Məhkəmə qərarları › İş №2(106)-1462/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1462/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1462/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(049)-687/2018 saylı qərardadından (hakim Muradağa Qasımov) Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq, kollegiya müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-2836/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh əsas kredit borcu üzrə 22247.39 ABŞ dolları, faiz borcu üzrə 3005.40 ABŞ dolları, cərimə borcu üzrə 145.17 ABŞ dolları, cəmi 25397.96 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, odan tutulacaq 25397.96 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzəınnəsi ilə hesablanması, ondan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan cəmi 25397.96 ABŞ dolları və 30 manat üzrə tutma "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan Cavabdeh mülkiyyətində olan «Kia Sportage minik» markalı ** FG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, ipoteka predmeti olan «Kia Sportage minik» markalı ** FG *** dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərracda satılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə elektron qaydada məhkəməyə ərizə vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(049)-687/2018 saylı qərardadı ilə onun ərizəsi təmin edilməmiş, ona apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmuş və onun apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qəradaddan şikayət vermişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(0491-687/2018 saylı qətnaməsinə əsasən iddia tələbi tam təmin edilmişdir. Həmin qətnamə qəbul edilən vaxtdan ona qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ pozulmuş, həmin qətnamə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Mülki iş materialları ilə tanış olarkən qətnamənin alınmasına dair poçt qəbzində həmin qətnamənin qeydiyyatda olduğu ünvana göndərilməsi, lakin ünvandan "köçməsi” əsası ilə geri qaytarılması müəyyən edilmişdir. Bundan başqa, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında uzun müddətdir yaşamır, həmin ev onun keçmiş qayınanasının adınadır, o, boşandığından onunla əlaqə saxlamır, həmin ünvanda 6 ildir ki, yaşamayır, Türkiyədə işlədiyindən çox vaxt uzun müddətli Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, məhkəmə qətnaməsi, ümumiyyətlə məhkəmə prosesi barədə məlumatı olmamışdır. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası məqsədilə Lənkəran Rayon Məhkəməsinə təqdim eldiyi ərizə xx.xx.2024-cü tarixli, 2(049)-687/2018 saylı qərardadı ilə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, o, qeydiyyatda olduğu ünvan üzrə yaşamadığına və faktiki yaşayış yeri barədə dövlət orqanlarına məlumat vermədiyinə görə sözügedən qətnamə ona çatdırılmış hesab edilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki iş materiallarından, eləcə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(049)-687/2018 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ona göndərilməsinə dair poçt qəbzində həmin qətnamənin onun göstərilən ünvandan "köçüb" qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Buna görə də hesab edir ki, qətnamə ona rəsmi qaydada çatdırılmayıb, yalnız xx.xx.2024-cü il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Ümumiyyətlə, o, məhkəmə prosesslərində iştirak etməmiş, məhkəmə prosessi və məhkəmə qətnaməsi barədə məlumatı olmayıb. Lənkəran Rayon Məhkəməsinin onun yaşayış veri üzrə qeydiyyatla bağlı dövlət orqanlarına müraciət etməməyi məhkəmə qətnaməsini alması kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-687/2018 saylı qərardadı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-687/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddət bərpa edilməlidir. Şikayətə baxılmış, Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 360-cı maddəsinə əsasən apelyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-2836/2023 nömrəli qətnaməsi Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Həmin qətnamə xx.xx.2018-ci il tarixdə onun rəsmi qetdiyyatda olduğu ünvana çatdırılsa da, “köçüb” qeydi ilə poçt zərfi məhkəməyə geri qaytarılmışdır. Hazırda cavabdeh məhkəmə müraciət edərək, prosessual müddətin bərpa olunmasını istəyir. Belə ki, cavabdeh qeyd edir ki, mübahisələndirdiyi qətnamə rəsmi olaraq ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməmiş və hesab etmişdir ki, qətnamə tərəfin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş və tərəf köçdüyü üçün geri qaytarılmışdır. Belə olan halda da, qətnamə tərəfə çatdırılmış hesab olunur. Apellyasiya baxışında Lənkəran rayon İcra və probasiya şöbəsinə müvafiq şifahi sorğu verilmişdir. Sorğu əsasında əldə edilmiş məlumata əsasən, Lənkəran rayon İcra və probasiya şöbəsinin 07 may 2018-ci il tarixli qərarına əsasən borclunun əmlakı barəsində axtarış elan edilmişdir. Eyni zamanda müəyyən edilir ki, 09 iyul 2024-cü il tarixdə borclunun ilk dəfə izahatı alınmış, borclu izahatında əsasən Türkiyədə yaşadığını, qətnamənin mövcudluğundan xəbərinin olmadığını və almadığını bildirmişdir. Kollegiya hesab edir ki, qətnamə tərəfə rəsmi qaydada çatdırılmamış və icra mərhələsində borclu qətnamədən məlumat alaraq, qətnaməni əldə etmişdir, belə olan halda da, o, qətnaməni aldıqdan dərhal sonra şikayəti məhkəmə təqdim etmişdir. Qətnamənin iş üzrə cavabdehə çatdırılmaması belə qənaətə gəlməyə əsas verir ki, prosessual müddət onun tərəfindən ötürülməmişdir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(049)-687/2018 saylı qərardadı ləğv edilməli, Cavabdeh münasibətdə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti şikayəti üzrə sonrakı prosessual hərəkətlər həyata keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357-358, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(049)-687/2018 saylı qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(049)-687/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə prosessual müddət ötürülməmiş hesab edilsin. Apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər həyata keçirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar