri X18, X15 və X17 daha öncədən Cavabdehla aralarında bağlanmış aiqı-satqı əqdini sonradan bəyənərək həmin alqı-satqını rəsmləşdirmək üçün razılıq ifadə etmişlər. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Kollegiya tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı edilməsinə yönəlik iradənin formalaşması və ifadə edilməsinə əsas olmuş şərait və motiv kimi məhz ilkin iddiaçıların mübahisəli torpaq sahəsindən heç vaxt istifadə etməmələri, 30 ildən artıq bir müddətdə Bakı şəhərində yaşamalarını, aralarında olan əqdi sonradan bəyənməklə notariusda torpağın Cavabdehla satılmasına dair ərizə vermələrini, həmçinin torpaq alqısatqısını sonradan üzərində bütün səlahiyyətləri ehtiva edən etibarnamənin verilməsi ilə rəsmiləşdirilməsini düşünmələri çıxış edir. Tərəflərin müqaviləyə qədərki danışıqları, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də, məhz münasibətlərin torpaq sahəsinin alqı-satqısından irəli gələn olmasını təsdiq edir. İlkin iddiaçıların hər birinin əqddən xəbərdar olmaları və keçən 24 il müddətində iddiaçının torpaqdan sərbəst və etirazsız istifadəsinə maneə yaratmamaqdan ibarət hərəkət və rəftarları tərəflərindən əqdin bəyənildiyini ehtiva edən bariz məlumatlardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti aparılmış araşdırmalar zamanı öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasları ilə ləğv olunaraq, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin olunması ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı, X18, X13 və X8 tutularaq Cavabdeh ödənilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul müştərək qaydada İddiaçı, X18, X13 və X8 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: 1.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(057)-112/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Torpağa mülkiyyət hüququna dair JN 1001 kod 80903018 saylı dövlət aktına əsasən Salyan rayonu Arbatan kəndi ərazisində yerləşən 0,86 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi barəsində Cavabdeh ilə İddiaçı, X18, X13 və X17 arasında 2000-ci ildə bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilsin.
2. İddiaçı Cavabdeh qarşı 0,86 ha torpaq sahəsinin alınaraq ona qaytarılması, cavabdehdən 2500 manat alınaraq ona verilməsi tələbinə dair ilk iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı, X18, X13 və X8 tutularaq Cavabdeh ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul müştərək qaydada İddiaçı, X18, X13 və X8 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.