Məhkəmə qərarları › İş №2(106)-145/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-145/2024

15.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-145/2024 15.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X* ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 (cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında iştirak etmişdir) iştirakı ilə, İddiaçı cavabdeh qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(0*7)-95*/2023 saylı qətnaməsindən (hakim Etibar Quliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0*.07.20*3-cü il tarixdə Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində fəhlə işinə qəbul olunmuş, 03.02.20*4-cü il tarixdə fəhlə işindən kompüter işinə keşirilmişdir. Daha sonra 2022-ci ilin yanvar ayında inspektor vəzifəsinə təyin edilmiş və *6.0*.2023-cü il tarixə kimi, yəni işdən azad edildiyi tarixə kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində inspektor vəzifəsində işləmişdir. İşlədiyi dövrdə müdiriyyət tərəfindən töhmət almamış və işində heç bir nöqsana yol verməmişdir. Cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə uyğun olaraq Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektor vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılma əmrində əsas kimi onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi qeyd olunmuşdur. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etmişdir. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın rəisi X*6 Məcəlləsində nəzərdə tutulmuş normalara riayət etmədən qanunsuz əmr vermişdir. Ona görə də Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın onun barəsində verdiyi *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa edilməlidir. Onun barəsində yuxarıda adı çəkilən əmr verilərkən kifayət qədər qanun pozuntularına yol verilmişdir. Cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin müdiri Səfər Səfərov həmin idarəyə müdir təyin olunduqdan sonra işdən çıxarmaq üçün ona təzyiq göstərməyə başlamış və narazı salmaqla ona qarşı qanunsuz hərəkətlərə yol vermişdir. 09.0*.2023-cü il tarixdə müəssisə rəhbərinin adına ərizə yazaraq iki günlük, yəni *0.0*.2023-cü il tarixdən **.0*.2023-cü il tarixədək icazə almış və qəbula düşmək üçün Bakı şəhərinə getmişdir. Vaxtında qəbul düşə bilmədiyinə görə *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə çıxa bilməmişdir. İşə çıxmadığı günlərdə akt tərtib olunmuşdur. Buna baxmayaraq *0 ildir bu müəssisədə fəaliyyət göstərir, həmin müddətdə ona bir dəfə də olsun irad tutulmamış, heç bir intizam cəzası almamış, kollektiv arasında hörmətə malik olmuş, bilik və bacarığına görə həmişə kollektiv tərəfindən rəğbətlə qarşılanmış və sevilmişdir. Bilik və bacarığı ilə həmişə tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Ona görə də Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, əvvəlki işinə bərpa edib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın nümayəndəsi X3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı 09.0*.2023-cü il tarixdə müəssisə rəhbərinin adına ərizə yazaraq iki günlük, yəni *0.0*.2023-cü il tarixdən **.0*.2023-cü il tarixədək icazə almışdır. *2.0*.2023cü il və *3.0*.2023- cü il tarixlərdə işə heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. İşə çıxmadığı günlərə dair aktlar tərtib olunmuşdur. İddiaçı işə çıxmadığının səbəbi soruşulmuş, sonuncu Bakı şəhərində qəbulda olması ilə izah etmişdir. Bununla da İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etməmişdir. Ona görə də İddiaçı işdən çıxarılması məsələsinin müzakirə olunması üçün Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Həmkarlar təşkilatı idarənin inspektoru İddiaçı işdə yol verdiyi nöqsanlarla görə onun işdən azad edilməsinə razılıq verilməsi barədə *6 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir. Bundan sonra Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın "əmək müqaviləsinə xitam verilməsi barədə” *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinə əsasən və Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə uyğun olaraq İddiaçı Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(0*7)-95*/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin yeni təyin edilmiş müdiri Səfər Səfərovun qanunsuz olaraq onu işdən azad etməsinə dair kifayət qədər sübut, o cümlədən onun barəsində tərtib edilmiş aktların əsassız olmasına və şikayəti əsasında Azərbaycan Respublikası ƏƏSMN-nin X6 Xidmətinin Qarabağ Regional Xidməti tərəfindən cavabdeh idarənin qanunsuz hərəkətinin müəyyən olunması barədə məktubu təqdim etsə də, məhkəmə onun sübutlarına öz münasibətini bildirməmiş və ədalətli araşdırma prinsipini kobud şəkildə pozmuşdur. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin yeni təyin edilmiş müdiri Səfər Səfərov 05.0*.2023-cü ildə ilk dəfə işə gəlmiş və gəldiyi gündən onunla işləyə bilməyəcəyini demişdir. Beləliklə də aralarında narazılıq yaranmışdır. Buna görə də Azərbaycan Respublikası Birinci Vitse Prezidentinin və Prezident Administrasiyasına gedərək şikayət etmək üçün Səfər Səfərovdan icazə almışdır. Rəhbərlik onun Bakıya şikayət etmək üçün getdiyini bilmişdir. Bu məqsədlə rəsmi ərizə yazmış və ona *0-** yanvar 2023-cü il tarixlərinə icazə verilmişdir. Bundan sonra Bakı şəhərinə getmiş lakin *0 və ** yanvar 2023-cü il tarixlərində qəbula düşə bilməmişdir. Lakin *2.0*.2023-cü il tarixdə günün birinci yarısında Azərbaycan Respublikası Birinci Vitse Prezidentinin, ikinci yarısında isə Prezident Administrasiyasında qəbulda olmuşdur. Həmin qəbuldan çıxanda saat *7:00 olmuşdur. Lakin pulu olmadığı üçün həmin gün və *3.0*.2023-cü il tarixində işə qayıda bilməmiş və şənbə günü rayona qayıtmışdır. *2 və *3 yanvar 2023-cü il tarixlərində zəng vuraraq işə gələ bilməyəcəyi ilə bağlı müdriyyəti xəbərdar etməmişdir. Bundan sonra *6.0*.2023-cü il tarixdə onu işdən azad etmişlər. İşdən çıxarılandan sonra X6 Xidmətinin Qarabağ Regional şöbəsi araşdırma aparmış və onun işdən qanunsuz olaraq çıxarılması müəyyən edilmişdir. Sonrakı dövrdə ona başqa iş əməliyyatçı işi təklif edilmişdir. Əməliyyatçılar ərazidə kommunal və s. pulları yığırlar. O isə bununla razılaşmamışdır. İdarədə əməliyyatçı işləyən başqa qadınlar da vardır. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətini əsassız hesab etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, məhkəməyə Ağcabədi Rayon Məhkəməsinin 08.0*.2024-cü il tarixli qərarını təqdim edərək X6 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən barələrində İXM-nin *92.6-cı maddəsi üzrə təqsirli bilinərək *500 manat cərimə olunduqları barədə qəbul edilmiş *0 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edildiyini bildirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Lakin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi X8 müvafiq qərar çıxarılmasını məhkəmənin səlahiyyətinə buraxmışdır. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kolegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2 və 3-cü bəndlərinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin * və 2-ci bəndlərinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin * və 2-ci bəndlərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin * -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə *7 yanvar *970- ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 0* oktyabr *982-ci il tarixli qərarı; X9rşı iş üzrə 26 oktyabr *984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İş materiallarında olan Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinin surətindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə uyğun olaraq İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi üzrə ilk həmkarlar təşkilatının *6.0*.2023-cü il tarixli 0* nömrəli iclas protokolundan görünür ki, həmkarlar təşkilatı idarənin inspektoru İddiaçı işdə yol verdiyi nöqsanlarla görə onun işdən azad edilməsinə razılıq verilməsi barədə *6 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir. İş materiallarında olan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixli aktlardan görünür ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektoru İddiaçı heç bir üzrlü səbəb olmadan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı *0-** yanvar 2023cü il tarixləri üzrə rəsmi ərizə ilə icazəli olsa da heç bir üzrlü səbəb olmadan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə gəlməmiş, cavabdeh müəssisə tərəfindən Əmək Məcəlləsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşardır. İddiaçının şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, o, *2 yanvar 2023-cü il tarixində işdə olmamasını Prezident Administrasiyasında qəbulda olması ilə əlaqələndirmişdir. Lakin bunu təsdiq edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, *2 yanvar 2023-cü il tarixdə saat *7:00-da qəbuldan çıxmış və pulu olmadığı üçün rayona – işə qayıda bilməmişdir. Qeyd etmişdir ki, *3 yanvar 2023-cü il tarixdə də Bakıda olmuş və Ağcabədiyə şənbə günü qayıtmışdır. Göründüyü kimi iddiaçı *0-** yanvar 2023-cü il tarixlərinə rəsmi icazə almış, cavabdeh tərəfindən buna etiraz edilməyərək iddiaçıya icazə verilmişdir. Lakin iddiaçı əlavə olaraq *2 və *3 yanvar 2023-cü il tarixlərində əsaslı səbəb göstərməyərək ardıcıl olaraq 2 gün işə getməmişdir. Eyni zamanda iddiaçı Əmək Müfəttişliyi tərəfindən araşdırma aparılaraq, cavabdeh müəssisənin müdirinin inzibati məsuliyyətə cəlb edildiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, bu iddiaçının Əmək Məcəlləsinin tələblərini pozaraq işə gəlməməsi üçün əsas deyildir. Belə olan halda da, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin tələblərinə əməl etmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(0*7)-95*/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanlımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(0*7)-95*/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar