Məhkəmə qərarları › İş №2(106)-1453/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1453/2025

30.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1453/2025 30.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi tələbi üzrə Xocavənd Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli 2(069)-120/2025 saylı qərardadından İddiaçı tərəfindən şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsindən onun 2013-2023-cü illər ərzində idarənin əmr kitablarının yoxa çıxarılması və bu illər ərzində görülən işlərin sistemə yerləşdirilməməsi sayəsində istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməmiş (2022-ci ildən başqa) qalan bütün məzuniyyət pullarının ala bilməyi üçün həm məzuniyyət pullarının hesablanıb verilməsini və 2023-cü ildən bu günə qədər əmr kitablarının yoxa çıxarılması ilə bağlı bütün dövlət qurumlarına vurduğu teleqram və göndərdiyi məktublara sərf etdyi cəmi 160 manat pulun, eləcədə bununla bağlı X6 Xidmətinin Qarabağ Regional Xidmətinə qəbula görə 9 dəfə getməyi ilə bağlı və X3 baş ofisinə iki dəfə getməyi ilə bağlı sərf etdiyi 280 manat yol xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını və Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar idarəsinin 2013-2021-ci ilin dekabr ayına kimi idarənin əmr kitablarının hansı səbəbdən idarədə olmaması, təhvil-təslim edilməməsi və yoxa çıxarılması ilə bağlı yoxlamalar aparılması üçün Ağcabədi rayon prokurorluğuna sorğu göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə apellyasiya şikayəti göndərərək, onun ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən onun Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair iş üzrə məhkəmənin qeyd olunan qətnaməsi ona gec gəlmişdir. Bununla bağlı 21 iyul 2025-ci il tarixdə məhkəmənin (021) *** ** ** nömrəli telefonuna zəng vuran zaman məhkəmə işçisi ona bildirmişdir ki, 13 iyun 2025-ci il tarixdə qətnamə sizə poçt vasitəsilə rəsmi qaydada göndərilmişdir. Sonra isə ona bildirmişdir ki, “sizin asan imzanıza qətnamə yüklənmişdir.” Yəni, o, qətnamənin surətini poçt vasitəsilə gözlədiyi halda, qətnamə elektron qaydada yerləşdirilmişdir. Odur ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Ona görə də, qətnamədən apellyasiya şikayəti üçün buraxılmış müddətin bərpa olunub apellyasiya şikayətini aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi, apellyasiya şikayəti prosessual müddəti ötürmədiyindən verildiyi üçün apellyasiya icraatına götürülməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-1453/2025 saylı qərardadı ilə apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin maddəyə əsasən məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, elektron kabineti onun üçün Ağcabədi rayonunda vəkil tərəfindən başqa mülki iş üzrə sənəd göndərmək və almaq üçün açmışdır. Lakin elektron kabinetdən istifadə etmək bacarığı yoxdur və elektron kabinetdən ümumiyyətlə istifadə etməmişdir. Qətnamə ona kağız daşıyıcıda gəlməmişdir. Bununla bağlı Xocavənd Rayon Məhkəməsinə zəng edərək məhkəmə aktının poçt vasitəsi ilə çatmadığını bildirmiş, bu zaman ona aktın elektron kabinetinə yerləşdirildiyi ilə bağlı məlumat verilmişdir. Daha sonra qətnamənin elektron kabinetlə göndərildiyini görüb həmin vaxt məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin surətindən görünür ki, İddiaçı tərəfindən elektron məhkəmə sistemi vasitəsilə verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Xocavənd Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2(069)-120/2025 saylı qətnaməsi İddiaçı məxsus şəxsi elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Prosessual müddətin bərpasına dair ərizənin məhkəməyə daxil olma tarixindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2(069)-120/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə İddiaçı ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Nəzərə alınmalıdır ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləlikə məhkəmə tərkibi yekun nəticə olaraq bildirir ki, Xocavənd Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2(069)-120/2025 saylı qətnaməsinin surətini xx.xx.2025-ci il tarixdə İddiaçı rəsmi olaraq qəbul etmiş, apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə iddiaçı tərəfindən 31 iyul 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən apellyasiya şikayətinə şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkib şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şikayət təmin edilməsin və qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar